Elmi redaktor: Sakit Hüseynov



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə6/33
tarix20.09.2017
ölçüsü1 Mb.
#1072
1   2   3   4   5   6   7   8   9   ...   33

A n a r H asənli

sivilizasiyası ilə tanışlıq. Bu amil XX yüzilliyin həm inqilabaqədorki 

dövrə,  həm  də  sovet  dövrünə  aiddir  [49,  188].  Sovet  dövrünün 

əvvəlki  rus  təsirindən  əsas  fərqləri  isə  buraya  həm  də  anti-islam  və 

üm um iyyətlə,  ateizm   siyasətinin  əlavə  olunm ası,  şüurların 

ideologiya çərçivəsinə  salınması,  digər tərəfdən,  əhalinin  savadlılıq 

dərəcəsinin artması ilə əlamətdardır.

Son  yüzilliyin  axırıncı  on  ili  isə  milli  şüurun  intibahı  və  milli 

özünüdərk  istiqamətində  axtarışlarla  əlamətdardır.  Belə  ki,  yeni 

yüzilliyə  biz  milli  özünüdərk  və  milli  dövlət  quruculuğu  əzmi  ilə, 

dövlətçilik  təfəkkürünün  intibahı  şansı  ilə  qədəm  qoyduq  və  bu 

axtarışlar  indi  də  davam  etməkdədir.  Keçid  dövründə  formalaşmış 

milli-mənəvi  prinsiplər  daha  yaramadığından,  yeni  milli-mənəvi 

prinsiplər  isə  hələ  tam  formalaşmadığından  artıq  müəyyən  ciddi 

problemlərlə  üzləşirik.  Müasir  dövrdə  uzun  müddət  qapalı  şəraitdə 

yaşamış Azərbaycan xarici ölkələrlə sıx əlaqəyə girir. Xarici jurnallar, 

televiziya  kanalları  və  digər  informasiya  vasitələri  ilə  Avropanın, 

Amerikanın  və  bütün  planetin  mənəviyyat  sahəsində  nə  problemləri, 

nöqsanları  vardısa,  hamısı  bizim  məkana  daxil  olur.  Əlbəttə,  insanlar 

mənəviyyatca kamil olsalar və kənardan hər hansı mənəvi müdaxiləyə 

qarşı  hazır  olsalar,  kənar  təsirlərə  qarşı  fərdi  daxili  müqavimət 

qüvvələri böyük olar.  Lakin hətta tək-tək adamlar öz mənəvi varlığını 

qorumaq  gücündə  və  səviyyəsində olsalar da,  əksəriyyət bunu bacara 

bilməz.  Çünki  bütün  insanlar  eyni  dərəcədə  kamil  və  iradəli  deyillər 

[49,  188].  Ona görə də,  milli  varlığı  və dini-mədəni dəyərləri qoruyub 

saxlamaq funksiyasını dövlət öz üzərinə götürməlidir.

İdeoloji  plüralizm  ölkə  vətəndaşlarının  öz  dini  hisslərini  tam 

gerçəkləşdirməsinə  zəmin  yaratmışdır.  Bununla  yanaşı,  keçmiş 

kommunist  hakimiyyəti  illəri  Azərbaycan  xalqını  “elmi  ateizmin” 

düzgünlüyünə  inandıra bilməmişdi.  Müstəqillik  əldə  etdikdən  sonra 

birdən-birə  fikir  və  etiqad  azadlığının  hiss  olunması  məscidlərin, 

mədrəsələrin  və  ilahiyyat  fakültələrinin  sayının  sürətlə  artmasına 

gətirib  çıxarmışdır.  Dini  etiqadı  ilə  heç  vaxt  fərqlənməyən  sosial 

təyinatlı  obyektlərin  fəaliyyəti  üçün  normal  şəraiti  olmayan

-24

Müasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin  inkişaf xüsusiyyətləri

bölgələrdə  “mesenatların”  köməyi  ilə  məscidlərin  sayı  artmağa 

başlamışdır  [49,189].

İntellektual  qüvvələr  öz  fəaliyyətləri  ilə  dövlətin  mədəniyyət 

sahəsindəki  siyasətinin  müasir durumunu təhlil  edir və  bu  siyasətin 

perspektivlərinə aydınlıq gətirməyə çalışırlar. Mənəvi dəyərlərimizin 

qorunub  saxlanılması  və  inkişaf etdirilməsi  müstəqil  respublikanın 

mədəni  tərəqqisinin  əsas  vəzifələrindən  biridir.  Bu  mənada 

Azərbaycan dövləti  öz  daxili  və  xarici  siyasətini  yeni  tarixi  şəraitə, 

müasir  tələblərə  uyğun  olaraq,  xalqımızın  tarixi  və  mədəni 

ənənələrinə,  dilimizə,  dinimizə,  milli-mənəvi  dəyərlərimizə  istinad 

edərək  həyata  keçirir.  Müstəqilliyimizin  əldə  olunmasından  sonra 

həyata keçirilən mədəni tərəqqi milli-mənəvi dəyərlərimizin qorunub 

saxlanılması  və  gələcək  nəsillərə  çatdırılması  üçün  böyük  zəmin 

yaradır.  Xalqımızın  əldə  etdiyi  bu  böyük nailiyyət,  milli  sərvətimiz 

olan  mənəvi  dəyərlərimizin  istifadəsini,  bəşəri  dəyərlərin  tərkib 

hissəsi kimi inkişafını və inteqrasiyasını təmin edir. Azərbaycan xalqı 

azad və suveren dövlət quraraq, mədəni-iqtisadi  islahatlar aparmaqla 

öz  milli-əxlaqi  dəyərlərinə,  tarixinə  qayıdır,  demokratik  ölkələrin 

təcrübələrindən istifadə edir.

Dövlətimizin belə bir demokratik mədəni tərəqqi xətti tutduğuna 

və  müasir  dünya  mədəniyyətinə  inteqrasiya  olunduğumuza  görə, 

mədəniyyətimizin  özündə  böyük  bir  dəyişiklik  etmədən,  yəni 

mühafizə  edilməsi  zəruri  olan  milli  şəxsiyyətimizi  təşkil  edən 

xarakterik  keyfiyyətlərim izi  kənarlaşdırm adan,  m illi-m ənəvi 

dəyərlərimizə  xələl  gətirmədən,  təcrübəyə  və  elmin  mütərəqqi 

nailiyyətlərinə  söykənərək,  forma  dəyişikliklərini  şüurlu  surətdə 

aparmaq məcburiyyətində olduğumuzu qəbul etməliyik.

Dövlətin  bu  sahədə  strateji  planının  olması  mütləq  şərtdir.  İstər 

təhsil  sistemi,  istər  gənclərin  mədəni-mənəvi  həyatı  elə  bir  mühit 

yaratmalıdır ki,  bu  mühitin  xarici  təsirlərə qarşı  reaksiya qabiliyyəti 

güclü  olsun.  Ona  görə,  qarşıda  əsas  iki  vəzifə  vardır:  birincisi, 

insanların  mədəni-mənəvi  kamillik,  özünüdərk  dərəcəsini  və 

iradəsini  yüksəltmək  istiqamətində  iş  görmək  və  bu məqsədlə  təhsil

-25



A nar H əsənli

sisteminin,  tədris  proqramlarının  yenidən  nəzərdən  keçirilməsinə 

ehtiyac  vardır.  İkincisi,  insanların  yaşadığı  mədəni-mənəvi  mühit 

saflaşmalıdır,  mənəvi  mədəniyyət  problemləri  sistemli  şəkildə  həll 

olunmalıdır  [10].

Sovet  dövründə  belə  problemlər  nisbətən  az  idi,  amma  bunun 

səbəbi o deyildi ki, ideologiya indikindən yaxşı  idi.  Sadəcə olaraq, o 

zaman  bütün  sahələrə  sərhədlər  çəkilmişdi.  Həm  inzibati,  siyasi, 

iqtisadi, həm də mədəni-mənəvi sərhədlər möhkəm idi. Xaricdən hər 

hansı bir təsir mümkün deyildi. Hər hansı bir xarici televiziya kanalını 

tutmaq nəinki sadəcə texniki cəhətdən mümkün deyildi, həm də ona 

icazə verilmirdi.  Hətta radiolarda bəzi dalğalar söndürülürdü, onlara 

qulaq  asmaq  mümkün  olmurdu.  Mədəni-mənəvi  deqradasiyaya 

xidmət  edən,  dövlətin  ideoloji  prinsiplərinə  qarşı  yönəldilmiş 

verilişlərin qarşısı isə tamamilə alınırdı  [10].

İndi  biz  demokratik  dövlət,  sivil,  demokratik  cəmiyyət  qururuq. 

Artıq  bağlı  qapı  arxasında,  ənənəvi  prinsiplərlə  yaşamaq  mümkün 

deyil.  Bu mənada,  qapıların  açılması, bir tərəfdən, yaxşıdır,  amma bu 

açıq  qapılardan  müsbət  təmayüllərlə  yanaşı  mənfi  meyillər,  lazımlı 

məlumatlarla bərabər zərərli  informasiyalar, insanların mənəviyyatına 

mənfi təsir edən televiziya verilişləri, mətbuat orqanları  da daxil  olur. 

Bəzi  yerli  mətbuat orqanları  asan yolla pul  qazanmaq  xatirinə mənə­

viyyatı  satmaq  yolunu  tutur  və  ənənələrimizə  böyük  zərbə  vururlar. 

Məhz  buna  görə,  mətbuat  azadlığı  prinsiplərimiz  olsa  da,  rəsmən 

senzura ləğv edilsə də, indi artıq senzuranı əvəz edəcək mədəni-mənəvi 

senzuraya ciddi ehtiyac duyulur.

Qloballaşmanın  müsbət  təmayüllərini  əxz  etməklə  yanaşı, 

ənənələrimizə  sədaqət  prinsipindən,  yüksək  mənəvi  dəyərlərimizi, 

milli  kimliyimizi  qorumaq  prinsipindən  çıxış  etməliyik.  Çünki, 

özünütəsdiq milli-tarixi köklərə arxalanır. Hazırda vəziyyət elədir ki, 

istəsək  də,  istəməsək  də,  qloballaşma  hərəkatından,  mədəni 

inteqrasiya  prosesindən  kənarda  qala  bilmərik.  Bu prosesin  müsbət 

cəhətlərinin  cəmiyyətimizin  mədəni  tərəqqisinə  xidmət  etdiyini 

danmamaq şərti  ilə, neqativ təzahürlərinin qarşısını almaq barədə də

-

26

-



Mıiasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

düşünməliyik.  Müasir  dövrdə  mədəniyyətin  idarə  edilməsi  üçün 

zəruri  olan  elmi  təsəvvürün  işlənib  hazırlanması,  ancaq  gündəlik 

məsələlərin  həllinə yönəldilən  və  mədəniyyətin  ayrı-ayrı  sahələrini 

əhatə edən tətbiqi tədqiqatlar sahəsi ilə məhdudlaşdırılmır.

Digər  sahələrlə  yanaşı,  mədəni  tərəqqidə  əldə  edilmiş  mühüm 

nailiyyətlər  ölkəmizin  müstəqilliyinin  möhkəmləndirilməsinə  şərait 

yaradır.  Müstəqil  respublikamızın  nüfuzlu  beynəlxalq  təşkilatlara,  o 

cümlədən,  Avropa  Şurasına  tamhüquqlu  üzv  qəbul  edilməsi  onun 

beynəlxalq  mövqeyinin  möhkəmləndirilməsinə,  dünya  ölkələri 

içərisində  öz  layiqli  yerini  tuta  bilməsinə  əlverişli  imkan  vermişdir. 

Azərbaycanın  dövlət  müstəqilliyinin  möhkəmləndirilməsinə  xidmət 

edən  mədəni  tərəqqi  dünyanın  bütün  dövlətləri  ilə  bərabərhüquqlu 

əsaslar üzərində faydalı əlaqələrin inkişaf etdirilməsinə də şərait yaradır.

Mədəniyyətin tərəqqisi haqqında fikir müxtəlifliyi isə yalnız elmi 

səbəblərlə deyil,  eləcə  də  daha  dərin  sosial-tarixi  səbəblərlə  şərhini 

tapır.  Mədəniyyət nəinki nəzəri  izah tələb edən anlayışdır, həmçinin 

ictimai  inkişafın  real,  praktik  və  vacib  məsələsidir.  Beləliklə, 

“mədəniyyət”  anlayışının  fundamental  nəzəri  əhəmiyyəti  və 

mürəkkəbliyi  müasir  tarixi  situasiyada  mədəniyyət  problemlərinin 

qloballığı  və  çoxcəhətliliyi  ilə  şərtlənir.  Bəşər  tarixində  yeni  mər­

hələnin  -   insan  həyatının  bütün  sahələrində  köklü  dəyişikliklər 

mərhələsinin  xarakterini  dərk  etmədən  geniş mənada  mədəniyyətin 

məzmununu başa düşmək qeyri-mümkündür.

Müasir  dövrdə  “Muğam”  sənətinin  müxtəlif  mədəniyyətlər 

arasında dialoq musiqisi kimi təbliğində Mehriban xanım Əliyevanın 

fəaliyyəti  olduqca  mühüm  rol  oynayır.  Belə  ki  Mehriban  xanım 

Əliyevanın  himayəsi  ilə  2009-cu  ilin  18-25  mart  tarixində  Bakıda 

keçirilən  I  Beynəlxalq  Muğam  Festivalı  Azərbaycan  Muğam 

sənətinin  beynəlxalq  təbliği  ilə  yanaşı,  muğam  musiqisinin  dünya 

xalqlarını  birləşdirən  bir  sənət  olduğunu  bir  daha  təsdiqləmişdir. 

2009-cu  il  18-20  mart  tarixində  “Muğam  Aləmi”  l  Beynəlxalq 

Festival  çərçivəsində  muğama həsr olunmuş  elmi  simpozium  təşkil 

olunmuşdur.  Beynəlxalq  Muğam  və  muğama  qohum  musiqi

-

27

-




Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə