ƏLİKÖMƏKTƏPƏ abiDƏSİNİn boyali qablari



Yüklə 179,61 Kb.
səhifə1/2
tarix08.06.2022
ölçüsü179,61 Kb.
#89086
  1   2
Məqalə 1


FUAD Hüseynov
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı
Fuadhuseyn6161@gmail.com 050 707 28 29.
ƏLİKÖMƏKTƏPƏ ABİDƏSİNİN BOYALI QABLARI
Açar sözlər: Saxsı məmulatı, boyalı qablar, tava, cam, bardaq, badya, piyalə, kiçik küpə, qazantipli qablar.
XÙLASƏ
Məqalədə 1971-ci ildən görkəmli arxeoloq F.R.Mahmudov tərəfindən Cəlilabad rayonu ərazisində yerləşən və eneolit dövrünə aid olan Əliköməktəpə yaşayış yerində aparılan arxeoloji qazıntılar zamani aşkar edilən və gildən düzəldilmiş müxtəlif maddi mədəniyyət nùmunələri, xüsusən, saxsi məmulatları və onların mùxtəlifliyi gilinin tərkibi, hazirlanma formaları və.s. xarakterizə edilmisdir.
Azərbaycanın digər eneolit dövrü yaşayış yerlərində olduğu kimi Əlikōməktəpə yasayış yerində də genìş tərkibdə mūxtəlif ōlçūlū və formalı sadə qablara rast gəlinmisdir. Ona gōrə də onların ūzərində çox qalmağa məsləhət gōrūlməmiş və əsas diqqət abidə ərazisində tapılan mùxtəlif formalı və ōlcūlù boyalı qab nūmunələrinə yōnəlmişdir. Belə ki, buradan tapılan boyalı qablar həm rənglənmə və həm də naxislanma xūsusiyyətinə gōrə boyalı naxişlarla bəzənmiş qablar və būtūn səthi qırmızi boya ilə ōrtūlmūş qablar olmaqla iki yerə bōlūnmūşdūr.
Hər iki qurupda təmsil olunmuş qablar yūksək keyfiyyəytlə hazırlanmış və mūxtəlif forma və ōlçūlərdə olmuşlar. Bu qab nūmunələrinə kiçik ōlçūlū qablar, camlar, piyalələr, kiçik kūpələr, badyalar, həmçinin ūzərlərində ūfùqi xətlər, zolaqdan sallanmış űçbucaqlar cərgəsi, űfūqi çəkilmiş ziqzaq və yaxud dalgavarı naxışlar torşəkilli naxişlar, romblar və ūfūqi zolaģa birləsən butalar sırası və s. Naxışlarla bəzədilmiş qab nūmunələri daxildir. Bundan başqa hər iki qrupda təmsil olunan qabların icində daha yűksək keyfiyyətlə hazirlanmış qabların olması onu gōsdərir ki, bu qablar qonşu Yaxin Sərq ölkələrindən də gətirilə bilərdi. Bu tip qablarin tapılması isə bizə Əliköməktəpə yasayış yeri sakinlərinin Urmiya gölü hövzəsi yaşayış yerləri və Yaxin Sərq ölkələri ilə ticarət əlaqələrinin olmasından xəbər vərir.
Həmcinin, Əliköməktəpə yasayiş yerindən müxtəlif və yüksək səviyyədə hazirlanmış saxsı məmulatlarının tapılması bizə bu yaşayış yerində dulusçuluq sənətinin, Azərbaycanin digər eneolit dövrünə aid yaşayış yerlərindən daha yaxşı inkişaf etdìyini deməyə əsas vərmişdir. Həmçinin, məqalədə Əliköməktəpə yaşayış yerindən əldə edilmiş müxtəlif boyalı saxsı qab nümunələrinin Azərbaycanın digər eneolit dövrü və Cənubi Azərbaycanın Urmiya gölü hövzəsi və eləcə də Yaxin Sərq yaşayış yerlərindən əldə edilən boyalı qablarla da müqayisəli təhlili verilmisdir.

Yüklə 179,61 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə