2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə2/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   2   3   4   5   6   7   8   9   ...   231

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

RƏHİMLİ VƏ MƏRHƏMƏTLİ OLAN ALLAHIN ADI İLƏ 



«Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən 

sonra ürəklərimizə şəkk-şübhə (azğınlıq, əyrilik) 

salma! Bizə Öz tərəfindən bir mərhəmət bəxş et,  

çünki Sən, doğurdan da, bəxşiş verənsən!» (Ali İmran 8). 

«Ey Rəbbimiz! Unutduqda və ya yanıldıqda bizi cəzalandırma! 

Ey Rəbbimiz! Bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! 

Ey Rəbbimiz! Gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! 

Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən. 

Kafirlərə qələbə çalmaqda bizə kömək et!» (əl-Bəqərə 286). 

Allahım! Bütün əməllərimin saleh əməl olmasını və bunları heç kimsə üçün 

deyil, sadəcə sənin rizan üçün olmasını diləyirəm. 

Allahım! Bu kitabı yazan üçün, tərcümə edən üçün, oxuyan üçün, dinləyən 

üçün, yayan üçün və bu kitabın üzərində əziyyəti olan 

hər bir kəs üçün xeyirli et! Amin! 




 



 




 



ÖN SÖZ 



Xutbətul-Hacə 

Həmd  ancaq  Allahadır,  Ona  həmd  edir,  Ondan  yardım  və  məğfirət  diləyirik. 

Nəfslərimizin  şərindən  və  pis  əməllərimizdən  Allaha  sığınırıq.  Allah  kimi  hidayətə 

yönəltmişsə,  onu  heç  kəs  azdıra  bilməz,  kimi  də  azdırmışsa,  heç  kəs  onu  hidayətə 

yönəldə  bilməz.  Mən  şəhadət  edirəm  ki,  Allahdan  başqa  ilah  yoxdur.  O, təkdir,  şəriki 

də yoxdur və şəhadət edirəm ki, Muhəmməd Onun qulu və elçisidir. 



«Ey  iman  gətirənlər!  Allahdan  lazımınca  qorxun.  Yalnız  müsəlman  olduğunuz 

halda ölün». (Ali-İmran 102). 

«Ey  insanlar!  Sizi  tək  bir  şəxsdən  (Adəmdən)  xəlq  edən,  ondan  zövcəsini 

(Həvvanı)  yaradan  və  onlardan  da  bir  çox  kişi  və  qadınlar  törədən  Rəbbinizdən 

qorxun.  (Adı  ilə)  Bir-birinizdən  (cürbəcür  şeylər)  istədiyiniz  Allahdan,  həmçinin 

qohumluq  əlaqələrini  kəsməkdən  qorxun.  Şübhəsiz  ki,  Allah  sizin  üzərinizdə 

nəzarətçidir». (ən-Nisa 1). 

«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz) 

Allah  əməllərinizi  islah  edər  və  günahlarınızı  bağışlayar.  Hər  kəs  Allaha  və 

Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar». (əl-Əhzab 70-71)

1

Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmməd 

sallallahu  aleyhi  və  səlləm  -  in  yoludur.  Əməllərin  ən  pisi  sonradan  uydurulanlardır. 

Sonradan  uydurulub  dinə  salınan  hər  bir  əməl  (iş)  bir  bidətdir,  hər  bir  bidət  isə 

zəlalətdir (sapıqlıqdır), hər bir zəlalət isə oddadır

2



«Ey Rəbbim! köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki düyünü aç ki, 

sözümü yaxşı anlasınlar». (Ta ha 25



28).  

                                                

1

 



Xutbətul-Hacə  -  adı  ilə  məşhur  olan  bu  duanı,  cümə  və  s.  xütbələrdə  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm  - 

oxumuşdu.  Səhabələrinə  də  bunu  əmr  etmiş  və  özü  də  onları  öyətmişdir.  Hədisin  ilk  hissəini  bizə:  –  Əhməd  1/392-

393,432,  Əbu  Davud  2188,  Tirmizi  1105,  Nəsəi  3/104-105,  6/69  və  «Əməlul  Yəum  vəl  Leyl»  488,  İbn  Məcə  1892, 

Darimi  2202,  Tayalisi  «əl-Musnəd»  1557,  AbdurRazzaq  «əl-Musənnəf»  10449,  Bəzzar  «əl-Musnəd»  -  Kəşful  Əstar 

1/314,  Əbu  Yəla  «əl-Musnəd»  5233-5234,5257,  Tahavi  «Şərhul  Müşkilil  Asar»  1-3,  Təbərani  «Məcmuul  Kəbir» 

10/10079-10080,  Həkim  «əl-Mustədrək»  2744,  Beyhəqi  «Sünnənul  Kubra»  3/214-215,  Bəğavi  «Şərhus  Sunnə»  2268 

İbn  Məsud  -  radıyallahu  anhu  –  yolu  ilə,  Müslim  «Şərhu  Nəvəvi»  6/156-158,  Əhməd  1/302,350,  Nəsəi  6/89-90,  İbn 

Məcə 1893 və Tahavi «Şərhul Müşkilil Asar» 4 İbn Abbas - radıyallahu anhu – yolu ilə, Tahavi «Şərhul Müşkilil Asar» 

5, Beyhəqi «Sünnənul Kubra» 3/215 Nubeyt b. Şərit - radıyallahu anhu – yolu ilə, Əbu Yəla «əl-Musnəd» 7221, Nəsəi 

«Sünnənul Kubra» bax: «Tuhfetul Əşraf» 6/472 № 9148 əbu Musa əl-Əşari - radıyallahu anhu – yolu ilə.  

2

 Hədisin  İkinci  Hissəsini  –  Müslim  «Şərhu  Nəvəvi»  6/153-156,  Əhməd  3/319,371,  Nəsəi  3/188-189,  Beyhəqi 



«Sünnənul  Kubra»  3/214  Cabir  b.  Abdullah  -  radıyallahu  anhu  –  yolu  ilə.  Bu  ləfz  Nəsainin  ləfzidir.  Hədisi  Əhməd 

3/371  və  Müslim:  «Sözlərin  ən  doğrusu»  ləfzi  yerinə:  «Sözlərin  ən  xeyirlisi»  ləfziylə  rəvayət  edilmişdir.  İmam 

Əhmədin digər rəvayətlərində isə 3/319: «Sözlərin ən gözəli» şəkilindədir. Müslim: «Sonradan uydurulub dinə salınan 

hər  bir  əməl  (iş)  bidətdir»  ləfzi  yerinə:  «Hər  bir  bidət  bir  zəlalətdir  (sapıqlıqdır)»  ləfziylə  ravayət  etmişdir.  Hədisin 

sonunda olan: «Hər bir zəlalət isə oddadır» ləfzini zikr etməmişdir. Bu beş səhabədən başqa hədsi: Aişə - radıyallahu 

anhə –, Səhl b. Sad - radıyallahu anhu – mərfu olaraq. Mərfu Hədis -

 

 Bu o, hədisdir ki, hansısa bir əməlin, sözün və ya 

sifətin Peyğəmbər – sallallahu aleyhi vəs səlləm – ə çatması mərfu hədis adlanır. 1. əl-Mərfu əl-Qövli  - Peyğəmbər – 



sallallahu aleyhi vəs səlləm – in dediyi söz. 2. əl-Mərfu əl-Feli - Peyğəmbər – sallallahu aleyhi vəs səlləm – in etdiyi 

əməl. 3. əl-Mərfu əl-Təqriru - Peyğəmbər – sallallahu aleyhi vəs səlləm – in görüb qadağan etmədiyi (hər hansısa bir 

əməl,  və  ya  söz).  4.  əl-Mərfu  əl-Vəsfiyu  -  Peyğəmbər  –  sallallahu  aleyhi  vəs  səlləm  –  in  ən  gözəl  əxlaqlı  olması. 

Tabiinlərdən isə İbn Şihab əz-Zuhri isə mursəl olaraq rəvayət etmişdir.  Mursəl Hədis - Tabiin Peyğəmbər – sallallahu 



aleyhi  vəs  səlləm  –  dən  danışır.  Lakin  onlar  arasındakı  ravini  qeyd  etmir.  Səhabədən  də  mursəl  rəvayət  olur.  Bu  o, 

deməkdir ki, səhabə Peyğəmbər – sallallahu aleyhi vəs səlləm – in sözünü eşitmədən, əməlini görmədən danışır. Bu da 

onun o, vaxt uşaq  olması  və  ya İslamı  sonra  qəbul  etməsi  ilə izah  olunur.  Bunlar da  qəbul  edilə  bilər. Hədis  səhihdir. 

Muhəddis  Muhəmməd  Nəsrəddin  əl-Albani  –  rahmətullahi  aleyhi  –  hədisin  bütün  rəvayətlərini  bir  yerə  toplayaraq 

«Xutbətul Həcə» isimli bir kitab yazmışdır. İstəyənlər bu kitaba baxa bilərlər. Ayrıca bax: əl-Albani «Muxtəsər Səhih 

Müslim» 409, «Mişkətul Məsabih» 3149,5860.  




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə