65
dərhal üz çevirər. Əgər haqq onların tərəfində olsa, itaət edib (tez) onun yanına
gələrlər. Onların qəlblərində xəstəlikmi vardır? Yaxud Allahın və Peyğəmbərinin
onlara cövr, haqsızlıq edəcəklərindən qorxurlar? Xeyr, onlar özləri zülmkardırlar».
(ən-Nur 48-50). Hakim və rəhbərlər Allahın cızdığı sərhədlərdən kənara çıxmamalı və
qoyduğu qadağaları aşmamalıdırlar. İnsanlar arasında adil davranmalı, kimsəyə ayrı-
seçkilik etməməlidirlər. Əleyhlərinə belə olsa doğruluqdan qaçmamalıdırlar və haqq ilə
hökm verməlidirlər. «Ey iman gətirənlər! Sizin özünüzün. Ata-ananızın. Yaxud
qohumlarınızın əleyhinə belə olsa, ədalətdən möhkəm yapışın Allah şahidi olun».
(ən-Nisa 135). «(Ya Davud!) Biz səni yer üzündə xəlifə etdik. Buna görə də insanlar
arasında ədalətlə hökm et, nəfsdən gələn istəklərə uyma, yoxsa onlar səni Allah
yolundan sapdırarlar. Şübhəsiz ki, Allah yolundan sapanları haqq-hesab gününü
unutduqları üçün şiddətli bir əzab gözləyir». (Sad 26).
HƏKİM
əl-Həkim
–
«O, Həkimdir». (əz-Zariyət 30). «Allah biləndir, Həkimdir». (ən-Nisa
26). Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
in yanına bir bədəvi gələrək dedi:
«Mənə daima söyləyəcəyim bir neçə kəlimə öyrət». Peyğəmbər: «De ki: Allahdan
başqa ibadətə layiq haqq İlah yoxdur, Allah böyüklərin ən böyüyüdür. Ona həmd
olsun. Aləmlərin Rəbbi olan Allah Ucadır. Əziz və Həkim olan Allahdan başqa heç bir
qüc və qüvvət sahibi yoxdur…» deyə buyurdu
179
. Uca Allahın yaratmış olduğu hər bir
şey elmdən və hikmətdən meydana gəlmişdir. Hökmü elmdən və hikmətindən
qaynaqlanmasıdır. Hökm və Hikmət sahibi. Hər bir şeyi gözəl və faydalı şəkildə
yaradan və yaratdığını yerli-yerinə qoyandır. Həlimi
–
rahmətullahi aleyhi
–
deyir ki:
«Həkim söylədiyi hər söz və etdiyi hər bir felin doğru olandır. Belə bir sifət yalnız
Allaha yaraşır. Çünki etdiyi bütün fellər doğrudur, əsərləri mükəmməldir və heç bir
qüsuru yoxdur. Bu qədər doğru, sağlam və mükəmməl əsərlər ancaq hakim olan biri
tərəfindən edilə bilər. Bu əsərlərin həyat sahibi Hakim olan Allahdır». Xattabi
–
rahmətullahi aleyhi
–
deyir ki: «Həkim hər bir şeyi sağlam və nöqsansız yaradandır.
«O, yaratdığı hər şeyi gözəl yaradandır». (əs-Səcdə 7)».
Hikmət
180
bir şeyi edənin onu nə üçün etdiyi ilə əlaqədardır. Yəni hikmət edənin
etmə məqsədi ilə əlaqəli bir qavramdır. Dolayısı ilə bir məqsəd üçün etməyən kimsə
haqqında hikmət düşünülməz. Hikmət bir kimsənin elmə və saleh əmələ yönəlməsini
və istədiyi məqsədi əldə etməsini bildirir. Hikməti qəbul etməyən Allaha tam şəkildə
həmd edə bilməz. Onu nöqsanlardan münəzzəh tutmaz.
HƏLİM
əl-Həlim
–
Səbirli və təmkinli. Cəzalandırmağa gücü çatdığı halda həmən
cəzalandırmayan, qullarının üsyanlarına qarşı həmən qəzəbə dalmayan deməkdir.
«Allah bağışlayan və həlimdir». (əl-Maidə 101). İbn Qeyyim
–
rahmətullahi aleyhi
–
deyi ki: «Allah həlimdir. Etdiyi günahdan ötrü tövbə etməsi üçün qulunu
cəzalandırmada tələsməyəndir». Xattabi
–
rahmətullahi aleyhi
–
deyir ki: «Həlim -
günahları bağışlayan, cəzalandırmağa tələsməyən. Bu İsmi gücü olduğu halda
179
Müslim 2697.
180
Hikmət – Lazım olan feli, lazım olan formada, vaxtda etməyə deyilir.
66
bağışlayana verilir, gücü olmadan bağışlayana bu İsim verilməz».
«Əgər Allah
insanları etdikləri günahlara görə cəzalandırsaydı yer üzündə bir nəfəri də belə (sağ)
qoymaz. Lakin Allah onları müəyyən bir vaxta qədər gecikdirir». (Fatir 45). «Əgər
Allah insanları günahlarına, haqsızlıqlarına görə cəzalandırsaydı, yer üzündə bir
canlını da sağ qoymazdı. Lakin Allah onlara müəyyən müddət möhlət verir». (ən-
Nəhl 61). Qurani Kərimdə 15 yerdə keçməkdədir. Bunlardan
11-də Allaha,
2-də
İbrahimə, 1-də Şueybə, 1-də İsmailə izafə edilmişdir. Bu İsim Qurani Kərimdə tək
işlədilməyərək bütün günahları bağışlayan Gafur, haqqı ilə bilən Alim, hər şeydən
mustəğni olan, hər şeyin Ona möhtac olduğu varlıq Ganiyy, az yaxşılığa çox mükafat
verən Şəkur ilə birlikdə işlədilmişdir. «Şübhəsiz Allah biləndir Həlimdir». (əl-Həcc
59). «Və bilin ki, şübhəsiz ki, Allah bağışlayandır, (qullara) yumşaq davranandır».
(əl-Bəqərə 235). Həlimi
–
rahmətullahi aleyhi
–
deyir ki: «Günahları səbəbilə qullarına
nemət verməyi və yaxşılıq etməyi kəsməyəndir. O, ona itaət edəni ruziləndirdiyi kimi,
Ona üsyan edəni də ruziləndirir. Ondan qorxan və yaxşılıq edənlərə nemət verməyə
davam etdiyi kimi, günah etməyə davam edən qullarına da nemət verməyə davam edər.
Bəla və müsibətlərdən qoruması üçün Ona dua edəni və ya ibadət ilə məşğul olub bu
istəkdə olmayanı qoruduğu kimi, dua etməyib və Ondan qafil olan kimsələri də bəla və
müslibətlərdən qoruyar»
181
.
HƏMİD
əl-Həmid
–
«Heç şübhəsiz ki, Allah Ğani (heç kimsəyə və heç bir şeyə möhtac
olmayandır), Həmid (həmd də yalnız Onadır)». (Liğman 26). Qurani Kərimdə
61 yerdə
Allaha nisbət edilərək zikr edilmişdir. Həlimi
–
rahmətullahi aleyhi
–
deyir ki: «Həmid
–
edilməyə haqq edən, həmdə layiq olandır. Çünki O, vardı və bütün varlıqları və
insanı yoxdan var etdi. Sonra iki üstün neməti ağıl və həyatı insanda topladı. Sonra ona
saysız nemətlər verdi və onu bütün varlıqlara üstün etdi. O, halda Ondan başqa kim
həmd edilməyə daha layiqdir? Kim Onun qədər həmdə layiq olur? Xeyr, bütün təriflər
və həmdlər sadəcə Onadır, başqasına deyildir». Xattabi
–
rahmətullahi aleyhi
–
deyir
ki: «O, felləri ilə həmd edilməyi haqq edən və həmdə layiq olandır. Həmd zatla
əlaqədar işləndikdə isə – fail vəznində olub məful – yəni Mahmud
–
təriflənən, həmd
edilən mənasında olur. Sıxıntı və bolluq, şiddət və rahatlıq anlarında yalnız Ona həmd
edilir. Çünki O, Hakimdir. Hər bir şeyi yerli yerində edər. Heç bir xəta və səhf etməz.
O, hər bir vəziyyətdə həmd edilməyi haqq edəndir. Hər insan Allahı həmd etmədiyi
kimi Allah da hər insanı həmd əhli etməz. Allahın qəzəbini qazanmış insanlar Ona
həmd etməkdən uzaqdırlar. Allah belə insanları həmd əhli etməz. Lakin bu insanlar
qiyamət günü qəbrlərindən qaldırıldıqları zaman istəməsələrdə belə Allaha həmd
edəcəklər. «O, gün ki, Allah sizi çağıracaqdır. Siz də Ona şükr edərək dərhal
çağırışına cavab verəcəksiniz və sizə elə gələcəkdir ki, (dünyada) çox az qaldınız».
(əl-İsra 52). Heç kimsə Ona həmd etməsə də belə O, yenə də həmdə layiq olandır.
Həmd
–
təriflənəni və həmd ediləni sevməyi əhatə edir. Onu sevən, lakin Onu tərif
etməyən Ona həmd etmiş olmaz. Onu sevmədikcə və Onu tərif etmədikcə Ona həmd
etmiş olmaz. Bu sifətlər nə qədər çox olacaqsa göstəriləcək sevgi və tərif də bir o,
qədər çox və böyük olar. Allah heç bir tərəfdən heç bir nöqsanlığı olmayan mütləq
kamillik sahibidir. Bütün yaxşılıqlar və ehsanlar Ondan gəlir və Ona da dönərlər. Bu
181
Beyhəqi «Əsməu vəs Sifət» 53.