69
yerlərdə görməlidir. Rəbbindən həya edərək çirkin söz və davranışlardan çəkinməlidir.
Allahdan çox həya edən kimsə Ona üsyan etməkdən də çəkinər. Çünki Allahın hər
yerdə onunla birlikdə olduğunu bilər. Qulun söz və əməldə olan günahları insanlar
arasında nə qədər çox yayılarsa, günahın açığa çıxması da o, qədər böyük olar.
İnsanlardan utanmayan Allahdan da utanmaz. Kim utanmırsa istədiyini edə bilər və
onun bu günahları tərk etməsinə mane olan həyadır. Rəsulullah
–
sallallahu aleyhi və
səlləm - buyurdu: «Həqiqətən də insanların Peyğəmbərlikdən öyrəndikləri ilk söz:
«Əgər həya etmirsənsə istədiyini et»
191
. Həya qəlbin maddəsidir, hər bir xeyirin əslidir
və onun getməsi bütün xeyirdən məhrum olmaq deməkdir. Rəsulullah
–
sallallahu
aleyhi və səlləm - buyurdu: «Həyanın hamısı xeyirdir»
192
. Əgər həya yoxdursa onu bu
günahlardan çəkindirən maneə də yoxdur. Əgər Allahdan utanmırsa istədiyi əməli edə
bilər. Günahlar həqiqətən də qəlbi zəiflədir. Günahı edən şəxs bu günahı etməsindən
xəbərdar olmasına baxmayaraq yenə də buna əhəmiyyət vermir. Çünki bunu etməyə
onu vadar edən qəlbdə həyanın olmamasıdır. Həya insanlarda öyülən bir əxlaqdır.
Rəsulullah
–
sallallahu aleyhi və səlləm - buyurdu: «Həya imandandır»
193
.
Həya
–
həyat sözündən götrülmüşdür. Kimin həyası yoxdursa o, dünyada meyyid, axirətdə isə
bədbəxt olar və kim də günah etdiyi zaman Allahdan utanmazsa, Allah da Qiyamət
günü onu cəzalandırmaqdan utanmaz. «Onlar insanlardan gizlətsələr də Allahdan
gizlədə bilməzlər». (ən-Nisa 108) ayəsində insanlardan utanaraq gizlənən, lakin
insanları yaradandan utanmayanları pisləmişdir. Çünki belə etməklə onlar yaradılanları
yaradandan üstün tutmaqdadırlar.
XALİQ – XALLƏQ
əl-Xaliq
–
«Allahdan başqa bir yaradıcımı (XALİQ) var». (Fatir 3). «O, hər şeyin
yaradıcısıdır (XALİQ), elə isə ona qulluq edin». (əl-Ənam 102). Allah yaradandır,
Ondan başqa hər bir şey yaradılandır. Hər şey Onun əmrində və xidmətindədir. Ondan
başqa bir yaradıcı yoxdur. Bütün hər şeyi göyləri, yeri, ikisi arasında və içində olanları,
bunların hərəkətlərini, ruzilərini, əcəllərini, sözlərini və fellərini də yaradmışdır. Bütün
bunların tək yaradıcısı Allahdır. Bütün varlılıqlar sonradan yaradılmış və yoxdan var
edilmişdir. Hər şey Ondan başladı və yenə də Onda son olacaqdır.
əl-Xalləq
–
«Göyləri və yeri yaradan onlar kimisini yaratmağa qadir deyilmi?
Əlbəttə qadirdir. (Hər şeyi) yaradan (XALLƏQ) və (hər şeyi) bilən (ALİM) Odur».
(Yasin 81). «Həqiqətən Rəbbin (hər şeyi) yaradan (XALLƏQ) və biləndir». (əl-Hicr
86). «And olsun onlardan:
“
Onları kim yaratdı
”
deyə soruşsan, onlar mütləq:
“
Allah
”
deyə cavab verəcəklər». (əz-Zuxruf 87). Madəm ki, Allah bütün varlılıqları tək
yaratdısa, o halda ibadətə və qulluq edilməyə layiq olan tək varlıq da Odur. Bu həqiqət
olduğu halda və Onun tək yaradıcı olduğu qəbul edilərkən, ibadət etməkdə Ona nəyə
görə şərik qoşulur? Quranın Rububiyyət tövhidini və Uluhiyyət tövhidini isbat etmək
üsulu belədir. Digər bir ayədə isə: «Sizi və sizdən əvvəlkiləri yaradan». (əl-Bəqərə 21).
Burada Allah bizi və bizdən əvvəlkiləri, atalarımızı, babalarımızı və s. yaratdığını
diqqətə çəkməkdədir, beləcə tək yaradıcı olduğunu, nə bizim nə də bizdən əvvəlkilərin
yaradılışında kimsənin ona şərik olmadığını bildirməkdədir. Allahın varlılıqları tək
191
Buxari.
192
Müslim.
193
Buxari, Müslim.
70
yaratması Onun güc və qüdrətinin, iradəsinin, elminin, hikmətinin və həyatının
mükəmməl və nöqsansız olmasına dəlalət edər. Bu sifətlərin və fellərin bənzərsiz
olduğuna və heç bir varlıqda olmadığına, heç bir varlığın əməllərində Ona şərik
olmadığını göstərir. Bu cümlə ilə Allah varlığını isbat etdikdən sonra onların
yaradılışlarının qayəsini belə açıqlayır: «Rəbbinizə ibadət edin». (əl-Bəqərə 21).
«Göyləri və yeri yaradan, göydən yağmur endirən, o yağmurla sizin üçün ruzi olaraq
cürbəcür meyvələr yetişdirən. Əmri ilə dənizdə üzmək üçün gəmiləri sizə tabe və
çayları sizə ram edən Allahdır. Seyr edən Günəşi və Ayı, həmçinin gecəni və
gündüzü sizin ixtiyarınıza verən Odur». (İbrahim 32,33). «(Bütlər yaxşıdır) yoxsa
göyləri və yeri yaradan, sizin üçün göydən yağmur endirən kəs? Sonra biz o,
yağmurla sizin üçün gözəl bağçalar yetişdirdik. Siz o, bağçaların ağaclarını göyərdə
bilməzdiniz. Məgər Allahla yanaşı başqa bir tanrımı var? Lakin müşriklər tay tutan
bir tayfadırlar! (Bütlər yaxşıdır) yoxsa yeri məskən yaradıb ortasından çaylar axıdan,
üzərində möhkəm durmuş dağlar bərqərar edən və iki dənizin arasında maneə qoyan
kəs? Məgər Allahla yanaşı başqa tanrımı var? Lakin müşriklərin əksəriyyəti
bilmirlər». (ən-Nəml 60-61). «Elə isə bütün bunları bilə-bilə Allaha şərik qoşmayın».
(əl-Bəqərə 22).
XABİR
əl-Xabir
–
Xabir – hər şeydən xəbərdar olan. Hər bir şeyin zahirini bildiyi kimi içini
və gizliliklərini də bilməkdədir. Qəlblər və sinələr hər şeyi incə detallarıynan bilən
Lətif və Xabir olan Allahdan bir şeyi necə gizlədə bilər? «O, Hikmət və Bilik (XABİR)
sahibidir». (əl-Ənam 18). «O, yaratdığını bilməzmi? O, Lətifdir, Xabirdir». (əl-Mulk
14). «Bunu mənə bilən və Xabir olan Allah xəbər verdi». (ət-Təhrim 3). Allah hər
şeydən xəbərdar olan Xabirdir. O, hər şeyi yerli-yerinə qoyan və layiq olduğu yerə
endirən Həkimdir. O, heç bir şeyi uyğun olmayan bir yerə qoymaz, layiq olmadığı bir
yerə endirməz. O, bütün bunları qüsursuz elmi və hikməti ilə edər. Allah savab yerinə
cəza, cəza yerinə də savab verməz. Ucaltdığı yerdə alçaltmaz, alçaltdığı yerdə isə
ucaltmaz. İzzət yerinə zillət, zillət yerinə isə izzət verməz. Qadağan ediləni əmr etməz,
əmr ediləni isə qadağan etməz. O, harada nə edəcəyini və risalətini kimə verəcəyini,
kimin buna layiq olduğunu ən yaxşı biləndir. Bu risalətə kimin layiq olmadığını da çox
gözəl biləndir. Allah neməti haqq etməyənə deyil, haqq edənə verir.
RAFİ’
ər-Rafi
’
– “Dərəcələri yüksəldən (mələklərin, peyğəmbərlərin, övliyaların və
möminlərin mərtəbələrini ucaldan, yaxud hər şeydən uca), ərşin sahibi Allah öz
əmrindən olan vəhyi bəndələrindən istədiyinə nazil edir ki, (o, insanları) görüş günü
(yer və göy əhlinin, ibadət edənlə ibadət olunanın, zalımla məzlumun bir-birilə
görüşəcəyi, ruhla bədənin qovuşacağı qiyamət günü) ilə qorxutsun!”. (əl-Mumin 15).
Rafi
’
–
ondan yüksək olmayan deməkdir. Allah ən yüksəkdir. O, tərif və sənanın bütün
dərəcələrini haqq edən varlıqdır. Həlimi
–
rahmətullahi aleyhi
–
deyir ki: «Rafi
’
–
Allahın zatı sifətlərindəndir. Həmd və sənanın bütün dərəcələrini haqq edəndir. Yüksək
üstünlüyə sahib deməkdir».