2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR


başqa  bir  tanrıya  ibadət  edərsə,  bunun  üçün  isə  onun  heç  bir  əsası  yoxdur»



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə16/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   12   13   14   15   16   17   18   19   ...   231

 

31 


başqa  bir  tanrıya  ibadət  edərsə,  bunun  üçün  isə  onun  heç  bir  əsası  yoxdur».  (əl-

Muminun 117). «Rəbbi  yalnız  ona  ibadət  etməyi  buyurmuşdu».  (əl-İsra 23). «Allaha 

ibadət edin və ona heç bir şeyi şərik qoşmayın». (ən-Nisa 36).  

Bu Tövhidin gerçəkləşməsi üçün iki ünsur vardır.  



1.  İbadətləri  qullardan  hər  hansı  birinə  deyil,  yalnız  Allaha  xas  qılmalı,  Allaha 

məxsus olan isim və sifətləri qullara məxsus etməməlidir. Mömin yalnız Allaha ibadət 

edər.  Allahdan  başqası  üçün  əsla  namaz  qılmaz,  səcdə  etməz,  yalvarıb-yaxarmaz. 

Allahdan başqasına and içməz, nəzir verməz və Allahdan başqasına təvəkkül etməz.  



2.  İbadətin,  Allahın  əmrlərinə  itaətə  sövq  etməsi,  qadağalarından  çəkinməsi  və 

Nəbisi 




  sallallahu  aleyhi  və  səlləm 

  in  Sünnətinə  uyğun  olması  gərəkdir.  Tövhidi-



Uluhiyyətin ən vacib ünsuru, insanın tam mənada Kitab və Sünnətə təslim olmasıdır.  

Allaha ibadət, itaət və əmrlərinə boyun əyməklə olur. Buna görə də Rəbb kimdirsə 

məbud  da  odur.  Məbud  isə  ibadət  olunmağa  layiq  olan  kimsə  deməkdir  və  ya  ibadətə 

layiq  olduğu  üçün  ona  ibadət  olunan  deməkdir.  Burada  məqsəd  ibadət  olunan  hər  kəs 

Rəbbdir  demək  deyil.  Allahdan  başqa  ibadət  olunan  ilahlar  ilə  o,  ilahlara  ibadət 

edənlərin,  Allahdan  başqa  Rəbb  etdikləri  varlıqlar  əslində  Rəbb  deyil,  çünkü  Rəbb 

yaradan,  hər  şeyə  mütləq  məxsus  olan  və  bütün  işləri  idarə  edib,  düzüb  qoşandır. «O, 

göylərin və yerin, onların arasında olan hər şeyin Rəbbidir! Yalnız ona ibadət et və 

onun ibadətinə səbrli ol! Heç ona bənzərini görürsənmi?» (Məryəm 65).  

Allahdan  qeyri  ibadət  olunanlar  heç  bir  xeyrin  gəlməsinə  və  ya  bəlanın 

uzaqlaşdırılmasına  belə  maneçilik  törədə  bilməzlər.  «De  ki:  «Elə  isə  bir  söyləyin 

görək,  əgər  Allah  mənə  bir  zərər  toxundurmaq  istəsə,  sizin  Allahdan  qeyri  ibadət 

etdikləriniz onun zərərini aradan qaldıra bilərlərmi?» Yaxud: «Əgər Allah mənə bir 

mərhəmət  əta  etmək  istəsə,  onlar  onun  mərhəmətinə  mane  ola  bilərlərmi?»  De  ki: 

«Mənə təkcə Allah kifayət edər». (əz-Zumər 38). «Əgər Allah sənə bir zərər yetirsə, 

səni ondan Allahdan başqa heç kəs qurtara bilməz. Əgər Allah sənə bir xeyir diləsə, 

heç kəs onun nemətinə maneçilik edə bilməz». (Yunus 107).  

Onların ilah  etdikləri bu varlılıqlar Uluhiyytdən heç bir xüsusiyyətə  malik deyillər. 

Çünki  onlar  yaradılmış  varlıqlardır.  Özləri  bir  şey  yaratmamışlar,  onlara  ibadət 

edənlərə  zərrə  qədər  fayda  verə  və  onlara  gələn  bəlanı  aradan  qaldıra  bilməzlər. 

Həmçinin onlara həyat verməzlər, öldürməzlər. «Müşriklər isə onu qoyub heç bir şey 

yarada bilməyən, əksində özləri yaradılan, özlərinə nə bir xeyir, nə də bir zərər verə 

bilən,  diriltməyə,  öldürməyə  və  yenidən  diriltməyə  gücləri  çatmayan  bütləri  özlərinə 

ilah qəbul etdilər». (əl-Furqan 3).  

Uluhiyyət  Tövhidi  bütün  Peyğəmbərlərin  çağırdığı  Tövhiddir.  Əvvəlki  ümmətlərin 

məhv  olmasına  səbəb  də  elə  bu  Tövhidin  inkarı  olmuşdur.  Baxın,  Allah  Nuh 



 



əleyhissəlam - ın qövmi haqqında belə buyurur: Və (öz tabeçiliyində olanlara) dedilər: 

«Öz  tanrılarınızı  tərk  etməyin,  (xüsusi  ilə)  Vəddi,  Suvaı,  Yəğusu,  Yəuqu  və  Nəsri 

atmayın».  (Nuh  23).  İbn  Abbas 



  radıyallahu  anhu  -  rəvayət  edir  ki,  bunlar  Nuh  



əleyhissəlam  -  ın  qövmünün  əməlisaleh  insanları  idilər.  Onlar  öldükdən  sonra  şeytan 

onların  yaşadığı  qövmün  insanlarına  vəsvəsə  edir  ki,  onların  qəbirləri  üstündə  onların 

heykəllərini  ucaltsınlar  və  onların  adlarını  həmən  heykəllərə  versinlər.  Uzun  müddət 

keçdikdən və elm yaddan çıxdıqdan sonra o, heykəllərə ibadət etməyə başladılar

99

.  


Həqiqətən  də  bu  belədir.  Bu  hadisələri  biz  indiki  günümüzdə  də  görə  bilərik.  Nə 

qədər  əməlisaleh  insanlar  var  ki,  öldükdən  sonra  onların  qəbirləri  üstündə  pirlər, 

                                                

99

 Buxari. 




 

32 


məsçidlər,  ibadətgahlar  tikilir.  Uzun  zaman  keçdikdən  sonra  insanların  o,  qəbirlərin 

üstünə gəlib onlardan kömək dilədiklərini görürük. Lakin insan bir şeyi unutmamalıdır 

ki,  sıxıntı,  kədər,  bəla  gələndə  insan  o  ibadət  etdiklərini  unudaraq,  əllərini  göyə  açıb 

Allaha  dua  edir.  «İnsana  bir  sıxıntı  üz  verən  zaman  -  uzananda  da,  oturanda  da, 



ayaq  üstə  də  bizə  dua  edər.  Lakin  onu  sıxıntıdan  qurtardıqda  ondan  ötrü  bizə  heç 

dua etməmiş çıxıb gedər». (Yunus 12). «De ki: «Mənə deyə bilərsinizmi? Sizə Allahın 

əzabı  gəlsə  və  ya  qiyamət  başınızın  üstünü  alsa  Allahdan  başqasına  dua  edib 

yalvaracaqsınız?  Əgər  doğru  danışan  adamlarsınızsa  (deyin  görək).  Xeyr,  yalnız 

Allaha dua edib yalvaracaqsınız. O, əgər istəsə yalvardığınız bəlanı aradan qaldırar. 

Siz də Ona şərik qoşduğunuz bütləri unudarsınız». (əl-Ənam 40.41).  

Bəli,  Allah  bu  bəlaları  uzaqlaşdırdıqdan,  sovuşdurduqdan  sonra  onlar  yenə  də 

Allahı unudub ona şərik qoşarlar. «Müşriklər gəmiyə mindikləri zaman ancaq Allaha 

dua  edərlər.  Sağ-salamat  quruya  çıxdıqları  zaman  yenə  də  (Allaha) şərik  qoşarlar». 

(əl-Ənkəbut 65). «Sizi suda və quruda gəzdirən Odur. Siz gəmidə olduğunuz, gəmilər 

gözəl  bir  külək  vasitəsilə  içərisində  olanları  apardığı,  onlar  da  sevindikləri  vaxt 

birdən  fırtına  qopub  dalğalar  hər  tərəfdən  gəmilərin  üzərinə  hücum  etdikdə  və 

müsafirlər  dalğaların  onları  bürüdüyünə  (həlak  edəcəyini)  başa  düşdükdə  sidqi-

ürəkdən  Allahın  dininə  sarılaraq  Ona  belə  dua  edərlər:  «Əgər  bizi  bu  təhlükədən 

qurtarsan  Sənə  şükr  edənlərdən  olarıq.  Onları  xilas  edincə  yer  üzündə  haqsız  yerə 

zülm etməyə, azğınlığa başladılar. Ey insanlar! Etdiyiniz zülm, haqsızlıq fani dünya 

malı  kimi  öz  əleyhinizədir.  Sonra  hüzurumuza  qaytarılacaqsınız.  Biz  də  nə  etdik-

lərinizi sizə xəbər verəcəyik». (Yunus 22-23).  

Özünü  müsəlman  sayan  hər  bir  kəs  Allahın  təkliyini  qəbul  edib,  ondan  qeyrisinə 

ibadət  etməklə  Allahın  əzabından  canını  qurtaracağını  zənn  etməsin.  Çünki  İslam 

dininin  başı,  sonu,  içi  və  çölü  də  Uluhiyyət  Tövhididir.  Peyğəmbərlərin  ilk  və  son 

çağırışı  da  budur.  Bunun  üçün  Pəyğəmbərlər  göndərilmiş,  kitablar  endirilmiş,  cihad 

məqsədi  ilə  qılınclar  çəkilmiş,  möminlər  ilə  kafirlər,  Cənnət  ilə  Cəhənnəm  əhli  bir-

birindən  ayrılmışdır.  «Allahdan  başqa  ibadətə  layiq  heç  bir  haqq  ilah  yoxdur» 

kəlməsinin  mənası  da  elə  budur.  «Səndən  əvvəl  elə  bir  Peyğəmbər  göndərmədik  ki, 



ona  Allahdan  başqa  heç  bir  ilah  yoxdur.  Buna  görə  də  yalnız  mənə  ibadət  edin!» 

deyə  vəhy  etməyək».  (əl-Ənbiya  25).  «Mən  cinləri  və  insanlaı  yalnız  mənə  ibadət 

etmək üçün yaratdım». (əz-Zariyat 56).  

O,  dövr  ilə  indiki  dövr,  Allahdan  qeyrisinə  ibadət  edənlər  bir  və  tək  ilaha  ibadət 

etmirdilər.  Onlar  birdən  çox  ilaha  ibadət  edib,  bununla  Allaha  yaxınlaşdıqlarını  irəli 

sürürdülər.  O,  dövr  ilə  indiki  dövr,  Allahdan  qeyrisinə  ibadət  edənlərin  sözləri  də 

eynidir.  Biz  Allahı  qəbul  edirik,  sadəcə  biz  bu  salehlərlə  Allaha  yaxınlaşmağa  yol 

axtarırıq.  Allah  Qurani  Kərimdə  Allaha  belə  bir  yolla  yaxınlaşmağı  axtaranlar 

barəsində  buyurur:  Allahı  qoyub  özlərinə  dost  tutanlar:  «Biz  onlara  bizi  Allaha 

yaxınlaşdırmaq  üçün  ibadət  edirik!»  Deyirlər.  (əz-Zumər  3).  «Onlar  Allahı  qoyub 

özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: «Bunlar Allah 

yanında  bizdən  ötrü  şəfaət  edənlərdir!»  deyirlər.  De  ki:  «Allaha  göylərdə  və  yerdə 

bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah özünə şərik qoşulan bütlərdən uzaqdır və 

ucadır». (Yunus 18).  

O, halda ibadət Allaha edilərsə səhih olar. Allah Rububiyyəti qəbul edən müşriklərə 

bu Tövhidin fayda vermədiyini, əksinə Allah Qurani Kərimdə  onları  mömin yox  kafir 

olaraq  adlandırmışdı.  Əgər  bir  kimsə  Rububiyyəti,  İsim  və  Sifətlərin  Tövhidini  qəbul 




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə