289
Müəyyən ekosistemin daimi sakinləri olmaqla, orada həmişə
rast gəlinən mikroorqanizmlər:
A. Alloxton
B. Zimogen
C. Autoxton
D. Antaqonistlər
E. Parazitlər
290
Neytralizm zamanı baş verir:
A. Bir mikroorqanizm digərindən qida mənbəyi kimi istifadə
edir
B. Simbiozlar bir-birinə heç bir təsir göstərmir
C. Bir mikroorqanizm digərinin inkişafını dayandırır
D. Bir mikroorqanizm digərinin inkişafına şərait yaradır
E. Mikroorqanizmlərdən biri digərinin həyat fəaliyyəti
məhsullarından istifadə edir
291
Torpağın sanitar göstəricisini hansı mikroorqanizmlər təmsil
edir:
A. E.coli, Cl.tetani
B. E.coli, Cl.perfringens
C.Cl.tetani, Cl.perfringens
D. St.aureus, Cl.perfringens
E. C.botulinum, E.coli
292
Torpağın sanitar mikrobioloji müayinəsində təyin edilmir:
A. 1 q torpaqda olan bakteriyaların ümumi sayı
B. Sanitar göstərici mikroorqanizmlərin titri
C.1 q torpaqda olan termofil bakteriyalar
D. Epidemioloji göstəricilər zamanı patogen mikroorqanizmlər
E. 1 q torpaqda sulfatreduksiyaedici bakteriyaların sayı
293
Aşağıdakı üsullardan hansı havanın mikrobioloji müayinəsi
üçün istifadə edilir:
A. Sedimentasiya üsulu
B. Disk diffuziya üsulu
C. Sekvenləşdirmə üsulu
D. Molekulyar hibridləşdirmə üsulu
E. Mikroinyeksiya üsulu
294
. Bu mikroorqanizmlərin hansı bitkilərdə xəstəlik törətmir:
A. Claviceps purpurea
B. Pseudomonas fluorescens
C. Erwinia herbicola
D. Aspergillus
E. B.meliteksis
295
Aşağı tənəffüs yollarının normal mikroflorasının vəziyyəti:
A. Yalnız aeroblara rast gəlinir
B. Yalnız anaeroblara rast gəlinir
C. Göbələklərə rast gəlinir
D. Aktinomisetlərə rast gəlinir
E. Mikroorqanizmlərə rast gəlinmir
296
Helicobacter pylori təsadüf edilir:
A. Mədənin mikrobiotasında
B. Dərinin mikrobiotasında
C. Gözün selikli qişasında
D. Aşağı tənəffüs yollarında
E. Cnsiyyət üzvlərində
297
«Mukoz» mikrobiota adlanır:
A. bağırsağın möhtəviyyatının mikrobiotası
B. Ağız boşluğu selikli qişası mikrobiotası
C. Bağırsağın selikli qişası və onu əhatə edən seliyin
mikrobiotası
D. Sidik-cinsiyyət üzvlərinin mikrobiotası
E. Dəri mikrobiotası
298
Disbakterioz zamanı baş verir:
A. Normal mikrofloranın tərkibinə daxil olan bakteriyaların
tərkibində davamlı kəmiyyət və keyfiyyət dəyişiklikləri;
B. Normal mikrobiotanın tərkibindəki mikroorqanizmlərin
arasındakı davamlı kəmiyyət və keyfiyyət dəyişikliyi;
C. Yalnız mukoz mikrobiotanın kəmiyyət və keyfiyyət
dəyişikliyi;
D. Normal mikrobiotanın tərkibindəki göbələklərin kəmiyyət
dəyişikliyi;
E. Normal mikrobiotanın tərkibindəki ibtidailərin kəmiyyət
dəyişikliyi
299
Eubiotiklər kimi istifadə edilmir:
A. Enterokoklar
B. Bifidobakteriyalar
C. Laktobakteriyalar
D. Bağırsaq çöpləri
E. Aktinomisetlər
300
Azotlu üzvi birləşmələr mikroorqanizmlərin iştirakı ilə
amonium birləşmələrinə və amonyaka çevrilir ki, bu proses
adlanır:
A. Ammonifiksasiya
B. denitrifikasiya
C. Nitrifikasiya
D. Sterilizasiya
E. Seqmentasiya
301
Mezofil mikroorqanizmlər üçün maksimal temperatur nə
qədərdir:
A. 45C
B. 70C
C.10C
D. 6C
E.34C
302
Psixrofil mikroorqanizmlər üçün optimal temperatur nə
qədərdir:
A. 6-20C
B. 34-37C
C. 50-60C
D. 0-6C
E. 70-75C
303
Quru istiliklə sterilizasiya edilir:
A. Laboratoriya qabları
B. Vaksinlər
C. Zərdablar
D. Vitaminlər
E. Termolabil maye məhsulları
304
İnsan orqanizminin müxtəlif nahiyələrindən, eləcə də
yaralardan mikroorqanizmləri kənarlaşdırmaq üçün tətbiq
edilən tədbirlər kompleksi:
A. Aseptika
B. antiseptika
C. Sterilizasiya
D. Kultivasiya
E. Dezinfeksiya
305
Dezinfeksiyaedici kimi istifadə edilmir:
A. Fenol
B. Trikrezol
C. Xlor
D. Xloramin
E. İnterferon
306
Boyaların mikrob hüceyrəsinə təsiri əsaslanır:
A. Mikrob zülalının koaqulyasiyasına səbəb olur
B. Oksidləşdirici təsir edir
C. Səthi gərilmə qüvvəsini zəiflədir
D. Fermentləri denaturasiya edir
E. Mikrob hüceyrəsinin strukturları ilə kompleks birləşmə
əmələ gətirir və onların inkişafını dayandırır