1
1399-cu ildə Əbdül Əziz Şərəfəddin oğlunun bürüncdən
hazırladığı bu məmulat Ermitaj muzeyində saxlanılır. Bu
sənət nümunəsi hansıdır? A) Satıl B) Sərnic C) Manqal
D) Kuzə E) Tiyan
2
Nazik qızıl və gümüş məftildən hazırlanan zərgərlik
əşyalarının hazırlandığı texnika necə adlanır? A)
qəlibkarlıq B) minasazlıq C) şəbəkəçilik D) qarasavat E)
oymaçılıq
3
XVI-XVII əsrdə təsviri sənətin ən geniş yayılmış növü
hansı idi? A)Qrafika B)Xəttatlıq C)Kitab miniatürü
D)Boyakarlıq E)Dekorativ Tətbiqi sənət
4
Aşağıdakılardan hansı parça növü deyil? 1.Zərli
2.Təkəlduz 3.Ali
4.Qurama 5.Mahud
6.Tirmə
A)1,2 B)2,4 C)2,3 D)3,4,5 E)1,4,6
5
Gəncədə "Nizami"abidəsi, Bakıda "Nizami" heykəlinin
müəllifi? A)F.Əbdürrəhmanov B)M.Mirqasımov
C)C.Qaryağdı D)F.Nəcəfov E)M.Hüseynov
6
"Aydan" əsərinin müəllifi? A)B.Mirzəzadə
B)S.Bəhlulzadə C)M.Abdullayev D) M.Rəhmanzadə
E)T.Salahov
7
"Su üstündə dava", "Köhnə ailədə qadının taleyi",
"İnnabı rəng bizə məxsusdur" əsərlərinin müəllifi kimdir?
A)İ.Axundov B)R.Babayev C)O.Sadıqzadə
D)K.Xanlarov E)Ə.Əzimzadə
8
Xovsuz xalçaları seçin?
1.Sumax
2.Vərni
3.Xalı
4.Güləbətin
5.Təkəlduz
6.Zilli
A)1,2,6 B)1,2,4 C)1,3,6 D)2,4,5 E)2,3,6
9
Qrafik təsvirin çapdan sonra bərpası necə adlanır?
A)Dizayn B)Eklektik C)Retuş D)İonik E)Obelisk
10
"Yelən"nədir?A)Tikmə növü B)Xovsuz xalça C)
Xalçaların kənar bəzəkləri D)Tikmənin ara sahəsi
E)Daraq aləti
11
Səhv variantı seçin?A)"Zərli" parça növüdür B)Kilim
xovlu xalçadır C)Haşiyə-Xalçanın yan bəzəklərinə deyilir
D)Xrisoelefantin-haykəltaraşlıq texnikasıdır E)Çəpkən-
geyim növüdür
12
"Natürmort" sözünün mənası? A)Cansız təbiət B)Canlı
təbiət C)Ölü heyan D)Rəngsiz əşya E)Rəngsiz təbiət
13
"Sərt Üslub"un görkəmli nümayəndəsi?A)İ.Axundov
B)Ə.Əzimzadə C)T.Salahov D)B.Mirzəzadə
14
Kompleksin əsas binası XIII əsrdə tikilmiş Pir Hüseyn
məqbərəsidir.Türbənin içərisindəki kaşılar olduqca
qiymətli sənət əsərləridir.Tikilinin XIII əsr tarixli
minarəsi Şirvan memarlığındakı minarə tikintisinin
inkişafında əhəmiyyətli rol oynayır.Söhbət hansı tikilidən
gedir? A)Şirvanşahlar türbəsi B)Göy məscid C)Gülüstan
türbəsi D)Pirsaatçay xanəgahı E)Möminəxatun türbəsi
15
H.Cavid abidəsinin müəllifi? A)Ö.Eldarov
B)T.MəmmədovC)F.ƏbdürrəhmanovD)M.MirqasımovE)
F.Xəlilov
16
Azəri-türklərinə məxsus olan ilk xalça nümunəsi harada
aşkar olunmuşdur? A) arxeoloji qazıntılar zamanı İçəri
Şəhərdə B) Üçtəpə kurqanından C) Şahtaxtıda D)Şabran
qədim yaşayış məskənində E) Altayda Pazırık
kurqanından
17
"Firdovsi və saray şairləri" miniatüründə süfrə arxasında
əyləşərək söhbət edən 3 nəfər və onların önündə əlindəki
əsasına söykənərək dayanmış bir kişi təsvir olunub. Bu
əsərin müəllifi kimdir? A)Mir Seyid Əli B)Müzəffər Əli
C)Soltan Məhəmməd D)Kəmaləddin Behzad E)Mir
Möhsün Əli
18
Karikatura janrında işləməyən rəssam
hansıdır?A)İ.Axundov B)Ə.Əzimzadə
C)F.ƏbdürrəhmanovD)N.İsmayılov E)O.Şmerling
19
Görkəmli xalçaçı rəssamlar?
1.L.Kərimov
2.E.Mikayılov
3.N.İsmayılov
4.K.Xanlarov
A)1,2 B)2 C)1,4 D)3,4 E)1,4
20
Hindistanda olarkən yaratdığı ilk görkəmli əsəri
"Teymurun sarayı" adlı kompozisiyasına görə rəssama
"Nadir ül-mülk" adı verilir.Söhbət hansı rəssamdan
gedir? A)Mir Seyidəli B)K.Behzad C)Müzəffər Əli
D)Soltan Məhəmməd E)Mir Müsəvvir
21
Bunlardan hansı təsviri sənətin növü deyil?A) Bataliya
B)Boyakarlıq C)Dekorativ tətbiqi sənət D) Qrafika
E)Heykəltaraşlıq
22
Barelyef nədir?A)Heykəltaraşlığın növü B)Rəngkarlığın
növü C)Divarda dini təsvir D)İllüstrasiyanın növü
E)Xalça növü
23
Sadiqi Bəy Əfşar hansı miniatür məktəbinin nümayəndəsi
idi? A)Təbriz B)Qəzvin C)Yəzd D)İsfahan E)Herat
24
Soltan Məhəmmədin yaradıcılığının çiçəklənmə dövrü
hansı əsrə təsadüf edir? a)XVI əsrin ortaları b)XV əsrin
sonu c)XVI əsrin sonları d)XVII əsrin əvvəlləri e)XV
əsrin əvvəli
25
İpək üzərində akril boyalarla rəsm sənəti necə
adlanır?A)İnkrustasiya B)Qravürovka C)Xatəmkarlıq
D)Monatipya E)Batika
26
Aşağıdakılardan hansı Azərbaycanda "qotika" üslubunda
binadır? A)Hökumət evinin binası B)Kirxa binası
C)Elmlər Akademiyas Rəyasət heyətinin binası
D)Flarmoniya binası E)Nizami adına ədəbiyyat müzeyi
27
E.Ə VIII-VII əsrə aid olan qızıl sinəbəndi Ziviyyədə kim aşkar
etmişdir? A) Tom Luis B) Robert Dayson C)Atrur Evans
D)Şampalyon E)Ceyms Lokk
28
Terma nədir? A)İsti çay B)Qədim bəzək əşyası C)İsti
suyu olan hamam D)Qədim qadın geyim növü E) Orta
əsrlərdə Azərbaycanda mebel növü
29
Bunlardan biri bəzək əşyasıdır? A)Çətən B)Çütgü C)Çəçik
D)Barelyef E)Qazı-qazı
30
"Azad qadın"heykəlinin müəllifi? A)F.Əbdürrəhmanov
B)F.Salayev C)T.Məmmədov D)C.Qaryağdı
E)M.Rzayeva
31
"Cami ət-təvarix"əlyazmasının müəllifi? A)Mir Müsəvvir
B)Məhəmmədi C)Mir Seyidəli D)Rza Abbasi
E)Rəşidəddin
32
Qorelyef nədir? A)Təsvirin yarıdan az qabarıq olması
B)Təsvirin yan görüntüsü C)Təsvirin çökəkdə olması
D)Təsvirin beldən yuxarı olan hissəsi E)Təsvirin
həcminin yarıdan çox hissəsinin səthdən qabarıq olması
33
Xalça naxışlarının fonu necə adlanır? A)Yelən B)Haşiyə
C)Yerlik D)Qərənfil E)Buta
34
Azərbaycanda kaşıların ən gözəl nümunəsinə harada rast
gəlinir?A)Şamaxıda Diribaba türbəsi üzərində B) Bakida
Divanxana üzərində C) Şirvançahlar sarayında tarixi
hamam üzərində D)Pir Hüseyin xanəgahı üzərində E)
Təbrizdə Qırmızı gümbəzdə
35
Aşağıdakılardan hansında rəngli şüşələrdən istifadə
olunur? A)Freska B)İkona C)Keramika D)Vitraj E)Kaşı
36
Bunlardan hansı mavzoley deyil? A)Bakıda Seyid Yəhya
Bakuvi abidəsi B) Cənubi Azərbaycanda Olcaytu xanın
abidəsi C)Naxçıvanda Gülüstan türbəsi D)Şəkinin Kiş
kəndində abidə E) Naxçıvanda Qarabağlar abidəsi
37
Daşın bədii emalı necə adlanır? A)Qliptika B)Minasazlıq
C)Oford D)Linoqravüra E)Qarasavat
38
Aşağıdakılardan hansı mənzərəçi rəssamdır?A)R.Babayev
B)S.Bəhlulzadə C)C.Mircavadov D)T.Ağababayev E)T.Salahov
39
Bunlardan biri metal işləmə sənətinin texnikasıdır?A)Həkkaklıq
B)Anqob C)Şirələmə D)Petroqlif E)Kaylanoqlif
40
İlmə sayının sxlığına görə Azərbaycanın hansı xalçası dünyada
birinci yerdə durur? A)İlin dörd fəsli xalçası B)Ovçuluq xalçası
C)Şeyx Səfi xalçası D)Çələbi xalçası E)Faxralı xalçası
41
"Təxt-i Cəmşid sarayı harada yerləşır? A)Albaniya B)Şimali
Azərbaycanda C)Cənubi Azərbaycanda D)Gəncədə E)Şamaxıda
42
Bunlardan biri dini abidə deyil? A)Suraxanıdakı atəşgah
B)Şirvanşahlar sarayında divanxana C)Diribaba türbəsi
D)Pirhüseyn Xanəgahı E)Babadərviş
43
"Məhəmməd Peyğəmbərim meracı"miniatürünün müəllifi kimdir?
A)Soltan Məhəmməd B)Mİr Müsəvvir C)Rza Abbasi D)Sadiq bəy
Əfşar E)Müzəffər Əli
44
Azərbaycan xəttatlığında belə bir xətt yoxdur? A)Kufi B)Süls
C)Reği D)Nəstəliq E)Gülüstan
45
Təbrizdə yerləşən abidəni seçin?A)Göy məscid B)Atəşgah
C)Olcaytu xudabəndə D)Süleymaniyyə məscidi E)Qarabağlar
türbəsi
46
"Nehru" mükafatına hansı rəssam layiq görülmüşdür?
A)Ə.Əzimzadə B)M.Abdullayev C)T.Salahov D)T.Nərimanbəyov
E)İ.Axundov
47
İbtidai əmək alətlərinin əksəriyyətini bu materialdan düzəldirdilər
A)Absediant B)Yaqut C)Əhəng daşı D)Qranit E)Bazalt
48
"Qız qalası" hansı materialdan düzəldilmişdir? A)çiy kərpic B)Çay
daşı C)Dəvəgözü D)Qranit E)Əhəngdaşı
49
"Qrifon" nədir? A)İnsan başlı-şir bədənli heykəl B)Qartal başlı-şir
bədənli qanadlı heykəl C)İnsan başlı-şir bədənli qanadlı heykəl
D)İlan başlı-şir bədənli heykəl E)Qartal başlı-şir bədənli qanadsız
heykəl
50
Xalçanın ən ibtidai növlərindən biri hansıdır? A)Kilim B)Palaz
C)Vərni D)Həsir E) Cecim
51
Ərk qalası harada yerləşir? A)Təbrizdə B)Marağada C)Şamaxı
D)Gəncə E)Naxçıvan
52
Bu əsərlərdən hansı "Şərti dekorativ" üslubda işlənmişdir?
A)B.Kəngərli"Qaçqınlar
B)T.Salahov"Təmirçilər"C)S.Bəhlulzadə"Kəpəzin göz yaşları"
D)Q.Xalıqov"Qadınlar şöbəsi" E)H.Əliyev "Nurayın oyuncağı"
53
Naxçıvan memarlıq məktəbində əsas tikinti materialı hansıdır?
A)Kərpic-gəc B)Çay daşı-əhəngdaşı C)Kərpic-əhəngdaşı D)Qranit-
kərpic E)Kərpic-çay daşı
54
"İslimi" nədir? A)Naxış növü B)Xalça növü C)Bəzək əşyaşı
D)Keramika sənəti E)Xalça toxuma aləti
55
Metal üzərində qravür necə adlanır? A)Linoqravür B)Estamp
C)Litoqrafiya D)Ofort E)Ksiloqrafiya
56
"Qaçqınlar" silsiləsinin müəllifi? A)B.Kəngərli B)T.Salahov
C)M.Abdullayev D)T.Nərimanbəyov E)E.Rzaquliyev
57
Bu abidələrdən hansında ikiqat gümbəz mövcuddur? A)Möminə
xatun B)Gülüstan türbəsi C)Qarabağlar türbəsi D)Bərdə türbəsi
E)Yüsif ibn Küseyr türbəsi
58
Azərbaycan dekorativ tətbiqi sənətində "Əjdaha"elementinin
mənası A)Odun mühafizəsi B)Suyun mühafizəçisi C)Havanın
mühafizəsi D)Torpağın mühafizəçisi E)Təbiətin mühafizəsi
59
"Sitayiş edən fiqur" necə adlanırdı? A)Atlant B)Absediant
C)Adorant D)Alabastr E)Kareatid
60
"Skriptoriya"nədir? A)Əlyazmaların üzünün köçürüldüyü
emalatxana B)Əmək alətlərinin düzəldildiyi emalatxana
C)Dulusçuluq emalatxanası D)Zərgərlik emalatxanası
E)Miniatürlərin gümüşlə işləndiyi emalatxana
61
Azərbaycanda yerləşən türbələrin əsas hissələrini göstərin
1.Gümbəz 5. Portal
2.minarə
3.gövdə
4.kürsülük
A)2,3,4 B)2,4,5 C)3,4,5 D)1,2,4 E)1,3,4
62
Qobustan qaya rəsmlərinin hansı süjetli təsvirləri əksəriyyət təşkil
edir? A) İbadət süjetləri B) Məişət süjetləri C) Döyüş süjetləri
D)Ovçuluq süjetləri E) Tarixi süjetlər
63
Göstərilən əsər hansı üslubda işlənmişdir?
A)Qacar üslubunda
B)Sərt üslubda
C)Ornamental üslubda
D)Avanqard üslubda
E)Orfizm üslubunda
64
S.Bəhlulzadə əsasən hansı janrda işləmişdir? A)Mənzərə B)Portret
C)Heykəltaraşlıq D)Qrafika E)Dekorativ sənət
65
H.Zeynalabdin Tağıyevin evi hal-hazırda hansı müzeydir?
A)Azərbaycan Dövlət Tarix müzeyi B)Azərbaycan Dövlət
ədəbiyyat müzeyi C)Dövlət İncəsənət muzeyi D)Miniatür Kitab
muzeyi E)Dövlət Xalça muzeyi
66
"Araqçın"nədir? A)Əmək aləti B)Zərgərlik aləti C)Ayaq geyimi
D)Papaq növü E)Örpək növü
67
Azərbaycanı Gürcüstanla birləşdirən körpü hansıdır? A)Qırmızı
körpü B)Qazançı körpüsü C)Bist körpüsü D)Xudafərin körpüsü
E)Qara körpü
68
"Ağlayan mələk" əsərinin müəllifi? A)R.Babayev B)T.Salahov
C)F.Əbdürrəhmanov D)T.Nərimanbəyov E)K.Xanlarov
69
"Qulabı" nədir? A)Baş örpəyi B)Kişi geyimi C)Qadınların saç bağı
D)Ayaqqabı dövü E)Qadın zinət əşyası
70
"Portal" nədir?A)Sərdabənin aşağı hissəsi B)gümbəz forması
C)Səkkizguşəli gövdə D)Dekorativ giriş qapısı E)Kürsülük
71
Səfəvilər növündə "Çinixana"nəyə deyilirdi?A)Saxsı qablar və
kitablar saxlanılan yer B)Miniatürlərin üzünün köçürüldüyü yer
C)Səfəvilərin iqamətgahı D)Silah-sursat saxlanılan yer E)Dini
məqbərə
72
Naxçıvanda "C.Məmmədquluzadə" heykəlinin müəllifi?
A)T.Məmmədov B)M.Mirqasımov C)F.Əbdürrəhmanov
D)C.Qaryağdı E)B.Kəngərli
73
Ştixel bunlardan hansında istifadə olunan alətdir? A)Linoqravür
B)Ofort C)Dəniz mənzərəsində D)Litoqrafiyada E)Ksiloqrafiyada
74
Hansı rəssamın linoqravür silsiləsi var? A)T.Salahov
B)M.Rəhmanzadə C)V.Səmədova D)M.Abdullayev
E)S.Bəhlulzadə
75
Azərbaycanda üzərində fantastik heyvanlar təsvir olunan,bürünc
kəmərlərin ən gözəl nümunələrinə harada rast
gəlinmişdir?A)Xocalı,Gədəbəy,Qazax B)Xocalı-Şamaxı C)Şamaxı-
Gədəbəy D)Şəki-Xocalı E)Qazax-Şamaxı-Xocalı
76
F.Salayevin müəllifi olduğu "Atlı heykəl"in materialı nədir?
A)Qranit B)Mərmər C)Əhəng daşı D)Gips E)Tunc
77
"M.Ə.Sabir"heykəlinin müəllifi? A)F.Əbdürrəhmanov B)Ö.Eldarov
C)C.Qaryağdı D)M.Mirqasımov E)T.Məmmədov
78
B.Kəngərli "Nuhun qəbri"əsərlərini hansı texnikada işləmişdir?
A)Qara qələm-yağlı boya B)Sulu boya-yağlı boya C)Yağlı boya-
D)Qara qələm-Sulu boya E)Sulu boya
79
E.Ə II-I minilliyə aid bürünc Quş formalı asma fiqurlar hansı
funksiyanı daşıyırdı? A)Bədxah ruhları evdən uzaqlaşdırması və
əcdadların ruhunun sığınacağı B)Xeyir-bərəkət simvolu idi
C)Bədnəzərdən qorunma funksiyasını yerinə yetirirdi D)Sadəcə
bəzək əşyası hesab edilirdi E)Bədxah ruhların sığınacağı idi
80
Göstərilən əsər hansı rəssama məxsusdur?
A)E.Şahtaxtinskaya
B)V.Səmədova
C)T.Salahov
D)M.Rəhmanzadə
E)S.Salamzadə
81
Hansı rəssam əsərlərində daha çox idmançıların təsvirinə üstünlük
vermişdir? A)X.Səfərova B)M.Rəhmanzadə C)V.Səmədova
D)M.Abdullayev E)İ.Axundov
82
Moğol miniatür məktəbinin inkişafında hansı Azərbaycan
rəssamının rolu olmuşdur?A)Kəmaləddin Behzad B)Möhsün Əli
C)Müzəffər Əli D)Soltan Məhəmməd Təbrizi E)Mirseyid Əli
Təbrizi
83
Heykəltaraş Z.Əhmədov daha çox heykəltaraşlığın hansı növündə
işləmişdir? A)Monumental B)Monumental-dekorativ C)Kiçik
ölçülü plastika D)Böyük ölçülü plastika E)Büst
84
Mülki tikilini göstərin? A)Babadərviş B)İçəri şəhərdə karvansaray
C)Mərdəkan qalası D)Göy məscid E)Ramana qalası
85
Qəbələ rayonunun Həzrə kəndində yerləşən məqbərə hansıdır?
A)"Şıxbabalı"B)"Yüsif ibn küseyir"C)"Seyid Yəhya
Bakuvi"D)"Şeyx Bədrəddin" E)"Babadərviş"
86
Bu müəllif əsərlərində daha çox nar elementinə üstünlük vermişdir
A)Nadir Əbdürrəhmanov B)S.Bəhlulzadə C)T.Nərimanbəyov
D)T.Salahov E)E.Rzaquliyev
87
Minəvvər Rzayevanın əsərini göstərin?A)"Füzuli heykəli" B)"Ayna
Sultanova heykəli" C)"Hüseyn Cavid heykəli"D)"Nizami heykəli"
E)"Azad qadın heykəli"
88
Azərbaycan təsviri sənətində bolluq məhsuldarlıq simvoludur. A)
tovuzquşu B) od C) nar D) qaval E) göyərçin
89
Daş üzərində ucu iti alətlə döymə üsulu necə adlanır? A)Petroqlif
B)Ksiloqrafiya C)Linoqravüra D)Sikloptik E)Absediant
90
Bunlardan biri xalça ornamenti deyil? A)Göl B)Bulud C)Vağı-vağı
D)Şəlalə E)Tağ
91
Azərbaycan incəsənətində "vəhşi heyvanın buynuzlu heyvanı
parçalaması" səhnəsi nəyi simvolizə edirdi? A)Qışın gəlişini
B)Şərin xeyirə qalib gəlməsini C)Baharın gəlişini D)Əkinçılıyin
inkişafını E)Maldarlığın inkişafını
92
"Tərsanədə gəmi təmiri","Bağdad sahilləri","Çində balıqçı
qayıqları"əsərlərinin müəllifi kimdir? A)N.Əbdürrəhmanov
B)T.Məmmədov C)M.Rəhmanzadə D)T.Nərimanbəyov
E)S.Bəhlulzadə
93
Siyasi satira sahəsində işləyən rəssamları göstərin?
1.Ö.Eldarov
2.Q.Xalıqov
3.E.Rzaquliyev
4.İ.Axundov
5.S.Şərifzadə
A)1,2 B)1,3,5 C)2,4,5 D)3,4,5 E)1,4,5
94
Bunlardan hansı geyim növü deyil?A)Çəpkən B)Kürdü C)Küləcə
D)Çuxa E)Qarasavad
95
Külah nədir?A)Qalın parçadan tikilmiş papaq B)Ayaq geyimi
C)Səfəvilər dövründə ayaqqabı növü D)Su içilən qab E)Zərgərlik
texnikası
96
M.Abdullayevin "Axşam"əsəri hansı janrda işlənmışdir? A)Məişət
B)Portret C)Bataliya D)Marina E)Dekorativ
97
Bunlardan biri heykəltaraş deyil? A)F.Salayev B)F.Əbdürrəhmanov
C)Ö.Eldarov D)M.Rzayeva E)İ.Axundov
98
Azərbaycan təsviri sənətinə akvarel-monotipyanı gətirən rəssam
kim olmuşdur? A)T.Salahov B)Q.Qarayev C)H.Əliyev
D)C.Müfitzadə E)B.Hacızadə
99
"Yeddi gümbəz"məqbərəsi harada yerləşir? A)Şamaxıda
B)Gəncədə C)Naxçıvanda D)Cənubi Azərbaycanda E)Bərdədə
100
Bu adda memarlıq məktəbi yoxdur? A)Mingəçevir B)Şirvan
C)Abşeron D)Naxçıvan E)Aran
101
Fuad Əbdürrəhmanovun yaradıcılığına aid olan heykəli hansıdır?A)
"Azad qadın" B)"Koroğlu" C) "C.Məmmədquluzadə" D) "
Əjdahanı öldürən Bəhramgur" E) "Ayna Sultanova"
102
Azəri-türklərinə məxsus olan ilk xalça nümunəsi harada aşkar
olunmuşdur? A) arxeoloji qazıntılar zamanı İçəri Şəhərdə B)Üçtəpə
kurqanından C) arxeoloji qazıntılar zamanı Şahtaxtıda D)Şabran
qədim yaşayış məskənində E) Altayda Pazırık kurqanından
103
Mirzə Ələkbər Sabirin "Hophopnamə"sinə hansı rəssam
illüstrasiyalar çəkmişdir? A) İsmayıl Axundov B) Fərhad Xəlilov
C) Əmir Hacıyev D) Əzim Əzimzadə E) Ələkbər Rzaquliyev
104
Ofortun üsullarını göstərin 1. litoqrafiya 2. lavis 3. akveduk 4.
metsatinto 5. aşılanmış xətt 6. tempera 7. akvatinta 8. rezervaj
A) 1.4.5.7.8 B) 2.3.4.6.7 C) 1.3.5.6.8 D) 2.4.5.7.8 E) 3.4.5.6.8
105
Azərbaycan təsviri sənətində bolluq məhsuldarlıq simvoludur. A)
tovuzquşu B) od C) nar D) qaval E) göyərçin
106
Bu abidələrdən hansının üzərində Alban yazıları mövcuddur? A)
Qız Qalası B) Mingəçevirdən tapılmış sütun başlığı C) Gülüstan
türbəsi D) Qızqapan türbəsi E) Gəncəsər məbədi
107
Yaradıcılığında divlərin təsvirinə tez-tez rast gəlinən hansı
rəssamdır? A) Tağı Tağıyev B) Toğrul Nərimanbəyov C) Rasim
Babayev D) Mir Möhsün Nəvvab E) Oqtay Sadıqzadə
108
Bu Azərbaycan miniatürlərindən hansı Hülakülər dövrünə aiddir?
A) İsgəndərlə çobanın söhbəti B) Aldanmış oğru C) Zəhhəkin
edamı D) İki alimin bəhsi E) Dişi və erkək şirin təsviri
109
Şah Təhmasibin miniatür-portretinin müəllifi kimdir? A) Soltan
Məhəmməd B) Mirzə Əli C) Məhəmmədi D) Əhməd Musa E)
Müzəffər Əli
110
E.ə I minillikdə Ziviyyədə aşkar olunmuş kahin fiquru hansı
texnikada işlənmişdir? A) döymə B) həkk etmə C) minasazlıq D)
xrizo-elefantin E) yapma
111
Bu abidələrdən hansı Xaçıntürbətli adı ilə tanınır? A) Seyid Yəhya
Bakuvi türbəsi B) Yusif Küseyir oğlu türbəsi C)Musa oğlu
Kutlunun türbəsi D) Kırna kəndindəki məbəd E) Diribaba türbəsi
112
Avers və revers nədir? A) qədim türk mifologiyasında göy və yer
tanrıları B) daş üzərində qabarıq və çökük relyef C) memarlıq
elementi D) məqbərələrin daxilıi və zahiri tərəfləri E) metal
pulların üz və arxa tərəfləri
113
Sadiq bəy Əfşarın təsviri incəsənət haqqında risaləsi necə adlanır?
A) "Rəm çəkmək bacarığı haqqında" B) "Qanun-üs-Sövər" C)
"Rəssamlıq haqqında risalə" D) "Aləmi Arayi Abbasi" E) "Gülşəni
ruz"
114
Azərbaycanın ilk ali ixtisas təhsilli qadın rəssamı kim olmuşdur?
A) Elmira Şahtaxtinskaya B) Gövsər Kaşıyeva C) Maral
Rəhmanzadə D) Bəyim Hacıyeva E) Vəcihə Səmədova
115
Abidələrdən hansı XV əsrə aiddir? A) Şirvanşahlar sarayı B)
Suraxanıda atəşgah C) Gülüstan məqbərəsi D)Qız qalası E)Bərdə
türbəsi
116
Torevtika nədir? A) Ağac üzərində oyma B)daşın bədii emalı C)
metalın bədii emalı D) xovsuz xalça toxunulması E) bədii tikmə
növü
117
Böyük Demott Şahnaməsində "İsgəəndərin ölümü" miniatürü hansı
üslubda çəkilmişdir? A)Teymurilər üslubu B) Qacarlar üslubu C)
Səfəvilər üslubu D) Çin-Uyğur uslubu E) Ərəb-Mesopotam
118
Gəncənin məşhur qala qapılarının müəllifi kimdir? A) Əbubəkr
oğlu Məhəmməd B) Məsud Davud oğlu C) Cəmaləddin D) Osman
oğlu İbrahim E) Əbu-Rəşid oğlu Zeyn əd-Din
119
"Şahnamə" üçün çəkilmiş "Ərdəşir və Gülnar" miniatürünün
müəllifi kimdir? A)Mir Seyidəli B) Məhəmmədi C) Mir Müsəvvir
D) Ağa Mirək E) Müzəffər Əli
120
Azərbaycanın ən məşhur impressionist rəssamı kim olmuşdur? A)
Bəhruz Kəngərli B) Səttar Bəhlulzadə C) Böyükağa Mirzəzadə D)
Rasim Babayev E) Telman Abdinov
121
Bizim dövrə gəlib çatmış ən qədim Azərbaycan ekslibrisidir. A)
"Mənafül-əl -heyvan" əlyazma kitabındakı ekslibris B)Vərqa və
Gülşa" əlyazma kitabındakı ekslibris C) "Xosrov və Şirin" əsərinin
üzü köçürülmüş nüsxəsindəki ekslibris D)"Gülüstan"əsərinin üzü
köçürülmüş nüsxəsindəki ekslibris E)Bəhmən Mirzənin
kitabxanasına aid ekslibris
122
Akvarel hansı incəsənət növünün texnikasıdır? A) qrafika B)
boyakarlıq C) dekorativ-tətbiqi sənət D) ebru sənəti E)
heykəltaraşlıq
123
Nəleyin nədir? A) çiyin geyimidir B) ətək növüdür C) ayaq
geyimidir D) baş geyimidir E) üst geyimidir
124
Heydər Əliyevin və Zərifə Əliyevanın qəbirüstü heykəllərinin
müəllifi kimdir? A) Cəlal Qaryağdı B) Toqay Məmmədov C) Fuad
Salayev D Minəvvər Rzayeva E) Ömər Eldarov
125
R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin
yaradılma tarixini göstərin. A) 1963 B)1936 C) 1901 D)1933
E)1960
126
Şəki xan sarayının divar rəsmləri hansı texnikada işlənmişdir? A)
freska B) kaşı C) panno D) rospis E) mozayka
127
Bu abidələrdən hansı xalq arasında "çoban daşı" adlandırılır? A)
kromlex B) dolmen C) xaçdaş D) mengir E) kurqan
128
Bu rəssamlardan hansı XIX əsrin görkəmli realist rəssamı kim
olmuşdur? A) Mirzə Qədim İrəvani B) Əbdül -Bağı Bakuvi C)
Mir Seyid Əli D) Məhəmmədi E)Sadiq bəy Əfşar
129
"Pirəbədil" xalçası hansı xalça mərkəzinin məhsuludur? A)
Gəncəsər-Qazax, B) Qarabağ, C) Quba-Şirvan D) Ərdəbil E) Təbriz
130
Daşın bədii emalı necə adlanır? A) kapitel B) bazilika C)
minasazlıq D) qliptika E) vedutta
131
Adətən qarğıdan,qamışdan, nazik çubuqlardan hörülən bu məmulat
xovsuz xalça növünə aid edilir A) çətən B) zili C) verni D) kilim E)
cecim
132
Qədim dövr Azərbaycan dulusçuluğu naxışları, materialı, bişirilmə
texnologiyasına görə hansı qruplara bölünür? A) qırmızı gil
keramika və cilalanmış qara keramika B) ağ vğ qara keramika C)
qara və şirli keramika D) anqoblu və boz keramika E) şirli və şirsiz
keramika
133
Xurşidbanu Natəvanın mənzərələri üçün hansı üslub xarakterik idi?
A) realistik üslub B) abstrakt üslub C) şərti mənzərə D) lirik üslub
E) dekorativ mənzərə
134
Marağada Qırmızı gümbəz hansı memarlıq məktəbinə aiddir? A)
Şirvan-Abşeron B)Yaloylutəpə C) Gədəbəy D) Naxçıvan E)
Aran
135
"Neft", "Bizim Xəzərdə", "Doğma Azərbaycan", "Bakı", "Mənim
vətənim, ""Üç gül" və başqa avtolitoqrafiya və linoqravür silsilələri
kimə məxsusdur? A) Sadıq Şərifzadə B) Altay Hacıyev C) Maral
Rəhmanzadə D) Elmira Şahtaxtinskaya E) Cəmil Müfidzadə
136
Naxçıvana məxsus milli geyim növünü göstərin A) küləcə B) çütgü
C) meyzər D) toqa E) xiton
137
Gədəbəydən tapılmış tunc kəmərin ( e.ə I minillik) təsvirləri hansı
texnikada icra olunmuşlar? A) boyakarlıq B) xatəmkarlıq C)
minasazlıq D) anqoblama E) şəbəkəçilik
138
Azərbaycan Rəssamlar İttifaqı nə vaxt yaradılmışdır? A) 1958 B)
1941 C) 1939 D) 1947 E) 1933
139
Bunlardan hansı şərti- dekorativ üslubda işlənmişdir? A) Səttar
Bəhlulzadə " Kəpəzin göz yaşı" B) Ələkbər Rzaquliyev
"Azərbaycan qadını" C) Hüseynqulu Əliyev "İlanlı dağ" D) Nadir
Əbdürrəhmanov "Sevimli naxışlar" E) Mikayıl Abdullayev "Səadət
Qurucuları"
140
Kəlbəcər petroqliflərində hansı mövzu aparıcıdır? A) əkinçilik B)
ovçuluq C) sənətkarlıq D) maldarlıq E) döyüş mövzusu
141
Dəfn ayini ilə bağlı abidələri göstərin 1. mengir 2. absedian 3.
dolmen 4. kurqan 5. timpan 6. fronton A) 1,5,6 B) 1,2,5 C) 3,4,6
D) 1,3,4 E) 2,4,5
142
Azərbaycan incəsənətində ilk divarəli mina üsulunun tətbiqinə
harada rast gəlinir? A)Xocalıda tapılmış tunc kəmər üzərində B)
Şirvanda tapılmış bürünc lüləyin üzərində C) Ziviyədən tapılmış
xəncərbaşlığı üzərində D) Bakıda tapılmış bürünc şamdan üzərində
E) Cənubi Azərbaycandan tapılmış qızıl qolbaq üzərində
143
Naxçıvan Nuxtar Respublikasında yerləşən Gəmiqaya qayaüstü
rəsmləri hansı dövrə aiddir? A) tunc dövrü B) paleolit C) mezolit
D) neolit E) eneolit
144
Naxçıvanda Oğlanqala hansı tikili tipinə məxsusdur? A) memorial-
xatirə tipi B) saray tipi C) gözətçi qala tipi D) məbəd tipi E)
müdafiə tipi
145
Albaniyanın monumental daş heykəlləri kimi təsvir edirdilər? A)
tarixi şəxsləri B) qəhrəmanları C) ana-ilahələri D) əcdadları E)
tanrıları
146
Ekslibris nədir? A) ofortun üsullarından biridir B) heykəltaraşlıq
əsərlərinin özülüdür C) kitab nişanıdır D) incəsənətdə mövcud
olmuş cərəyandır E) memarlıqda elementdir
147
Xrizo-elefantin nədir? A) ağacoyma sənətidir B) taxta və ya
qurğuşun çərçivəyə rəngli şüşələrin keçirilməsi texnikasıdır C)
qızıl, fil sümüyü və taxta lövhələrlə işlənən texnikadır D) müasir
incəsənət cərəyanıdır E) kitab tərtibatıdır
148
"Nəsxtəliq" xəttinin yaradıcısı kim olmuşdur? A) Şəms Təbrizi B)
Soltan Məhəmməd Təbrizi C) Mir Əli Təbrizi D) Məhəmməd
Zaman Təbrizi E) Müzəffər Əli
149
Abidələrdən hansı Abaka xanın (1265-1282) həyat yoldaşı Qoday
Xatının şərəfinə ucaldılmışdır? A) Gülüstan məqbərəsi B) Sınıqqala
minarəsi C) Qarabağlar məqbərəsi D) Gumbad-e Surx məqbərəsi
E) Olcaytu Xudabəndə məqbərəsi
150
Azərbaycanın görkəmli rəssamı Səttar Bəhlulzadə ən çox hansı
janrda işləmişdir? A) portret B) mənzərə C) məişət D) tarixi E)
batal
Dostları ilə paylaş: |