2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə7/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   2   3   4   5   6   7   8   9   10   ...   231

 

13 


Cənnətin  geniş  yerini  istiyirsə  həmən  cəmaata  möhkəm  sarılsın»

30

.  Peyğəmbər 





 

sallallahu aleyhi  və səlləm 

  buyurdu:  «Şübhəsiz  ki, Allah  mənim  ümmətimi  sapıqlıq 



üzərində bir yerə cəm etməz. Allahın əli cəmaat üzərindədir. Kim ayrılarsa atəşə doğru 

ayrılmış  olar»

31

.  Çünki  burada  Sünnət  bidətin  qarşısında,  Cəmaat  da  təfriqənin, 



ayrılığın qarşısındadır. 

İbn  Abbas  -  radıyallahu  anhu 

  Allahın:  «Bəzi  üzlər  ağ,  bəzi  üzlərin  isə  qara 



olacağı  gündə



.».  (Ali  İmran  106)  ayəsini  təfsir  edərkən  demişdi:  «Əhli  Sünnə  vəl 

Cəmaatın  üzləri  ağaracaq,  bidət  və  təfriqə  əhlinin  üzləri  isə  qaralacaq»

32

.  Numan  b. 



Bəşir - radıyallahu anhu 

 rəvayət edir ki, Peyğəmbər  





 sallallahu aleyhi və səlləm 

 



buyurdu: «…Və cəmaat rəhmətdir, ayrılıq isə əzabdır»

33



İslam ümmətini ilk nəslinin saf və səlim əqidəsi budur. Bu əqidənin qaynağı Kitab, 

Sünnət,  Sələf  imamlarının  sözləridir.  Ümmətin  ilk  nəslinin  qəlbləri  bu  əqidə  ilə 

dirilmişdir. Bu Sələfi Salih, Firqətul Nəciyə, Əhli Hədis, Əhli Sünnə vəl Cəmaat, Dörd 

İmam  və  alimlərin  bu  günə  qədər  və  Qiyamətə  qədər  onların  yolunu  təqib  edənlərin 

əqidəsidir. Sonradan gəlib onların sözlərini dəyişdirənlərin yolları sizi aldatmasın. İbn 

Məsud - radıyallahu anhu 

 rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm 





 

in ətrafında oturmuşduq. O, torpaq üzərində bir düz xətt çəkərək buyurdu: «Bu düz yol 

Allahın  haqq  yoludur».  Sonra  bu  düz  yolun  sağ  və  sol  tərəflərindən  yollar  (xətlər) 

çəkdi:  «Bu  isə  digər yollardır. Bu yolların  hər birinin  başında o, yolu izləməyə  dəvət 

edən bir şeytən vardır. Bu yolu gələnlər üçün gözəlləşdirir» deyə buyurdu və bu ayəni 

oxudu:  «Bu  şübhəsiz  ki,  mənim  doğru  yolumdur.  Onu  tutub  gedin.  Sizi  Allahın 



yolundan  sapdıracaq  yollara  uymayın.  Allah  bunları  sizə  tövsiyə  etdi  ki,  bəlkə  pis 

əməllərdən  çəkinəsiz».  (əl-Ənam  153)

34

.  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm 



 

buyurdu: «Uca Allah doğru və düz bir yolu misal çəkdi. Bu yolun hər iki tərəfində açıq 

qapıları  olan  divar  vardır.  Qapıların  üzərində  endirilmiş  pərdələr  vardır.  Yolun  qapısı 

üzərində  bir  dəvətçi  səsləyərək:  «Ey  insanlar!  Birlikdə  doğru  yolla  gedin.  Ayrılığa 

düşməyin»  deyir.  Yolun  üst  tərəfində  də  bir  dəvətçi  bu  açıq  qapılardan  içəri  girmək 

istəyən hər bir kəsi səsləyərək: «Vay sənin halına! O, qapını açma. Əgər onu açsan ora 

girəcəksən»  deyir.  Bu  doğru  yol  İslamdır.  Ətrafda  olan  divarlar  Allahın  sərhədləridir. 

Açıq  qapılar  isə  Allahın  haramlarıdır.  Yolun  başında  olan  dəvətçi  Allahın  kitabıdır. 

Yolun üstündə olan dəvətçi isə hər bir müsəlmanın qəlbində olan nəsihətçidir»

35

.  



 

ƏHLİ SÜNNƏ VƏL CƏMAATIN BƏZİ XÜSUSİYYƏTLƏRİ 

 

1.  Əhli  Sünnə  istər  etiqad,  istər  əhkam,  istər  yaşayış  baxımından  ifrat  və  təfrit 



arasında  vasat  və  itidal  üzərə  olanlardır.  O,  halda  bu  ümmət  digər  ümmətlər  arasında 

vasat  olduğu  kimi  onlar  da  bu  ümmətin  firqələri  arasında  vasat  olanlardır.  Ənəs  



radıyallahu anhu 

 rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm 





 buyurdu: 

                                                

30

 Tirmizi 2165, Həkim «Müstədrək» 1/114, İmam Əhməd «Musnəd», əl-Albani – İbn Əbu Asimin «əs-Sünnə» əsərində 



səhih olduğunu qeyd edir.  

31

 əl-Albani «Səhih Sünnən Tirmizi».  



32

 İbn Kəsir «Təfsir» 1/390. 

33

 Əhməd «Musnəd» 4/278-375, əl-Albani həsən. 



34

 İmam Əhməd «Musnəd» 1/435,465, Nəsai 10/95 h. 11109, Darimi 1/60,  əl-Albani «Ziləlul Cənnə» 1/5 H. 17. Sələfi 

Salihin,  Əhli  Sünnə  vəl  Cəmaat  haqqında  geniş  məlumata  Nasir  AbdulKərim  əl-Əqlin  «Məhfumu  Əhli  Sünnəti  vəl 

Cəmaat» adlı əsərinə baxa bilərsiniz.  

35

 İmam Əhməd «Musnəd» 4/182-185, 5/435, əl-Albani səhih.  




 

14 


«Asanlaşdırın, çətinləşdirməyin. Sevdirin, nifrət etdirməyin»

36

. Peyğəmbər - sallallahu 



aleyhi  və  səlləm 



  buyurdu:  «Çox  şişirtməkdən  çəkinin.  Sizdən  əvvəlkiləri  çox 

şişirtmək  məhv  etdi»

37

.  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm 





  buyurdu:  «İfrata 

varanlar həlak oldular və bunu 3 dəfə təkrar etdi»

38

.  


2.  Dinin  hökmlərini  yalnız  Kitab  və  Sünnətdən  götürürlər.  Bunlara  üstünlük 

verirlər.  Nasslarına

39

 təslim  olub,  bunlardan  öyrənirlər.  «Aralarında  hökm  vermək 



üçün Allahın və Peyğəmbərinin yanına çağrıldıqları zaman möminlərin sözü ancaq 

eşiydik və itaət etdik deməkdən ibarətdir. Nicat tapanlar da məhz onlardır». (ən-Nur 

51).  

3. Onların Peyğəmbər - sallallahu aleyhi və səlləm 



 dən başqa təzim  etdikləri  hər 

hansı  bir  imamları  yoxdur.  Peyğəmbərin  hallarını,  sözlərini  və  əməllərini  insanlar 

arasında  ən  yaxşı  bilənlər  onlardır.  Buna  görə  də  insanlar  arasında  Sünnəni  ən  çox 

sevən, ona tabe olmaq üçün ən çox səyy göstərən və bu sünnət əhlini də ən çox sevən 

də onlardır. 

4. Dinə görə düşmənçiliyi tərk edərlər, düşmənçilik etməkdən uzaq olarlar. Halal və 

haram  məsələsində  mübahisəni  bir  kənara  qoyarlar.  «Yaxşılıq  etməkdə  və  pis 

əməllərdən çəkinməkdə əlbir olun. Günah iş görməkdə və düşmənçilik etməkdə bir-

birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən Allahın əzabı şiddətlidir». 

(əl-Maidə 2).  

5. Sələfi Salihi təzim edər, elmə ən uyğun və möhkəm olduqlarına inanırlar. 

6. Təvili  qəbul  etməzlər, şəriətə təslim  olarlar, bununla bərabər nəqli ağıldan üstün 

tutarlar  və  ikincinin  birinciyə  boyun  əyməsini  söyləyərlər.  Ağlı  dəyərləri  kiçiltməzlər. 

Onlara  görə  ağıl  təkmilin  qaynağıdır.  Ağıl  şəriətin  önünə  keçməz.  Əksi  təqdirdə 

insanların  Peyğəmbərlərə  ehtiyacları  olmazdı.  Ağıl  şəriətin  çərçivəsi  içərisində 

fəaliyyət göstərməlidir.  

7.  Haqq  üzərə  yeriyirlər.  Allaha  təvəkkül  etməklə  yanaşı  səbəblərdən  yapışırlar. 

Dünya nemətlərini əldə edərkən dünyaya qarşı zahid olarlar. Qorxu və ümüd, sevgi və 

nifrət duyğularını birlikdə  daşıyırlar. Möminlərə qarşı mərhəmətli və  yumşaq  olmaqla 

yanaşı, kafirlərə qarşı sərt və şiddətli olurlar. Zaman və məkanın dəyişməsi ilə birlikdə 

dəyişilməyən haqqa hidayət edən və doğru yolu göstərən salehlərin öndərləridirlər.  

8. Onlar İslam, Sünnə və Cəmaatdan başqa hər hansı bir isim almazlar.  

9.  Səhih  əqidəni,  doğru  dini  yaymağa,  bunları  insanlara  öyrədib  qəlbən  onlara 

nəsihət edən, onların işləri ilə maraqlanmağa əsas verirlər.  

10.  Cəmaata,  qaynaşmağa  çox  səyy  göstərirlər.  Buna  dəvət  edər,  insanları  buna 

təşviq  edərlər.  Ayrılığı,  təfriqəçiliyi  bir  kənara  buraxarlar,  insanları  bundan 

çəkindirərlər.  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 

  buyurdu:  «İnsanlarla 



ünsiyyətdə  olub  onların  zülmünə  məruz  qalan  mömin,  insanlarla  ünsiyyətdə  olmayıb 

onların əzabına məruz qalmayan mömindən daha xeyirlidir»

40

. Peyğəmbər 





 sallallahu 

aleyhi  və  səlləm 

  buyurdu:  «İnsanlar  arasında  ən  ağır  bəlalara  məruz  qalan 



Peyğəmbər-lərdir.  Sonra  onlara  oxşamaq  istəyənlər,  sonra  yenə  də  onlara  oxşamaq 

istəyənlər.  İnsan  dininə  görə  bəlaya  məruz  qalır.  Əgər  dini  sağlamdırsa  bəla  da 

                                                

36

 Buxari.  



37

 Əhməd 1/215, Nəsai 5/268, 4063, İbn Məcə 3029, Həkim 1711, əl-Albani “Səhihul Cəmİ” 2680.  

38

 Müslim 2670, Əbu Davud 4608, Əhməd 1/386, Əbu Yəla 5004.  



39

 Nass - Quran və Sünnə (ayə və hədis) deməkdir. 

40

 Əhməd, Tirmizi, İbn Məcə.  




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə