2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə28/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   24   25   26   27   28   29   30   31   ...   231

 

55 


olmazsa,  öncəsi  və  sonrası  da  olmaz.  Allah  öncəsi  və  sonrası  olmayan  tək  varlıqdır. 

Digər  bütün  valılıqların  öncəsi  və  sonrası  vardır»

151

.  Allahın  Əvvəl  olması  Onun  hər 



şeydən  öncə  var  olduğunu,  Axır  olması  isə  hər  şeydən  sonra  Onun  var  olacağını  və 

varlığının  davam  edəcəyini  ifadə  edər.  Zahir  hər  şeyin  üstündə  uca  olması,  Batin  isə 

hər şeyin içində və hər şeyə əslindən də yaxın olmasıdır. Onun Zahir və üstün olmasını 

heç bir yer və göy gizləyə bilməz. Zahir olması Batini görməsinə mane olmaz. Çünki 

batində  Onun  üçün  Zahir  kimidir.  Onun  üçün  görünməyən  görünən,  uzaq  olan  isə 

yaxın  kimidir.  Müsəlman  bu  İsimləri  bilməklə  keçici  varlılıqlara  bağlanmaz.  Çünki 

keçici  varlılıqlara  bağlanmaq  yoxluğa  bağlanmaqdır.  Halbuki  Axır  olan  Allaha 

bağlanmaq  kəsinliklə  yox  olmayacaq  və  əbədiyyən  var  olana  bağlanmaqdır.  Heç  bir 

şey yox ikən Onun var olduğu kimi hər şey yox olduqdan sonra da Onun var olacağını 

bilir,  daha  da  səmimiyyətlə  Ona  ibadət  etməyə  çalışar.  Ondan  başqa  heç  bir  şeyə  bel 

bağlamaz. Daima Ona möhtac olduğunu unutmaz. Hər şeyin Ondan başladığına və Ona 

da  dönəcəyini  xatırından  çıxarmaz.  O,  hər  şeyin  əvvəli  və  sonudur.  Allahın  Batin 

ismini  bilən  kimsə  Allahın  hər  şeydən  daha  çox,  hətta  canından  da  ona  daha  yaxın 

olduğunu anlayar. Zahir ismi bilməklə insanın qəlbi tək bir ilaha yönələr və ona ibadət 

edər.  

 

ƏAZZ 



 

əl-Əazz – Abdullah (Səfa və Mərva) Vadisində səyy etdiyi zaman dedi: “Rabbiğfirli 

Vərhəm, İnnəkə Əntəl Əazzul Əkram”

152

.  


 

BƏRİ 

 

əl-Bəri 



  varlıqları  yoxluqdan  varlığa  çıxaran  deməkdir.  Qurtubi 



  rahmətullahi 



aleyhi 



  deyir  ki:  «Bəri 

  yoxdan  var  edən,  ortaya  çıxaran  deməkdir».  «O,  (hər  şeyi) 



yaradan,  yoxdan  var  edən  (BƏRİ)  və  (hər  şeyə)  surət  verən  Allahdır».  (əl-Həşr  24). 

Buna görə də Bəri Bə-Rə-Ə kökündən gələn Bəriyyə varlıqlar, yaradılanlar mənasında 

işlədilir.  O,  halda  Allah  Bəri  yaradandır.  Çünki  O.  Bütün  bədənləri,  cisimləri 

yoxluqdan varlığa çıxarmışdır. Həlimi 



 rahmətullahi aleyhi 



 deyir ki: «O, suyu, atəşi, 

torpağı  və  havanı  yoxdan  yaratdı.  Daha  sonra  isə  bu  maddələrin  qarışığından  digər 

məxluqları  yaratdı.  «Mən  palçıqdan  bir  insan  yaradacağam».  (Sad  71).  «Sizi 



torpaqdan  yaratması



  Onun  qüdrət  əlamətlərindəndir».  (ər-Rum  20).  «Hər  bir 



canlını  sudan  yaratdığımızı  bilmirlərmi?».  (əl-Ənbiya  30).  «İnsanı  saxsı  kimi  quru 

palçıqdan  O,  yaratdı.  (Cinlərin  əcdadı)  Cannı  da  tüstüsüz  (təmiz)  oddan  O,  xəlq 

etdi». (ər-Rahmən 14,15).  

 

BƏRR 

 

əl-Bərr 



  Yaxşılıq  edən,  mütləq  yaxşılıq  sahibi,  hər  gözəlliyi  və  yaxşılığı  özündə 

əks  etdirən  Uca  Allahdır.  Ona  üsyan  edilməsinə  baxmayaraq  yaxşılıq  etməkdən  vaz 

keçməyən  və  yaxşılığı  kəsməyəndir.  İbadət  edənlərə  bol-bol  savab  verəndir.  «Biz 



bundan əvvəl Ona dünyada ibadət edirdik. Şübhəsiz ki, O yaxşılığı bol (BƏRR), rəhm 

edəndir».  (ət-Tur  28).  Pislik  edənə  yaxşılıq  edən,  haqsızlıq  edəni  bağışlayan,  tövbə 

                                                

151

 Beyhəqi «Əsmə vəs Sifət» s. 10.  



152

 İbn Əbi Şeybə “Musənnəf” 4/69-70.  




 

56 


edənin  tövbəsini  qəbul  edəndir.  Həlimi 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Bərr 

 



qullarına  yumşaq  davranan,  onlara  asanlıq  diləyən,  çətinlik  istəməyən,  bir  çox 

günahlarını cəzalandırmadan bağışlayan, onları bütün etdiklərindən sorğuya çəkməyən, 

bir  yaxşılığı  on  qat  mükafatlandıran,  buna  qarşı  pisliyi  sadəcə  bir  misli  ilə 

cəzalandıran,  niyyət  etdikləri  pisliyi  etmədikcə  bu  niyyətlərinə  görə  onlara  pislik 

yazmayandır.  Allah  qullarına  qarşı  son  dərəcə  mərhəmətli,  yumşaq  və  şəfqətlidir. 

Dualarını  qəbul  edər,  şükrlərinə  nemət  verərək  qarşılıq  verəndir.  «Məgər  Allahın 



göylərdə  və  yerdə  olanları  sizə  ram  etdiyini  və  aşkar,  gizli  nemətlərini  sizə  bolluca 

ehsan etdiyini görmürsünüzmü?». (Loğman 20). Bu isim qullar üçün də işlədilə bilər. 

«O,  həmçinin  məni  anama  qarşı  olduqca  itaətkar  və  nəvazişkar  (BƏRRAN)  etdi». 

(Məryəm 32). «Yəhya ata-anasına qarşı da olduqca itaətkar və nəvazişkar (BƏRRAN) 

idi». (Məryəm 14).  

 

BƏSİR 

 

əl-Bəsir 

  görən  olmasının  mənası  isə  hər  nə  qədər  incə  və  hiss  edilməz  kimi 



görünürsə  və  ya  uzaq  olursa  olsun  hər  bir  şeyi  gözəl  bir  şəkildə  idrak  edən  (görən) 

deməkdir. Bəsir 

 həmçinin də elmə, bilməyə də dəlalət edir. Allah qəlbdəki fısıltıları, 



beyindəki  hisləri,  fikirdəki  gizlilikləri  görür  və  bilir.  «Həqiqətən  Allah  eşidən  və 

görəndir».  (əl-Mucadələ  1).  Bu  aləmdə  olan  ən  kiçik  parçaları,  ən  cüzi  qarışqanı  da 

belə,  orqanlarını,  ətini,  qanını,  beynini  və  damarlarını  da  görəndir.  Yeddi  qat  göyün 

üzərində  olanı  gördüyü  kimi,  yeddi  qat  yerin  altında  olanı  da  görür.  Allah  yer  və 

göylərin  hər  yerində  görüləbiləcək  hər  şeyi  Bəsir  sifəti  ilə  onları  görməktədir.  Onun 

üçün  görülməyən  bir  şey  yoxdur.  Heç  bir  şey  Ondan  gizli  deyildir.  O,  görünəni  və 

görünməyəni,  hazır  olanı  və  olmayanı  görəndir.  Hətta  gözlərin  hərəkətlərini,  qəlb 

atışlarını  və  ağıla  gələn  düşüncələri  dahi  bilən  və  görəndir.  «(Allah)  gözlərin 

xainliklərini  və  kökslərin  saxlamaqda  olduqlarını  biləndir».  (əl-Mumin  19).  İbn 

Qeyyim 




  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Bəsir  və  Bəsirət  arasında  fərq  olduğunu 

söyləyir.  Bəsir  yuxarıda  söylədiyimiz  kimi.  Bəsirəti  isə  belə  açıqlayır:  «Bəsirət, 

Allahın  qəlbə  atdığı  bir  nurdur.  Qəlbinə  belə  bir  nur  atılan  kimsə,  Peyğəmbərlərin 

xəbər  verdiyi  həqiqətləri  görür.  Belə  ki,  bunları  sanki  gözü  ilə  görməkdədir.  Beləcə 

Peyğəmbərlərin  dəvət  etdiyi  şeylərdən  ən  üstün  dərəcədə  faydalanır.  Bu  Bəsirətin 

dərəcələri  vardır.  Bunların  hamısını  əldə  edən  kimsənin  Bəsirəti  kamilliyə  çatar.  1. 

İsim və Sifətlərdə Bəsirət. 2. Əmir və Qadağalarda Bəsirət. 3. Savab və Cəzada Bəsirət. 

Əbu  Hureyrə  -  radıyallahu  anhu 



  rəvayət  edir  ki,  Rəsulullah 



  sallallahu  aleyhi  və 

səlləm 

 buyurdu: «Şübhə yox  ki, Allah  haqqı ilə  eşidən  və  haqqı ilə  görəndir ayəsini 



oxuduqdan  sonra  baş  barmağını  qulağının,  şəhadət  barmağını  isə  gözünün  üstünə 

qoydu»


153

 



BƏQİ 

 

əl-Bəqi 

  «Cəlal  və  Kərəm  sahibi  olan  Rəbbinin  üzü  Bəqi  qalacaqdır».  (ər-



Rahmən  27).  «Allah  daha  xeyirli  və  daha  Bəqidir».  (Ta  ha  73).  Allahın  əvvəli 

olmadan  var  olan  bir  varlıq  olduğuna  görə  varlığının  son  olması  və  yox  olması 

mümkün olmamalıdır. O, varlığının başlanğıcı və sonu olmayan tək varlıqdır. Allahın 

                                                

153

 Səhih Sünnən Əbu Davud 3/895, «Avnul Məbud» 13/37, İbn Həcər «Fəthul Bəri» 13/375. 




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə