Muhəmməd ibn Əhməd əz-Zəhəbi Böyük günahlar



Yüklə 3,25 Kb.

səhifə1/31
tarix26.09.2017
ölçüsü3,25 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   31


Muhəmməd ibn Əhməd əz-Zəhəbi
Böyük
günahlar


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
2
Müəllif: Muhəmməd ibn Əhməd əz-Zəhəbi
Təxric və təhqiq edənlər:
Şeyx Abdul-Qadir əl-Arnavut,
Əmmar Əhməd Abdullah
Tərcümə edən: Aydın Salehli
Redaktor: S. Səfərbəyov
İxtisas redaktorları: Ə. Musayev, M. Qarayev
Korrektor: G. Musayeva
Kompüter tərtibatı: E. Rüstəmov


Böyük günahlar.
3
$  #  "       !
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
TƏRCÜMƏÇİDƏN
Həqiqətən şükür və tərif yalnız Allaha məxsusdur!
Biz Ona həmd edirik, Onu köməyə çağırırıq, Ondan bağış-
lanma və bizi doğru yola yönəltməyi diləyirik, nəfslərimi-
zin şərindən və pis əməllərimizdən qorunmaq üçün yalnız
Ona pənah aparırıq. Allah kimə hidayət verərsə o, doğru
yolda olar, kimi azdırarsa onu doğru yola yönəldən tapıl-
maz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı
olan məbud yoxdur, Onun şəriki yoxdur və  şahidlik edi-
rəm ki, Muhəmməd Onun qulu və elçisidir.
?   >  =  <  ;  :  9  8  7  6  5  4
“Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə
qorxun və ancaq müsəlman olduğunuz halda ölün!”
1
  /  .-,  +*  )  (  '  &  %  $  #  "  !
>  = <  ;  :  98    7   6  5  4  3  21   0
1
 “Ali-İmran”, surəsi, 102.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
4
“Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun
özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və
qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı
ilə bir-birinizdən cürbəcür şeylər istədiyiniz Allahdan və
qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən,
Allah sizə nəzarət edir”.
1
  ¢  ¡  •   ~  }  |  {  z  y  x  w  v  u
¯  ®  ¬   «  ª   ©  ¨  §  ¦  ¥¤    £
“Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz
danışın ki, O, əməllərinizi islah etsin və günahlarınızı
bağışlasın. Kim Allaha və Onun Elçisinə itaət etsə, böyük
bir uğur qazanar”.
2
05/05/2005
1
 “ən-Nisa”, surəsi, 1.
2
 “əl-Əhzab”, surəsi, 70-71.


Böyük günahlar.
5
$  #  "       !
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
MÜƏLLİFİN MÜQƏDDİMƏSİ
Şeyx İmam Hafiz Şəmsəddin Muhəmməd ibn Əhməd
ibn Əffan əz-Zəhəbi S demişdir:
Allaha, onun kitablarına, rəsullarına, mələklərinə və
qədərlərinə iman gətirdiyimizə görə Ona həmd edir,
Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və
səhabələrinə, bizi axirətdə ona yaxın edəcək salavat
deyirik.
Bu bizə böyük günahları həm icmali, həm də təfsila-
tıyla anladan faydalı bir kitabdır. Allah bizə onlardan
uzaqlaşmaqda yardımçı olsun. Uca Allah buyurur:
  k  j  i       h  g  f  e  d  c  b
m  l
“Sizə qadağan olunmuş böyük günahlardan çəkin-
səniz, Biz sizin təqsirlərinizdən keçər və sizi şərəfli bir
keçidə – Cənnətə daxil edərik”. [ən-Nisa surəsi, 31-ci ayə.]


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
6
Bu ayədə Allah təala böyük günahlardan çəkinənləri
Cənnətə daxil etməsinə zəmanət verir. Allah təala başqa bir
ayədə buyurur:
yx  w  v  u   ts  r  q  p       o  n  m
“Onlar kiçik günahlar istisna olmaqla, böyük gü-
nahlardan və iyrənc əməllərdən çəkinirlər. Həqiqətən, sə-
nin Rəbbin geniş məğfirət sahibidir...” [ən-Nəcm surəsi,
32-ci ayə]
Peyğəmbər r demişdir: “Böyük günahlar istisna ol-
maqla bir namazdan digər namaza, cümədən növbəti cü-
məyə və ramazandan növbəti ramazana qədər edilən kiçik
günahlar bağışlanılır”. Bu hədisi oxuduqdan sonra bizə
hansı günahların böyük günahlar olduğunu arayıb araşdır-
maq qalır. Bəzi alimlər aşağıdakı hədisə əsaslanaraq onla-
rın sayının yeddi olduğunu demişlər.
1
Peyğəmbər r demişdir: “(sahibini) həlak edən yeddi
günahdan çəkinin...”, və onların şirk, sehr etmək, cana qəsd
etmək (onu öldürmək), yetimin malını haqsız olaraq
yemək, Riba (faiz) yemək, döyüş meydanından qaçmaq və
günahsız mömin qadınları zinakarlıqda ittiham etmək –
olduğunu bildirmişdir.
2
İbn Abbas L isə böyük günahların sayının yeddi
yox, yetmişə qədər olduğunu daha məqsədəuyğun saymış-
dır. Əslində elə  İbn Abbasın L rəyi daha doğrudur.
1
 (Səhih) Muslim /233/ Hədis Əbu Hureyrədən L rəvayət olunub.
2
 (Səhih) əl-Buxari /2766/, Muslim /89/ Hədis Əbu Hureyrədən L
rəvayət olunub.


Böyük günahlar.
7
Çünki hədisdə böyük günahların sayının yalnız yeddi
olduğu bildirilməmişdir. Buna da əsas dəlil adam öldür-
mək, zina etmək və oğurluq etmək kimi günahları edənin
bu dünyada cəzalandırılması, axirətdə Allahın qəzəbinə və
əzabına düçar olması və Muhəmmədin r dili ilə onların
lənətlənməsidir. Bütün bunlar bizə bu kimi günahları bö-
yük günahlardan saymağa əsas verir. Lakin onu da unut-
mamaq lazımdır ki, bu böyük günahların bəziləri digərlə-
rindən daha böyükdür. Məgər görmürsənmi ki,
Peyğəmbər r  şirki böyük günahlardan saymışdır? Bunu
edən isə əbədi cəhənnəmdə olacaq və o heç vaxt bağışlan-
mayacaqdır. Allah təala buyurur:
•~  }  |   {  z  y    x  w  v   u  t  s  r
“Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağış-
lamaz, bundan başqa daha kiçik günahları isə istədiyi kim-
səyə bağışlayar...”. [ən-Nisa surəsi, 48 və 116-cı ayələr]
Başqa bir ayədə isə buyurur:
R   Q  P  O  N  M  L  K    J
“Həqiqətən də, Allaha şərik qoşan kimsəyə, Allah
Cənnəti haram etmiş...” [əl-Maidə surəsi, 72-ci ayə]. Bu
ayələri bir yerə cəm etsək belə bir nəticəyə gəlmiş oluruq.
1
1
 (Səhih) Abdur-Razzaqın “Musannaf” əsəri /19702/, və Beyhəqinin
“Şuəb” əsəri /294/.




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   31


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə