2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə23/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   19   20   21   22   23   24   25   26   ...   231

 

45 


surət  verəndir),  O,  Əzizdir,  Həlimdir  (yenilməz  qüvvət  və  hikmət  sahibidir)».  (əl-Həşr 

22-24). və s. ayələri dəlil göstərmək olar.  

Allahın Isim  və Sifətləri ağılla başa düşülməz. Zənlər, düşüncələr, təsəvvürlər onu 

başa düşüb dərk  edə bilməz. O, da yaratdıqlarına nə zatında, nə əməlində, nə də İsim 

və  Sifətlərində  bənzəməz.  Kimsə  deyə  bilər  ki,  bu  sifətlərə  biz  də  məxsusuq.  Amma 

xeyir! İnsan görmə, eşitmə sifətlərinə  malikdir. Lakin  onun görməsi, eşitməsi Allahın 

görməsi,  eşitməsi  kimi  deyildir.  Çünkü  insan  müəyyən  bir  həddə  qədər  görüb  eşidə 

bilər, lakin Allah üçün belə bir hədd yoxdur. Hətta elə bir hallar olur ki, ana öz oğlunu 

bağışlamır. Lakin Allah öz qullarına qarşı o, qədər rəhmli və mərhəmətlidir ki, onların 

bu  qədər  günah  etmələrini  bağışlayır.  İmam  Əbu  Hənifə 



  rahmətullahi  aleyhi  -  bu 

haqda  deyir  ki:  “Onun  sifətləri  yaratdıqlarının  sifətləri  kimi  deyildir.  Onun  bilməsi 

bizim  bilməyimiz  kimi  deyil.  Qüdrəti  var,  lakin  bizim  qüdrətimiz  kimi  deyil.  Görür, 

lakin görməsi bizim görməyimiz kimi deyil. Duyur, lakin duyması bizim duymağımıza 

bənzəməz.  Danışır,  lakin  danışması  bizim  danışığımız  kimi  deyildir”

124

.  Çünkü  onun 



misli  yoxdur.  «De  ki,  o  Allah  birdir.  Allah  möhtac  deyildir.  O,  nə  doğmuş,  nə  də 

doğulmuşdur! Onun heç bir tayı bərabəri, bənzəri də yoxdur». (əl-İxlas 1-4).  

İsim  və  Sifətlərin  Tövhidi  əqidə  məsələlərində  ən  çətin  və  təhlükəli  mövzulardan 

biridir. Hətta bir çox alimlər bu mövzuda xətalar etmişlər. Əhli Sünnə Vəl Cəmaatın bu 

mövzu ilə bağlı mövqeyi belədir: 1) Nə ki, Quran və Sünnədə isbat olunub, biz də onu 

isbat edib, qəbul edirik. Məs: Allah görür, eşidir və s. «Şübhə yox ki, Allah (hər şeyi) 

eşidən (SƏMİ) və görəndir (BƏSİRDİR)». (ən-Nisa 58). 

2)  Nə ki, Quran və Sünnə ilə  inkar edilir, biz də  onu inkar edirik. Məs: Xristianlar 

deyirlər ki, Allah göyləri və yeri altı gündə xəlq etdi və bazar günü isə dincəldi. «O, nə 



mürgü (HƏYYDİR), nə də yuxu bilər (QAYYUMDUR)». (əl-Bəqərə 255). «And olsun 

ki,  biz  göyləri,  yeri  və  onlar  arasında  olanları  altı  gündə  yaratdıq  və  bizə  heç  bir 

yorğunluq  da  üz  vermədi».  (Qaf  38).  Yəhudilər  dedilər  ki,  Allah  xəsisdir.  «Xeyr, 

Allahın əlləri açıqdır. İstədiyi kimi lütf və ehsan edər». (əl-Maidə 64). Finhas adlı bir 

yəhudi Əbu Bəkr - radıyallahu anhu 

 onu İslama dəvət etdikdə demişdir: «Allaha and 



olsun  ki,  ey  Əbu  Bəkr!  Biz  fəqir  (kasıb)  olmadığımızdan  Allaha  ehtiyacımız  yoxdur. 

O,  isə  fəqir  birisidir.  Əgər  möhtac  olmayan  bir  varlıq  olmasaydı  bizdən  borc  tələb 

etməzdi» «Allah kasıbdır, biz isə dövlətliyik! deyənlərin sözlərini Allah, əlbəttə eşitdi. 

Biz  onların  dediklərini  və  Peyğəmbərləri  haqsız  yerə  öldürdüklərini  yazacaq  və 

(qiyamət günü) onlara: «Atəşin əzabını dadın!» deyəcəyik». (Ali İmran 181)

125


Allah 

bütün bu deyilənlərdən münəzzəhdir. 



3)  Nə ki, Quran və Sünnədə varid  olmayıb, sabitliyi və inkarı. Məs: Allah buyurur 

ki, danışır. Bu sabitdir. Lakin biz desək ki, Allah danışır, deməli dodağı, dili və s. var. 

Bu düz deyil. Çünkü bu haqda bizdə heç bir dəlil yoxdur. Bununla bərabər biz onu da 

inkar etmirik. Yenə də dəlilimiz olmadığı üçün.  

 

İSİM VƏ SİFƏTLƏR TÖVHİDİNDƏ MÜHÜM OLAN 

QAYDALAR 

 

Müsəlman  qardaş  və  bacılarım!  Bu  mövzu  təhlükəli  və  çətin  olduğuna  görə,  bəzi 



azmış və hədlərini aşmış firqələr kimi Allahın ad və sifətlərini dəyişməmək, onları heç 

                                                

124

 «əl-Fiqhul Əkbər» s. 302.  



125

 İbn Cərir ət-Təbəri təfsir kitabında. Sənədi zəifdir. 




 

46 


nəyə  bənzətməmək,  keyfiyyətini  öyərənməyə  çalışmamaqdan  ötrü  alimlər  bəzi 

qaydalar müəyyənləşdiriblər. Bu qaydaları hər bir müsəlmanın bilməsi vacibdir.  



1.  Təhrif 

  bir  sözü  başqa  sözlə  əvəz  etmək,  dəyişdirmək  deməkdir.  Ayə  və  ya 



hədisi həm məna, həm də ləfzi etibarı ilə dəyişdirmək deməkdir. Məs: 1) Məna etibarı 

ilə  təhrifə  dəlil  -  Allah  Qurani  Kərimdə  buyurur:  «Rahmən  ərşin  üzərinə  yüksəldi». 



(Ta ha 5). Burada olan İstiva - ucalmaq sözünə 

 şəkilçisi artırmaqla İstəvlə hökmü 



altına  aldı  sözü  ilə  əvəz  edirlər.  Bu  azmış  firqələr  özləri  də  bilmədən  Yəhudilərin 

etdiklərini edirlər. Allah Yəhudilərə kəndin qapsından Allaha səcdə edən halda Hittə 

 

«Bizi bağışla» deyərək içəri daxil olun buyurduğu halda onlar Allahı ələ salaraq Hittə 



  sözünü,  Hintə 

  «Buğda»  sözü  ilə  əvəz  etdərək  arxaları  üstə  kəndə  girməyə 



başladılar. (əl-Bəqərə 58-59)

126


. Allahın Əl 

  sifətini  qüdrət,  nemət  kimi  təhrif  etmək. 



2) Ləfzi etibarı ilə təhrifə dəlil – Allah Qurani Kərimdə buyurur: «Allah Musa ilə sözlə 

danışdı».  (ən-Nisa  164)-ci  ayəsini  oxuduqda:  «Musa  Allah  ilə  sözlə  danışdı»  deyə 

təhrif edirlər. 

Allah  Qurani  Kərimdə  təhrifi  qınamış  və  bu  haqda:  «Halbuki  (Musa  dövründə) 

onların içərisində elələri də vardı ki, Allahın kəlamını (Tövratı) dinləyib anladıqdan 

sonra,  onu  bilə-bilə  təhrif  edirdilər».  (əl-Bəqərə  75).  «Yəhudilərin  bir  qismi 

(Tövratdakı)  sözlərin  yerini  dəyişib  təhrif  edir



».  (ən-Nisa  46).  «Onlar  sözlərin 



yerini dəyişib təhrif edir



». (əl-Maidə 13,41).  



Təhrif 



  Təvil



127

 

  Kəlamçıların  bir  çoxu  təhrif  kəlməsinin  yerinə  təvil  kəlməsini 



işlədirlər. Çünki Təvilin hamısı pis deyildir. Peyğəmbər 



 sallallahu aleyhi və səlləm 



 

İbn  Abbas 



  radıyallahu  anhu 



  haqqında:  «Allahım  onu  dində  fəqih  et!  Ona  təvili 

öyrət!»  deyə  buyurmuşdu

128


.  Təvil 

  təfsir  mənasıdadır  və  sözün  son  nəticədə 



əsaslandığı  həqiqət  mənasını  bildirir.  Pislənmiş  təvil  –  sözün  bəyənilən  bir  mənasını 

kənara  qoyaraq  ona  bənzər  digər  dəlili  bəyənilməyən,  ehtimallara  əsasən  şərh 

edilməsinə  deyilir.  İsim  və  Sifətlərdə  təvilə  gəldikdə  isə  bidət  əhlinin  belə  bir  şeyə  əl 

atmalarında  məqsəd  Uca  Allahı  yaradılmışlara  bənzərlikdən  təmizləməklə  həddi 

aşmalarıdır. Bu isə öz növbəsində batil bir iddia olmaqla onları çəkindikləri təhlükənin 

bir  başqa  formasına,  daha  ağırına  salmaqdadır.  Məs:  Yəd 



  Əl  sözünü  qüdrət 

mənasında  təvil  etdikləri  vaxt  Allahın  əlinin  olmasını  deməkdən  qaçmaq  istəmişlər. 

Çünki yaradılmışların da əli vardır. Əl - sözü onlara mütəşabih görününcə onu qüdrət 

adlandıraraq təvil etmişlər. Bu da onların bir ziddiyətidir. Yəni onlar məqbul saydıqları 

məna  haqqında  müvafiq  bir  iddia  qəbul  etmək  məcburiyyətindədirlər.  Yəni  özlərinin 

rədd etdikləri mənanı qəbul etməyə məcburdurlar. Axı qulların da qüdrəti vardır. (Belə 

olduqda  Allahla  yaradılmışlar  arasında  oxşarlıq  olur).  Əgər  onların  qəbul  etdikləri 

qüdrət haqq və mümkün olan bir şeydirsə, onda Uca Allah üçün əli məqbul saymaq da 

eyni qaydada haqq və məqbuldur. Əgər Uca Allah haqqında əli qəbul etmək – onların 

iddialarına görə təşbihi (bənzətməni) zəruri etdiyi üçün batil və  mümkün  olmayan bir 

şeydirsə, eynilə qüdrəti də qəbul etmək batil və qeyri mümkündür

129




2.  Tətil 

  Allahın  sifətlərini  təmamilə  inkar  etmək  və  ya  bəzilərini  qəbul  edib, 



bəzilərini inkar etmək. Tətil mütləq olaraq Təhrifdən daha şiddətlidir. Yəni o, yerdə ki, 

təhrif var orada tətil də vardır. Lakin əksi belə deyildir.  

                                                

126


 Buxari 4479. 

127


 Təvil  –  sözü  çevirmək,  dəyişmək,  sözə  başqa  məna  vermək,  ayə  və  hədisi  zahiri  mənasından  çıxardıb  Quran  və 

Sünnənin demədiyi mənalara yozmaq deməkdir.  

128

 Buxari, Müslim, Əhməd 1/266,314, İbn Məcə 166, Təbərani «əl-Kəbir» 10587,10617, Bəğavi «Şərhu Sunnə» 3942.



  

129


 Qahtani «Ulumul Quran».  


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə