1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə36/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   ...   32   33   34   35   36   37   38   39   ...   54

74 
 
münaqiĢələri  yatırmaq  üçün  qəti  əmrini  verir.  Kazaklar  hadisə  yerinə  yaxınlaĢar-
yaxınlaĢmaz əhəmiyyətli sığınacaqlarda mövqe tutmuĢ ermənilərdən üstlərinə atəĢ 
açılır,  qorodovoy  Möhsün  adlı  islamın  sözünə  əsasən  pristav  Qamsaraqan  Ter-
Yapramov  və  baĢqa  erməniləri  əvvəlinci  sahəyə  göndərib  ermənilərin  hamılıqla 
yığıĢıb ikinci sahədə  müharibə etmələrini xəbər verir. Necə ki, müsəlmanların bir 
çoxları  görə-görə,  əvvəlinci  sahənin  erməniləri  qeyri-təbii  surətdə  dükanlarını 
bağlayıb ikinci sahəyə yürüĢ edirdilər... 
Bu vaxtda Qamsaraqanın göndərdiyi ermənilər hər tərəfə  xəbər verib Hacı 
Məhəmməd  Hüseyn  Rəfiyevin  mağazasının  qarĢısında  bir  neçə  tapança  gülləsi 
buraxmaqla islamları hərbə dəvət edirlər. 
Bu  hadisəyə  dair  məlumat  verənlər  Kərbəlayı  Əli  Baltaçı  oğlu  və  baĢqa 
məlum  zatlardır.  Ermənilərin  əvvəlcədən  dükanlarda  hərbi  silah  gizlədikləri  və 
yaxud  müharibəyə  çoxdan  bəri  tədarükdə  olduqları  haqda  aĢağıda  yazılmıĢ 
məlumatlar  özü  bir  sübutdur.  Bunların  hamısından  baĢqa,  erməni  pristavı 
Qamsaraqanın  hadisələrin  əvvəlinci  səhifəsində  yazdığım  kimi,  məhəlli-aidinə 
verdiyi  1905-ci  il  26  noyabr  tarixli  8221  nömrəli  məlumatında  yuxarıda  qeyd 
edilmiĢ Molla Cəlilli sakinlərinin Ģəhadətindən komandir sotnı Orlovun və pristav 
müavini  Əbil  bəyin,  qubernski  upravleniyanın  üzvlərinin  və  padĢahlıq  əmlak 
çinovniklərinin  Ģəhadətlərindən  belə  məlum  olur  ki,  müharibəni  ermənilər  saat  9 
radələrində  baĢlayıb,  saat  11-ə  on  beĢ  dəqiqə  iĢləmiĢ  islam  məhəlləsinə  sirayət 
etmiĢdir. Məlum olur ki,  bu  vaxta  qədər  müsəlmanlar sakit oturubmuĢlar. Birinci 
hissədə  o  qədər  atıĢma  olmadı.  Zira  ermənilər  atıĢa-atıĢa  ikinci  hissəyə  qaçırlar.
*
 
Ermənilər qaçmağa baĢladıqda müsəlmanların hərbi ləvazimatları olmadığına görə 
onları  təqib  etməyib  sakit  oturdular.  Bir  az  vaxtda  atıĢmanın  səsi  Ģəhərin  hər 
tərəfinə  sirayət etdiyindən bazarda müxtəlif millətlərdən ibarət olan çoxlu camaat 
yığılmaqda  idi  ki,  qədəri  müəyyən  deyildi.  Bu  vaxtda  cəm  olanların  milliyyəti 
bunlardan ibarət olsa gərəkdir: əvvəlcə, orada olanların əksəri kəndli olub, gürcü-
libaslarını dəyiĢmiĢ halda, ləzgi iranlı, hər millətdən olan soldatlardan ibarət idi. Bu 
müxtəlif camaat bazar-dükanı qarət edəndə erməni, ya müsəlman və yainki baĢqa 
millətin  dükanına  təfavüt  qoymayıb  qarət  və  talan  etməkdə  idilər.  Qətl-qarət 
əsnasında  rus  övrətləri  və  çinovniklərdən  baĢqa  camaat  hamılıqla  qətl-qarət  və 
yandırmağa əl açmıĢdılar. Noyabrın 19, 20, 21-də havaya güllələr atılırdısa da, heç 
bir tərəfə xəsarət olmadı. Bu aralıqda sərdarın müavini general Malamanın səyi ilə 
bir müvəqqəti sülh edilib, ermənilər atəĢi kəsməyə söz verdilər. 
23  noyabr  xəbərləri.  Ermənilər  müharibəni  kəsmək  üçün  general 
Malamaya söz vermiĢdilərsə də, yenə noyabrın 23-ü gecəsi islamlara qəflətən gecə 
basqını xəyalına düĢürlər. 
                                                           
*
 Möhtərəm mühərririmiz ermənilərin qaçmasının üstündən pərdəli keĢmiĢdirsə də, bizə məxsusi yetiĢən 
məktublarda belə əhvalat da yazılmıĢdır. Ermənilərin geri çəkilmə əsnasında olan can qorxuları o qədər 
artmağa baĢlamıĢdı ki, müharibə halında olan bir geri çəkilməni həqarətli bir qaçhaqaça çevirdi. 
 


75 
 
Belə  alçaq  xəyallar  ilə  müqəddəs  yol  götürən  islamlara  qarĢı  kəĢf  qolu 
göndərib onların nə tədarükdə olduqlarını bilmək istərlər. 
Ermənilərin  kəĢf  qolları  -  12  nəfərdən  ibarət  bir  dəstə  Qanjinko  çayını 
(Gəncə  çayını  -  Ə.B.)  keçib,  fürsət  tapmaq  üçün  Gəncə  sakini  Tağı  Ağahüseyn 
oğlunun  dəyirmanında  gizlənirlər.  Yerdə  qalan  erməni  dəstələri  isə  çayın  erməni 
sahilində, kəĢf qolları qayıdıb məlumat verincəyə qədər hərbə intizar otururlar. 
Bərəkət  versin  ki,  müsəlmanların  mühafizə  dəstəsi  erməniləri  layiqincə 
görüb onların dar bir keçidə qaça  bilmələri  üçün  qeyri-qabil bir yerə  girmələrini   
gözləyirlər.  Ermənilər  dəyirmana  girdikdə  müsəlman  mühafizə  dəstələri  münasib 
bir  yerdə  mövqe  tutub  düĢmənin  olduğu  yeri  güllə  ilə  döyməyə  baĢladılar.  
Ermənilər  bir  neçə  tüfəngdən  cavab  versələr  də,  müsəlman  mühafizələri  
sipərlərdən çıxıb hücuma baĢlayınca ermənilər əl-ayaqlarını itirib Qanjinko suyuna 
tökülüb o biri sahilə keçirlər. Bundan sonra tərəflər arasında qanlı atıĢma baĢlanır.   
Gecə  saat  üçdən  alaqaranlığa  qədər  davam  etdi.  Gecənin  qaranlığında  tüfəng     
səsləri, bomba sədaları eĢidilməsəydi, havadan qırmızı yağmur yağır xəyal edilərdi. 
Hər  tərəfdən  böyük  tələfatlar  nəzərə  gəlirdi.  Fəqət  tələfatın  çoxu  ermənilər  
tərəfində  olduğu,  erməni  dəstələrinin  dağınıq  və  pəriĢan  bir  halda  hərbə  
giriĢdiyindən məlum  olurdu. Ancaq tələfat heç bir tərəfdən müəyyən deyildi. Zira, 
o hal elə bir hal idi ki, erməni, yainki müsəlman güllə Ģırıltısından dönüb yanında 
müharibə  edən  yoldaĢına  baxmağa  belə  macal  və  cürət  etmirdi.  Hər  kəs  canını, 
daha  əziz  həyatını  ancaq  əlində  olan  tüfənglərin  qəbzəsinə,  maĢnasına  həvalə 
etmiĢdi. 
24  noyabr  xəbərləri,  yaxud  daimi  sülh.  Noyabrın  23-də  baĢ  verən 
atıĢmadan  sonra  yüksək  mənsəbli,  ən  səxavətli  sərdarın  müavini  general  Malama 
cənabları  hər  iki tərəfin  vəkillərini sülh üçün  körpüyə  yığılıb gəlmələrini təvəqqe 
etdi. 
Ayın  24-də  camaat  körpüyə  yığılıb  sülh  üçün  intizar  otururlar.  Ən  əvvəl 
Ģeyxülislam cənabları tərəfindən təsirli bir nitq söylənib, sonra erməni arximandriti 
tərəfindən  zahirdə  sülhə  bənzər  bir  xitabə  oxundu.  Sonra  fəxri  vətəndaĢlar 
tərəfindən sülhə müdaxilə edilib sülh Ģərtləri bu sıra ilə oxunur: 
1.
 
Ayın  18-dən  24-nə  qədər  baĢ  verən  müharibədə  əsarətə  keçmiĢ 
camaatın mübadiləsi. 
2.
 
Əsirlərin mübadiləsi üçün hər iki tərəfdən vəkillərin seçilməsi. 
Üstdə  qeyd  edilmiĢ  əsirlər  mübadiləsi  məsələsindən  ötrü  vəkillər  təyin 
edilib  iĢ  baĢına  göndərilibdir.  Əvvəlinci  dəstədə  əsirləri  təhvilə  götürməyə 
gedənlər:  Andriyans  bəy  Serebrakov  üç  müsəlman  ilə,  ikinci  dəstədə  Verdiyev 
Abbas  Hüseyn  oğlu,  Əli  Əlinəği  oğlu  adlanan  müsəlmanlar  ilə,  üçüncü  dəstədə 
Hacı Molla Nəcəfquluzadə, MəĢədi Rzaqulu Zeynal oğlu, ləzgi Səfər Məhəmməd 
Mustafa  oğlu.  Əsirləri,  erməni  cənazəsini  müsəlman  məhləsində  təhvil  almağa 
gedən Ģəxslərin adları: 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə