2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə27/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   23   24   25   26   27   28   29   30   ...   231

 

53 


uzaqdır),  Mumindir  (öz  bəndələrini  şərdən  qoruyan,  əmin  edəndir),  Muheymindir 

(hamilik  edən,  qoruyandır),  Əzizdir  (hər  şey  hökmünə  məhkum  olan,  güclü, 

qüvvətlidir),  Cəbbardır  (hökmünə  məcbur  edəndir),  Mutəkəbbirdir  (təkəbbürlük 

haqqına  tək  sahib  olandır).  Allah  müşriklərin  ona  qoşduğu  bütlərdən  uzaqdır.  O, 

Allahdır ki, Xaliqdir (hər şeyi yaradandır), Bəridir (yoxdan var edəndir), Musavvirdir 

(yaratdıqlarına istədiyi kimi surət verəndir), O, Əzizdir, Həlimdir (yenilməz qüvvət və 

hikmət sahibidir)». (əl-Həşr 22-24).  

Kəlimələrin ən açıq  olanı  Allah kəliməsidir. Lakin  dilçilər bu  mövzu ilə böyük bir 

ixtilafa  düşmüşdülər.  Allah 

  İsmi  hansısa  bir  kəlimədən  törənmişdir?  Yoxsa  heç  bir 



kəlimədən  törənməmişdir?  Əgər  törənmişsə  o,  zaman  Ə-Lə-Hə  kəliməsindənmi,  Və-

Lə-Hə  kəliməsindənmi,  Lə-Hə  kəliməsindənmi  törənmişdir.  Bütün  insanlar  aləmlərin 

Rəbbinin  və  göyləri,  yeri  yaradanın  İsmi  olduğunu  bilirlər.  Ən  doğru  rəy  isə  Allah 

isminin Əl-İləh kəliməsindən törəndiyidir

148


.  

 

İLƏH 

 

əl-İləh 



  İləh,  tanrı,  məbud  deməkdir.  «Sizin  ilahınız  (İLƏH)  tək  olan  Allahdır. 



Ondan  başqa  ilah  yoxdur».  (əl-Bəqərə  163).  “Ey  kitab  əhli!  Öz  dininizdə  həddi 

aşmayın! Allah barəsində yalnız haqqı deyin. Həqiqətən, Məryəm oğlu İsa əl-Məsih 

ancaq  Allahın  peyğəmbəri,  (Cəbrail vasitəsilə) Məryəmə  çatdırdığı bir  söz  və  Onun 

tərəfindən  olan  bir  ruhdur.  Allaha  və  peyğəmbərlərinə  iman  gətirin.  (Allah 

barəsində) “üçdür” deməyin. (Belə sözlərə) son qoyun ki, (bu) sizin üçün daha yaxşı 

olar.  Həqiqətən,  Allah  tək  bir  tanrıdır  (İLƏH).  Övladı  olmaqdan  (bu  bəşəri 

xüsusiyyətdən)  kənardır.  Göylərdə  və  yerdə  nə  varsa,  (hamısı)  Onundur.  Allahın 

(sizə) vəkil olması bəs edər!”. (ən-Nisə 171).  

Təbərakə 

 kəliməsi bərəkət kökündən Təfəalə 



 vəznində bir kəlimə olub, bərəkət, 

çoxluq,  genişlik,  bolluq  və  ucalar  ucası  deməkdir.  Qurani  Kərimdə  bu  sifət  9  yerdə 

keçməkdədir.  «Aləmlərin  Rəbbi  olan  Allah  ucalar  ucasıdır».  (əl-Əraf  54).  «Mütləq 



hökmüranlıq  əlində  olan  Allah  ucalar  ucasıdır».  (əl-Mulk  1).  Həmçinin  bu  kəlimə 

Təazəmə 

 əzəmətli, Taharət 



 təmizlik mənalarını da verdiyini söyləmişlər.  

 

ƏLA 

 

əl-Əla 

 Ən uca, ülvi mənasındadır. Allah hər üstün və yüksək məqamın üstündədir. 



«Ən uca (ƏLA) olan Rəbbinin adını pak və müqəddəs tutub şəninə təriflər də!». (əl-

Əla 1).  

 

ƏHƏD 

 

əl-Əhəd  –  əl-Vahidul-Əhəd  –  Bir  və  tək  olan.  Zatında,  sifətlərində  və  bilgisində 

Allaha  oxşar  bir  varlıq  yoxdur.  «De  ki:  «O,  Allah  birdir  (ƏHƏD)».  (əl-İxlas  1). 

Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 

  bir  nəfərin  belə  dediyini  eşitdikdə: 



Allahummə  İnniy  Əs'əlukə  Yə  Allahu  Bi  Ənnəkəl-Vahidul-Əhədus-Saməd  Əlləzi 

Ləm  Yəlid  Və  Ləm  Yuləd  Və  Ləm  Yəkun  Ləhu  Kufuvən  Əhəd,  Ən  Təğfirə  Liy 

Zunubiy, İnnəkə Əntəl-Ğafurur-Rahim - Allahım, Sənə yalvarıram! Ey Allah, Sən ki, 

                                                

148

 İbn Qeyyim «Savaikul Mursələ» s. 92, «Bədaiul Fəvaid» 2/249, Kitabu Sibaveyh 1/309. 




 

54 


doğmayan,  doğulmayan  və  heç  bir  tayı-bərabəri  olmayan  Təksən,  Möhtac  deyilsən. 

Günahlarımı  mənə  bağışla!  Şübhəsiz  ki,  Sən  Bağışlayansan,  Rəhmlisən”  buyurdu: 

Artıq  Allaha  elə  bir  İsmi  ilə  dua  edildi  ki,  əgər  onunla  dua  edilərsə  cavab  verilər, 

istənilərsə  əta  olunar”

149

.  O,  sonu  olmayan  bütün  bilgilərə  sahibdir.  Əzəldən  yalnız 



Allah vardır. Başqa heç bir şey yoxdu. Sadəcə Allah vardı. Onunla birlikdə başqa heç 

bir  şey  yoxdur.  Bütün  varlıqları  idərə  edən  və  işlərini  düzüb-qoşan  yalnız  odur. 

Dilədiyi bütün şeyləri etməyə qadirdir. Bütün varlıqları var edən və varlıqlarını davam 

etdirən  Odur.  Bütün  varlıqların  varlığ  Ona  bağlıdır.  Onun  hökmü  bütün  varlıqlar 

üzərində  keçərlidir.  Əmr  etmək  və  qadağan  etmək  yalnız  Ona  aiddir.  Allah  dilədiyi 

quluna  mükafat,  dilədiyinə  də  cəza  verir.  Yaxşılıq  edənləri  mükafatlandırır,  pislik 

edənləri  isə  cəzalandırır.  Allah  cəza  üçün  pisliklər,  mükafat  üçün  isə  yaxşılıqları  bir 

səbəb  olaraq  təqdir  etmişdir.  Onun  bu  təqdiri  qullarının  bilməyəcəyi  bir  hikmətə 

dayanır. Məs: Ruzi – iki cürdür. Bədənin qidalandığı ruzi və qəlbin, ruhun qidası olan 

ruzi.  Hər  ikisi  də  Allahın  əlindədir.  «Allah  istədiyinin  ruzisini  bol  edər,  istədiyinin 



ruzisini  isə  qıt»  -  Hikmət  –  Allah  filankəsin  ruzisini  bol  etməsəydi,  onun  azmasına 

səbəb  olardı.  Allahın  hikməti  onu  tələb  edir  ki,  onun  ruzisi  az  olsun.  Allah  kiminsə 

ruzisini  çox  edir.  Əgər  az  olsaydı  onun  Allahdan  uzaqlaşmasına,  Allaha  qarşı 

qəzəblənməsinə və həmçinin də mürtəd olmasına səbəb olardı. Buna görə də Allah bilir 

hansı  quluna  varlıq  xeyirdir,  yoxsa  kasıblıq.  Bəzən  də  Allah  quluna  kasıblıq  verir, 

ruzisini qıt edir varlı olduqdan sonra. Çünki varlı olduğu zaman azğınlıq edirdi. Bəzən 

də kasıb olduğu zaman düz yoldan çıxır. Nə zaman ki, ona ruzi verilir yenə də düz yola 

yönəlir. «Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin». 



(Hud  6).  Buna  görə  də  Allahın  o,  yazdığı  iş  (Qəza  və  Qədəri)  bizim  gözümüzdə  pis 

görsənsə də onda böyük bir hikmət vardır. Lakin biz onu bilmirik.  

Qulun  Allahın  bir  olduğunu,  mütləq  və  tək  yaradıcı  olduğunu,  dilədiyi  hər  şeyi 

etməyə  qadir  olduğunu,  təqdir  etdiyi  hər  şeyin  zamanı  gəldikdə  gerçəkləşdirdiyini 

müşahidə  etməsi,  onu  daima  Allaha  sığınmaya,  himayəsinə  girməyə  və  ehtiyaclarını 

Ona  yönəltməyə  sövq  edər.  Həyat,  ölüm,  diriliş,  fayda  və  zərər  kimi  şeylərdə  heç  bir 

gücə sahib olmadığını, Allahın qapısında yoxsul, aciz və miskin bir qul olduğunu bilər. 

Ona daha da qəlbən və səmimiyyətlə qulluq etməyə çalışar.  

 

ƏVVƏL – ƏXİR – ZAHİR – BATİN 

 

əl-Əvvəl 



  əl-Əxir 



  əz-Zahir 



  əl-Batin  -  «O,  Əvvəldir,  Axırdır,  Zahirdir, 

Batindir». (əl-Hədid 3). Əbu Hureyrə 



 radıyallahu anhu 



 rəvayət edir ki, Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



  yatağına  girdikdə  buyurardı:  «Yeddi  səmanın  Rəbbi, 

yerin  Rəbbi,  hər  şeyin  Rəbbi,  toxumu  və  çərdəyi  yaran,  Tövratı,  İncili  və  Quranı 

endirən  Allahım!  Mən  sənin  alnından  yaxaladığın  hər  şeyin  şərrindən  sənə  sığınıram. 

Sən Əvvəlsən, səndən əvvəl heç bir şey yoxdur. Sən Axırsan, səndən sonra heç bir şey 

yoxdur.  Sən  Zahirsən,  sənin  üstündə  heç  bir  şey  yoxdur.  Sən  Batinsən,  səndən  o, 

tərəfə heç bir şey yoxdur. Mənim borcumu ödə və fəqirlikdən məni qurtar»

150

. Həlimi 





 

rahmətullahi  aleyhi 



  deyir  ki:  «Əvvəl,  öncəsi  olmayandır,  Axır  isə  sonrası 

olmayandır.  Çünki  öncə  və  sonra  sonu  ifadə  edər.  Öncə  varlığın  başlanğıcdan  öncəki 

sonu, sonra isə başlanğıcdan sonrakı sonu ifadə edər. Əgər varlığın başlanğıcı və sonu 

                                                

149


 Səhih Əbu Davud 1341, Səhih İbn Məcə 3111.  

150


 Müslim, Əbu Davud, Tirmizi.  


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə