|
2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR
|
səhifə | 41/46 | tarix | 29.01.2018 | ölçüsü | 4,25 Mb. | | #22623 |
| Fərz – Vacib – Qəti olaraq gələn əmr fərz sayılır. Ona - Allah əmr edib deyə - əməl edən savab qazanır. Biri oruc tutur Allahın əmridir deyə, digəri isə oruc tutur arıqlamaq və s. üçün. İkisi də ac qalır, lakin Allahın əmridir deyə oruc tutan savab qazanır, digəri isə yox. Onu tərk edən isə əzaba layiqdir. Çünki Allahın istəyinə bağlıdır. İstəsə əzab verər, istəsə bağışlayar. Məs: Namaz, oruc və s. əməllər. Haram – Qəti qadağan haram adlanır. Bunu - Allah qadağan edib deyə - tərk edən savab qazanır. Biri içki içmir onu xoşlamadığı üçün. Belə bir kimsə savab qazanmır. Digəri isə içki içmir, Allah qadağan etdiyinə görə. Belə bir kimsə savab qazanır. Ona əməl edən isə cəzaya layiqdir. Məs: Zina, içki və s. əməllər. Müstəhəb – Bəyənilən əməl. Əgər əmr qəti olmazsa müstəhəb sayılır. Müstəhəb də əmrin altına girir. Ona görə də deyilir ki, əmr vacibliyə dəlalət edir nə qədər ki, onu müstəhəbliyə çevirən bir dəlil gəlmədikcə. Buna əməl edən savab qazanır. Onu tərk edən isə günah qazanmır. Məkruh – Bəyənilməyən əməl. Əgər qadağa güclü olmazsa məkruh sayılır. Məkruh da qadağanın altına girir. Bunu tərk edən savaba nail olur, əməl edən isə günah qazanmır. Məs: Məscidə sol ayaq ilə daxil olmaq. Mubah – Nə əmrə, nə də qadağana daxil deyildir. Mubah özü-özlüyündə ibadət deyildir. Başqasına görə ibadət ola bilər. Elm öyrənmək, namaz qılmaq özü-özlüyündə ibadətdir. Lakin yemək, içmək, yatmaq və s. əməllər özü-özlüyündə ibadət deyildir. Başqasına görə bu əməllər ibadət ola bilər. Məs: Yemək yeyirsən ki, elm öyrənməyə taqətin olsun, tez yatırsan ki, gecə ibadətlərini, sübhü ayıq başla qılasan. Belə olduqda bu əməllər də savab gətirir. Allahın əmri olduğu üçün qohumları ziyarət edirsən bununla da savab qazanırsan və bir də ziyarət edirsən ki, gedib çay içəsən. Sadəcə niyyətinə görə savab qazanırsan. Ona görə də deyillər ki, səfdə iki nəfər yanaşı durar amma onların arasında yerlə göy arası qədər fərq olar. İkisi də eyni hərəkəti edirlər lakin niyyətə görə biri savab qazanır, digəri isə savabdan məhrum olur.
|
|
|