Elmi redaktor: Sakit Hüseynov



Yüklə 1 Mb.

səhifə1/33
tarix20.09.2017
ölçüsü1 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   33


A nar Həsənli

MÜASİR ŞƏRAİTDƏ

AZƏRBAYCANDA  DİNİ-MƏDƏNİ  DƏYƏRLƏRİN 

İNKİŞAF XÜSUSİYYƏTLƏRİ

Bakı  -  2014



Elmi redaktor:

Sakit  Hüseynov  -  AMEA-nın  Fəlsəfə  və  Hüquq  İnstitutunun  “Dinşünaslıq  vo 

mədəniyyətin  fəlsəfi problemləri”  şöbəsinin  müdiri,  fəlsəfə  üzrə  elmlər doktoru, 

professor

Rəyçilər:

Əli  Abbasov  -  AMEA-nın  Fəlsəfə  və  Hüquq  İnstitutunun  “Müasir  fəlsəfə 

problemləri” şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor



Füzuli Qurbanov - AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun “İdrak nəzəriyyəsi 

və elmin fəlsəfəsi” şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor



Aydın  Əlizadə  -  AMEA-nın  Fəlsəfə  və  Hüquq  İnstitutunun  “Dinşünaslıq  və 

mədəniyyətin  fəlsəfi  problemləri” şöbəsinin  müdiri,  fəlsəfə üzrə  elmlər doktoru, 

dosent

Л.Həsənli:  “Müasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin 

inkişaf xüsusiyyətləri”, Bakı, «Nur Art» nəşriyyatı, 2014,144 səh.

M onoqrafiya  Azərbaycan  Respublikası  Prezidenti  yanında  Ali  Attestasiya 

Komissiyasının 2013-cü il  11  fevral tarixli, 60 saylı əmrinə əsasan, Azərbaycan Milli Elmlər 

Akademiyasının  Məhəmməd  Füzuli  adma  Əlyazmalar  İnstitutunun  nəzdində  yaradılmış 

birdəfəlik dissertasiya şurasının 2 0 13-cü il  15 may tarixli iclasında nəşrə tövsiyə edilmişdir.

Monoqrafiyada  müasir  şəraitdə Azərbaycanda  dini-mədəni  dəyərlərin  inkişaf 

xüsusiyyətləri, ideya-fəlsəfi paradiqması araşdırılmış, insanların həyat tərzinə dini- 

mədəni  dəyərlərin  təsiri,  qloballaşma  şəraitində Azərbaycanda  dini  tolerantlığın 

vəziyyəti, Azərbaycan  gerçəkliyinin  dini-mədəni  dəyərlər  müstəvisində  mümkün 

mənzərəsi  təhlil  edilmiş,  əldə  olunmuş  nəticələrə  əsasən  təklif  və  tövsiyələr 

verilmişdir.  Monoqrafiya  doktorantlar,  elmi  işçilər,  müəllimlər,  ali  məktəb 

tələbələri,  habelə  ictimai-siyasi  fikrimizi,  mədəniyyətimizi  öyrənən,  xüsusilə  bu 

problemlə  məşğul  olan  mütəxəssislər,  humanitar  sahədə  çalışan  şəxslər  üçün 

faydalı vəsait ola bilər.

©Л. V.Həsənli, 2014

ISBN 9 7 8 -9952-8240-7-0



M üasir şaraitda A zarbaycanda dini-m adam  dayarlarin  in k işa f xüsusiyyatlari

MÜNDƏRİCAT



Ön  s ö z ...................................................................................................   7

G ir iş....................................................................................................   11

I Fəsil

Dini-mədəni dəyərlərin  inkişaf xüsusiyyətləri və onlara 

münasibət

1.1. Azərbaycanda dini-mədəni  dəyərlər tədqiqat obyekti k im i. . .   14

1.2. Qloballaşma şəraitində həyat tərzinə sosial-fəlsəfi və dini-

mədəni b ax ışlar..............................................................................30

1.3. M üasir Azərbaycanın inkişafında dini-mədəni  dəyərlərin

transform asiyası............................................................................ 49



II  Fəsil

Müasir dövrdə  dini-mədəni dəyərlərinin inkişaf problemləri

2.1.  Sivilizasiyalararası dialoqun təşəkkülü dini-fəlsəfi  aspektdə  .  .  73

2.2. Azərbaycanda dini tolerantlıq yeni  m üstəvidə.......................... 97

2.3. Qloballaşma şəraitində Azərbaycanın dini-mədəni dəyərləri

və ideya fəlsəfi paradiqm ası....................................................... 118



N ə tic ə .....................................................................................................128

Ədəbiyyat siy a h ısı..............................................................................134

-

5



-


M üasir şəraitdə A zərbaycanda dini-m ədəni dəyərlərin  in kişa f xüsusiyyətləri

ön

 söz



Ən  qədim  sivilizasiya  mərkəzlərindən  biri  olan  Azərbaycanda 

elmin  zəngin  inkişaf tarixi  və  ənənələri  vardır.  Azərbaycan  alimləri 

əsrlər boyu antik dünya elmi irsinin müasir Avropaya çatdırılmasında 

yaxından  iştirak  edərək,  Şərqlə  Qərb  arasında  elmin  varislik 

əlaqələrinin  qorunub  saxlanması  işinə  dəyərli  töhfələr vermiş,  elmi 

təfəkkürün  müxtəlif  sahələrində  yaratdıqları  dəyərli  əsərlərlə 

bəşəriyyətin elmi-mədəni yüksəlişinə böyük töhfələr vermişlər.

Artıq  20  ildən  çoxdur  ki,  müstəqillik  əldə  etmiş Azərbaycanda 

dini-mədəni köklərimizə qayıdış, milli tariximizə həqiqi və obyektiv 

baxış,  milli-mənəvi  dəyərlərə  hörmətlə  yanaşılması  çox  mühüm 

uğurlarımızdandır. Müstəqillik əldə etdikdən sonra Azərbaycan dini, 

milli və etnik tolerantlıq sahəsində əhəmiyyətli uğurlar qazanmışdır. 

Dövlət  tərəfindən  atılan  m əqsədyönlü  addım lar  dinindən, 

millətindən,  irqindən  asılı  olmayaraq  Azərbaycan  xalqının  bütün 

dövrlərdə  mehriban  ailə,  dost,  qardaş  olaraq  yaşamaq  ənənələrini 

daha  da  möhkəmləndirmişdir.  Ümumilikdə,  Azərbaycan  dövləti 

tərəfindən  mədəniyyətlərarası  dialoqun  təşviqi  məqsədilə  həm 

beynəlxalq,  həm  də  milli  səviyyədə  həyata  keçirilən  tədbirlər 

ölkəm izin  beynəlxalq  arenada  nüfuzunu  artırm aqla  yanaşı, 

xalqım ızın  milli  həmrəyliyini  daha  da  m öhkəm ləndirir  və 

Azərbaycanı  dünya  mədəniyyətlərini  qovuşduran  bir  məkan  kimi 

beynəlxalq aləmə təqdim edir.

Azərbaycan  bu  gün  sürətlə  hərtərəfli  inkişaf  edərək  dünya 

sivilizasiyasına  inteqrasiya  etməkdədir.  Müasir  inteqrasiya  prosesi 

isə  çoxtərəfli  olması  və  mürəkkəbliyi  ilə  səciyyələnir.  Bunu  nəzərə 

alan  ölkə  rəhbərliyi  inteqrasiya  siyasətini  həyata  keçirərkən  bu 

prosesin  bütün  detallarını  diqqətdən  qaçırmır və  bu  yolda  səmərəli 

üsullardan  istifadə  edir.  İnteqrasiya  prosesini  demək  olar  ki,  bütün 

digər ölkələr də keçməkdədir. Çünki bu proses artıq başlayıb və onu 

geri qaytarmaq mümkün deyil.

-

7

-






Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   33


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə