2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə38/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   34   35   36   37   38   39   40   41   ...   231

 

75 


DƏİM 

 

əd-Dəim  –  Əbu  Hureyrə  -  radıyallahu  anhu 



  rəvayət  edir  ki,  Peyğəmbər 



 



sallallahu  aleyhi  və  səlləm 

– 

buyurdu: «Zəmanəni söyməyin. Çünki Allah zəmanənin 



özüdür»

206


.  

 

DƏYYƏN 

 

əd-Dəyyən  -  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 

– 

buyurdu:  “Qiyamət  günü 



insanlar  lüt  olaraq  həşr  olunacaqlar... Sonra bir  Carçı uzaq  və  yaxın  olanında  eşitdiyi 

bir səslə: “Mən Məlikəm, Mən Dəyyənəm”

207

.  


 

SƏLAM 

 

əs-Səlam 

 Bu İsimlə isimlənməyə Uca Allah digər məxluqatdan daha mustəhaqdır. 



Çünki  O,  bütün  ayıblardan,  nöqsanlardan  Səlamdır.  «Quddusdur  (nöqsanlıqdan 

münəzzəhdir),  Səlamdır  (zat  və  sifətlərində,  fellərində  hər  cür  qüsur  və  əskiklikdən 

uzaqdır)». (əl-Həşr 22-24). Müsəlmanların sözlərinə gəlincə isə: Əssələmu Aleykum 

 



ona salam verilənə aldatmaqdan, öldürməkdən, ondan gələcək çirkin şeydən salamatını 

bildirir. O, da eyni qarşılığı verərək Uca Allah eynisini sənə də nəsib etsin. Rəhmət və 

bərəkətə  gəlincə  isə  bu  ikisi  yalnız  Allaha  izafə  edilir.  Buna  görədir  ki:  Mənim 

bərəkətim və rəhmətim sizin üzərinizə olsun – deyilməz, Məndən səlam sizin üzərinizə 

olsun  –  deyilə  bilər.  Səlam  nöqsanlardan  və  ayıblardan  salim  olandır.  Səlam  ilə 

isimlənməsi  Salim  deyə  isimlənməsindən  daha  bəlağətlidir.  Məxluqatını  zülmdən 

salamata  çıxardır.  Uca  Allah  qədr  gecəsini  Səlam,  Cənnəti  Darus-Səlam,  Cənnət 

əhlinin  salamlaşmasını  isə  Səlam  deyə  vəsfləndirmişdir.  «Onları  Rəbbinin  yanında 



əmin-amanlıq  yurdu  (Cənnət)  gözləyir».  (əl-Ənam  127).  Peyğəmbər 



  sallallahu 



aleyhi və səlləm 

 namazdan sonra dua edərək: «Allahummə Əntəs Sələmu Və Minkəs 



Sələmu  Təbəraktə  Yə  Zəl  Cələli  Vəl  İkram 



  Ey  Allahım!  Səlamsan  və  Səlam 

Səndəndir. Sən Ucasan. Ey Cəlal və İkram sahibi»

208


. O, Sifətlərində bütün ayıblardan 

və  nöqsanlardan  Səlamdır.  O,  fellərində  bütün  ayıblardan  və  nöqsanlardan,  şərlərdən, 

zülmdən  Səlamdır.  O,  hər  yöndən  və  hər  etibar  ilə  haqq  olan  Səlamdır.  Onun  həyatı 

ölümdən,  yatmaqdan  və  mürgüləməkdən  Səlamdır.  Qayyumiyyəti  və  Qüdrəti 

yorğunluqdan  və  zorluq  çəkməkdən  Səlamdır.  Onun  elmi  Ondan  bir  şeyin 

ayrılmasından  və  ya  Ona  unutqanlığın  isabət  etməsindən,  xatırlamaya  və  düşünməyə 

ehtiyac  duymaqdan  Səlamdır.  Onun  iradəsi  hikmətdən  çıxmaqdan  Səlamdır.  Onun 

kəlimələri  yalandan  və  zülmdən  Səlamdır.  Mülkində  zidlik  olmasından,  ortağı 

olmasından,  müavini  və  ya  yardımcısı  olmasından  və  ya  Onun  izni  olmadan  Onun 

qatında  bir  şəfaətçinin  olmasından  Səlamdır.  Ona  Uluhiyyətində  bir  ortağının 

olmasından  Səlamdır.  Onun  qəzası  və  qədəri  əbəslikdən,  zülmdən  və  açıq  olan 

hikmətinə  müxalif  olaraq  meydana  gəlməsinin  düşünülməsindən  Səlamdır.  Onun 

şəriəti  dini  ixtilafdan,  pozulmaqdan,  qulların  məsləhətinə  zidd  olmaqdan,  onlara 

rəhmət  olmaqdan,  ehsan  olmaqdan  və  hikmətinə  zidd  olmaqdan  Səlamdır.  Əksinə 

Onun  şəriəti  hikmətdir,  məsləhətdir  və  ədalətdir.  Onun  nemətlər  verməsi  yaltaqlıq 

                                                

206

 Müslim 2246, İbn Məndə “Tovhid” 2/118, Əhməd 2/395,491.  



207

 İmam Əhməd “Musnəd” 3/495, əl-Albani “Səhih”.  

208

 Müslim 591.  




 

76 


olmaqdan  və  nemət  verdiyi  kimsəyə  ehtiyac  duymaqdan  Səlamdır.  Allahın  ərşə 

istivası,  ərşi  daşımağa  ehtiyac  duymasından  və  istivaya  möhtac  olmaqdan  Səlamdır. 

Əksinə  ərş  və  onu  daşıyanlar  Ona  möhtacdırlar.  «Özünə  heç  bir  övlad  götürməyən, 

mülkündə  heç  bir  şəriki  olmayan,  zəif,  aciz  olmadığı  üçün  heç  bir  dosta,  hamiyə 

ehtiyacı  olmayan  Allaha  həmd  olsun!».  (əl-İsra  111). Səlam,  səlam  verilənə  dua  və 

onun səlamətə yetişməsini istəməkdir. Allah Ondan səlam tələb ediləndir, yoxsa Onun 

üçün  salam  tələb  edilən  deyildir.  Əksinə  Allah  qullarına  salamatlıq  verəndir. 

«Göndərilən  bütün  Peyğəmbərlərə  salam  olsun».  (əs-Saffət  181).  «Salam  olsun 

İbrahimə».  (əs-Saffət  109).  «Doğduğu  gün,  öləcəyi  gün  və  diri  olaraq  qəbirdən 

qaldırılacağı  gün  ona  salam  olsun».  (Məryəm  15).  Səhabələr:  Allaha  salam  olsun» 

deyərdilər.  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 

  buyurdu:  «Salam  Allaha  olsun 



deməyin.  Şübhəsiz  ki,  Allah  özü  Səlamdır»  deyə  buyurdu

209


.  «Rəhimli  Allahdan 

(onlara) salam vardır». (Yasin 58).  

 

SƏMİ 

 

əs-Səmi 

 eşidən olmasının mənası nə qədər yavaş olursa olsun, bütün səsləri idrak 



edən (eşidən) deməkdir. O, yaratdıqlarının eşitmələrinə bənzəməyən bir sifət olan səmi 

sifətilə gizli və açıq hər bir şeyi eşidir. Allahın Səmi 

 sifəti iki yerə bölünür. 1. Səmi 



İcabə 

 qəbul etmək. Məs: Peyğəmbər 





 sallallahu aleyhi və səlləm 

 rukudan qalxaraq 



deyərdi:  «Səmiallahu  Limən  Həmidəh 

 Allah ona həmd  edəni  eşitdi»



210

. Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 

  buyurdu:  «Allahummə!  Təslim  olmayan  qəlbdən, 



eşidilməyən  duadan  Sənə  sığınıram»

211


.  2.  Səmi  İdrak 

  dərk  etmək.  Bu  özü  də  üç 



yerə  bölünür.  1)  Təyyid 

  kömək.  «Qorxmayın,  mən  də  sizinləyəm.  (Hər  şeyi) 



eşidirəm və görürəm!». (Ta ha 46). 2) Təhdid 

 hədələmək. «Yoxsa onlar elə güman 



edirlər ki, biz onların pıçıltılarını və xəlvəti danışıqlarını eşitmirik! Xeyr, yanlarında 

olan  elçilərimiz  yazırlar.  (Ya  Peyğəmbər!)  De  ki:  Əgər  Rəhmanın  bir  övladı  olsa 

(Ona)  ibadət  edənlərin  birincisi  mən  olaram!».  (əz-Zuxruf  80).  «Allah  kasıbdır,  biz 

isə  dövlətliyik!  Deyənlərinin  sözlərini  Allah,  əlbəttə  eşitdi».  (Ali  İmran  181).  3) 

Allahın  eşitməsi  hər  bir  şeyi  əhatə  edir.  Onun  eşitməsi  bütün  səsləri  əhatə  edir. 

Məxluqatın  səsləri  Ona  qarışıq  gəlməz.  Bir-birinə  bənzəyən  səslər  Onu  aldatmaz.  O, 

səslərdən  birini  eşitməsi  başqa  bir  səsi  eşitməkdən  Onu  yayındırmaz.  «Şübhəsiz 



Rəbbim  duanı  eşidəndir».  (İbrahim  39).  «Əgər  sənə  şeytandan  bir  vəsvəsə  gəlsə 

Allaha  sığın.  Şübhəsiz  ki,  Allah  eşidən  və  görəndir».  (əl-Əraf  200).  Aişə 



 



radıyallahu  anhə  -  deyir:  «Bir  qadın  ərindən  şikayət  etmək  üçün  Rəsulullah 



 



sallallahu  aleyhi  və  səlləm 

  in  yanına  gəlir.  Mən  otağın  bir  küncündə  olmağıma 



baxmayaraq  onların  nə  barədə  söhbət  etdiklərini  eşitmədim.  Lakin  Allah  eşidib  ayə 

nazil  etdi.  «Əri  barəsində  səninlə  mübahisə  edən  və  Allaha  şikayət  edən  qadının 



sözünü  Allah  eşitdi.  Allah  sizin  danışığınızı  eşidir.  Həqiqətən  Allah  eşidən  və 

görəndir».  (əl-Mucadələ  1)

212


.  Əbu  Musa  -  radıyallahu  anhu 



  rəvayət  edir  ki, 

Rəsulullah 



 sallallahu aleyhi və səlləm 

 buyurdu: «Ey insanlar sakit olun! Siz nə bir 



                                                

209


 Buxari «Əzan» 148, Müslim «Salət» 56.  

210


 Buxari, Müslim. 

211


 Tirmizi 5/519, Əbu Davud 2/92.  

212


 Buxari. 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə