1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə41/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   ...   37   38   39   40   41   42   43   44   ...   54

84 
 
Qazax uyezdində erməniləri xoĢbəxt edən bir nöqtə varsa, o da hökumət və 
polis  qulluqçularının  əksəriyyətlə  erməni  olmasıdır.  Belə  ki,  müharibə  vaxtında 
neçə  dəfə  strajniklər  tüfənglərini  götürüb  və  ya  satıb  öz  evlərinə  getmiĢdilər. 
Onlardan  biri  Sevan  Tumanovdur.  Atalı  kəndinin  sakini  BəĢir  adlının  15  nəfərə 
kimi  qonĢularını  qırıb  səkkiz  yüz  baĢ  malını  aparması  da  məĢhurdur.  Belə  ki, 
həmən strajniklər qayıdıb yenə öz xidmət yerlərində qulluq etməkdə idilər. 
Qeyd:  Qafqaz  müsəlmanlarının  belə  qəflətləri  müqabilində  ermənilərin 
istiqlaliyyət  xəyalına  qurban  olduqlarını  görüncə  1898-ci  ildə  Krid
9
 
müsəlmanlarının  vəziyyəti  adamın  gözü  önündə  canlanır.  Kridlilərin  Zafski, 
Axladina, Vuri, Nasiya, Balyupçi kəndlərinin hadisələri necə müdhiĢ isə Qafqazda 
islam köylərinin də halı eləcədir. Ah, qərib müsəlman! 
Hadisələrin icmalı. Qazax uyezdinin hadisələri 1905-ci ilin 29 noyabrında 
baĢlanıb. Müsəlmanlar müasir iĢlərdən xəbərsiz olduqlarına görə böyük xəsarətlər 
gördülər.  Qazax  uyezdində  hökumət  məmurları,  xüsusilə  polis  qulluqçularının 
əksəriyyəti  erməni  olduğundan  müsəlmanlara  artıq  zərərlər  vermiĢlər.  Burada  üç 
böyük və müdhiĢ müharibələr də zühur etmiĢdir. 
1.
 
Əlibəyli müharibəsi. 
2.
 
Tatlı müharibəsidir ki, bir gün davam etdiyindən müsəlmandan tələfat 2 
nəfər, ermənidən isə 50 nəfər ölmüĢ, bu qədər də yaralanmıĢdır. Bu müharibədə iki 
mühafizəçi kazak da ermənilərin əlində öldürülmüĢdür. 
3.
 
Əskipara müharibəsidir ki, müsəlmanların tələfatı 4, ermənilərin tələfatı 
80  nəfər  silah  altında  olan,  bir  bu  qədər  də  yaralanmıĢdır.  Tələfatın  çoxu 
ermənilərdəndir.  Bu  müharibələrə  səbəb  ġəmsəddin  pristavı  Mesrop  olmuĢdur. 
Ermənilərin  strajnikləri  bu  müharibədə  onlara  böyük  köməklik  etdilər.  Qazax 
uyezdində  məĢhur  on  qəryə  dağılmıĢdır  ki,  hadisələrin  təfsili  vaxtı  adları 
çəkilmiĢdir. Bunlardan baĢqa da bir çox qəryələr dağılıb yandırılmıĢdır. 
 
TĠFLĠS SÜLH DANIġIQLARI 
 
1906-cı  il  fevral  ayının  20-də  Tiflis  şəhərində  Qafqazın  səxavətli  canişini 
cənab  baş  komandan  Voronsov-Daşkov  həzrətlərinin  səy  və  alicənabanə  ciddi-
cəhdləri  sayəsində  Yaşlı  zalda  humayun  sarayında  təşkil  olunmuş  erməni-
müsəlman sülh məclisinin bəyanından və tərəflərin danışıqlarından bəhs edilir. 
Məclisin məramı və əsl məqsədi. Məclisin məramı Qafqaz müsəlmanlarını 
qan  dəryasından  çıxarıb,  müharibə  və  hadisələrin  baĢ  verməsi  səbəblərini  təftiĢ 
edib, sonra hər iki millətin dərd və vəziyyətinə  baxıb, çarə axtarmağa və bir daha 
belə  hadisələrə  yol  verməmək  üçün  hökuməti  bir  sıra  lazımlı  tədbirlər  görməyə 
vadar etməkdir. 
Hökumət  tərəfindən  bu  məclisə  tam  nəzarət  yetirən  Ģəxslər:  Qafqaz 
caniĢini  cənab  Voronsov-DaĢkov,  Tiflis,  Ġrəvan,  Gəncə  qubernatorları,  caniĢin 


85 
 
həzrətlərinin  müavinləri,  cənab  Krım  Soltanı  Gəray,  general  Malama,  general 
ġirnikin, kargüzar Peterson cənabları. 
Ġslam  nümayəndələri:  Bakıdan  cənab  Əhməd  bəy  Ağayev,  Kərbəlayı 
Ġsrafil  Hacıyev,  Əlimərdan  bəy  TopçubaĢov,  Tiflisdən  hörmətli  Məhəmməd  ağa 
Vəkilov,  Doktor  Qarabəyov,  Gəncədən  Əliəkbər  bəy  Xasməmmədov,  Ədil  xan 
Ziyadxanov və baĢqaları. 
Erməni vəkilləri: "MÜġAK" qəzetinin müdiri Kalantar, Tiflisdən Xatisov, 
Samson  Artyunov,  Bakıdan  Xatisov,  MuĢeksyan,  doktor  Stepanov,  Arakelyan, 
Taqiyanusov, Ter-Avanesov, Arximandrit Muradyan və baĢqaları. 
Məqsədin  ərzi.  Yuxarıda  qeyd  edilmiĢ  sülh  məclisinin  qurulmasına  ən 
səxavətli  sərdar  tərəfindən  fevral  ayının  15-nə  fərman  verilmiĢdisə  də,  erməni 
vəkillərinin nədənsə vaxtında gəlmədiklərindən məclisin baĢlanması ancaq fevralın 
20-də  gündüz  saat  birdə  baĢ  tutmuĢdur.  Göstərilən  vaxt  erməni  və  müsəlman 
vəkilləri caniĢin həzrətlərinin əmrinə əsasən humayun sarayına toplanırlar. Vəkillər 
sarayın  yaĢıl  zalında  yığıĢırlar.  Bir  az  intizardan  sonra  caniĢin  həzrətləri  böyük 
dəbdəbə  ilə  məclisə  təĢrif  gətirir.  Məclisi  açdıqdan  sonra  mərhəmət  göstərib  bu 
nitqi söyləyir: 
-  Camaat!  Bir  ildir  ki,  sizin  əziz  vətəniniz  olan  Qafqaz  bu  qədər  bəlalara 
mübtəla olub. Hökumət hər binagüzarlıq etsə də, xeyirli bir nəticə vermədi. Lakin 
Qafqazın  və  sizin  rahatlığınız  üçün  gərək  bu  bəlalar  aradan  götürülsün.  Erməni-
müsəlman iğtisaĢı ancaq quldurlara və iğtiĢaĢçı dəstələrin xeyrinədir. Ġndi mən sizi 
buraya  cəm  etmiĢəm  ki,  siz  özünüz  bu  iĢlərə  çarə  arayasınız.  Lakin  mən  sizdən 
təvəqqe  edirəm  ki,  öz  müzakirələrinizdə  keçmiĢdən  danıĢmayıb  təqsirin  kimdə 
olduğu məsələsini bərkənar edəsiniz, - deyib sözünü sona çatdırır. 
Vəkillər razılıqlarını bildirdikdən sonra caniĢin həzrətləri çıxıb öz sarayına 
yollandı. 
Məclis  cənab  Malamanın  sədrliyi  altında  baĢlanıb,  məsələlər  müzakirə 
olunur.  Bu  məclislərdə  ən  əhəmiyyətli,  keĢməkeĢli  olan  məsələlər  iki  mühüm 
maddədən  ibarət  idi.  Onların  biri  müsəlmanların  yaylağa  köçməsi,  o  biri  də 
ermənilərin  terror  və  sairə  ziyan  gətirən  qatil  dəstələrinin  aradan  götürülməsi 
məsələsi idi. 
Bunlardan  baĢqa  bir  sıra  baĢqa  danıĢıqlar  varsa  da,  onları  yazmaqla 
oxucuları dərd-sərə salmağı lüzumsuz gördüm. 
Köç  məsələsi  ilə  bağlı  olan  danıĢıqlar.  BeĢinci  məclis  fevralın  25-də 
müsəlmanların proqramında göstərilən köç məsələsinin müzakirəsi ilə baĢlanır. 
"MÜġAK"  erməni  qəzetinin  müdiri  Kalantar  belə  bir  nitq  söyləyir:  - 
Qafqazda  köç  məsələsi  ən  ümdə  məsələlərdən  biridir.  Çünki  yalnız  köçərilərə 
deyil, bütün əhaliyə aid məsələdir. Köç zamanı əhalinin çox hissəsi  hərəkətə gəlib 
bir-birilə görüĢür. KeçmiĢin sakitlik və dinclik zamanında belə, əhali köç vaxtı bir-
birilə toqquĢurdular. 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə