2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə35/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   31   32   33   34   35   36   37   38   ...   231

 

69 


yerlərdə görməlidir. Rəbbindən həya edərək çirkin söz və davranışlardan çəkinməlidir. 

Allahdan  çox  həya  edən  kimsə  Ona  üsyan  etməkdən  də  çəkinər.  Çünki  Allahın  hər 

yerdə  onunla  birlikdə  olduğunu  bilər.  Qulun  söz  və  əməldə  olan  günahları  insanlar 

arasında  nə  qədər  çox  yayılarsa,  günahın  açığa  çıxması  da  o,  qədər  böyük  olar. 

İnsanlardan  utanmayan  Allahdan  da  utanmaz.  Kim  utanmırsa  istədiyini  edə  bilər  və 

onun bu günahları tərk etməsinə mane olan həyadır. Rəsulullah 



  sallallahu  aleyhi  və 

səlləm  -  buyurdu:  «Həqiqətən  də  insanların  Peyğəmbərlikdən  öyrəndikləri  ilk  söz: 

«Əgər həya etmirsənsə istədiyini et»

191

. Həya qəlbin maddəsidir, hər bir xeyirin əslidir 



və  onun  getməsi  bütün  xeyirdən  məhrum  olmaq  deməkdir.  Rəsulullah 



  sallallahu 



aleyhi və səlləm - buyurdu: «Həyanın hamısı xeyirdir»

192


. Əgər həya yoxdursa onu bu 

günahlardan çəkindirən maneə də yoxdur. Əgər Allahdan utanmırsa istədiyi əməli edə 

bilər.  Günahlar  həqiqətən  də  qəlbi  zəiflədir.  Günahı  edən  şəxs  bu  günahı  etməsindən 

xəbərdar  olmasına  baxmayaraq  yenə  də  buna  əhəmiyyət  vermir.  Çünki  bunu  etməyə 

onu  vadar  edən  qəlbdə  həyanın  olmamasıdır.  Həya  insanlarda  öyülən  bir  əxlaqdır. 

Rəsulullah 



  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  «Həya  imandandır»

193


.  Həya 

 



həyat sözündən götrülmüşdür. Kimin həyası yoxdursa o, dünyada meyyid, axirətdə isə 

bədbəxt  olar  və  kim  də  günah  etdiyi  zaman  Allahdan  utanmazsa,  Allah  da  Qiyamət 

günü  onu  cəzalandırmaqdan  utanmaz.  «Onlar  insanlardan  gizlətsələr  də  Allahdan 

gizlədə  bilməzlər».  (ən-Nisa  108)  ayəsində  insanlardan  utanaraq  gizlənən,  lakin 

insanları yaradandan utanmayanları pisləmişdir. Çünki belə etməklə onlar yaradılanları 

yaradandan üstün tutmaqdadırlar.  

 

XALİQ – XALLƏQ 

 

əl-Xaliq 



 «Allahdan başqa bir yaradıcımı (XALİQ) var». (Fatir 3). «O, hər şeyin 



yaradıcısıdır  (XALİQ),  elə  isə  ona  qulluq  edin».  (əl-Ənam  102).  Allah  yaradandır, 

Ondan başqa hər bir şey yaradılandır. Hər şey Onun əmrində və xidmətindədir. Ondan 

başqa bir yaradıcı yoxdur. Bütün hər şeyi göyləri, yeri, ikisi arasında və içində olanları, 

bunların hərəkətlərini, ruzilərini, əcəllərini, sözlərini və fellərini də yaradmışdır. Bütün 

bunların  tək  yaradıcısı  Allahdır.  Bütün  varlılıqlar  sonradan  yaradılmış  və  yoxdan  var 

edilmişdir. Hər şey Ondan başladı və yenə də Onda son olacaqdır.  



əl-Xalləq 



  «Göyləri  və  yeri  yaradan  onlar  kimisini  yaratmağa  qadir  deyilmi? 



Əlbəttə  qadirdir.  (Hər  şeyi)  yaradan  (XALLƏQ)  və  (hər  şeyi)  bilən  (ALİM)  Odur». 

(Yasin  81).  «Həqiqətən  Rəbbin  (hər  şeyi)  yaradan  (XALLƏQ)  və  biləndir».  (əl-Hicr 

86).  «And  olsun  onlardan: 



Onları  kim  yaratdı



  deyə  soruşsan,  onlar  mütləq: 



Allah



 deyə cavab verəcəklər». (əz-Zuxruf 87). Madəm ki, Allah bütün varlılıqları tək 

yaratdısa, o halda ibadətə və qulluq edilməyə layiq olan tək varlıq da Odur. Bu həqiqət 

olduğu  halda və Onun tək  yaradıcı  olduğu qəbul  edilərkən, ibadət  etməkdə Ona nəyə 

görə şərik  qoşulur? Quranın Rububiyyət tövhidini və  Uluhiyyət tövhidini isbat etmək 

üsulu belədir. Digər bir ayədə isə: «Sizi və sizdən əvvəlkiləri yaradan». (əl-Bəqərə 21). 

Burada  Allah  bizi  və  bizdən  əvvəlkiləri,  atalarımızı,  babalarımızı  və  s.  yaratdığını 

diqqətə çəkməkdədir, beləcə tək yaradıcı olduğunu, nə bizim nə də bizdən əvvəlkilərin 

yaradılışında  kimsənin  ona  şərik  olmadığını  bildirməkdədir.  Allahın  varlılıqları  tək 

                                                

191


 Buxari.  

192


 Müslim.  

193


 Buxari, Müslim.  


 

70 


yaratması  Onun  güc  və  qüdrətinin,  iradəsinin,  elminin,  hikmətinin  və  həyatının 

mükəmməl  və  nöqsansız  olmasına  dəlalət  edər.  Bu  sifətlərin  və  fellərin  bənzərsiz 

olduğuna  və  heç  bir  varlıqda  olmadığına,  heç  bir  varlığın  əməllərində  Ona  şərik 

olmadığını  göstərir.  Bu  cümlə  ilə  Allah  varlığını  isbat  etdikdən  sonra  onların 

yaradılışlarının  qayəsini  belə  açıqlayır:  «Rəbbinizə  ibadət  edin».  (əl-Bəqərə  21). 

«Göyləri və yeri yaradan, göydən yağmur endirən, o yağmurla sizin üçün ruzi olaraq 

cürbəcür  meyvələr  yetişdirən.  Əmri  ilə  dənizdə  üzmək  üçün  gəmiləri  sizə  tabe  və 

çayları  sizə  ram  edən  Allahdır.  Seyr  edən  Günəşi  və  Ayı,  həmçinin  gecəni  və 

gündüzü  sizin  ixtiyarınıza  verən  Odur».  (İbrahim  32,33).  «(Bütlər  yaxşıdır)  yoxsa 

göyləri  və  yeri  yaradan,  sizin  üçün  göydən  yağmur  endirən  kəs?  Sonra  biz  o, 

yağmurla sizin üçün gözəl bağçalar yetişdirdik. Siz o, bağçaların ağaclarını göyərdə 

bilməzdiniz. Məgər Allahla yanaşı başqa bir tanrımı var? Lakin müşriklər tay tutan 

bir tayfadırlar! (Bütlər yaxşıdır) yoxsa yeri məskən yaradıb ortasından çaylar axıdan, 

üzərində möhkəm durmuş dağlar bərqərar edən və iki dənizin arasında maneə qoyan 

kəs?  Məgər  Allahla  yanaşı  başqa  tanrımı  var?  Lakin  müşriklərin  əksəriyyəti 

bilmirlər». (ən-Nəml 60-61). «Elə isə bütün bunları bilə-bilə Allaha şərik qoşmayın». 

(əl-Bəqərə 22).  

 

XABİR 

 

əl-Xabir 



 Xabir – hər şeydən xəbərdar olan. Hər bir şeyin zahirini bildiyi kimi içini 

və  gizliliklərini  də  bilməkdədir.  Qəlblər  və  sinələr  hər  şeyi  incə  detallarıynan  bilən 

Lətif və Xabir olan Allahdan bir şeyi necə gizlədə bilər? «O, Hikmət və Bilik (XABİR) 



sahibidir». (əl-Ənam 18). «O, yaratdığını bilməzmi? O, Lətifdir, Xabirdir». (əl-Mulk 

14).  «Bunu  mənə  bilən  və  Xabir  olan  Allah  xəbər  verdi».  (ət-Təhrim  3).  Allah  hər 

şeydən  xəbərdar  olan  Xabirdir.  O,  hər  şeyi  yerli-yerinə  qoyan  və  layiq  olduğu  yerə 

endirən Həkimdir. O, heç bir şeyi uyğun olmayan bir yerə qoymaz, layiq  olmadığı bir 

yerə endirməz. O, bütün bunları qüsursuz elmi və hikməti ilə  edər. Allah savab yerinə 

cəza,  cəza  yerinə  də  savab  verməz.  Ucaltdığı  yerdə  alçaltmaz,  alçaltdığı  yerdə  isə 

ucaltmaz. İzzət yerinə zillət, zillət yerinə isə izzət verməz. Qadağan ediləni əmr etməz, 

əmr  ediləni  isə  qadağan  etməz.  O,  harada  nə  edəcəyini  və  risalətini  kimə  verəcəyini, 

kimin buna layiq olduğunu ən yaxşı biləndir. Bu risalətə kimin layiq olmadığını da çox 

gözəl biləndir. Allah neməti haqq etməyənə deyil, haqq edənə verir.  

 

RAFİ’ 

 

ər-Rafi



  –  “Dərəcələri  yüksəldən  (mələklərin,  peyğəmbərlərin,  övliyaların  və 

möminlərin  mərtəbələrini  ucaldan,  yaxud  hər  şeydən  uca),  ərşin  sahibi  Allah  öz 

əmrindən olan vəhyi bəndələrindən istədiyinə nazil edir ki, (o, insanları) görüş günü 

(yer  və  göy  əhlinin,  ibadət  edənlə  ibadət  olunanın,  zalımla  məzlumun  bir-birilə 

görüşəcəyi, ruhla bədənin qovuşacağı qiyamət günü) ilə qorxutsun!”. (əl-Mumin 15). 

Rafi



 

 ondan yüksək olmayan deməkdir. Allah ən yüksəkdir. O, tərif və sənanın bütün 



dərəcələrini  haqq  edən  varlıqdır.  Həlimi 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Rafi



 

 



Allahın zatı sifətlərindəndir. Həmd və sənanın bütün dərəcələrini haqq edəndir. Yüksək 

üstünlüyə sahib deməkdir».  




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə