2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə6/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   2   3   4   5   6   7   8   9   ...   231

 

11 


Allah,  ona  itaət  ilə  Rəsuluna  itaəti  bir  yerdə  qeyd  edərək  buyurur:  «Allaha  və 

Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi Nəbilər (Peyğəmbərlər) 

siddiqlər  (təmamilə  doğru  danışanlar,  etiqadı  dürüst,  Peyğəmbəri  hamıdan  əvvəl 

təsdiq  edən  şəxslər),  şəhidlər  və  salehlərlə  (yaxşı  əməl  sahibləriylə)  bir  yerdə 

olacaqlar. Onlar isə necə də gözəl yoldaşlardır». (ən-Nisa 69).  

Allah,  Rəsuluna  itaəti  ona  itaət  olaraq  adlandırmış  və  buyurmuşdu:  «Peyğəmbərə 



itaət  edən  şəxs,  şübhəsiz  ki,  Allaha  itaət  etmiş  olur.  Kim  üz  döndərsə,  biz  ki,  səni 

onların üzərində gözətçi olmağa göndər-məmişik».(ən-Nisa 80). 

Allah,  Rəsuluna  itaət  etməməyi  əməllərin  boşa  çıxartmaq  olduğunu  qeyd  edərək 

buyurur: «Ey  iman  gətirənlər!  Allaha  itaət  edin, Rəsuluna  itaət  edin  və  əməllərinizi 

boşa çıxartmayın». (Muhəmməd 33).  

Allah bizlərə Rəsulunun  əmrlərinə  mıxalif  olmamağımızı  qadağan  edərək buyurur: 



«Hər  kəs  Allaha  və  Peyğəmbərinə  itaət  etməyib  onun  sərhədlərini  aşarsa, Allah  da 

onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir». (ən-Nisa 14).  

Allah  bizlərə  Peyğəmbərinin  bizə  əmr  etdiklərini  yerinə  yetirməyimizi  və  qadağan 

etdiklərindən  çəkinməyimizi  əmr  edərək  buyurur:  «Peyğəmbər  sizə  nə  verirsə  onu 

götürün, nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın 

cəzası çox şiddətlidir». (əl-Həşr 7).  

Allah  bizlərə  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm 



  i  həyatımızın  bütün 

xüsuslarında  hakim  təyin  etməyimizi  əmr  edərək  buyurur:  «Amma  xeyr!  Sənin 



Allahına  and  olsun  ki,  onlar  öz  aralarında  baş  verən  ixtilaflarda  səni  hakim  təyin 

etməyincə  və  verdiyin  hökmlərə  görə  özlərində  bir  sıxıntı  duymadan  sənə  tam  bir 

itaətlə boyun əyməyincə iman gətirmiş olmazlar». (ən-Nisa 65).  

Allah ona olan sevgini Rəsuluna itaət ilə bağlayaraq buyurur: De  ki:  «Əgər Allahı 



sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. 

Allah bağışlayan və mərhəmətlidir». (Ali İmran 31).  

Buna görə də Peyğəmbər, Səhabə və Tabiinlərə uymaq daha doğru, nəticə etibarı ilə 

daha  xeyirlidir.  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm 



  buyurur:  «İnsanların  ən 

xeyirliləri  mənim  əsrimdəkilərdir.  Sonra  onların  ardınca  gələnlər,  sonra  yenə  onların 

ardınca gələnlər»

24

.  


Peyğəmbər - sallallahu aleyhi və səlləm 



 dən sonra sələfin ən xeyirlisi sidq və ixlas 

üzərə  dini  Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm 



  dən  öyrənən  Səhabəi  Kiramdır. 



«Möminlər  arasında  elələri  də  vardır  ki,  Allahla  etdikləri  əhdə  sadiq  olarlar. 

Onlardan  kimisi  (bu  yolda)  şəhid  olmuş,  kimisi  də  (şəhid  olmasını)  gözləyir.  Onlar 

(verdikləri  sözü)  əsla  dəyişməzlər».  (əl-Əhzab  23).  «(İslamı)  ilk  əvvəl  qəbul  edib 

(başqalarını  bu  işdə)  qabaqlayan  mühacirlərə  və  ənsara,  həmçinin  yaxşı  işlər 

görməkdə  onların  ardınca  gedən  kimsələrə  gəldikdə,  Allah  onlardan,  onlar  da 

Allahdan  razıdırlar.  Allah  onlar  üçün  əbədi  qalacaqlar,  altından  çaylar  axan 

Cənnətlər hazırlamışdır. Bu ən böyük qurtuluş və uğurdur». (ət-Tövbə 100).  

Sələf yolu müsəlmanı bir başa olaraq Allah və Rəsulu - sallallahu aleyhi və səlləm 



  ə  və  onların  sevgisinə  bağlayır.  Çünki  Sələfi  etiqadının  qaynağı  havadan  və  insan 

ağlının  qüsurlarından  uzaq  olaraq,  Allah  və  Rəsulu  -  sallallahu  aleyhi  və  səlləm 



  in 

buyurduqlarına  dayanır.  Bu  əqidə  olduqca  gözəl,  başa  düşülən  və  aydın  bir  əqidədir. 

Sələf etiqadını mənimsəyən kimsə şəkk-şübhələrdən və şeytanın vəsvəsələrindən uzaq-

                                                

24

 Buxari, Müslim. 




 

12 


dır.  Çünki  bu  əqidəyə  inanan  hər  bir  insan  bu  ümmətin  Peyğəmbərinin,  Səhabəi-

Kiramın göstərdiyi yol üzərində yürüyür.  



Sünnə 

  lüğətdə  –  Sünnə,  Yəsinnu,  Yəsunnu  deməkdir.  Sünnəyə  əməl  etmək, 



sünnəyə  riayət  etmək  mənasında  işlədilir.  Sünnə  olunmuş  əmələ  «Məsnun»  deyilir. 

Sənnəl Əmra 

 bir işi açıqladı deməkdir. Başqa bir mənası: Sünnə izlənilən yol, həyat 



tərzi  (sira)  və  s.  deməkdir

25

.  Allah  Qurani  Kərimdə  buyurur:  «Allahın  evlərinizdə 



oxunan  ayələrini  və  hikməti  (Sünnəni)  xatırlayın



»  (əl-Əhzab  34).  «



Sənin 

ayələrini  onlara  oxusun  Kitabı  və  hikməti  onlara  öyrətsin



»  (əl-Bəqərə  129). 



«



Çünki Allah sənə Quranı və hikməti nazil edərək bilmədiklərini öyrətdi» (ən-Nisa 



113).  «



Onlara  Kitabı  və  hikməti  öyrədər»  (əl-Cumuə  2).  Muaz  b.  Cəbəl  



radıyallahu  anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm 





  onu 

Yəmənə  göndərərkən  belə  buyurmuşdu:  «Sənə  bir  məsələ  haqqında  hökm  verməyini 

istəyənlərə necə hökm verəcəksən?» Muaz: «Allahın Kitabı ilə hökm verəcəyəm» dedi. 

Peyğəmbər: «Əgər Allahın Kitabı olmasa?» Muaz: «Onda Allahın Elçisinin sünnəsi ilə 

(hökm verəcəyəm)»

26

.  



İstilahi Mənası - Rəsulullah - sallallahu aleyhi və səlləm 



  in  və  səhabələrin  elm, 

etiqad, söz, davranış və təqrir (edilən, lakin qadağan olunmayan) xüsuslarda izlədikləri 

yol deməkdir. Sünnənin ziddi bidətdir.  



Cəmaat 

  bir  şeyin  parçalarını  bir-birinə  yaxınlaşdırdım,  cəm  etdim  demək  olan 



Cəm  sözündən  alınmışdır.  Mən  onu  cəm  etdim  və  s.  Cəmaat  ictimadan  törənmişdir. 

Ayrılıb  dağılmağın  və  ayrılmağın  ziddidir.  Cəmaat  çoxlu  sayda  insan  və  eyni  məqsəd 

ətrafında birləşən insanlar topluluğu deməkdir

27

. Cəmaata bu adın  verilməsinin səbəbi 



cəmaatın  ictima  kəlməsi  ilə  eyni  mənaya  malik  olmasıdır.  Ziddi  təfriqədir.  Cəmaat 

kəlməsi  hər  nə  qədər  bir  yerə  yığılan  topluluğun  adı  olsa  da,  qeyd  etdiyimiz  mənaya 

gəlir

28

.  Qatadə 





  rahmətullahi  aleyhi 

  deyir  ki:  «Onlar  Allahın  rəhmətinin  əhlidirlər. 



Ölkələri, bədənləri ayrı olsa da, cəmaat əhlidirlər. Allaha üsyan edənlər isə ölkələri və 

bədənləri bir yerdə olsa da ixtilaf və ayrılıq əhlidirlər»

29

.  


İstilahi  Mənası 

  müsəlmanların  cəmaatı  olub,  bunlar  da  səhabələr,  tabiin  və 



Qiyamət  gününə  qədər  onlara  gözəl  bir  şəkildə  uyan,  Kitab  və  Sünnə  ətrafında 

toplanmış, Rəsulullah - sallallahu aleyhi və səlləm 



 in həm zahirən və həm də batinən 

getdiyi  bu  yolu  izləyən  bu  ümmətin  sələfi  deməkdir.  Allah  mömin  qullarına  cəmaat 

olmaqlarını, bir-biri ilə qaynayıb yardımlaşmalarını əmr etmiş, onlara təfriqəni, ayrılığı 

və  bir-birlərini  didmələrini  qadağan  etmişdi.  «Hamınız  bir  yerdə  Allahın  ipindən 



möhkəm yapışın, bir-birinizdən ayrılmayın! Allahın sizə verdiyi neməti xatırlayın ki, 

siz bir-birinizə düşmən ikən o sizin qəlblərinizi birləşdirdi və onun neməti sayəsində 

bir-birinizə  qardaş  oldunuz.  Siz  oddan  ibarət  olan  bir  uçurumun  kənarında  ikən  o 

sizi oradan xilas etdi. Allah öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, bəlkə 

haqq yola yönəlmiş olasınız». (Ali İmran 103). «Açıq-aydın dəlillər gəldikdən sonra, 

bir-birindən  ayrılan  və  ixtilaf  törədən  şəxslər  kimi  olmayın!  Onlar  böyük  bir  əzaba 

düçar  olacaqlar».  (Ali  İmran  105).  Ömər  -  radıyallahu  anhu 

  rəvayət  edir  ki, 



Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm 



  buyurdu:  «Cəmaata  möhkəm  bağlanın. 

Ayrılıqdan  çəkinin,  çünki  şeytan  tək  qalanla  birlikdədir.  O,  iki  nəfərdən  uzaqdır.  Kim 

                                                

25

 «Lisanul Ərab» 13/225. 



26

 Darimi «Sünən» səh 57. 

27

 «Mucəmul Vəsit» 1/136. 



28

 «Məcmuə Fətava» 3/157.  

29

 Muxtəsər İbn Kəsir 2/236.  




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə