2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə24/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   20   21   22   23   24   25   26   27   ...   231

 

47 


İki Qisimdir: 1) Böyük Tətil 

 Cəhmilər Allahın İsim və Sifətlərini təmamilə inkar 



edirlər.  2)  Kiçik  Tətil 

  Əşarilər,  Mətrudilər  kimi  Allahın  İsim  və  Sifətlərindən 



bəzilərini qəbul edib, bəzilərini isə inkar edirlər.  

3. Təmsil (Muməssil) – Allahın sifətlərini  məxluqatın sifətləri kimi  olduğunu  qeyd 

etmək. Buna həmçinin Təşbih 

 də deyilir. Bənzətmək, bənzər vermək. «Onun bənzəri 



heç  bir  şey  yoxdur.  O,  eşidən  və  görəndir».  (əş-Şura  11).  Allah  bu  ayədə  həm  nəfy, 

həm  də  isbatı  bir  arada  zikr  etmişdir.  Onun  bənzərinin  (misli)  olmasını  nəfy  edərkən, 

Səmi  və  Bəsır  (eşidən  və  görən)  olduğunu  isbat  etmişdir.  Bu  da  bu  cür  düşünənlərin 

fikirlərini alt-üst edir.  



İki  Qisimdir:  1.  Yaradılmışı  Yaradana  (Allaha)  bənzətmək  –  Yəni  Allahın 

sifətlərindən, fellərindən, haqlarından hər hansı birini yaradılmışa da vermək.  

1)  Allahın  sifətlərindən  hər  hansı  birini  yaradılmışa  vermək  –  Peyğəmbər 



 



sallallahu  aleyhi  və  səlləm 



  i  və  ya  ondan  aşağı  səviyyədə  olan  hər  hansı  bir 

yaradılmışı tərif  və övməkdə hədi aşmaq. Necə ki, Abdullah b. Yəhya əl-Buhturini

130


 

tərif  edən  Mutənəbbi

131

.  O,  deyir:  «Ey  bənzəri  olmayan  kimsə,  dilədiyin  kimi  ol!  Və 



necə istəyirsən elə də ol! Sənə bənzər bir kimsə yaradılmamışdır». 

2) Allahın fellərindən hər hansı birini yaradılmışa vermək – Allah ilə bərabər başqa 

bir  yaradıcı  olduğunu  irəli  sürən  kimsənin  Rububiyyət  tövhidində  Allaha  şərik 

qoşması.  

3) Allahın haqlarından hər hansı birini yaradılmışa vermək – Müşriklərin bütlərinin 

ilahlıq haqqı olduğunu irəli sürərək onlara tapınıb ibadət etmələri kimi. 

2.  Yaradanı  yaradılmışa  bənzətmək  –  Yəni  yaradılmışa  aid  olan  bəzi  özəllikləri 

Allahın  zatına  və  sifətlərinə  vermək.  «Allahın  iki  əli  yaratdıqlarının  əlləri  kimidir», 

«Allahın Ərşə İstiva etməsi yaratdıqlarının öz taxtlarına oturub qalxmaları kimidir» və 

s.  bənzəri  sözlər  kimi.  İlk  olaraq  bu  sözləri  işlədən  Hişam  b.  əl-Həkəm

132

 olmuşdur. 



İmam  Əbu  Hənifə  –  rahmətullahi  aleyhi  –  yaradanı  yaradılmışa  bənzətməyi  kəsin 

ifadələrlə  qadağan  etmişdir.  O,  deyir:  «Onun  sifətləri  yaratdıqlarının  sifətləri  kimi 

deyildir.  Onun  bilməsi  bizim  bilməyimiz  kimi  deyil.  Qüdrəti  var,  lakin  bizim 

qüdrətimiz kimi deyil. Görür, lakin görməsi bizim görməyimiz kimi deyil. Duyur, lakin 

duyması  bizim  duymağımıza  bənzəməz.  Danışır,  lakin  danışması  bizim  danışığımız 

kimi  deyildir”

133

. «Allahın əli onların əlləri üzərindədir, lakin bu yaratdıqlarının  əlləri 



kimi  deyildir.  O,  əllərin  yaradıcısıdır.  Onun  üzü  yaratdıqlarının  üzü  kimi  deyildir.  O, 

bütün  üzlərin  yaradıcısıdır.  Onun  nəfsi  yaratdıqlarının  nəfsi  kimi  deyildir.  Bütün 

nəfslərin  yaradıcısı  Odur.  «Ona  bənzər  heç  bir  şey  yoxdur.  O,  eşidən  və  görəndir». 

(əş-Şura 11)

134

.  

4.  Təkyif  (Mukəyyif)  –  Allahın  sifətlərinin  mahiyyəti,  keyfiyyəti  haqqında  fikir 

yürütmək.  Sifətlərin  necəliyi  haqqında  suallar  vermək.  Allahın  sifətlərini  bilmək 

lazımdır,  lakin  keyfiyyəti  haqqında  fikir  yürütmək  olmaz.  «Sənə  Quranı  nazil  edən 

odur. Onun bir hissəsi quranın əslini, əsasını təşkil edən möhkəm, digər qismini isə 

                                                

130

 Məşhur şair olub. Əsrində şairlərinin lideri idi. Zəhəbi «Siyer» 13/487, ibn Kəsir «əl-Bidayə vən Nihayə» 11/81. 



131

 Əsrinin  şairi,  ədəbiyyatçı  olub.  Əsl  adı  Əbu  Tayyib  Əhməd  b.  Hüseyn  b.  Həsən  əl-Cufi  əl-Kufi.  Peyğəmbərlik 

iddiasında  olduğu  üçün  Mutənəbbi  ismi  ilə  tanınmışdır.  Bir  çox  şirk  və  batil  olan  şerləri  vardır.  Tövbə  etdiyi  də 

söylənilir. Zəhəbi «Siyer» 16/199,201. 

132

 Kufəli  olan  Hişam  kəlamçılıqla  tanınmış.  Dövründə  İmamiyyənin  rəisi  sayıldığı  kimi  İmamiyyənin  bir  qolu  olan 



Hişamiyyənin qurucusudur. Hicri 190-da ölmüşdür. İmamət haqqında, Allahı cisimləndirrmə və yaratdıqlarına xüsusilə 

də insana bənzətmək kimi bir çox azğınlıqlar etmişdir. Bax: «Məqalətul İslamiyyə» 1/133,134. 

133

 «əl-Fiqhul Əkbər» s. 59,302.  



134

 «əl-Fiqhul Əbsat» s. 52,53. 




 

48 


mütəşabih  (mənaca  bir-birinə  oxşar,  məğzi  bəlli  olmayan)  ayələrdir.  Ürəklərində 

əyrilik  olanlar  fitnə-fəsad  salmaq  və  istədikləri  kimi  məna  vermək  məqsədi  ilə 

mütəşabih  ayələrə  uyarlar.  Halbuki  onların  həqiqi  izahını  Allahdan  başqa  heç  kəs 

bilməz».  Elmdə  qüvvətli  olanlar  isə:  «Biz  onlara  inandıq,  onların  hamısı  Rəbbimiz 

tərəfindəndir»  deyərlər.  «Bunları  ancaq  ağıllı  adamlar  dərk  edər».  (Ali  İmran  7). 

Valid b. Müslüm deyir ki, əl-Əvzai, Sufyan b. Uyeynə, Məlik b. Ənəs 



 rahmətullahi 

aleyhi  -  dən  İsim  və  Sifətlər  haqqında  olan  hədislər  barəsində  soruşdum.  Cavabları: 

«Bunları gəldikləri kimi alın, onlarla əlaqəli keyfiyyət düşünməyin»

135

.  İmam  Zuhri 





 

rahmətullahi  aleyhi 



  deyir:  «Risalə  göndərmək  Allahdan,  təbliğ  etmək  Rəsullardan, 

bizə düşən isə təslimiyyət göstərməkdir»

136


. Əbu Hənifə 



 rahmətullahi aleyhi 



 deyir: 

«Kim qulları tanıdığı kimi Allahı tanıyarsa kafir olar»

137

. İbn əl-Cövzi 





 rahmətullahi 

aleyhi 



  İmam  Əhməd 



  rahmətullahi  aleyhi 



  ın  Musaddəd  əl-Bəsriyyəyə  yazdığı 

məktubu  belə  xatırlayır:  «Allahı  onun  özünü  vəsf  etdiyi  kimi  vəsf  edirik,  Allahın  özü 

haqqında nəfy (inkar) etdiyini siz də nəfy edin»

138

.  


 

ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİM VƏ SİFƏTLƏR) 

 

Quran  və  Sünnədən  bizə  Allahın  99  İsimi  məlumdur.  Əbu  Hureyrə  -  radıyallahu 



anhu  –  rəvayət  edir  ki,  Rəsulullah 



  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  “Allahın 

doxsan doqquz – yüzdən bir əskik İsmi vardır. Kim bu İsimləri sayarsa Cənnətə  daxil 

olar”


139

.  Əsməul  Husnə  haqqında  olan  bu  Muttafiqun  Aleyh  hədisi  burada  sona 

yetməkdədir. İsimləri sadalayan hədis isə Tirmizi - rahmətullahi aleyhi - nin «Sünnən» 

əsərində  verilmişdir.  Lakin  bu  rəvayət  sənədində  hədis  alimləri  tərəfindən  zəif  qəbul 

edilən  Valid  b.  Müslim  vardır  ki,  zəif  qəbul  edilmişdir.  Hər  nə  qədər  Tirmizi  - 

rahmətullahi  aleyhi  -  bu  hədisi  başqa  yollardan  rəvayət  etsə  də  bütün  bu  yollar  hədis 

alimləri tərəfindən zəif qəbul edilmişdir

140

.  


Əbu Hureyrə 



 radıyallahu anhu 



 rəvayət edir ki, Rəsulullah 



 sallallahu aleyhi və 



səlləm - buyurdu: «İman 70 və ya 60 çox şöbələrdən ibarətdir. Ən fəzilətlisi, Allahdan 

başqa ibadətə layiq haqq ilah olmadığını - Lə İləhə İlləllah - söyləmək, ən aşağı şöbəsi 

isə yolda olan maneəni dəf etməkdir. Həya da imanın bir şöbəsidir»

141


. Əbu Hureyrə 

radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah 



 sallallahu aleyhi və səlləm - buyurdu: 

“Allahın  doxsan  doqquz  –  yüzdən  bir  əskik  İsmi  vardır.  Kim  bu  İsimləri  sayarsa 

Cənnətə daxil olar”

142

. Bu kimi hədislərdə say zikr olunub, lakin təfsilatı heç bir səhih 



və  açıq  dəlildə  zikr  olunmayıb.  Bunun  da  sayılması  ictihad  tərəfdəndir.  Bu  kimi 

hədislərdə  nə  kimi  hikmət  vardır?  Say  zikr  olunub  lakin  təfsilatı  verilməyib. 

                                                

135


 İmam Bəğavi «Şərhus Sunnə». 

136


 İmam Bəğavi «Şərhus Sunnə». 

137


 «əl-Əqidətul Təhaviyyə» s. 25.  

138


 «əl-Mənaqib» İmam Əhməd 221. 

139


 Buxari 6410, Müslim 2677.  

140


 Mudric  -  Bu  o,  hədisdir  ki,  ravi  tərəfindən  hədisin  sənədinə  və  ya  mətninə  əlavə  edilir.  Buna  görə  də  deyilir  ki: 

Hədisin İsimlər olan bölümü ravi tərəfindən əlavədir və bu Peyğəmbər – sallallahu aleyhi və səlləm – in sözləri deyildir. 

Çünki Vəlid b. Müslimin - Tirmizi, İbn Hibban, Beyhəqi, Təbərani, İbn Xuzeymə, İbn Nueym – Allah Onlardan Razı 

Olsun - yolu ilə gələn rəvayətlərində İsimlər arasında böyük fərqlər vardır. İbn Teymiyyə - rahmətullahi aleyhi - deyir 

ki: “Artıq elm əhli ittifaq etmişlər ki, hər iki rəvayət – Tirmizi, İbn Məcə - Peyğəmbər – sallallahu aleyhi və səlləm – in 

sözləri deyil, bəzi Sələflərin sözləridir…“. “Raddu Alə Mərisi” səh. 326, “Mədaricus Səlikin” 3/410, İbn Kəsir “Təfsir” 

2/269, “Fəthul Bəri” 11/214-217, “Muhəllə” 8/31. Bax: İsim Və Sifətlər Tövhidi – Kitabına.  

141

 Buxari, Müslim. 



142

 Buxari 6410, Müslim 2677.  




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə