2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə17/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   13   14   15   16   17   18   19   20   ...   231

 

33 


edib,  lakin  bununla  bərabər  qəbrə  gedib  o,  qəbir  sahibinə  ibadət  etsə  və  ya  ona 

yaxınlaşmaq  məqsədi  ilə  bir  qurban  kəssə,  belə  bir  kimsə  müşrik  və  kafirdir.  Əbədi 

Cəhənnəmlikdir.  

Həmçinin Rəsulullah 



 sallallahu aleyhi və səlləm - də onlara qarşı qılınc qaldırmış, 

onların  canlarını  və  mallarını  halal  qılmışdı.  De  ki:  «Şübhəsiz  Rəbbim  məni  doğru 



yola, həqiqi dinə, batildən haqqa tapınan və müşriklərdən olmayan İbrahimin dininə 

yönəltdi!»  De  ki:  «Mənim  namazım  da,  ibadətim  də,  həyatım  və  ölümüm  də 

aləmlərin Rəbbi Allah üçündür». (əl-Ənam 161-162).  

Möhtərəm  oxucularımız!  Allaha  ibadət  edin,  ona  heç  bir  şeyi  ortaq  (şərik) 

qoşmayın,  öz  əməllərinizi,  işlərinizi  puça  çıxartmayın.  Allah  öz  qullarına  ona  ibadət, 

itaət  etməyi  əmr  edir.  Ona  itaət  etdiklərinə  görə,  bundan  ötrü  onlara  bol  qarşılıq 

verəcəyini  vəd  etmişdi.  Ona  üsyan  edilməsini  qadağan  etmiş,  bundan  ötrü  onları 

cəzalandıracağını  xəbər  vermişdi.  «Bunlar  Allahın  sərhədləridir.  (hökümləridir)  Hər 



kəs  Allaha  və  Peyğəmbərinə  itaət  edərsə,  Allah  onu  ağacları  altından  çaylar  axan 

Cənnətlərə  əbədi  olaraq  daxil  edər  ki,  bu  da  böyük  uğur  və  qurtuluşdur.  Hər  kəs 

Allaha  və  Peyğəmbərinə  itaət  etməyib  onun  sərhədlərini  aşarsa,  Allah  da  onu 

həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir». (ən-Nisa 13-14).  

 

TÖVHİDİN FYDALARI 

 

Peyğəmbr 





 sallallahu  aleyhi  və  səlləm 

  dən  tutmuş  Səhabələr,  Tabiinlər,  onların 



yollarını  qarış-qarış,  addım-addım  izləyənlər  Tövhidin  həqiqiliyini  başa  düşərək  onu 

bütün  həyatlarında  tətbiq  etmişlər.  Bu  tövhidin  insanın  həyatına,  nəfsinə  çox  böyük 

təsiri vardır. Həmçinin də bütün bəşəriyyətə böyük təsiri vardır. Tövhid dedikdə Sələf 

minhəci


100

 üzərində  qurulan  tövhid  nəzərdə  tutulur.  Bu  da  böyük  əsaslar  üzərində 

qurulmuşdur.  Rububiyyət,  Uluhiyyət  və  İsim  və  Sifətlərin  tövhididir.  Çünki  bizlər  bu 

dünyada Allaha iman gətirmişik. Allah 



 subhənəhu və təalə 

 qeybdir. Allah ən böyük 



qeybdir. Çünki bizlər Allahı bu dünyada görməmişik və bu dünyada da görməyəcəyik. 

Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 

  buyurdu:  «Biliniz  ki,  sizdən  heç  kimsə 



ölümündən  öncə  öz  Rəbbini  görməyəcəkdir»

101


.  Allahı  görmək  yalnız  Qiyamət  günü 

Cənnət əhli üçün olacaqdır. Lakin bizlər Allahı onun İsim və Sifətləri ilə bilib tanıyırıq. 

Bilirik ki, Allah göyə yüksəlib, göydədir, ərşə yüksəlib və s. O, bizim etdiyimiz hər bir 

əməli  görür  və  o,  bizə  yaxındır.  Allahın  bizə  məlum  olan  99  gözəl  İsimləri  və  Uca 

Sifətləri  vardır.  Həmçinin  də  bu  Tövhid  Uluhiyyət  tövhidi  üzərində  qurulub.  Bütün 

Peyğəmbərlər  Uluhiyyət  tövhidi  üçün  gəlmişlər.  Lə  İləhə  İlləllah 



  Tövhid  kəliməsi. 

Bu  bütün  işin  əsasıdır.  Allah  göyləri  və  yerləri  buna  görə  yaratmışdır.  Kafirlərə  qarşı 

döyüşləri  də  elə  buna  görə  vacib  etmişdir.  Peyğəmbərlər  buna  görə  göndərilmişdir. 

Kitablar  buna  görə  nazil  olmuş  və  hər  bir  Peyğəmbər də  öz  qövmünə  gələrək  deyərdi 

ki:  «Sizlər  Allaha  ibadət  edin,  sizin  ondan  başqa  İlahınız  yoxdur.  Ey  qövmüm!  Lə 

İləhə  İlləllah 



  deyin.  Bu  o,  kəlimədir  ki,  göylərdən  də,  yerlərdən  də  ağır  gəlmişdir. 

Hər  bir  qul  (bəndə)  qəlbi  ilə,  əməlləri  ilə  və  bütün  işlərində  Allaha  yönəlməlidir. 

Sevilməyə,  umulmağa,  qorxulmağa  layiq  yalnız  Allahdır.  Dua  edilməyə,  çağrılmağa, 

təvəkkül  edilməyə,  qurban  kəsilməyə  və  onun  üçün  nəzir  deyilməyə  layiq  olan 

                                                

100

 Minhəc – metod, yol, Sələfi Salihin yolu. 



101

 Buxari, Müslim.  




 

34 


Allahdır. Tək ondan şiddət zamanı yardım  istənilir, istiazə

102


 yalnız  ona edilir. Tövhid 

də  elə  budur. Tövhid  hər  bir  bəndənin  imanını  nizama  qoyur  və  ona  tək  olan  Qahhar 

olan  Allaha  bağlayır.  Ona  inanır,  Onu  təsdiq  edir  və  qəlbi  ilə  Ona  yönəlir.  Bu  elə  bir 

tövhiddir ki, qəlbdən  gəlir. Onun bütün əməlləri, əzaları ibadət əməl və  itaət tərəfdən 

Allaha  yönəlir.  İbadət  özü  zəlillik  və  tək  olan  Allaha  itaətkarlıqdır.  Bu  da  tək  olan 

Allaha,  şəriki  olmayan  Allaha  itaətlə  olur.  Allaha  itaət  Onun  şəriətini,  qoyduğu 

qanunları  yerinə  yetirməklə,  yalnız  Ona  ibadət  etmək  və  həyatın  hər  bir anında  Onun 

tələb  etdiyi  şəkildə  əməl  etməklə  olur.  Bununla  da  tövhid  əhlinin  Muvahhidin  həyatı 

əvvəlindən axıradək  ibadətlə keçir. Bütün bunların  hamısı da bu tövhiddən irəli  gəlir. 

Lə  İləhə  İlləllah  kəliməsi  üzərində  qurulub.  Bu  tövhid  ilk  an  çıxanda  qəlbdən  doğur. 

Möminin  qəlbində  bu  tövhid  möhkəm  yerləşir.  Sonra  imana  çevrilir.  Sonra  da  qəlbi 

əməllərə,  sonra  da  zahiri  əməllərə  çevrilir  (yəni  insanın  zahirində  büruzə  verir).  Bu 

ibadət özü də üç əsas üzərində qurulur.  



1.  Tək  Olan  Allahı  Sevmək.  2.  Tək  Olan  Allahdan  Qorxmaq.  3.  Tək  Olan  Allahı 

Ummaq.  

Bu  da  Sevgi,  Qorxu  və  Ümüddür.  İslam  alimləri  bu  əsasları  bir  quşa  bənzətmişlər 

ki,  Sevgi  quşun  baş  hissəsi,  qorxu  sağ  qanadı,  ümüd  isə  quşun  sol  qanadıdır.  Quş 

bunlardan birini itirərsə uça bilmədiyi kimi həmçinin də Allaha seyr edən insan, Allaha 

yönələn insan da bunlar olmasa Allaha seyrini davam etdirə bilməz. Görürsən ki, insan 

yalnız  Allaha  ibadət  edir,  Ona  itaət  edir,  ondan  qorxur  və  bütün  işlərində  Onu  umur. 

Allahdan  Allaha  sığınır,  Allahın  qəzəbindən  rizasına,  Allahın  cəzasından  isə  Allaha 

sığınır.  Tövbəsini  elan  edərək,  bütün  itaətləri  bəyan  edərək  Allah  qarşısında  qul 

olduğunu  bildirərək.  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 

  buyurdu:  «Allahın 



qəzəbindən  rizasına  sığınıram.  Cəzalarından  isə  ehsan  edəcəyi  afiyətinə  sığınıram. 

Səndən Sənə sığınıram»

103

. Tövhidin əsası imandır. Buna görə də insanlar bu tövhiddə 



fərqlənirlər.  İmanlarına,  təsdiqlərinə  və  əməllərinə  görə.  Tövhid  əhli  də  öz  aralarında 

fərqlidirlər.  

Bu Tövhidin təsiri həm fərdi, həmçinin də cəmaatı, ümməti əhatə edir. Bütün aləmi, 

insanların  daxili  və  xarici  ehtiyaclarını  əhatə  edir.  Sonra  da  dünya  və  axirəti  də  əhatə 

edir.  Allah  bu  Tövhidin  həqiqətini  qəlbdə  əkilməsini  gözəl  ağaca  bənzədir.  «Məgər 

Allahın  necə  məsəl  çəkdiyini  görmürsənmi?  Xoş  bir  söz  (Lə  İləhə  İlləllah, 

Muhəmmədən  Rəsulullah)  kökü  yerdə  möhkəm  olub  budaqları  səmaya  ucalan  gözəl 

bir  ağac  (xurma  ağacı)  kimidir.  O,  ağac  Rəbbinin  izni  ilə  hər  vaxt  bəhrəsini  verir. 

Allah  insanlar  üçün  belə  məsəllər  çəkir  ki,  bəlkə  bəlkə  düşünüb  ibrət  alsınlar! 

(Ağacı  kökü  yerdə,  budaqları  göydə  olduğu  kimi  möminin  də  imanı  qəlbində  sabit 

qalır, əməlləri isə göyə 



 Allahın dərgahına yüksəlib ona daim savab qazandırır).  Pis 



söz  isə  yerdən  qopardılmış,  kökü  olmayan  pis  bir  ağaca  bənzəyir».  (İbrahim  24). 

İman və Tövhid. O, tövhid ki, Lə İləhə İlləllah kəliməsi üzərində qurulub. Bu kəlimə 

əsası  yerdə  möhkəm  olan  budaqları  göyə  yüksələn  gözəl  ağaca  bənzəyir.  Bu  gözəl 

kəlimə  də  Lə  İləhə  İlləllah  kəliməsidir.  Bunun  da  ən  böyük  səmərəsi  saleh  əməldir. 

Gözəl  ağac  səmərə,  bəhrə  verdiyi  kimi  Lə  İləhə  İlləllah  ağacının  səmərəsi  də  saleh 

əməldir.  Bu  kəlimənin  əsası  möhkəmdir.  Bu  kəlimə  sadəcə  dillə  deyilən  bir  kəlimə 

deyildir.  Bu  kəlimənin  rukunları,  şərtləri  və  dayaqları  vardır.  Bu  kəlimə  əsaslı  bir 

                                                

102

 İstiazə – xoşlanılmayan bir şeydə himayə edilməyi istəmək deməkdir. «De ki: Pənah aparıram sübhün Rəbbinə». 



(əl-Fələq 1). «De ki: Pənah aparıram insanların Rəbbinə». (ən-Nəs 1).  

103


 Müslim 486, İmam Əhməd «Musnəd» 6/201, İbn Məcə 3841, Əbu Davud 879.  


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə