2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə19/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   15   16   17   18   19   20   21   22   ...   231

 

37 


Allah  hüzurunda  qorxu  və  sayğı  duymalı  və  yalnız  Ona  qarşı  təqvalı  davranmalıdır. 

«O,  halda  insanlardan  qorxmayın  Məndən  qorxun».  (əl-Maidə  44).  «



Və  yalnız 



Məndən  qorxun».  (əl-Bəqərə  40).  «Allaha  və  onun  Peyğəmbərinə  itaət  edənlər, 

Allahdan  qorxub  çəkinənlər  məhz  belələri  uğura  çatanlardır».  (ən-Nur  52). 

«



Qorxub çəkinməyə də, (günahları) bağıışlamağa da layiq olan ancaq Odur». (əl-



Muddəssir 56). «Sizi yalnız o, şeytan öz dostlarından olması ilə qorxudub çəkindirir. 

Amma  siz  onlardan  qorxmayın.  Əgər  möminsinizsə  Məndən  qorxun».  (Ali-İmran 

175).  

Hər  bir  məxluqun  bir  yaradılmışdan,  ya  da  yaradıcıdan  qoxmasının  qaçınılmaz 

olduğu  məlumdur.  Yaradılmışdan  qorxmanın  zərəri  bir  çox  baxımdan  faydalarından 

daha  ağırdır.  Allahdan  qorxmaq  isə  dünya  və  axirət  səadətinin  səbəbidir.  Həqiqətən 

Allah  ondan  qorxulmaya  daha  layiqdir.  Əbul-Abbas  Abdullah  b.  Abbas  -  radıyallahu 

anhu 



 rəvayət edir ki, bir gün (minikdə) Peyğəmbər 



 sallallahu aleyhi və səlləm 

 in 



arxasında  oturmuşdum.  O,  buyurdu:  «Ey  oğul!  Mən  sənə  bir  neçə  kəlimə  öyrədəcəm. 

Allahı qoru ki, Allah da səni qorusun. Allahı qoru ki, onu öz qarşında tapasan. Bir şey 

dilədikdə,  Allahdan  dilə.  Kömək  istədikdə  yenə  də  Allahdan  kömək  istə.  Bunu  da  bil 

ki,  əğər  bütün  insanlar  sənə  xeyir  vermək  üçün  bir  yerə  yığışsalar  da  belə  Allahın 

yazdığından  artıq  sənə  heç  bir  xeyir  verə  bilməzlər.  Bunu  da  bil  ki,  əğər  sənə  zərər 

vermək  üçün  bir  yerə  yığışsalar  da  yenə  də  Allahın  yazdığından  artıq  sənə  zərər  verə 

bilməzlər.  (Çünkü)  qələmlər  qaldırılmış,  səhifələrin  (mürəkkəbi)  qurumuşdur»

108


İnsanlar  Tövhiddən  uzaqlaşdıqlarına  görə,  tövhidi  həqiqi  surətdə  həyata  keçirmədik-

lərinə  görə,  Allahdan  qeyrilərinə  bağlandıq-larına  görə  insanlardan  qorxurlar.  Həqiqi 

müsəlmanlar isə şiddət anında da, çətinləklərdə də Allaha yönələrlər.  

Bəziləri isə dünya və onun şəhvətlərinə bağlanırlar. Onun arxasınca gecə və gündüz 

gedirlər. Onlar dünyanın şəhvəti üçün sevinir və onun üçün ağlayırlar. Bəzən də buna 

görə  gecələri  də  yatmırlar.  Dünyada  bir  şey  əldə  etdikdə  sevinir,  əldə  etmədikdə  isə 

kədərlənirlər.  «Kim  (axirətdən  vaz  keçib)  dünya  və  onun  bər-bəzəyini  istəyirsə,  biz 



onun  əməllərinin  əvəzini  (sağlamlıq,  sərvət,  övlad,  gözəl  yaşayışı)  elə  dünyada  ikən 

verərik. Onların dünyadakı mükafatları əsla azaldılmaz. Belələrinin axirətdə atəşdən 

başqa  heç  bir  payı  yoxdur.  Onların  dünyada  gördükləri  işlər  puç  olar  və  bütün 

əməlləri  boşa  çıxar».  (Hud  15-16).  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



 

buyurdu:  «Dinarın  qulu  bədbəxt  olsun,  dirhəmin  qulu  bədbəxt  olsun.  Pal-paltarın, 

zinətin  qulu  bədbəxt  olsun.  Beləsinə  istədiyi  veriləndə  razı  qalar,  verilməyəndə  isə 

qəzəblənər.  Bədbəxt  olsun  və  başı  aşağı  çevrilsin.  Onun  ayağına  batan  tikan  belə 

çıxmasın»

109


.  İnsanın  malı  dünyanı  sevməsi  və  bu  işdə  dəridən  qabıqdan  çıxması 

insanın  bu  şərəfli  ömrünü  zay  etməsidir.  Onlar  elə  zənn  edirlər  ki,  xoşbəxtlik  yalnız 

pulun  çox olmasındadır. Bölünmüş, yazılmış ruzini tələb etməkdə  vaxtı zay  etməkdir. 

Ruzi  artıq  bölünmüşdür.  Həris,  tamahkar  insan  isə  məhrumdur.  Sələflər  deyirlər  ki: 

«Qədər  haqdırsa  onda  tamahkarlıq  boş  şeydir.  Əgər  xəyanət  insanın  təbiətində  varsa 

onda hər kəsə bel bağlamaq acizlikdir. Əgər ölüm hər kəsi gözləyirsə onda dünyaya da 

arxalanmaq axmaqlıqdır». İnsan bu ömründə uca dərəcələri və əbədi nemətləri qazana 

bilərdi. Lakin bu dünya malını toplayaraq bu dünyada qoyub gedir. Hesabı özünə qalır, 

kefi isə başqalarına. Cabir b. Abdullah - radıyallahu anhu 



 rəvayət edir ki, Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 

  ilə  birlikdə  Mədinənin  Aliyə  tərəfindən  bazara  daxil 



                                                

108


 Tirmizi 2516, əl-Albani «Səhih əl-Cəmi» 7834-cü hədis. 

109


 Buxari 6/61, İbn Məcə 11/216. 


 

38 


olduq. Ölmüş kiçik qulaqlı bir oğlaq gördü. Onun qulağından tutaraq buyurdu: «Sizdən 

kim bunu bir dirhəm qarşılığında almaq istər?». Səhabələr: «Allaha and olsun ki, o diri 

olsaydı  da  belə  onu  heç  kəs  almazdı.  Çünkü  qüsurlu  oğlaqdır.  Qulaqları  kiçikdir» 

dedilər. Peyğəmbər: «Allaha and olsun ki, bu sizin üçün nə qədər dəyərsiz olduğu kimi 

du dünya da Allah üçün o, qədər dəyərsizdir» deyə buyurdu

110


. Peyğəmbər 



 sallallahu 



aleyhi  və  səlləm 

  buyurdu:  «Dünyanın  axirətdəki  durumu  ancaq  sizdən  hər  hansı  bir 



kimsənin  barmağını  dənizə  salıb  çıxartdıqdan  sonra  nə  çıxartdığına  baxması 

kimidir»


111

.  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 

  buyurdu:  «Şübhəsiz  ki, 



dünyanın  zəval  olması  Allah  üçün  müsəlman  bir  kimsənin  öldürülməsindən  daha 

xəfifdir»

112

.  Peyğəmbər 





  sallallahu  aleyhi  və  səlləm 

  buyurdu:  «Sizi  sevindirəcək 



şeylərin müjdəsini sizə verirəm və bunları (gələcəkdə də) ümüd edə bilərsiniz. Allaha 

and olsun ki, mən sizin üçün fəqirlikdən qorxmuram. Lakin mən sizin üçün əvvəlkilərə 

dünyanın imkanları geniş verildiyi kimi sizə də veriləcəyindən və onlar necə bu şeydə 

bir-birləri  ilə  yarışdıqları  kimi  sizin  də  yarışacağınızı  və  (dünya)  onları  necə  həlak 

etdisə sizi də həlak edəcəyindən qorxuram»

113


. Sələflər deyirlər ki: «Sən fikirləşmə ki, 

kasıblıq  varlığın  olmamasıdır.  Həqiqi  kasıblıq  dinin  olmamasıdır.  Ey  qardaşım!  Sən 

tamahkar  insanın  yığdığı  mala  görə  ona  qibtə  etmə.  Sizin  ona  yazığınız  gəlsin.  O,  bu 

dünyada elə bir şeylə  məşğul olub ki, sabah onu həlak edəcəkdir». Allahdan qeyrisinə 

(dünyaya,  pula)  bağlandıq-larına  görə,  Allahı  unutduqlarına  görə  Allah  da  onları 

unudar  və  onları  özlərinə  həvalə  edər.  «Allahı  unutduqları  üçün  Allahın  da  onları 



özlərinə unutdurduğu kimsələrə bənzəməyin! Onlar fasiqlərdir». (əl-Həşr 19). Ömər 

- radıyallahu anhu 



 rəvayət edir ki, bir gün Peyğəmbər 



 sallallahu aleyhi və səlləm 

 



in  yanına  daxil  oldum.  O,  həsirin  üzərində  uzanmışdır.  Sonra  o,  qalxıb  oturdu,  onun 

əynində izardan başqa bir şey yox idi. Həsirin izi onun çiynində və böyründə qalmışdı. 

Mən  onun  eyvanına  nəzər  salıb  gördüm  ki,  orada  təqribən  bir  saa  arpa,  bir  o,  qədər 

akasiyə ağacının qabığı  və bir də aşılanmış dəridən başqa heç bir şey  yoxdur. Bu halı 

gördükdə  mənim  gözlərim  yaşla  doldu.  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 

 

buyurdu:  «Ey  Xəttabın  oğlu,  səni  ağladan  nədir?».  Mən:  «Ey  Allahı  Rəsulu!  Nə  üçün 



ağlamayımda.  Mən  görürəm  ki,  həsir  sənin  bədənini  bu  hala  salıb,  eyvanda  da 

gördüklərimdən  başqa  bir  şey  yoxdur.  Qeysər  (Rum  imperatoru)  və  Xosrov  (Fars 

imperatoru)  cah-cəlal  içərisində  yaşayırlar.  Sən  isə  Allahın  Rəsulu  və  sevimlisi 

olduğun  halda  bu  da  sənin  eyvanın!»  dedim.  Peyğəmbər:  «Ey  Xəttabın  oğlu!  Məgər 

istəmirsən ki, onlar üçün dünya, bizim üçün isə axirət olsun? (Başqa rəvayətdə: Dünya 

ilə mənim işim nə! Mənim və dünyanın misalı ancaq bir ağacın kölgəsində bir müddət 

oturan,  sonra  da  oradan  durub  gedən  bir  süvariyə  bənzər

114


)»  deyə  buyurdu

115


Peyğəmbər 



 sallallahu aleyhi və səlləm 

 buyurdu: «Dünya möminin zindanı, kafirin 



isə Cənnətidir»

116


Həqiqi  azad  insan  kimdir.  Dünyanı  əlində  edən,  dünyanı  qəlbinə  salmayan 

kimsədir.  Nə  qədər  dünya  malı  onda  olarsa  onu  əlində  saxlayar.  Dünya  malını  Allaha 

itaətdə  xərcləyər.  İmam  Əhməd 



  rahmatullahi  aleyhi 

  dən  soruşduqda  ki,  insanda 



                                                

110


 Müslim şərhi 5/814 (Muslim «Zuhd» 2).  

111


 «Səhihul Cəmi» 5423.  

112


 Tirmizi 5/82, əl-Albani «Səhihul Cəmi» 453. 

113


 Buxari 4/63, Müslim şərhi 5/816. 

114


 Tirmizi.  

115


 Müslim10/82. 

116


 Müslim 2956. 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə