Muhəmməd ibn Əhməd əz-Zəhəbi Böyük günahlar



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə6/31
tarix26.09.2017
ölçüsü3,25 Kb.
#2242
1   2   3   4   5   6   7   8   9   ...   31

Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
28
Peyğəmbər r demişdir: “(Valideynlərinə) qarşı çıxan
və qədəri yalanlayan şəxs Cənnətə girməz”.
1
Amr ibn Murra əl-Cuhəni L rəvayət edir ki, bir
nəfər dedi: Ey Allahın elçisi! Əgər mən beş vaxt namazları
qılıb, Ramazan ayında oruc tutub, zəkat verib, Həccə
getsəm bunun müqabilində mənə nə verilər? Peyğəmbər r
dedi: “Bunları edən şəxs Peyğəmbərlərlə, siddiqlərlə və
şəhidlərlə bir yerdə olar. Yalnız valideynlərinə qarşı çıxan
şəxs müstəsnadır”.
2
Əbu Bəkrə L Peyğəmbərin r belə dediyini rəvayət
etmişdir: “Valideynə qarşı çıxmaqdan başqa bütün günah-
ların aqibəti Qiyamət gününə saxlanılır. Onun aqibəti
sahibi üçün tezləşdirilir”.
3
Peyğəmbər r demişdir: “Oğul ata qarşısındakı (oğul-
luq borcunu) yalnız atası kölə olarsa, onu alıb, azad et-
məklə ödəyə bilər”.
4
Sənədi həsən olan bir hədisdə Peyğəmbər r demişdir:
“Allah valideynə qarşı çıxana lənət eləsin”.
5
Həmçinin demişdir: “Xala anayla eyni dərəcədədir”.
6
Vahb ibn Munəbbih L demişdir: Uca Allah dedi:
“[ey Musa] valideynlərinə hörmət et, şübhəsiz ki, Biz vali-
deynlərinə ehtiram edənin ömrünü uzadar və ona hörmət
edəcək övlad bəxş edərik, və kim valideynlərinə qarşı
1
 (Səhih) Əhməd 6/441, ibn Əbi Asim /321/.
2
 (Səhih) ibn Hibbən /3438/.
3
 (Həsən) əl-Hakim 4/156.
4
 (Səhih) Muslim /1510/.
5
 (Həsən) əl-Hakim 4/153.
6
 (Səhih) əl-Buxari /2699/, ət-Tirmizi /1905/.


Böyük günahlar.
29
çıxarsa, Biz onun ömrünü qısaldar və ona qarşı çıxacaq
övlad verərik”.
1
Kəb L demişdir: “Canım Əlində olan Allaha and
olsun ki, Allah valideynlərinə qarşı çıxan qulunun ömrünü
qısaldıb ona əzab verər, və valideynlərinə hörmət edən
qulunun ömrünü uzadar və ona xeyir və hörməti artırar”.
2
Əbu Bəkr ibn əbi Məryəm demişdir: “Tövratda oxu-
muşam ki, atasını vuran şəxs öldürülməlidir”.
3
Vahb L demişdir: Tövratda yazılmışdır ki, Atasını
vuran şəxs daşqalaq edilməlidir.
4
1
 İbn Həcər əl-Heysəmi. “əz-Zəvəcir ən iqtiraf əl-Kəbəir” əsəri, 2/71.
2
 Əvvəlki mənbə.
3
 Əvvəlki mənbə.
4
 Əvvəlki mənbə.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
30
Yeddinci böyük günah.
Faiz yemək.
Uca Allah buyurur:
  ¥  ¤  £  ¢     ¡   •  ~  }  |  {  z   y  x  w  v  u
¬«  ª  ©  ¨  §   ¦
“Ey iman gətirənlər! Allahdan qorxun və əgər mö-
minsinizsə, sələmdən qalan faizi almayın. Bunu etməsə-
niz, Allahın və Onun Elçisinin sizə müharibə elan etdi-
yini bilin...” [əl-Bəqərə surəsi, 278-279-ci ayələr]
  *    )  (   '  &  %  $  #   "  !
.-  ,  +
“Sələm yeyənlər qəbirlərindən  şeytan toxunub dəli
eləmiş kimsənin qalxdığı kimi qalxarlar…” [əl-Bəqərə
surəsi, 275-ci ayə]
Gördüyün kimi, bütün bunlar nəsihət edildikdən son-
ra yenidən faizə qayıdan kəsin əbədi (və ya uzun müddət)
Cəhənnəmdə əzab olunacağına böyük bir təhdiddir. Allah-
dan başqa güc, qüvvət sahibi yoxdur.


Böyük günahlar.
31
Peyğəmbər r demişdir: “(Sahibini) həlak edən yeddi
əməldən çəkinin”. Onlardan birinin də faiz yemək oldu-
ğunu bildirmişdir.
1
Peyğəmbər r demişdir: “Allah faiz yeyənə də, yedir-
dənə də lənət eləsin”. Tirmizinin rəvayətində isə: “Ona
(faizə) şahidlik edənlərə və yazanlara da (lənət eləsin)” əla-
vəsi vardır.
2
Peyğəmbər r demişdir: “Faizin haram olmasını bilib,
onu yeyən, yedirdirən və onu yazan şəxs, Qiyamət günü
Muhəmmədin r dili ilə lənətlənəcəklər”.
3
1
 (Səhih) əl-Buxari /2766/, Muslim /89/ Hədis Əbu Hureyrədən L
rəvayət olunub.
2
 (Səhih) Muslim /1597/.
3
 (Səhih) ən-Nəsai 8/147, Əhməd 1/409.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
32
Səkkizinci böyük günah.
Yetimin malını haqsızlıqla yemək.
Uca Allah buyurur:
  _^  ]   \  [  Z  Y  X  W  V  U  T
  a  `
“Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyən-
lər öz qarınlarına ancaq od doldururlar və onlar yandırıb-
yaxan oda girəcəklər” [ən-Nisa surəsi, 10-cu ayə].
,+  *  )  (  '  &  %  $  #  "  !
“Yetim həddi-buluğa çatana qədər, – xeyirxahlıq
(qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək)
istisna olmaqla, – onun malına yaxınlaşmayın!” [əl-Ənam
surəsi, 152-ci ayə]
Peyğəmbər r demişdir: “(Sahibini) həlak edən yeddi
əməldən çəkinin”. Onlardan birinin də yetimin malını haq-
sızlıqla yemək olduğunu qeyd etmişdir.
1
Lakin əgər yetimə baxan şəxs kasıbdırsa, ehtiyacı olan
qədər yetimin malından yeyərsə heç nə olmaz. Ehtiyacın-
dan artıq yemək isə qadağan və haramdır. Ehtiyacın miqda-
rına gəldikdə isə bu çirkin niyyətlərdən uzaq olan mömin
insanların adətinə görə müəyyən edilir.
1
 (Səhih) əl-Buxari /2766/, Muslim /89/ Hədis Əbu Hureyrədən L
rəvayət olunub.


Böyük günahlar.
33
Doqquzuncu böyük günah.
Peyğəmbərin r adından yalan söyləmək.
Peyğəmbərin r adından yalan danışmaq insanı İslam
millətindən çıxaran bir küfrdür və  şübhəsiz ki, haramları
halal, halalları isə haram etməklə bilərəkdən Allahın və ya
Onun elçisinin adından yalan söyləmək açıq küfrdür.
Burada isə başqa əməllər nəzərdə tutulur.
Peyğəmbər r demişdir: “Mənim adımdan yalan danış-
maq başqa birisinin adından danışılan yalanla eyni deyildir.
Mənim adımdan yalan danışan Cəhənnəmdəki yerini hazır
bilsin”.
1
Həmçinin r demişdir: “Mənim adımdan yalan danı-
şana Cəhənnəmdə ev tikilər”.
2
Başqa bir hədisdə demişdir: “Mənim demədiyim bir
şeyi mənim adımdan deyən şəxs Cəhənnəmdəki yerini hazır
bilsin”.
3
Peyğəmbər r demişdir: “Mömin bir şəxsin yalan və
xəyanətdən başqa hər bir şeyə meyl etməsi mümkündür”.
4
Həmçinin r demişdir: “Yalan olduğunu bilərək mənim
adımdan hədis rəvayət edən şəxs yalançılardan biridir”.
5
Bununla da bilmək lazımdır ki, (məvdu) uydurma
hədisi rəvayət etmək haramdır.
1
 (Səhih) əl-Buxari /1291/, Muslim /4/.
2
 (Səhih) Əhməd 2/22 və 103.
3
 (Səhih) Əhməd 2/171, ibn Məcə /35/.
4
 (Zəif) Əhməd 5/252, ibn əbi Asim /114/.
5
 (Səhih) əl-Buxari /1291/, Muslim /4/.


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə