1. Uşaq ədəbiyyatında vəsfi hallar və sanamalar



Yüklə 27,83 Kb.
səhifə2/2
tarix28.11.2023
ölçüsü27,83 Kb.
#135172
1   2
uşaq edebiyyatı 2

Sanamalar

Uşaq nəğmələrinin arasında ən çox yayılmışları sanamalardır.Sanamalar adətən uşaqlar tərəfindən müxtəlif uşaq oyunları zamanı kütləvi şəkildə xorla ifa olunur.


İynə-iynə Əkil-bəkil quş idi


Ucu düymə Ağaca qonmuş idi.
Bal ballıca Getdim onu tutmağa
Ballı keçi. O məni tutmuş idi.
Şam ağaci Meydana salmış idi.
Şatır keçi Meydanın ağacları
Qoz ağacı Bar gətirir ucları
Qotur keçi. Çəpər çəkdim yol açdım
Hoppan hupnan Qızılgülə dolaşdım.
Yırıl yırtıl Bir dəstə gül dərməmiş
Su iç qurtul. Nənəsi gəldi mən qaçdım.
Əmim oğlu
Şeşə bığlı.
Vur nağara
Çıx qırağa.

Adətən sözlərin ölçüsünə uyğun olaraq xüsusi ahənglə ifa olunan uşaq nəğmələri uşaqların arasında bir-biriylə möhkəm bağlılıq və dostluq münasibətləri yaradır. “A teşti” uşaq oyunu zamanı qızlar oğlanlar daşlardan alçaq divar düzəldərək dövrə vuraraq otururlar və xorla oxuyurlar.


2.Tofiq Mütəllibov və uşaq ədəbiyyatı
Tofiq Mütəllim oğlu Mütəllibov 1929-cu il aprel ayının 13-də Naxçıvan şəhərində anadan olmuşdur. 1958–1963-cü illərdə Azərbaycan Dövlət Universitetində (indiki BDU) təhsil almışdır.
Onun 1946-cı ildə "Zəfər" adlı ilk şeiri "Azərbaycan pioneri" qəzetində çap olunmuşdur. O, "Pioner" jurnalında məsul katib, Televiziya və Radio Verilişləri Komitəsində redaktor, böyük redaktor, "Azərbaycan pioneri" qəzetində şöbə müdiri vəzifələrində çalışmışdır. Sonra isə "Azərbaycan gəncləri" qəzetində işə başlayan Tofiq Mütəllibov ömrünün sonuna kimi burada işləmişdir. XX əsrin 50-ci illərindən şair kimi diqqət çəkən T.Mütəllibov 30-a yaxın kitabın müəllifidir.
"Görüş", "Şeirlər", "Bəxtiyar balalar", "Gözəllikdən doymur ürək", "Sənin xətrinə", "Danışan çiçəklər", "Mənim əzizlərim", "Görüş yerimiz" və başqa kitabları ilə oxucu rəğbəti qazanan Tofiq Mütəllibovun pərəstişkarlarına son töhfəsi ölümündən bir qədər əvvəl çap edilən "Sevənlərin ürəyi" adlanır. Azərbaycanın məşhur bəstəkarlarının əksəriyyəti şairin yaradıcılığına müraciət etmiş, onun sözlərinə bəstələnən mahnılar seviləsevilə dinlənilmişdir. Tofiq Mütəllibov bəstəkar Qənbər Hüseynli ilə birlikdə Azərbaycan musiqisinə "Cücələrim" mahnısını bəxş etmişdir. "Cücələrim"in 60-dan çox yaşı var. Mahnının mətni bir çox xalqların dillərinə tərcümə olunaraq ifa edilmişdir. Tofiq Mütəllibov uşaqların psixologiyasını çox yaxşı bildiyinə görə qələmindən çıxan şeirlər dillər əzbərinə çevrilmişdir.
Əsərləri bir sıra teatrlarda səhnələşdirilmişdir. 1981-ci ildə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında "Meşə nağılı" (1982), "Danışan qayalar" pyesləri, 1984-cü ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında isə "Cücələrim" alleqorik pyesi tamaşaya qoyulmuşdur. 1968-1990-cı illərdə SSRİ Yazıçılar İttifaqının Uşaq və Gənclər ədəbiyyatı şurasının üzvü olmuşdur. 1970-ci ildə SSRİ-Çexoslovakiya Dostluğu Cəmiyyəti Azərbaycan şöbəsi İdarə Heyətinin üzvü seçilmişdir. 1955-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur. 1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqı Təftiş Komissiyasının üzvü seçilmişdir. 1988-ci ildə “Ədəbiyyat və incəsənət” qəzeti redaksiya heyətinin üzvü seçilmişdir. 1989-cu ildə Azərbaycan SSR-nin Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüş, bir neçə dəfə Azərbaycan SSR-nin Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir.
Görkəmli şair Tofiq Mütəllibov 1992-ci il oktyabr ayının 30-da vəfat etmişdir.

Ədəbiyyat siyahisi


1.Zahid Хəlil ,Füzuli Əsgərli-Uşaq ədəbiyyatı-Bakı-2007
2. Хanım Mustafayeva-Azərbaycan Uşaq Ədəbiyyati-Bakı-2011
3.Vüqar Əhməd-Azərbaycan Uşaq Ədəbiyyatı-Bakı-2006
Yüklə 27,83 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə