51
İnsan qəlbində tarazlıq yaratmaq üçün bu iki İsimləri də bilməlidir ki, onu
xəstəliklərdən qorusun. Bu xəstəliklər də ümüdsüzlük və arxayınçılıqdır. Əgər insan
tək ümüd, məhəbbət ayələrini öyrənərsə onda arxayınçılıq yaranar. Lakin tək qorxu
ayələrini də öyrənməklə onda ümüdsüzlük yaranar. Bu da çox təhlükəlidir.
Allahın İsimləri Qurani Kərimin 33 surəsində keçməkdədir. Bu surələrdən bəzisi,
bu İsimlərdən sadəcə birinə yer vermiş. Məs: Tövbə, Kəhf, Məryəm, Həcc, Nəml və s.
bir çox surələr kimi. Bəzi surələr isə iki İsmi bir arada gətirmişdir. Məs: Ənfal, Rəd,
Fatir və s. bəzi surələr isə bu İsimlərin çoxunu sadalamışdır. Məs: Bəqərə, Ali İmran,
Nisa, Həşr. Bu İsim və Sifətlərə iman etmək və onları araşdırmaq İslamın əsası, İmanın
qaydası və Ehsan ağacının meyvəsidir. Kim Uca Allahın İsim və Sifətlərini inkar
edərsə elm əhli olmaqdan uzaqlaşaraq İslamın əsasını, İmanı və Ehsan ağacının
meyvəsini kökündən yıxmışdır.
BÜTÜN PEYĞƏMBƏRLƏRİN – Allahın Onlara Salamı Və
Salavatı Olsun - ƏQİDƏNİN ƏSASLARI ÜZƏRİNDƏ
İTTİFAQ ETMƏLƏRİ
Əsirlərdən boyu sabit olan Tövhid üzərində bütün Peyğəmbərlər – Allahın Onlara
Salamı Və Salavatı Olsun -
ittifaq etmişlər: 1. Bütün nöqsan Sifətlərdən münəzzəh olan
Allah Ucadır, Əzəlidir, Başlanğıcı yoxdur, birdir, mülkündə heç bir ortağı yoxdur,
bənzəri, ziddi, yardımçısı, nəsihətçisi, yol göstərəni yoxdur. Yalnız Onun iznindən
sonra şəfaətçi şəfaət edə bilər. 2. Oxşarı yoxdur, bənzəri yoxdur, nə doğmuşdur, nə də
doğulmuşdur. 3. Allah Ğanidir (Nemət, Rəhmət xəzinələri sonsuz olub heç bir şeyə
möhtac olmayan). Yeməz, içməz və heç bir şəkildə yaratdıqlarının ehtiyac
duyduqlarına ehtiyac duymaz. 4. O, heç bir zaman bir haldan başqa bir hala dəyişməz.
İxtiyarlıq, xəstəlik, yatmaq, unutqanlıq, peşmanlıq, qorxu, kədər və s. bu kimi hallar
olmaz. 5. Yaratdıqlarından heç bir şeyə bənzəməz. Əla xüsus nə Zatında, nə
Sifətlərində, nə də Fellərində Onun misli kimi bir şey yoxdur. 6. O, yaratdıqlarından
heç bir şeyə Hülul
146
etməz və yaratdıqlarından heç biri də Onun zatına Hülul etməz.
O, Zatı ilə yaratdıqlarından ayrı, yaratdıqları da Ondan ayrıdır.
7. O, hər şeydən daha
Uca, hər şeydən daha böyükdür, hər şeyin üzərində, hər şeydən daha yüksəkdədir.
Ondan o, tərəfə heç bir şey yoxdur. 8. O, hər şeyə qadirdir. Dilədiyini etməkdə heç bir
şey Onu aciz edə bilməz. O, hər dilədiyini edəndir. 9. O, hər şeyi bilir. Sirri və daha
gizli olanı da bilir. Olanı, olacağı, olmayanı da bilir. Olmayan əgər olsaydı necə olardı,
necə olsaydı onun keyfiyyətini də bilir. Elə bir varlıq yoxdur ki, Allah onun həqiqətini
bilməsin. 10. O, Səmi və Basirdir. O, bütün səslərin fəryadını, dillər ayrı-ayrı,
ehtiyaclar cürbəcür olmasına baxmayaraq onları eşidir və gecənin qaranlığında qara
qayanın üzərində qara qarışqanın belə səslərini eşidir və görür. Onun Kürsüsü yerləri
və göyləri əhatə etmişdir. 11. O, qeybə sahibdir (Bilinən və Bilinməyən hər şeyə
şahiddir). Mülkünün idarəsində heç kimsəni vəkil təyin etməmişdir. 12. O, Əzəli
(Əvvəl) və Bəqidir (Əxir). Zəifləməz, yox olmaz, tərk edib getməz və ölməz. 13. O,
Mutəkəllimdir (Danışan). Əmr edən və Qadağa qoyandır. Haqqı söyləyər və yol
göstərər, Rəsullar göndərir, Kitablar endirir, yaxşılıq edəni mükafatlandırır, pislik
146
Hüluliyyə – Allahın Zatıyla hər yerdə olduğunu qeyd edənlərdir. Onlar Allahın
Məiyyə – Birlikdə, bərabər olmaq
sifətində həddi aşaraq Allahın ona yaxın olan (əl-Mukərrəbun) şəxslərə hulul etdiyini (yəni nüfuz etmək, girmək, iki
şeyin bir şeymiş kimi birləşməsini) irəli sürən sapıq firqədir.
52
səbəbilə cəzalandırır. İtaət olunduqda qarşılığını verən, üsyan edildikdə bağışlayandır.
14. O, vədində sadiq, xəbərində doğru olandır. Ondan daha doğru sözlü, Ondan daha
doğru xəbər verən heç kimsə yoxdur. O, əsla sözündən dönməz. 15. O, Ucalar Ucası
Saməddir. Bütün ehtiyac sahiblərinin ehtiyacını qarşılayar. Ondan daha səbirli, tərifi
Ondan daha çox sevən, Bağışlamağı Ondan daha çox sevən, Ehsanı Ondan daha çox
sevən kimsə yoxdur. 16. O, Quddusdur, Səlamdır. O, hər cür ayıblardan və
nöqsanlardan uzaqdır. O, Muhsindir - Ehsan etməyi sevər. Şəkurdu – şükr edənləri
sevər. Tayyibdir – təmizləri sevər. Alimdir – qullarından elimli olanları sevər.
Kərimdir – kərəm sahiblərini sevər. Qavidir – qüvvətli mömin zəif mömindən ona daha
sevimlidir. Adildir - ədalət sahiblərini sevər. Həyy və Sittirdi – həya əhlini və iffətli bir
şəkildə örtünəni sevər. Ğafur və Afuvvdur – qullarını bağışlayan və əff edəni sevər.
Sadiqdir – doğru olanları sevər. Rafiqdir – mülayim və yumşaq olanları sevər.
Rahimdir – mərhəmət sahiblərini sevər. Təkdir – tək olanı sevər. İsim və Sifətlərini
sevər. Bu İsimlərlə ona dua edənləri sevər. Onları bilən, dərk edən, Uca Allaha həmd
edən, onlarla dua edənləri də sevər. 17. O, hər tərəfdən Kamildir. Uca Allah Zatını
Sifətlərlə sifətləndirdiyini və İsimlərlə isimləndirdiyində heç bir şübhə yoxdur. Uca
Allahın sevdiyini, pis gördüyünü, qəzəb etdiyini, razı olduğunu, hiddətləndiyini, dünya
səmasına endiyini, Ərşinin üzərinə İstiva etdiyini, elm və həyat sahibi olduğuna, qüdrət
və iradə sahibi olduğuna, mələklərin Ona yüksəldiyini, Onun qatından buyurduqlarını
endirdiklərinə, eşitmək, görmək, vəch (üz) sahibi olduğuna, iki əli olduğuna, qullarının
üzərində olduğuna, Muhsinlərlə, səbr edənlərlə, muttəqilərlə bərabər (Məiyyə)
olduğuna, göylərin və yerlərin (Qiyamət günü) Onun sağ əlində olduğuna, sevinməklə,
gülməklə, qullarının qəlblərinin Onun barmaqlarından iki baqmağı arasında olduğuna
iman edirik. 18. O, Adildir. Zülm etməz, əziyyət verməz, qulları Ondan zülm edər deyə
qorxmazlar. 19. Əhli İslamın dinlər arasında vasat (orta, doğru) olduğu kimi, Əhli
Sünnət də əqidələr içərisində Vasatdır. Onlar Uca Allahı öz Zatını vəsf etdiyi kimi vəsf
etmiş, Onun Sifətlərini inkar etməmiş, Sifətlərini məxluqatın sifətlərinə bənzətməmiş,
İsim və Sifətlər barəsində Rəsulullah – sallallahu aleyhi və səlləm – in buyurduğundan
kənara çıxmamışlar. Onlar - Təhrif – (bir sözü başqa sözlə əvəz etmək, dəyişdirmək
deməkdir. Ayə və ya hədisi həm məna, həm də ləfzi etibarı ilə dəyişdirmək deməkdir).
Tətil – (Allahın sifətlərini təmamilə inkar etmək və ya bəzilərini qəbul edib, bəzilərini
inkar etmək). Təmsil (Muməssil) – (Allahın sifətlərini məxluqatın sifətləri kimi
olduğunu qeyd etmək. Buna həmçinin Təşbih
–
də deyilir. Bənzətmək, bənzər
vermək).
Təkyif (Mukəyyif) – (Allahın sifətlərinin mahiyyəti, keyfiyyəti haqqında fikir
yürütmək. Sifətlərin necəliyi haqqında suallar vermək) – kimi şeylərdən uzaq olmuşlar.
ALLAH
147
Allah
–
İsmi Uca Allahın digər bütün İsimlərini əhatə edər. Əsməul Husnə olaraq
bilinən bütün İsim və Sifətlər bu ada dayanırlar. Buna görə də Rahman, Rəhim, Əziz,
Ğaffar Allahın adlarındandır deyilir. Lakin Allah, Rəhmanın adlarındandır deyilməz.
Bu İsim Qurani Kərimdə 2697 dəfə keçməkdədir. «O, özündən başqa heç bir ilah
olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O, Rahməndir, Rəhimdir. O, özündən
başqa heç bir ilah olmayan Məlikdir (mütləq sahibdir), Quddusdur (nöqsanlıqdan
münəzzəhdir), Səlamdır (zat və sifətlərində, fellərində hər cür qüsur və əskiklikdən
147
İsim Və Sifətlər barədə daha geniş məlumat üçün bax: İsim Və Sifətlər Tövhidi – kitabına.