|
1. Ъяряйанларын гаршылыглы тясириMüstəvi polyarlaşmış işıq
|
səhifə | 32/91 | tarix | 13.02.2022 | ölçüsü | 1,35 Mb. | | #83726 |
| fizika imtahan sual və cavabıMüstəvi polyarlaşmış işıq-elektrik vektorunun rəqsləri yalniz bir istiqamətdə baş verən rəqslərdir. Qismən polyarlaşmış işıq-E vektorlarının rəqs istiqamətlərindən biri qalan istiqamətlərə nəzərən üstünlük təşkil edən işıqdır. Polyarizator-tərəflərindən biri kristal oxuna paralel olmaq şərti ilə kəsilmiş kristaldır(məsələn:turmalin)ki, işıq dəstəsi ondan kecdikdə xətti(müstəvi)polyarlaşmış işıq olur. İşığın polyarlaşması-işıq dalğalarının eninə dalğalar olduğunu təsdiq edir.Eninə dalğalar-yayılma istiqaməti rəqslərin yaranma istiqamətinə perpendikulyar olan dalğalardır. Analizator-polyarlaşmış işıgın qarşısına qoyulan polyarizatordur.Analizaroru fıratdıqda ekranda işığın intensivliyi dəyişir. Kristalların oxları bir-birinə paralel olduqda işıqlanma maksimum, perpendikulyar olduqda isə minumum olur.İşıq adi güzgüdən qayıtdıqda və polyaroid adlanan löhvədən qayıtdıqda da polyarlaşır. Polyaroid-şüşə löhvə üzərinə çəkilmiş herapatit kristalının nazik(0,1mm) təbəqəsindən ibarətdir.Dairəvi polyarlaşmış işıq,elliptik polyarlaşmış işıq və s. də vardır.
Dostları ilə paylaş: |
|
|