2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə25/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   21   22   23   24   25   26   27   28   ...   231

 

49 


Alimlərdən  bəziləri  qeyd  edirlər  ki:  Bunda  Uca  bir  hikmət  vardır.  Allah  bununla 

bəndələrindən Özünün Kitabı və Rəsulullahın Sünnəsi ilə maraqlanmağı istəyir. Onları 

Quran  və  Sünnəyə  bağlamaq  istəyir.  Onlar  öz  ağıllarını  bunları  başa  düşməkdə 

işlətsinlər. Əgər onlar Allahın 99 İsmini bilsələr onlarda Allah barəsində kamil bir bilik 

yaranar.  Bununla  da  onlar  Allahı  və  Onun  dinini  bilib  tanıyarlar.  Bu  da  imanın 

kamilliyidir.  Elə  dinin  özü  də  budur.  Ola  bilər  ki,  bundan  da  başqa  hikmətlər  vardır. 

Lakin bu isə Uca bir hikmətdir. Çünki Uca Allah özünü bu İsimlərlə isimləndirmişdir. 

Dolayısı  ilə  bütün  İsimlərin  varacağı  yer  Allahdır.  Hədisdə  keçən  «Kim  Bu  İsimləri 



Sayarsa»  cümləsində  məqsəd  sadəcə  bu  İsimləri  əzbərləyib  saymaq  deyildir.  O, 

İsimlərlə Allaha qulluq etmək, dua etmək və haqqı ilə əməl etməkdir. Çünki yaxşı, pis 

hər insan bu İsimləri asanlıqla əzbərləyib saya bilər. Lakin onları haqqı ilə əməl etmək, 

saymaq qədər də asan bir iş deyildir.  

Bu hədis Allahın 99 İsminin olduğunu göstərməkdədir. Lakin bu o, demək deyildir 

ki, Allahın bundan başqa İsimləri yoxdur. Məs: Bu o, məsələ ki: «Məndə sədəqə üçün 

ayırdığım  yüz  dirhəm  pul  var».  Bu  o,  demək  deyildir  ki,  məndə  sədəqə  üçün 

ayırmadığım  başqa  pullar  yoxdur.  Rəsululah 



  sallallahu  aleyhi  və  səlləm  -  buyurur: 

«Sənə  sənin  Özünün-özünə  verdiyin,  yaxud  Öz  Kitabında  nazil  etdiyin  və  ya  xəlq 

etdiklərindən  birinə  öyrətdiyin,  və  ya  Öz  yanında  saxladığın  qeyb  elmində  malik 

olduğun  hər  bir  adınla  dua  edirəm»

143

.  Bu  hədisdəki  ifadələr  Allahın,  insanların 



bilmədiyi, ancaq bəzi seçilmiş qullarına öyrətdiyi, qeyb aləmində saxladığı İsimlərinin 

də  olduğunu  göstərməkdədir.  İbn  Qeyyim  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  “Əsməul 



Husnə - hər hansı bir sayla məhdudlaşmır. Çünki Allahın öz dərgahında qeyb aləmində 

tərcih etdiyi İsim və Sifətləri vardır. Bu İsim və Sifətləri nə Allaha yaxın bir mələk, nə 

də göndərilən bir Peyğəmbər bilə bilər”

144


.  

Bu  İsimlər  Allahın  birliyini,  mərhəmətini  və  üstünlüyünü  göstərən,  eyni  zamanda 

qəlblərə  və  qulaqlara  xoş  gələn  İsimlərdir.  Hətta  bu  İsimlər  bütün  xeyir  və  yaxşılığa 

işarə edən İsimlərdir. Fəqət nə yazıq ki, insanlar bu İsimlərin mənaları haqqında görüş 

birliyinə  varmadılar.  Bu  mövzuda  bir  çox  görüşləri  irəli  sürərək  doğru  yoldan 

ayrıldılar. Kimiləri bu İsimləri fərqli şəkildə yozarkən, kimiləri də bu İsimləri mənaları 

ilə  uyğunlaşmayan  görüşləri  irəli  sürdülər.  Kimiləri  də  birinci  və  ikinci  qrupun 

dediklərini  bir  kənara  qoymağa  üstünlük  verdilər.  Bütün  bu  görüşlərin  arasında  Əhli 

