ƏLİKÖMƏKTƏPƏ abiDƏSİNİn boyali qablari



Yüklə 179,61 Kb.
səhifə2/2
tarix08.06.2022
ölçüsü179,61 Kb.
#89086
1   2
Məqalə 1

Fuad Huseynov
Employee of Lankaran Regional Scientific Center of ANAS
Fuadhuseyn6161@gmail.com 050 707 28 29.
Painted pots of Alikomaktepe monument
Keywords: pottery, painted dishes, pans, glass, jug, pail, bowl, small jugs, pottery.
SUMMARY
The article deals with various material cultural samples found during archeological excavations carried out by prominent archeologist F.R Mahmudov in 1971 in the Eneolithic settlement of Alikomektepe in the Jalilabad region and made of clay.
As in other Eneolithic settlements of Azerbaijan, simple pots of various sizes and shapes were found in the Alikmektepe settlement. Therefore, it was not recommended to stay on them for long, and the main attention was paid to the samples of pottery of different shapes and sizes found in the area of the monument. Thus, the painted vessels found here are divided into two parts according to the nature of both painting and embroidering: the vessels decorated with painted patterns and the whole surface of the vessels covered with red paint.
The containers represented in both groups were of high quality and came in a variety of shapes and sizes. Examples of these dishes are small pots, glasses, cups, small jugs, almonds, as well as horizontal lines, a series of triangles dangling from the strip, horizontal zigzag or wavy patterns, cellshaped patterns, rhombuses and rhombuses. İncludes patterns of dishes decorated with patterns. In addition, the presence of higher quality containers in the containers represented in both groups indicates that these containers could be imported from neighboring Middle Eastern countries. The discovery of such containers informs us that the residents of Alikomektepe have trade relations with the settlements of Lake Urmia and the Middle East.
Also, the discovery of various and high-level pottery in the settlement of Alikomektepe gave us reason to say that the art of pottery in this settlement is better developed than in other settlements of the Eneolithic period in Azerbaijan. The article also provides a comparative analysis of various painted pottery samples from the Alikomektepe settlement with other Eneolithic periods in Azerbaijan and the Lake Urmia Basin in southern Azerbaijan, as well as painted pottery from the Middle East.
Giriş .Azərbaycanın arxeoloji abidələrlə zəngin olan bölgələrindən birida Muğan bölgəsidir. 1965-ci ildən başlayaraq aparılan arxeoloji tadqiqatlar zamanı burada eneolit dövrünə aid onlarla qədim yaşayış yerləri aşkar edilmişdır. Belə ki, təkcə Cəlilabad rayonu ərazisində eneolit dövrünə aid aşkar edilmiş yaşayış yerlərinin sayı 30-dan artıqdır. Bu abidələrdən isa yalnız Əliköməktəpə abidəsi arxeoloji cəhətdən daha yaxşı öyrənilmişdir. Abidə Cəlilabad rayonunun Üçtəpə kəndinin şimal-şərq kənarında,incəçayın sağ sahilində yerləşir. 1971-ci ildən görkəmli arxeoloq F.R.Mahmudov tərəfindən aparılan arxeoloji qazıntılar zamanı abidə ərazisində çiy kərpicdən inşa edilmiş düzbucaqlı və dairəvi formali tikinti qalıqları, daş, sümük və gildən düzəldilmiş müxtəlif maddi mədəniyyət nümunələri aşkar edilmişdir.Bu maddi mədəniyyət nümunələrinin isə daha zəngin hissəsini saxsı məmulatları təşkil edir.Belə ki, onlara abidənin bütün inşaat qatlarında kifayət qədər rast gəlinmişdir.Qablar sada və boyalı olmaqla iki böyük qrupla təmsil olunmuşdur. Sadə qablar gilinin tərkibində doğranmış saman və üfə qatılaraq, əldə əsasən lent üsulu ilə düzəldilmişdir. Qablar dulus kürələrində qırmızı və qəhvəyi rəngdə demək olar ki, yaxşı bişirilmişdir. Əksəriyyətinin üzəri açıq rəngli anqobla örtülmüş və şüyrələnmişdir. Bu qrup qablara iri və dərin badyalar, alçaqdivarlı tavalar, camlar, çəlləkvari və qazan tipli qablar, slindrik boğazlı bardaqlar və s. daxildir.Ümumiyyətlə, bu tipdan olan sadə qablar eneolit dövrünə aid həmdövr abidələrdə kifayət qədər təmsil olunduqlarına görə onların üzərində dayanmağa o qədərdə ehtiyac yoxdur.İkinci qrupda təmsil olunan boyalı qablar isə nəinki Əliköməktəpə abidəsinin, hətta Azərbaycanın eneolit dövrünə aid digər abidələrinin saxsı məmulatları içərisində xüsusi yer tutur.
Bələki,abidədən əldə edilən boyalı qabalrı rəngləmə və naxışlama xüsusiyyətinə görə iki qrupa bölmək olar.

  1. Boyalı naxışlarla bəzənmiş qablar.

  2. Bütün səthi qırmızı boya ilə örtülmüş qablar.

Boyalı naxışlarla bəzənmiş qablar böyük əksəriyyət (300-dən artıq) təşkil edir. Onlar həm gilinin tərkibinə və həm də texnoloji xüsusiyyətinə görə sadə qablarla eynidir. Bununla belə sadə qablardan fərqli olaraq daha səliqəli və keyfiyyətli hazırlanmışdır. Bu qabların əksər hissəsi açıq rəngli olub keyfiyyətli bişirilmiş və yaxşıca parildadılmışdır. Boyalı naxışlarla bəzənmiş qablara əsasən kiçik ölçülü qablar, camlar, piyalələr, kiçik küpə və badyalar daxildir ki, onlarda əsasən sürfə qabları kimi tanınır.[ 1, s.65]
Müşahidələr zamanı müəyyən edilmişdir ki, əvvəlcə bu qabların səthini ağımtıl rəngli anqob və qırmızı boya ilə örtmüş, sonra isə müvafiq olaraq müxtəlif çalarlı qəhvəyi və zoğalı rangdə boyanı 0,5 sm-ə qədər enində iz salan fırça ilə qabın xarici və bəzən həm də daxili səthinə çəkmişlər . Qabların üzərində çəkilmiş naxışların motivləri müxtəlif cürdür. Belə ki, qabların üzərində üfiqi xətlər, zolaqdan sallanmış üçbucaqlar cərgəsi, bir- birinin içində olan bucaqlar, üfiqi çəkilmiş ziqzaq və yaxud dalğavari naxışlar, «sahmat taxtası» tipli naxışlar, torşəkilli naxışlar, <> formalı naxışlar və nəhayət böyürləri birləşən romblar və üfiqi zolağa birləşən butalar sırası və s. naxışları görmək olar.
(şəkil 1.)
Bu qrupa aid olan qabların bəzilərinin qulpları vardır. Qulplar əsasən qabların ağız hissəsi ilə aşağı çiyin hissəsinə yapışdırılmışdır.
Bütün səthi qırmızı boya ilə örtülmüş qablar da Əliköməktəpə abidəsində üstünlük təşkil edirlər. Bu qabların üzərində heç bir naxış izləri yoxdur. Demək olar ki, çox ustalıqla hazırlanmışlar. Əsasən hamar səthli və parıltılı olan bu qablar ela simmetrikdir ki, (şəkil 2.) ilk baxışda bu qabların əldə düzəldilməsi insanda şübhə oyadır.
Bu qrupda əsasən küpə formalı qablar daha çox üstünlük təşkil edir ki, onların da əksəriyyətinin gilinin tərkibinə qırmızı rəngli oxra əlavə edilmişdir.
Abidədən əldə edilən naxışlı boyalı qabalar və bütün səthi qırmızı boya ilə örtülmüş qablar həm gilinin tərkibinə, həm də hazırlanma texnologiyasına görə iki qrupa bölünürlər.

  1. Gilinin tərkibinda bitki qarışığı və saxsı qırıntılarının ovuntusu olan qablar. Tədqiqatçıların fikrincə bu qablar yerli istehsaldır.

  2. Daha keyfiyyətli olub, tərkibində heç bir bitki qarışığı olmayan təmiz və keyfiyyətli gildən düzəldilmiş qablar (bura naxışlı və naxışsız boyalı qablar daxildir).

Hər iki qrupda təmsil olunan qabların içində daha yüksək keyfiyyətlə hazırlanmış qab tikələrinə də təsadüf olunmuşdur. Tadqiqatçıların fikrincə bu tip qablar yaşayış yerinə başqa yerdən, xüsusəndə qonşu Mesopotamiyadan gətirilə bilərdi.
Əliköməktəpə abidəsindən əldə edilən boyalı naxışlarla bəzədilmiş qablar Azərbaycanın bizə məlum olan bütün eneolit abidələrindən tapılan boyalı naxışlı qabalardan dəfələrlə çoxdur. Belə ki, uzun müddətli qazıntılar nəticəsində təkcə eneolit dövrünə aid 9 m qalınlığında zəngin mədəni təbəqəsi olan Naxçıvan Kültəpə I abidəsinin alt təbəqəsindən cəmi 15 boyalı qab tapılmışdır.(2,s.6) .
Buradan tapılan qablar da özlərinin materialı, hazırlanması və bişirilməsi ilə sadə qablardan seçilir. Onlarının bəzilərinin gilinə qum bəzilərinin gilinə isə saman qatılmışdır. Əsasən qırmızı, qəhvəyi və bəzəndə qara rənglərlə boyanmış bu qabların üzərində enli çəp zolaqlar, həndəsi naxışlar və bir qədər qövs şəklində çəkilmiş şaquli zolaqların olduğu müşahidə edilmişdir.Boyalı qabların bəzi nümunələrinə Mil düzünda yerləşən Kəbirli (3,s.38) ,
Şahtəpə va Kamiltəpə abidələrində də [ 4,s.40-41] И.Г.Нариманов «Культура древнейшего зимледельческо скотовоаческого населения Азербайджана.» Баку, 1987, səh.40-41) rast gəlinmişdir. Qarabağ düzənliyində yerləşən Çalağantəpə abidəsində [ 4,s. 52 ] isə qabların bir çoxunun üzərinin zoğalı ranglə boyanmasi qeydə alınmışdır. Burada hətta bir camın üzərində kvadrat sekli müşahidə edilmişdir.
Gəncə - Qazax düzənliyində yerlşən Qarğalatəpə abidəsində [ 4,s.26] isə müəyyən hallarda səthi tünd qırmızı boya ilə rənglənmiş saxsı qab parçalarına da rast gəlinmişdir
Bundan başqa boya ile naxışlanmış saxsı qab fraqmentlərinə Böyük Kəsik eneolit dövrü yaşayış məskənində [ 5, s. 24] də rast gəlinmişdir.Beləki burada bütöv sethi tünd qırmızı çalarda boya ilə örtülmüş təmiz tərkibli gildən hazırlanmış kuzə və kasa tiplı qablara aid iki fraqment aşkar edilmişdir.Bundan əlavə ərazidə qara və qonur rəngli boyalarla naxışlanmış gil qab qalıqlarınada rast gəlinmişdir.Mugan mədəniyyətinə aid olan ve Cəlilabad rayonu ərazisinde yerleşən iri yaşayış məskənlərindən biri olan , neolit ve eneolit dövrlerine aid olan Polutepe abidesinde [6 ,s.25 ] əsasən neolit dövrünü əks etdiren və üzərinə anqobla çəkilmiş boyalı qab nümunələrinə rast gəlinmişdir.Bu qabların üzerində muşahidə edilən həndəsi naxışlar isə Arxeoluq Tufan Axundovun fikrincə yerli tayfalara məxsus olmuşdur. Polutepə abidəsi iıə Fəhttəpəsi arasında yerleşən Alxantəpə [ 6, s.32]qədim yaşayış yeri ərazisində isə müxtəlif qab parçaları ilə yanaşı yalnız bir necə boyalı qab nümunələri tapılmısdır.
Göründüyü kimi adlarını çəkdiyimiz abidələrin heç birində qablar Əliköməktəpədə olduğu kimi , müxtəlif rəng çalarlarından istifadə edilmədən düzəldilmişdir. Qeyd edək ki, Mil- Qarabağ düzləri daxil olmaqla Azarbaycanın digər həmdövr abidələrindən tapılan boyalı qabların az və təsadüfi tapıntı olması ilə bu ərazilərdə boyalı qabların nə dərəcədə yayılmasıni müəyyən etmək çətindir. Fikrimizcə bu ərazilərdə boyalı qabların geniş yayılmamasının səbəblərindən biri burada yaşayan sakinlərin qonşu Şərq ölkələri ilə əlaqələrinin zəif və ya olmaması ilə bağlı olmuşdur.
Əliköməktəpə abidəsindən tapilan boyali qablar ham ranglənmə və həm də naxışlanma üslubuna görə Urmiya gölü hövzəində yerləşən Göytəpə[ 7,s 12-33 ], Hacı Firuz,[8,s. 39-47 ] Yanıqtəpə [9, s 5557] Dolmatəpə [10, s.111-120] və Pişdəlitəpə [14, s.19-28] abidələrinin boyalı qablarına yaxındır. Bununla belə Əliköməktəpənin boyalı qabları həm naxışlarının müxtəlifliyi və xarakterinə görə, həm də özünəməxsus xüsusiyyətlərinə görə daha çox Übeyd mədəniyyəti[12,s 144] boyalı qabları ilə müqayisə edilə bilər. Belə ki, Əliköməktəpədə olduğu olduğu kimi Ubeyd mədəniyyəti boyalı qablarının da həndəsi üslubda naxışlanması ilə daha çox xarakterizə olunur. Bu naxışlarında içərisində dalğalı və sınıq xətlər, üçbucaqlar va ya romblar cərgəsi, nərdivan, torşəkilli naxışlar və s. kifayət qədərdir .

NƏTİCƏ
Deyilənlərdən belə qənaətə gəlmək olar ki, Əliköməktəpə yaşayış yerində tapılan həm sadə və həm də yüksək keyfiyyətlə hazırlanmış boyalı qabların müxtəlifliyi bizə burada dulusçuluq sənətinin yüksək səviyyədə inkişaf etdiyini söyləməyə əsas vermişdir. Digər tərəfdən isə boyalı qabların çox ustalıqla hazırlanması Əliköməktəpə yaşayış yerinin Cənubi Azərbaycanın Urmiya gölü hövzəsi, yaxin Şərq və xüsusən də Mesopotamiya ilə yaxın əlaqələrindən xəbər verir. Bunu abidənin müxtəlif qatlarından tapılmış və yuxarıda qeyd etdiyimiz kimi hər iki qrupda təmsil olunan qabların içində daha yüksək keyfiyyətlə hazırlanmış qab nümunələrindən də görmək olar.


ƏDƏBİYYAT SİYAHISI.
1. Mahmudov.F.R. Əliköməktəpəsində arxeoloji qazııntıların ilkin yekunları.Daş dövrü və Azərbaycanda eneolit.Bakı.1984,s.65
2.Həbibullayev O, Əliyev B. Azərbaycanin eneolit dövrü boyalı qabları. -AMM, VIII cild,Bakı ,1976 , səh.6.
3.Нариманов И.Г <<Керамика древнего поселения в близи городища Оренкала>> -МИА СССР,1965, N 125,səh.38.
4.Нариманов.И.Г. «Культура древнейшего зимледельческо скотовоаческого населения Азербайджана.» Баку, 1987, səh.40-41 və səh 52, səh 26,
5.Müseyibli Nəcəf.BÖYÜK KƏSİK eneolit dövrü yaşayış məskəni.Bakı,2007,səh24
6.Mirzəzadə Ələsgər.Mugan- Maddi mədəniyyət abidələri.Bakı, 2016, səh 25.səh 32
7.Burton-brown T. Excavatians in Azərbaijan,1948,London, 1951 p.12-33
8.Dyson R.H. A.Decade in iran-Expedition,London 1969,p.39-47
9.Burney C.A.The Excavatians at Yanik Tepe ,Azərbaijan,London 1962
10.Hamlin,C .Dalma Tepe. İran London 1975 vol,XIII,p 111-120
11.Dyson.R.H and Young T.C the Solduz valley,iran;pisdeli tepe.Antiquity ,1960 ,XXXIV,N⁰133, s.19-28
1
2.Mеpnеpт.H.Я.Myнчае Р.М.Поселение <<Убейдской культуры Ярымтепе III в Сверной Месопотамии>>-СА (1982, No4, c.144).
Şəkil 1.
Şəkil 2.



Yüklə 179,61 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə