18 Oktyabr- müstəqillik Günü



Yüklə 22,54 Kb.
səhifə1/2
tarix11.10.2023
ölçüsü22,54 Kb.
#126803
  1   2
18 Oktyabr müstəqillik günü


18 Oktyabr – Müstəqillyin Bərpası Günü”nə həsr edilən tədbirin
SSENARİSİ


18 Oktyabr – Azərbaycanda Dövlət Müstəqilliyinin Bərpası Günü “ən böyük nailiyyətimiz əbədi müstəqilliyimizdir”.
1. Salam, əziz müəllimlər və şagirdlər!
2.Bu günkü tədbirimizi Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edirik!
Müstəqilliyimizin bərpası nə deməkdir... Şəhidlərimizin axan qanı, yarımcan olan qazilərimiz, qürurla, fəxrlə canlı qəhrəmanlar, ordumuz hər birini birləşdirən birlik – Ali Baş Komandan.
Bugün sənin, Azərbaycan!
Xoşbəxt, gülər məqamındır.
Yoxdur tənin, Azərbaycan!
Bugün sərbəst bir ölkəsən,
Qonşulardan sən öndəsən.
Uğurunda böyük əhsən!
Ucal, mətin, Azərbaycan!
Hörmətli tədbir iştirakçıları - qonaqlarımız,valideyinlərimiz və məktəbli yoldaşlarımız. Vətən tariximizdə tarixi günlərdən biri - Dövlət müstəqilliyimiz günü yaşanır. Odlardan-alovlardan keçərək, neçə-neçə şirin canı qurban verib əldə etdiyimiz müstəqil günümüzdür, bu gün. Hamınızı salamlayır və sözü məktəbimizin direktoru Əliyeva Zümrüd müəllimə veririk.
Müsəlman şərqində ilk demokratik Respublika olan Azərbaycan Xalq
Cümhuriyyəti çoxəsirlik sosial iqtisadi, ictimai - siyasi və mədəni inkişafının,
xalqımızın milli oyanışı və dirçəliş proseslərinin məntiqi nəticəsi kimi meydana
çıxmışdır.Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin,
intelektual və mədəni potensalının, yüksək istedad və qabiliyyətinin göstəricisi
idi. Bu tarixi hadisə bizim ilk müstəqillik addımımızdrı. Bununla da Azərbaycan
dünyaya müstəqil dövlət kimi tanındı.
İndi isə “Müstəqil Azərbaycanım” adlı ədəbi bədii kompazisiya ilə çıxış etmək üçün şagirdlərimizi dəvət edirik
1918-ci ildən başlayaraq erməni daşnaqları vətənimizin bir çox hissəsini ələ almaq üçün soyqırımlar törətmişdilər. Bunlar 1918-ci ilin fevral, mart, aprel aylarına təsadüf edir. O zaman əldə etdiyimiz müstəqilliyin ömrü 23 ay davam etdi və Azərbaycan yenidən Rusiyanın müstəmləkəsinə çevrildi. Lakin ümummilli liderimiz Azərbaycan Respublikasının banisi H.Əliyevin hakimiyyətə qayıtması nəticəsində müstəqilliyimiz bərpa edildi.
1. Bu Azərbaycan xalqı üçün qurtuluş, yeni həyat demək idi. Amma bu müstəqilliyimiz də qurbansız keçmədi. 1991-ci ildə Azərbaycanda siyasi vəziyyət daha da gərginləşmişdi.
2.Xalqın təkidilə çağırılmış Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyası 1991-ci il avqustun 30-da “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə” qəbul etdi.
1.35 ilə yaxın bir müddət ərzində Heydər Əliyev Azərbaycana rəhbərlik etmişdir.Həmin dövr ərzində Respublikamız Sürətlə inkişaf etdi,bütün sahələrdə uğurlu nəticələr əldə edildi,yeni sahələrin yaradılması və fəaliyyətə başlaması üçün şərait yaradıldı.
2.H.Əliyevin Sovet dövründə apardığı siyasət Azərbaycanın gələcək müstəqilliyi yolunda atılmış addım idi. Respublikamızda fəaliyyət göstərən bütün sahələrin inkişafı müstəqilliyə tam cavab verən vəziyyətə gətirilmişdir.
2.Çıxış üçün sözü tarix müəllimi Səmədova Yaxşıxanım müəllimə verək___________________


1. 1991-ci il sentyabrın 3-də Naxçıvan MR Ali Məclisi xalqın təkidli tələbi ilə H.Əliyevi Ali Məclisin sədri seçdi. Əliyevin xalq arasında getdikcə artan nüfuzu iqtidarla müxalif qüvvələrin yaxınlaşmasını sürətləndirdi.
2.Prezidentin və müxalifət Liderlərinin oktyabrın 3-dəki görüşündə Milli Şura yaradılması barədə razılıq əldə edildi. Belə bir şəraitdə xalqın tələbi ilə Ali Sovetin 1991-ci il oktyabrın 18-də toplanmış sessiyası “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi.
1.Bununla Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. Prezident idarəsi yaradıldı. 1992-ci ilin mayında Milli Məclis Azərbaycan Respublikasının Dövlət Himnini, 1993-cü ilin əvvəlində Dövlət Gerbini təsdiq etdi.
2.Azərbaycannın dövlət Müstəqilliyini ilkin olaraq Türkiyə Respublikası, sonra Rumınya, Pakistan, İsveçrə, İran, ABŞ, Rusiya Federasiyası və başqa dövlətlər tanıdı.
2.İndi isə şagirdlərimizin tədbirə həsr edilmiş şeirlərini dinləyək:


Ana, Bayraq,Vətən


Qardaşım,dostları düşməndən ayır
Ümiddən inama təməl qoyulur
Dünyada vətənsiz insan olmayır
Yalnız qeyrətsizlər Vətənsiz olur


Vətən ! Ömrümüzdən o ayrı deyil
Arxa ol,xoş gündə,bəlalı gündə!
Sən yalnız dünyada
Səcdəyə əyil
Bayraq qarşısında, ana önündə


Vətən məhəbbəti
Göylərə təndir,
Bayraq da,ana da
Çünki Vətəndir.
Sərin meşələrdən biz keçiriksə
Nahaq saf bulaqdan içmirik ki,biz.
Əyər ki,bayrağı
Biz seçiriksə,
Anayla Vətəni seçmirik ki, biz.


Qəzəb qılıncını şıxaraq qından,
İnsanda bu qədər dözüm olarmı?
Vətən can çəkirsə,
tapdaq altında
Bizim yaşamağa haqqımız varmı?


Üz tutur xaricə zəka axını,
O yerdə var-dövlət taparam,-deyə.
Unudub Vətənin
Ağır çağını
Kaş yollar getməsin vətənsizliyə.


İnsan-Vətənsiz,
Başdır-bədənsiz.
Biz nələr görmədik tanrı,amandır,
Vətənə yadlaşan insanlar oldu.
Vətən nə alınan
nə satılandır,
Hərraca qoyulan vicdanlar oldu.


Sabaha inanır qəhrəman insan,
O,millət dərdini daşıyacaqdır.
Vətənçin ölməyi
bacaran insan
Vətən ömrü qədər yaşayacaqdır!


Yüklə 22,54 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə