275
Göstərilənlərdən hansı daha çox immunogendir:
A.polisaxaridlər
B.nuklein turşuları
C.yağlar
D.lipidlər
E.mineral maddələr
276
Steril immunitet:
A.törədicinin orqanizmdən tam kənarlaşdırılmasını təmin edə
bilmir.
B.törədicinin orqanizmdən tam kənarlaşdırılmasını təmin edir
C.ancaq xəstəlik müddətində mövcud olur
D.ancaq vaksinasiya ilə formalaşır
E.ancaq immunizasiya ilə formalaşır
277
Antigen molekulunun antigenliyini təmin edən kiçik kimyəvi
strukturlar:
A.ekzotoksinlər
B.endotoksinlər
C.epitoplar
D.endofermentlər
E.ekzofermentlər
278
Yadlıq dərəcəsinə görə antigenlər neçə cür olur:
A.2 B.3
C.4 D.5
E.6
279
İmmunoqlobulin molekulunun L və H zəncirləri bir-birilə
birləşir:
A.bilavasitə
B.kovalent rabitələrlə
C.disulfid rabitələrlə
D.hidrogen rabitələrlə
E.molekullararası qüvvələrlə
280
Plasentadan keçə bilən immunoqlobulin:
A.İgG
B.İgM
C.İgA D.İgD
E.İgM
281
Vaksinlər alınır:
A.qidalı mühitlərdən
B.immunizasiya edilmış heyvanların qan zərdabından
C.antibiotiklərdən
D.xəstədən alınmış patoloji materialdan
E.mikroorqanizimlər və onların antigenlərindən
282
Sekrotor komponentə malik immunoqlobulin:
A.İgG
B.İgM
C.İgA D.İgD
E.İgM
283
İmmun zərdab:
A.tərkibində anatoksin olan zərdabdır
B.tərkibində antigenlər olan zərdabdır
C.tərkibində anticism olan zərdabdır
D.tərkibində immun limfositlər olan zərdabdır
E.tərkibində komplment olan zərdabdır
284
Öldürülmüş vaksinləri hazırlamaq üçün mikroorqanizimlərin
inaktivləşdirilməsində istifadə olunur:
A.anticisimlərdən
B.ultrabənövşəyi şüalardan
C.kimyəvi maddələr və ya yüksək temperatur
D.bakteriofaqlardan
E.bakterial süzgəclərdən
285
Anatoksinləri hazırlamaq üçün:
A.bakteriyanın ekzotoksinləri 37-C-də,0,4%-li formaldehid
iştirakı ilə 3-4 həftə müddətində inkubasiya olunur
B.bakteriyaların immunodominant antigenlərlə 37-C-də,0,4%-
li formaldehid iştirakı ilə 3-4 həftə müddətində inkubasiya
olunur C.bakteriya ekzotoksinləri 37-C-də antitoksik zərdab
iştirakı ilə 3-4 həftə müddətində inkubasiya olunur
D.bakteriyalar 37-C-də,0,4%-li formaldehid iştirakı ilə 3-4
həftə müddətində inkubasiya olunur
E.bakteriyanın endotoksinləri 37-C-də,0,4%-li formaldehid
iştirakı ilə 3-4 həftə müddətində inkubasiya olunur
286
Xəstəlik keçirildikdən sonra formalaşan immunitet:
A.təbii qazanılmış aktiv immunitet
B.təbii qazanılmış passiv immunitet
C.süni qazanılmış passiv immunitet
D.süni qazanılmış aktiv immunitet
E.qeyri spesfik immunitet
287
Fibroblastlarda sintez olunur:
A.alfa interferon
B.betta interferon
C.qamma interferon
D.anticisimlər
E.interleykin
288
Bioloji proseslərin texnikada və sənaye istehsalında tətbiqini
öyrənən elm:
A. Biotexnologiya
B. Genq mühəndisliyi
C. İmmunologiya
D. Genetika
E. Ekologiya