Sünnə Vəl Cəmaat Allahın bu gözəl İsimlərini tərcih  etdi. Bu aləmdə Allahı özündən 

daha  yaxşı  tanıyan  bir  varlığın  olmayacağına  inandılar.  Bunun  üçün  də  Allahdan 

yardım  istəyərək  insanlar  arasında  Allahı  ən  yaxşı  tanıyan  kimsəyə  Peyğəmbərimiz 

Muhəmməd 



  sallallahu  aleyhi  və  səlləm 



  ə  üz  tutdular.  Onun  sözlərindən  doyana 

qədər  faydalandılar.  Qurtuluşlarını  heç  bir  əyrilik  və  yanılma  olmayan  bu  yolda 

gördülər. Bu mövzuda Allahdan sonra Peyğəmbərdən yardım istədilər. Ondan sonra da 

heç  bir  həddi  aşmayaraq,  təfriqəyə  sapmadan  ondan  elm  nəql  edən  və  güvənilir, 

ispatlanmış  ravilərin  rəvayətlərindən  faydalandılar.  Bu  üzdən  Uca  Allahın  bu  gözəl 

İsim və Sifətlər mövzusunda ən üstün yol Sələfi Salihin yoludur. Bu yol nə Filosofların 

irəli  sürdükləri  görüşlərə,  nə  də  Kəlamçıların  anlaşılmaz  söz  və  düşüncələrinə 

dayanmır.  Allahın  İsimələri  mövzusunda  Sələfi  yolu  şişirtməkdən  uzaq,  mötədil  və 

orta bir yoldur.  

                                                

143


 İmam Əhməd «Musnəd» 1/391, Həkim «əl-Müstədrək» 1/509, İbn Hibban. 

144


 Favaid 1/166.  


 

50 


Ümmətin  Sələfləri  -  Ərəb  yarmadasından  çıxan  məcusilər,  zındıqlar,  fəlsəfəçilər, 

kəlam  əhli,  tayfa  və  millətlərlə  qarşılaşdılar.  Onlarla  olan  savaş  yalnız  qılıc  savaşı 

deyil,  qılınc  savaşı  ilə  bərabər  olan  qələm,  elm,  Quran  və  əqidə  savaşıdır  ki, 

müsəlmanlar  məcusi,  zındıq,  dinsizlik  dəvətçilərinə  qalib  gəlmişlər.  Onların 

şübhələrini dəf etmək, sorularına cavab vermək üçün elm adamları bu mövzuda dəyərli 

kitablar  yazmış,  İsimlərin  mənalarını  açıqlamış  və  bu  İsimlərdən  çıxan  hikmətlər  ilə 

faydaları  insanlara  bildirmişlər.  Şübhəsiz  ki,  Uca  Allahı  İsimləri  və  Sifətləri  ilə 

tanımaq, ən uca qayə və ən şərəfli dəyərdir. Çünki bu İsimlər Rəsulullah – sallallahu 



aleyhi  və  səlləm  –  in:  «Kim  bu  İsimləri  sayarsa  Cənnətə  girər»  buyurması  səbəbilə 

Cənnətə girmənin yoludur. Bu İsim və Sifətlərin bəzisi Quranda, bəzisi də Rəsulullah – 



sallallahu  aleyhi  və  səlləm  –  in  hədislərndə  gəlmişdir.  Quran  və  Səhih  hədislərdə 

göstərilən  Allahın  İsim  və  Sifətlərinə  inanmaq,  mənalarını  bilməsək  də  vacibdir.  Bu 

qaynaqlarda göstərilməyən  və insanların üzərində  ixtilaf etdikləri İsim  və Sifətləri isə 

haqqı  ilə  ortaya  çıxmadıqca  nə  qəbul  edirik,  nə  də  inkar.  Bu  mövzuda  nə  irəli,  nə  də 

geri gedirik. Əqidə ilə əlaqəli məsələlərdə qiyas və ictihad etməyi qəbul etmərik. Ağıl 

sadəcə  fiqhi  məsələlərdə  hökmləri  aydınlaşdırmaq  üçün  Quran  və  hədislər  işığında 

işlədilir.  Əqidə  və  etiqadla  bağlı  mövzularda  yəqinlik  lazımdır,  bu  yerdə  zən  və 

ictihadlara  yer  yoxdur.  Kaş  ki,  fiqhi  məsələlərdə  fətva  verməkdən  və  ya  ictihad 

etməkdən  çəkinən,  bir  Muctəhidə  tabe  olmağı  və  ya  hər  hansı  bir  alimi  təqlid  etməyi 

özünə  zəruri  bilən  bir  kimsə  eynilə  Etiqadi  və  iman  məsələlərində  də  bunu  tətbiq 

etsəydi  özü  üçün  daha  xeyirli  olardı.  Çox  qəribədi  o,  kimsənin  halı  fiqhi  məsələlərdə 

İmam Əbu Hənifə – rahmətullahi aleyhi – belə deyir, İmam Şafii – rahmətullahi aleyhi 



–  belə  deyir  və  s.  Lakin  Etiqadi  (əqidə)  məsələlərində  isə  heç  də  İmam  Əbu  Hənifə, 

İmam Şafii – rahmətullahi aleyhi – dediklərini demirlər? Halbuki əqidə məsələlərində 

elimsiz fətva vermək fiqhi məsələlərdən daha təhlükəlidir.  

İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: “Allaha verilən İsim və Sifətlər tam 

olaraq  Toqifidir  (Allah  və  Rəsulunun  bildirməsi  ilə  bilinir)”

145


.  Səid  əl-Qahtani  – 

hafizahullah  -  deyir  ki:  “Uca  və  Böyük  olan  Allahın  İsimlərinin  müzakirə  ediləsi  və 

ağılla  onları  təyin  etmək  olmaz.  Ona  görə  də  hər  bir  müsəlman  Quran  və  Sünnədə 

gələn  Allahın  İsimlərilə  kifayətlənməli,  Allahın  İsimlərinə  heç  bir  şey  əlavə  etməməli 

və əskiltməməlidir. İnsan ağlı müstəqil olaraq Allaha hansı İsimlərin layiq olduğunu və 

ya  layiq  olmadığını  təyin  edə  bilməz.  Bütün  bunları  da  yalnız  Quran  və  Sünnədən 

bilmək  olar.  (Ey  insan!)  Bilmədiyin  bir  şeyin  ardınca  getmə  (bacarmadığın  bir  işi 



görmə,  bilmədiyin  bir  sözü  də  demə).  Çünki  qular,  göz  və  ürək–bunların  hamısı 

(sahibinin  etdiyi  əməl,  dediyi  söz  barəsində)  sorğu-sual  olunacaqdır”.  (əl-İsra  36). 

“De: “Rəbbim yalnız aşkar və gizli alçaq işləri (zana etmək, lüt gəzmək və s.), hər cür 

günahı,  haqsız  zülmü,  Allahın  haqqında  heç  bir  dəlil  nazil  etmədiyi  hər  hansı  bir 

şeyi  Ona  şərik  qoşmağınızı  və  Allaha  qarşı  bilmədiyiniz  şeyləri  deməyinizi  haram 

buyurmuşdur”.  (əl-Əraf  33).  Əgər  bir  kimsə  Allahı  Onun  özü-özünü  adlandırmadığı 

bir  İsimlə  Allahı  adlandırarsa  və  ya  Allahın  özü-özünü  adlandırdığı  bir  İsmi  inkar 

edərsə  belə  bir  kimsə  cinayət  etmiş  və  Allahın  haqqına  qəsd  etmişdir.  Buna  görə  də 

müsəlman bu məsələdə diqqətli olmalı, Quran və Sünnədə gələn ilə kifayətlənməlidir”.  

Allahın İsimləri 2 qismə bölünür. 1) Qəlbə qorxu titrətmə, salan İsimlər. 2) İnsanın 

qəlbinə ümüd, məhəbbət gətirən İsimlər.  

                                                

145


 Favaid 1/162.  


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə