1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə38/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   ...   34   35   36   37   38   39   40   41   ...   54

78 
 
3.
 
Kazaklar  bədəni  baĢsız,  qolları  dalından  bağlanmıĢ  bir  iranlının 
cənazəsini  tapır.  Ermənilər  tərəfindən  həlak  edilib.  General  Malamaya  dəxi  bu 
barədə  məlumat  verilir.  Yenə  MəĢədi  Sadıq  adlı  bir  müsəlmanın  ermənilər 
tərəfindən doğranmıĢ bədəni tapılır. 
4.
 
Noyabrın  on  ikisində  ermənilər  Amospirovun  dəyirmançısı  Kərbəlayı 
Fərəc Həsən oğlunu öldürmüĢlər. Canilər isə daĢnaksutyunlar imiĢ. Yuxarıda niĢan 
verdiyimiz  erməni  pristavı  Qamsaraqanın  8048  nömrəli  raportunda  lazımi  yerinə 
xəbər verilmiĢdir. 
5.
 
Noyabrın  on  altısında  Azad  kəndinin  yuxarısında  Böyük  Kaloniya 
küçəsində  Zurnabatdan  gələn  iki  nəfər  Qasım  BöyükkiĢi  oğlu  və  baĢqa  adsız  bir 
Bəhmənli  sakinini  tutub,  qollarını  bağlayıb  arxaları  üstə  qoyublar,  yenə  ov  üçün 
ətrafa  getdikdə  biçarələr  yüz  fəlakət  ilə  açılıb  qaçmıĢlar.  Bu  barədə  polisə  xəbər 
verilmiĢdir. 
6.
 
Noyabrın  on  səkkizində  ermənilər  Tağanlı  kəndinin  sakini  Bayram 
MəĢədi  Məhəmmədəli  oğlunu  öldürürlər,  necə  ki,  hadisələrin  əvvəlində 
deyilmiĢdir. Bunlardan  məlum olur ki,  ermənilər indiyə  kimi 30 nəfər silahsız  və 
günahsız müsəlman öldürmüĢlər ki, hamısı təfsilatı ilə yazılmıĢdır. Necə ki, surəti 
uyezd  idarəsində  vardır.  ġəhərdə  müsəlmanlar  ermənilərin  hər  cür  vəhĢiyanə 
hərəkətlərinə  dözdülər.  Çünki  müsəlmanlar  yəqin  etmiĢdilər  ki,  axırda  belə 
hərəkətlər  acı-acı  meyvələr  verib  səbəbkarının  məzacını  alıĢdıracaqdır.  Və 
ermənilərin  də  bu  hərəkətlərinin  səbəbi  heç  kəsə  naməlum  deyildi.  Zira,  onların 
hərbi  ləvazimatlarına  hər  yerdə  əsgərlərin  yığılıb  toplanmasına  diqqət  yetirdikdə 
onların  gələcək  tədarükündə  olub  hökumət  əleyhinə  olan  böyük  bir  qiyamları 
məlum və aydın olurdu. Bir halda ki, islamda bir günlük də olsa tədarük və hərbi 
ləvazimat olmasın, onlar necə erməniləri qırmaq xəyalına düĢər?! 
Hər cür tədarük və silahdan bibəhrə olan məzlum islam millətinə bu qədər 
iftiranı  əql  əhli  deyərmi?!  Ermənilərin  bir  sıra  fikirlərini  bizim  yazmağımız 
artıqdır.  Zira,  Qazax  uyezdinin  general-qubernatoru  general  Levitski  sərdara 
vurduğu teleqrafları bu iĢlərə gözəl sübutdur. Onu da deyək ki, daĢnaksutyunların 
bu  hərəkəti  barədə  "Kaspi"
8
  qəzetinin  9  mart  tarixli  54-cü  nömrəsində  yazılıbdır. 
Həmin yazı Levitskinin imzasıyla vurulan teleqrafnamənin eynidir. 
 
TĠFLĠS FACĠƏLƏRĠ HAQQINDA 
 
Ümum  qəzetlərin  yazdığına  görə,  Qafqazın  hər  guĢəsində  iğtiĢaĢ  və 
ziddiyyət törədən erməni firqələri və rəiyyətləri dövlət və camaat yanında müqəssir 
hesab edilib Tiflisə yığılmağa məcbur olurdular. 
Bu camaat barəsində Tiflis qəzetləri də cürbəcür xəbərlər verməkdə idi ki, 
hamısını da əziz oxucular oxuyublar. 
Belə  xəbərlər  qəzetlərdə  dərc  olunduqda  Tiflisdə  camaat  arasında  da 
erməni-müsəlman  vuruĢması  xəbəri  yayılmaqda  idi.  Biçarə  müsəlman  tayfası 


79 
 
Tiflisdə  çox  az  və  gücsüz  olduqlarından  son  dərəcə  pəriĢan  və  heyrətdə 
qalmıĢdılar. O zamanlar Tiflisdə islamların iĢləri olduqca tənəzzülə uğrayıb pis bir 
vəziyyət  kəsb  etmiĢdi.  Ġslamların  bu  halını  Tiflis  general-qubernatoru  götür-qoy 
edib,  1905-ci  il  25  oktyabr  tarixli  aĢağıdakı  məzmunda  bir  elannamə  buraxır  ki, 
"guya  Ģəhərdə  Ģaiyələr  buraxılmıĢ  ki,  ermənilərlə  müsəlmanlar  arasında  böyük 
iğtiĢaĢ  olacaqdır.  Bu  səbədən  özümə  borc  bilirəm  ki,  xəbər  verəm,  baĢ  verəcək 
iğtiĢaĢı  dəf  etməkdən  ötrü  lazımi  tədbirlər  görmüĢəm.  Polisə  əmr  verib  fərq 
qoyulmadan  bütün  əhalinin  malını  və  canını  mühafizə  etməyin  onların  borcu 
olduğunu  bildirmiĢəm.  25  oktyabr  1905-ci  il.  Ġmza:  qubernator  Jbilyay".  Bu  cür 
elanlara  baxmayaraq,  daĢnaksutyunlar  gündən-günə  belə  xəbərləri  Ģəhərə 
buraxmaqla  biçarə  müsəlmanları  iĢ-gücdən  qoyurdular.  Nəhayət,  müsəlman 
baĢçıları  millətin halını düĢünüb aĢağıdakı  məzmunda  bir intibahnamə  buraxırlar: 
"Tiflis  əhalisinə.  Tiflis  Ģəhərində  əsassız  Ģayiələr  buraxmıĢlar  ki,  guya 
müsəlmanlarla  ermənilər  arasında  münaqiĢə  və  müharibə  olacaqdır.  Bu  səbəbdən 
Tiflisdə erməni və müsəlman qardaĢlarımıza bu intibahnaməni təqdim edib təvəqqe 
edirik  ki,  belə  mənasız  xəbərlərə  qulaq  verməsinlər.  Bu  Ģeytənətamiz  Ģayiələri 
buraxan  iftiraçıları  axtarıb  tapsınlar.  Fitnə-fəsad  törədənlər  indiyə  qədər  nahaq 
tökülüb  vətənimizi  qızardan  erməni-müsəlman  qanına  kifayət  etməyib  gözəl  və 
yaraĢıqlı Tiflis Ģəhərini də xarab etmək həvəsindədirlər. Ümid ki, Tiflis müsəlman 
və erməniləri o qədər vəhĢi deyillər ki, nahaq yerə qan töküb yüz illərdən bəri olan 
qardaĢlıq  etdiyi  kəslərlə  çarpıĢıb  xəsarətə  düçar  etsinlər.  Gizli  qalmasın  ki,  belə 
xəbərləri əclaf kəslər buraxırlar ki, camaatın müsibətli zamanında daraĢıb əmlakını 
qarət və talan etsinlər. 
2 noyabr, 1905" 
 
Müxtəsər belə-belə iĢlərlə müsəlmanları sakitləĢdirib erməniləri də öz safdil 
olmalarından xəbərdar edirdilər. Digər tərəfdən belə iĢlərə baxmayaraq, ermənilər 
hər  səmtdən  Tiflisə  əsgər  gətirib  min  cür  hiylələrlə  müsəlmanları  müharibəyə 
çağırırdılar. Bu tövr ilə noyabrın 20-nə  qədər bir sıra  əhəmiyyətsiz  hadisələr olsa 
da,  burada  vaxtımız  olmadığından,  yaxud  belə  iĢlərin  yazılması  ilə  oxucuların 
dərd-sərini artırmaq istəməyib, ancaq noyabrın 20-də baĢ verən hadisəni yazmaqla 
kifayətlənirəm. 
Hadisələr.  1905-ci  il  20  noyabr  axĢam  saat  9-da  Ģəhərin  müsəlman 
hissəsində  atıĢma  baĢ  verib,  saat  yarıma  qədər  davam  edir.  Bu  atıĢma  əsnasında 
müsəlmanlar və ermənilər tərəfindən çoxlu tələfat olsa da, bilinmir. AtıĢma Xarpux 
və  Alavar  adlanan  yerlərdəki  evlərdən  baĢ  verirdi...  Bu  atıĢma  sonrakı  gün  yenə 
baĢlandı ki, nə qədər məlumatımız var, hamısını sıra ilə yazıb təqdim edirik. 
1905-ci  ilin  21  noyabr  xəbərləri.  Bu  gün  təzədən  hər  tərəfdə  erməni-
müsəlman arasında atıĢma baĢ verib çox Ģiddətlə davam edilirdi. 6, 7 bəzən 5 və 8-
ci  sahələrdə  tam  Ģiddətlə  müharibə  baĢlanıb  müsəlmanlardan  ermənilərə  və 
ermənilərdən  müsəlmanlara  aramsız  olaraq  tüfəng  və  tapançadan  atəĢlər  açılırdı. 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə