2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə15/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   11   12   13   14   15   16   17   18   ...   231

 

29 


ancaq  batil  bir  yolla  ibadət  olunmuş  olur.  Bu  belədir,  çünkü  Allah  haqqın  özüdür. 

«Çünki  Allah  haqq,  müşriklərin  ondan  başqa  ibadət  etdikləri  (bütlər,  tanrılar)  isə 

batildir. Həqiqətən Allah uca və böyükdür». (əl-Həcc 62).  

Baxın:  Bu  qədər  kamil,  gözəl  ad  və  sifətlərə  malik  olan  Allahı  buraxıb,  ehtiyacı 

olan, möhtac, aciz olan hər hansı bir şeydən kömək istəmək olarmı? Fikirləşin. 

Tövhid üç növdür: 1. Rububiyyə. 2. Uluhiyyə. 3. Isim Və Sifətlər.  

 

RUBUBİYYƏT TÖVHİDİ 

 

Rububiyyə 

  Rəbb  sözündəndir.  Lüğətdə  –  Mürəbbi  -  tərbiyə  edici,  Malik  -  mülk 



və  iqtidar  sahibi,  Seyyid  -  ağa,  Mudəbbir  -  yönəldən,  düzüb  qoşan,  Vəli  -  idarəçi, 

Munim - neymət verici, Mutəmmim - tamamlayan və s. mənaları ifadə edir

93

.  



İstilahi  Mənası 

  hər  bir  şeyin  Rəbbinin  və  mütləq  Malikinin  Allah  olduğuna, 



ortağının  olmadığına,  tək  yaradıcı  o  olduğuna,  bütün  kainatı  idarə  edən,  qullarını 

yaradıb  onları  ruziləndirən,  həyat  verən  və  canlarını  alanın  o  olduğuna  kəsin  olaraq 

inanmaq,  Allahın  qəza  və  qədərinə,  zatında  vəhdəniyyətinə,  yəni  bir  və  tək  olduğuna 

inanmaq  deməkdir.  «Həmd  olsun  Allaha  -  aləmlərin  Rəbbinə».  (əl-Fatihə  1). 



«Aləmlərin Rəbbi olan Allah nə qədər uca, nə qədər böyükdür». (əl-Əraf 54). «Hökm 

əlində olan Allah nə qədər uca, nə qədər uludur. O, hər şeyə qadirdir!». (əl-Mulk 1). 

«Yer  üzündə  nə  varsa,  hamısını  sizin  üçün  yaradan,  sonra  səmaya  üz  tutaraq  onu 

yeddi qat göy halında düzəldib nizama salan odur. O, hər şeyi biləndir!» (əl-Bəqərə 

29). «Göyləri və yeri xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd olsun». (əl-

Ənam 1).  

Tövhidin  bu  növünü  Məkkə  dövrünün  müşrükləri  də  belə  qəbul  edirdilər.  Onlar 

bilirdilər ki, hər bir şeyi yoxdan var edən, ruzi verən, öldürən, dirildən, tədbir edən uca 

və böyük olan Allahdır. «De ki, sizə göylərdən və yerdən ruzi verən kimdir, qulaqlara 



və  gözlərə  sahib  olan  kimdir,  ölüdən  diri,  diridən  də  ölü  çıxaran  kimdir,  hər  işi 

düzüb  qoşan  səhmana  salan  kimdir.  Onlar Allahdır deyəcəklər.  Bəs  onda Allahdan 

qorxmursunuz? O, sizin həqiqi Rəbbiniz olan Allahdır. Haqdan sonra ancaq azmaq 

gəlir.  Elə  isə  necə  üz  döndərirsiniz?».  (Yunus  31-32).  «De  ki:  «Əgər  bilirsinizsə  bu 

yer  və  yer  üzərində  olanlar  kimindir?»  Onlar  mütləq:  «Allahındır»  deyə  cavab 

verəcəklər. Sən  de  ki: «Bəs  elə  isə  düşünmürsünüz».  De ki: «Yeddi  göyün Rəbbi  və 

böyük  əzəmətli  ərşin  sahibi  kimdir?»  Müşriklər  mütləq:  «Allahındır»  deyə  cavab 

verəcəklər.  Onda  sən  de  ki:  «Bəs  elə  isə  qorxmursunuz?».  De ki:  «Əgər  bilirsinizsə 

hər  şeyin  hökmü  əlində  olan,  himayə  edən,  amma  özünün  himayəyə  ehtiyacı 

olmayan  kimdir?»  Onlar  mütləq:  «Allahındır»  deyə  cavab  verəcəklər.  Sən  de  ki: 

«Bəs  elə  isə  nə  üçün  qaçırsınız?».  (əl-Muminun  84-89).  Həqiqətən  əgər  sən 

müşriklərdən  «Göyləri  və  yeri  kim  yaratmışdır?»  deyə  soruşsan,  onlar  mütləq 

«Allah!» deyə cavab verəcəklər. De ki, həmd olsun Allaha!». ( Loğman 25). 

Gördüyünüz  kimi,  bu  şeyləri  müşriklər  də  belə  rədd  etmirdilər.  Bunun  belə 

olmasına  səbəb  qulların  qəlbləri  fitrətdən  yeganə  Rəbb  olanı  qəbul  edəcək  şəkildə 

yaradılmış olmalarıdır.  

Allahın  ruzi  verməsi!  «Mən  onlardan  ruzi  istəmirəm,  mən  onlardan  məni 

yedirtmələrini  də  istəmirəm!  Şübhəsiz  ki,  ruzi  verən  də,  yenilməz  qüvvət  və  hikmət 

sahibi  olan  Allahdır».  (əz-Zariyyat  57-58).  «De  ki,  göylərdən  və  yerdən  sizə  ruzi 

                                                

93

 İbn Mənzur «Lisanul Ərəb» 1/399. 




 

30 


verən  kimdir?  (əgər  onlar sənə  bilmirik  deyə  cavab  versələr)  de  ki, Allahdır. Elə  isə 

doğru yolda olan, yaxud açıq-aşkar azan bizik, yoxsa siz». (Səba 24). «Sizi yaradan, 

sonra  sizə  ruzi  verən,  sizi  öldürən  və  daha  sonra  (Qiyamət  günü)  dirildən  məhz 

Allahdır. Şərikləriniz içərisində bunlardan heç olmasa birini edən varmı?». (ər-Rum 

40).  Əbu  AbdurRahmən  Abdullah  b.  Məsud 



  radıyallahu  anhu 

  rəvayət  edir  ki, 



doğru  sözlü  və  doğru  sözü  təsdiq  olunan  Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm 



 

buyurdu:  «Sizdən  hər  birinizin  yaradılışı  onun  anasının  qarnında  qırx  gün  nütfə

94

 



şəklində  olaraq  bir  yerə  gətirilir.  Sonra  bu  müddət  qədər  aləqa

95

 şəklində  olur.  Sonra 



yenə  bu  müddət  qədər  mudğa

96

 şəklində  olur.  Sonra  ona  bir  mələk  göndərilir,  mələk 



ona  ruh  üflədikdən  sonra  dörd  xüsusiyəti  yazmaqla  əmr  olunur.  Ruzisini,  əcəlini, 

əməlini, bədbəxt və ya xoşbəxt olacağını»

97

.  


Allahın  bizi  ruziləndirməsinə  ağlı  dəlilə  gəlincə,  bizlər  yemək  yiyərək  və  içərək 

yaşaya  bilərik.  Yiyəcək  və  içəcəyi  də  Allah  yaratmışdır.  «Bəs  əkdiyiniz  toxuma  nə 



deyirsiniz?  Onu  bitirən  sizsiniz,  yoxsa  biz?  Əgər  biz  istəsəydik,  onu  bir  saman 

çöpünə  döndərər,  siz  də  mat-məətəl  qalıb:  «Biz  ziyana  uğramış,  bəlkə  də  məhrum 

olmuş  kimsələrik  deyərsiniz?  Bəs  içdiyiniz  suya  nə  deyirsiniz?  Onu  buluddan 

endirən sizsiniz, yoxsa biz? Əgər istəsəydik, onu acı bir su edərdik. Elə isə niyə şük

etmirsiniz?» (əl-Vaqiə 63-70).  

Allahın  bizi  əbəs  yerə  yaratmaması!  «Yoxsa  sizi  əbəs  yerə  yaratdığımızı  və 



hüzurumuza  qaytarılmayacağınızı  güman  edirsiniz».  (əl-Muminun  115).  «Məgər 

insan  elə  güman  edir  ki,  başlı-başına  buraxılacaq. Məgər  o,  tökülən bir  qətrə  nütfə 

deyildimi?  Sonra  laxtalanmış  qan  oldu  və  Allah  onu  yaradıb  surət  verdi.  Sonra  da 

ondan bir kişi, biri qadın olmaqla iki cift yaratdı. Elə isə O - Allah ölüləri diriltməyə 

qadir deyildirmi?» (əl-Qiyamət 36-40). 

O,  ölüləri  diriltdikdən  sonra  da  dirildicidir,  diriltdikdən  əvvəl  də  dirildicidir.  Hər 

şey ona möhtacdır. Hər işin sonu ona dönəcəkdir. O, heç bir şeyə ehtiyacı olmayandır. 

Allah  heç  kimsəni  yaratmazdan  əvvəl  də  Rububiyyət  sifətlərinə  sahibdir.  Allah 

yaratdıqlarını  onlar  öldükdən  sonra  da  onları  yoxdan  yaratdığı  kimi  elə  də  dirildəcək-

dir. O, yaratdıqlarını var etdikdən sonra yaradıcı olduğu kimi, onları var etmədən əvvəl 

də  yaradıcı  idi.  Uluhiyyət,  İsim  və  sifətlərin  Tövhidindən  fərqli  olaraq  Adəm 

oğullarının fitrətdən, qəlbdən qəbul etdiləri Tövhid də elə budur. 

 

ULUHİYYƏT TÖVHİDİ 

 

Bu  da  Allah 





  subhənəhu  və  təalə 

  yə  ibadət  ilə  olur.  Buna  həmçinin  ibadətdə 



Tövhid  də  deyilir.  Uluhiyyə 

  ilah  sözündəndir.  Yalnız  Allaha  ibadət  edilməli,  boyun 



əyilməli, mütləq olaraq sadəcə ona itaət olunmalıdır. Kim olursa olsun - rəsul, mələk, 

cin, övliya, seyyid, daş, ağac və s. ona ibadətdə  ortaq (şərik) qoşulmamalıdır. Namaz, 

oruc,  zəkat,  həcc,  dua,  istianə  (yardım  diləmək)  nəzir,  qurban, təvəkkül,  ümid,  qorxu, 

sevgi  və  s.  zahiri  və  batini  ibadətlərdən  heç  biri  ondan  başqasına  edilməməlidir

98



Allaha  həm  qorxu,  həm  ümid,  həm  də  sevgi  ilə  ibadət  olunmalıdır.  «Biz  yalnız  sənə 



ibadət edirik və yalnız səndən kömək diləyirik». (əl-Fatihə 4). «Kim Allah ilə yanaşı 

                                                

94

 Nütfə – məni mənasındadır. Nütfə bəzən də saf  su adlanır. 



95

 Aləqa – laxtalanmış qan, ziyil deməkdir. «O, insanı laxtalanmış qandan yaratdı». (əl-Ələq 2). 

96

 Mudğa - çeynənilmiş ət parçasına oxşadığı üçün bu ad verilmişdir.  



97

 Buxari, Müslim. 

98

 İbn Mənzur «Lisanul Ərəb» 1/399. 




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə