1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə40/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   ...   36   37   38   39   40   41   42   43   ...   54

82 
 
gülləbaran etməklə iki islamı qətl, bir qoca əlil islamı, iki həddi-buluğa çatmamıĢ 
qızı  anaları  ilə  birlikdə  əsir  alıb  kəndi  də  yandırıb  talan  edirlər.  Ġslamlar  bu  halı 
görüncə  bayram  mərasimini  buraxıb  baĢqa  kəndlərə  qaçırlar.  AtıĢma  sədasına 
Dəmirçilər  kəndinə  səyahətə  getmiĢ  Ġsrafil  bəy  Nuri  bəy  yanında  da  yarısı 
odlanmıĢ  kəndin  imdadına  gəlməklə  erməniləri  tüfəng  atəĢilə  qaçmağa  məcbur 
edirlər.  Ermənilərin  qonĢuluq  və  vətəndaĢlıq  hüququna  riayətsizliyini  eĢidən 
müsəlmanlarda bir az intibah əmələ gəlir, hər tərəfdən müsəlman könüllü əsgərləri 
hücuma keçib Əskipara adlı kənddə böyük müharibəyə baĢlayırlar. Bu müharibədə 
müsəlmandan  4  nəfər  qətl  olunur.  Ermənilər  dəxi  80  nəfər  tələfat  verib  bir  çox 
cəbbəxana və hərbi ləvazimatlarını qoyub qaçmağa məcbur olurlar. 
Əskipara  müharibəsinə  baĢçılıq  edən  islam  atlıları  gündüz  müharibə  edir, 
gecələr isə müsəlmanları balaca   kəndlərdən böyük islam kəndlərinə köçürürdülər. 
Bu  dəfə  köçən  kəndlər  Əskipara,  Ayrım,  Fərəhli,  Bağanis  və  sairlərdir.  Bu  ayda 
dəxi  elə  bir  hadisə  olmayıb,  ancaq  Karvansara  ermənilərinin  təcavüzlərini 
yatırtmaq  üçün  gedən  30  kazak  dəstəsinə  sursat  verilməyərək  geri  qaytarılır.  Bu 
səbəbdən  yanvarın  31-də  polkovnik  və  yanında  olan  bir  neçə  kazak  dəstəsi 
Karvansaraya yollanır. 
Bu aralıqda dəxi Zəyəm mahalında erməni-müsəlman vuruĢması elan edildi. 
Belə  ki,  Çardaxlı  adlı  erməni  kəndinin  sakinləri  müsəlman  kəndlərinə  hücum 
etdikləri vaxt aralıqda  yerləĢən ĠrmaĢlı və  Ayıblı müsəlman kəndlərinin mühafizə 
dəstələrinə  rast  gələrək  böyük  müharibə  baĢlanır.  QonĢuluqda  bulunan  islam 
kəndlərindən  mühafizəçilər  köməyə  gəldikdə  erməni  dəstələri  davam  gətirməyib 
qaçmağa  üz  qoyurlar.  Müsəlmanlardan  bir  nəfər  öldürülür  və  on  bir  baĢ  at 
oğurlanır.  Ermənilər  isə  bir  çox  tələfat  verdikdən  sonra,  on  beĢ  nəfərin  meyitini 
müharibə  meydanında  qoyub  qaçırlar.  Qazax  uyezdində  bir  çox  kəndlər  dağılıb 
yansa  da,  indiyə  qədər  məĢhur  olanı  12  kənddir:  Əlibəyli,  Haccalı,  Kazımlı, 
KöhnəqıĢlaq, Yaradullu, Həqbəli, Sofulu, Cəfərli, Çaxmaqlı, Qızılhacılı, Xeyrimli, 
Bağanis Ayrım. 
Qazax  uyezdində  üç  dəfə  müharibə  olmuĢdur.  Birisi  Əlibəyli  davası  ki, 
ermənilərin tələfatı barədə məlumat yoxdur. Müsəlmanlardan da tələfat olmayıbdır. 
Ancaq sakitlik üçün gəlmiĢ kazakların iki nəfərini ermənilər öldürmüĢlər. Ġkincisi 
Tatlı müharibəsidir. Bu müharibə bütün günü davam edir və iki nəfər müsəlmanın 
həlakı ilə baĢa  çatır. Ermənilərin tələfatı isə  əlli nəfərə  kimi təxmin edilirdi.  3-cü 
Əskipara müharibəsidir ki, onda müsəlmanların tələfatı 4 nəfər, ermənilərin tələfatı 
80  nəfərə  yaxındır.  Bu  üç  müharibədən  sonra  Qazax  uyezdi  hökumət  qüvvəsi 
tərəfindən  nəzarət  altına  alınır  və  bir  növ  sakitlik  yaranır.  Fevral  ayının  beĢinci 
günü  Qazaxda  dükanlar  və  evlər  qoĢun  tərəfindən  axtarıldıqda  kazaklar  və 
draqunlar  müsəlmanlara  çox  böyük  zərər  vururlar.  Belə  ki,  bir  evi  təftiĢ  üçün  50 
nəfər soldat girib, hər nə tövr olursa olsun, əllərinə keçən ev əmlakını oğurlamaqda 
idilər.  Soldat  ayağı  düĢmüĢ  evlərdə  sınmamıĢ  lampa  və  bu  kimi  əĢyalar 
qalmamıĢdı. 


83 
 
Qazaxda və ətrafında olan müsəlmanların hərbi yaraqlarını nə  ki var yığıb 
onları bıçağa belə həsrət qoyurdular. Ermənilər isə bu vaxta kimi nə tüfəng, nə də 
top vermiĢdilər. 
Qazax uyezdinin hadisələri barədə əlimdə bir sıra məlumat vardır. Fəqət, ən 
əvvəl  bu  hadisələri  hansı  tərəfin  camaatı  baĢladığını  lazımi  qaydada  məlum 
edilmədiyindən  aĢağıda  yazılmıĢ  məktubun  dərcini  lüzumlu  gördüm.  Erməni-
müsəlman hadisələri hər tərəfdə baĢ verdikcə Qazax müsəlmanları daim qonĢuları 
ilə  sülh  və  saziĢə  gəlmək  arzusunda  idilər.  Ermənilər  isə  zahirən  sülh  tərəfdarı 
olsalar da, gizlində paçka ilə tüfəng və sair hərbi silah tədarük edirdilər. 
Ermənilərin belə  hərəkətləri  müsəlmanları  bəzi fikirlərə  saldı.  Bir tərəfdən 
də erməni dükançıları öz dükanlarında olan mallarını dağ kəndlərinə və müdafiəsi 
möhkəm  olan  Dilican  və  Karvansara  tərəfə  aparmaqda  idilər.  Ġslamların  bu  ağır 
günlərində  ġəmsəddin  pristavı  erməni  Mesrop  bəy  bir  neçə  islam  libasında  olan 
ermənilərlə  gəlib  Qazağa  çatdıqda  tüfənglərinə  patron  qoyub,  yaxına  gedən 
müsəlmanlara  atmağa  baĢlayırlar.  Müsəlmanlar  da  təbii  ki,  onların  atəĢinə  cavab 
verməklə  bir  qədər  atıĢma  olur.  Bir  azdan  sonra  Mesrop  və  atlılar  qaçırlar.  Bu 
qayda ilə qazaxlarda ədavətin əsasını qoyurlar. Odur ki, yuxarıda deyilən üç böyük 
müharibəyə  meydan  verilib,  ermənilərə  nə  qədər  can  və  müsəlmanlara  da  çoxlu 
mal  zərəri  yetiĢir.  Əlimə  yetiĢən  məlumatlar  müsəlmanların  iĢdən  kənar  olmaları 
və  xəbərsizliyi  səbəbindən  bu  qədər  xəsarətlərə  düĢəcəklərinə  tam  bir  sübut  ola 
bilir. Belə ki, müharibədən əvvəl ermənilərin Tatlı kəndinin rəisi Arsen Arsenov və 
keĢiĢ Kiniqor Yaradullu Kərbəlayı Novruz Məhəmməd oğlu və baĢqalarının evinə 
gəlib  müsəlmanları  xam  salmaqdan  ötrü  sülh  və  barıĢıqdan  söz  açıb  -  "hər  yerdə 
müharibə  olsa  da,  biz  bu  çayda  müharibə  baĢlamayaq,"  -  deyib  yalançı 
mehribançılıqlar edirlər. 
Müsəlmanlar  isə  belə  sözlərə  inanmaqla  öz  istirahətlərində  idilər.  Bunlara 
sübut üçün Qazax tərəfindən 600 nəfər müsəlman könüllü atlısı ermənilərin hərbi 
mərkəzi olan Tatlı kəndini dağıtmağa  getdikdə  müsəlmanlar Quranı-Ģərifi qabağa 
çıxarıb  -  "Bizim  qonĢulara  rəhm  eyləyin,"  -  deməklərini  nəzərə  qoymaq  olar. 
Ermənilərin  dəxi  fitnəkarlıq  üçün  dörd  gün  həmən  hadisədən  sonra  Yaradullu 
kəndinə  gəlib  -  "Bax,  biz  sizlə  dost  olduğumuz  üçün  xəbər  veririk.  Əgər 
istəyirsiniz  salamat  qalasınız, bu gecə  bu  kəndlərdən  yığıĢıb gedin!  Axırda  baĢqa 
yerlərdən gəlmiĢ ermənilərin sizə zərəri yetiĢər," – sözlərini sübut kimi demək olar. 
Belə sifariĢlərdən sonra islamlar gecə daĢınıb islam kəndlərinə dolmuĢdular. Sabah 
həmən "dost" ermənilər Yaradullu kəndinin arabaçılarının qabağını kəsib 5 nəfərini 
öldürür,  9  nəfərini  isə  əsir  aparırlar.  Müsəlmanların  9  vaqona  qədər  arpa  və 
buğdasını  yollarda  qarət  edib  kəndlərini  bütünlüklə  yandırırlar.  Bu  müharibələrin 
ən  dəhĢətlisi  Qaraqoyunlu  müharibəsidir  ki,  ermənilər  300-ə  qədər  tələfat  verib 
daha  hərbə  giriĢməyə  qüvvələri  qalmamıĢdı.  Bunu  da  deməliyik  ki,  bu 
müharibələrdə müsəlmanların əlində hərbi silah lazımi miqdarında olsaydı, Qazax 
mahalında ermənilərin yalnız məğlub adları qalacaqdı. 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə