sənayenin inkişafına yönəlik strategiya seçmiş bu ölkələr dünya inkişaf tarixində hələ
görülməmiş bir iqtisadi sıçrayışa nail olmuşlar. Belə ki, əgər Böyük Britaniyada XVII əsrin
80-ci illərində ümumi istehsalın artırılmasında 60 il, Yaponiyada keçən əsrin 80-ci illərində
eyni məqsədə nail olamq üçün 34 il lazım gəlmişdirsə, YSÖ qrupuna aid olan Cənubi Koreya
isə analoji məqsədə çatmaq üçün 1966-ci ildə cəmi 11 il lazım olmuşdur. Bu ölkələrin yüksək
iqtisadi inkişafa çatmalarının bir sıra səbəbləri vardır. Əsas faktorlar kimi isə aşağıdakılar
götürülür:
- Təhsilin inkişafına diqqətin artırılması;
- İqtisadi inkişafa yönəlmiş dövlət siyasəti;
- Beynəlxalq sənaye ixtisaslaşması və kooperasiyalaşmasına qoyuluşların edilməsi və s.
Bir sıra iqtisadçılar Asiyanın YSÖ-lərini Yaponiyanın bir sıra təsərrüfat metodları üzrə
adaptasiya olunmuş, yapon təsərrüfat modelini təkrarladıqlarını düşünürlər. Onlar
həmçinin bu ölkələri məcazi olaraq Yaponiyanın başçılıq etdiyi “durna qatarı”na
bənzədirlər.
Asiyanın YSÖ-ləri daha çox sənaye mallarının ixracına yönəlik bir iqtisadiyyat qurmuşlar.
Ümumiyyətlə, Asiyanını yeni sənaye ölkələri (hamısı birgə) illik məcmu ixracının dəyərinə
görə də dünyada özünəməxsus yerlərdən birini tutur. Belə ki, bu ölkələr adı çəkilən
göstəriciyə əsasən yalniz ABŞ və Almaniyadan geri qalır. Baxmayaraq ki, onların ixracında
sənaye məhsullarının ümümi çəkisi 71%-dən (Tayland) 96% (Tayvan) kimidir. (2000-ci ilin
məlumatına əsasən)
Asiyanın YSÖ-ləri haqqında danışarkən bu ölkələrin 1997-1998-ci illərdə beynəlxalq
maliyyə böhranının mərkəzində olmaları haqqında da qeyd olunması xüsusi ilə önəmlidir.
Belə ki, bu böhran qrup ölkələrinin iqtisadiyyatına çox güclü zərbə vurdu. Böhrandan daha
çox zərər görən ölkələr isə Cənubi Koreya və Tayland idi. Bu dovrdə artıq “Asiyanın
iqtisadi möcüzəsi”nin sona şatdığı haqda fikirlər irəli sürülürdü. Lakin YSÖ-lər
iqtisadiyyatlarını tez bir zamanda bərpa emək bacarığını sübut etdilər. Belə ki, ölkələrin
BVF ilə birlikdə keşirdikləri devolvasiya və anti-infilyasiya tədbirləri nəticəsində artıq 1999-
cu ildən başlayaraq nəzərə şarpacaq irəlləyişlər olundu – ÜDM yüksələn xəttlə artmağa
başladı və indi də artmaqdadır, fond birjaları bərpa edildi, qızıl-valyuta rezervlərinin
artımına nail olundu (hal-hazırda da yüksələn xəttlə inkişaf edir), milli valyutaların ABŞ
dollarına nisbətdə artımı baş verdi və s. Böhran eyni zamanda Asiya modelinin zəif
cəhətlərini üzə çıxartdı. Bütün bunlarə nəzərə alan bəzi iqtisadçıların fikirincə Asiyanın
YSÖ-ləri bir daha bu tipli böhrana tutulmamaq üçün onlar artıq Avropa Birliyi ölkələrinə
oxşar bir iqtisadi inteqrasiya formasının yaradılması haqda düşünməlidirlər.
Asiyanın “kiçik əjdahalar” adını almış 4 ölkə - Cənubi Koreya, Tayvan, Sinqapur,
Honq Konq haqqında daha geniş məlumatın verilməsi məqsədəuyğun olardı. Çünki, bu
qrup ölkələri son illərdə əldə etdikləri uğurlar artıq onların bəzi iqtisadçı ekspertlər
tərəfindən YSÖ-ləri kimi deyil İEÖ kimi təqdim edilmələrinə səbəb olmuşdur. Bunun da bir
sıra səbəbləri vardır. Elementar olaraq onu göstərmək olar ki, son illərin göstəricilərinə görə
bu ölkələrdə adambaşına düşən ÜDM 1500 ABŞ dolları, ÜDM-nin orta illik artım tempi
aşağı-yuxarı 7% olmuşdur.
YSÖ-lərin ayrı-ayrılıqda və daha geniş xarakteristikasını verək:
Dostları ilə paylaş: