2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə20/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   16   17   18   19   20   21   22   23   ...   231

 

39 


min dinar olduğu halda zahid ola bilərmi? O: «Bəli, ola bilər». O, kimsə: «Ey imam bu 

necə  ola  bilər?»  deyə  soruşdu.  O:  «Artanda  sevinmir,  azalanda  isə  kədərlənmir».  Tək 

olan Allaha ibadət edən insan varlı da ola bilər, şərəflidə ola bilər. Lakin bütün bunları 

əlində  edər.  Bunların  heç  birini  qəlbinə  salmaz.  Çünkü  bütün  bunlar  dünyanın  keçici 

zövqüdür.  Mömin  kimsə  qəlbini  yalnız  Allaha  sevgi,  Peyğəmbərinə  itaətlə  doldurur. 

Bu  qəlb  parçasını  Allahdan  qeyrisinə  yönəltmir.  «Bilin  ki,  dünya  həyatı  oyun-



oyuncaq,  bər-bəzək,  bir-birinizin  qarşısında  öyünmək  və  mal-dövlət,  oğul-uşaq 

çoxaltmaqdan  ibarətdir.  Bu  elə  bir  yağışa  bənzəyir  ki,  onun  yetişdirdiyi  bitki 

əkinçilərin  xoşuna  gəlir.  Sonra  o,  quruyar  və  sən  onun  çör-çöpə  döndüyünü 

görərsən.  Axirətdə  isə  şiddətli  əzab, Allahdan  bağılanma  və  razılıq  gözləyir.  Dünya 

həyatı  aldanışdan,  yalandan  başqa  bir  şey  deyildir».  (əl-Hədid  20).  «Qadınlar, 

uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin 

istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. Lakin bütün bunlar dünya 

həyatının  keçici  zövqüdür,  gözəl  dönüş  yeri  isə  Allah  yanındadır».  (Ali-İmran  14). 

«Dünya  həyatı  isə  aldadıcı  həzzdən,  əyləncədən  başqa  bir  şey  deyildir».  (Ali  İmran 

185). «Dünyanın ləzzəti və faydası azdır, lakin müttəqi üçün axirət daha xeyirlidir». 

(ən-Nisa  77).  «



Dünya  malı  axirət  yanında  yalnız  cüzi  bir  şeydir».  (ət-Tövbə  38). 

Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 

  buyurur:  «Ölünü  qəbr  evinə  kimi  üç  şey 



təqib  edər,  lakin  ikisi  geri  dönər.  Biri  isə  onunla  bərabər  qalar.  Ölünü  ailəsi,  malı  və 

əməli  təqib  edər.  Nəticədə  ailəsi  və  malı  geriyə  dönər.  Əməli  isə  onunla  bərabər 

qalar»

117


. Peyğəmbər 



 sallallahu aleyhi və səlləm 

 buyurur: «Kimin dərdi axirət dərdi 



olarsa  Allah  varlığı  onun  qəlbində  edər.  İşlərini  düzüb  qoşar,  dünya  istəmədiyi  halda 

ona  gələr.  Əgər  kimin  dərdi  dünya  dərdi  olarsa  Allah  kasıblığı  onun  qarşısında  edər. 

Allah  onun  işlərini  dağıdar.  Ona  dünyadan  yazılandan  başqası  verilməz»

118


.  Sələflər 

axirət  üçün  yaşayardılar  və  axirət  üçün  çalışardılar.  Allah  da  onlara  dünyanı 

istəmədikləri halda verərdi.  

Bütün  bu  qulluqlardan  qurtaran  kimdir.  Tək  olan,  şəriki  olmayan  Allaha  ibadət 

edənlərdir. Bütün dərdləri toplaşaraq bir dərdi olandan gözəl yaşayışı olan ola bilərmi. 

Onun  dərdi  bir  dənədir.  O,  da  Uca  və  Böyük  olan  Allahın  razılığını  qazanmaqdır. 

Həqiqi azadlıq da elə budur. Azadlıq başqa şeylə ola bilməz. Əgər Allaha qul deyilsə o, 

kimsə  heç  vaxt  azad  ola  bilməz.  Ya  şeytanın  qulu  olacaqdır,  ya  da  kiminsə?  Həqiqi 

qulluq, azadlıq isə tək olan, Qahhar olan Allaha qul olmaqdır.  

Görürsən  ki,  bəzi  insanlar  da  əcəldən,  ruzinin  azalmasından,  çətinliklərdən, 

xəstəliklərdən  qorxurlar.  Qəlbi  tək  olan  Allaha  bağlı  mömin  isə  bu  kimi  şeylərdən 

qorxmur.  İmanı  zəif  olan  isə  elə  zən  edir  ki,  artıq  maaşı  kəsilərsə  özü  və  övladları  da 

öləcəkdir.  «Kasıblıq  üzündən  uşaqlarınızı  öldürməyin.  Sizin  də,  onların  da  ruzisini 

biz verəcəyik». (əl-Ənam 152). Elə zənn edir ki, filan ticarətdə uduzdusa gələcək həyatı 

dağılacaqdır.  Bəziləri  də  İslamı  qəbul  etməkdən  qorxurlar.  Deyirlər  ki,  biz  bu  haqq 

olan kəliməni - Lə İləhə İlləllahı - desək bizə əzab-əziyyət veriləcəkdir. Bizə cürbəcür 

adlar  veriləcəkdir.  Allaha  iman  gətirən  kimsə  isə  bilir  ki,  onun  həyatı  da,  ruzisi  də, 

əcəli  də  Allahın  əlindədir.  Mömin  Rəbbinə  inanır.  Çünki  əqidəsi  güclüdür.  Çünki  bu 

əqidə möhkəm bir əsas üzərində qurulmuşdur. «Allahın risalətini təbliğ edənlər ondan 



qorxar,  Allahdan  başqa  heç  kəsdən  qorxmazlar.  Allahın  çəkdiyi  haqq-hesab 

kifayyətdir». (əl-Əhzab 39).  

                                                

117

 Müslim 2960. 



118

 Tirmizi, əl-Albani səhih. 




 

40 


Sən  mömini  dini  ilə  İzzət  tapdığını  görürsən.  Sələflər  –  dualarında  deyərdilər  ki, 

Allahım!  Məni  itaətimlə  izzətləndir  və  günahlarla  alçaltma.  «Hər  kəs  izzət,  qüdrət, 



şərəf-şan istəsə bütün bunlar Allaha məxsusdur



». (Fatir 10). «Halbuki şərəf-şan, 



izzət,  qüdrət  yalnız  Allaha,  Peyğəmbərinə  və  möminlərə  məxsusdur».  (əl-Munafiqun 

8).  Bu  mömin  məğrur  kafirə  baxır  və  onlarda  olan  imkana,  vara-dövlətə,  səltənətə, 

elmə  yuxarıdan  baxır.  Baxmayaraq  ki,  insanların  çoxları  bununla  aldanırlar.  Çünkü 

onlar  kafirdilər.  Onlar  Cəhənnəmin  odunudurlar.  Onlar  heyvan  kimidirlər  və  bəlkə  də 

ondan  da  aşağıdırlar.  «Biz  cinlərdən  və  insanlardan  bir  çoxunu  Cəhənnəm  üçün 



yaratdıq.  Onların  qəlbləri  vardır,  lakin  onunla  anlamazlar.  Onların  gözləri  vardır, 

lakin  onunla  görməzlər.  Onların  qulaqları  vardır,  lakin  onunla  eşitməzlər.  Onlar 

heyvan  kimidirlər,  bəlkə  də  (ondan) daha  çox  zəlalətdədirlər.  Qafil  olanlar  da  məhz 

onlardır».  (əl-Əraf  179).  «(Ya  Muhəmməd!)  Qoy  kafirlər  hələ  yeyib-içsinlər, 

(düyadan)  ləzzət  alsınlar,  arzuları-ümüdləri  başlarını  qatsın.  (Düçar  olacaqları 

müsibəti) sonra biləcəklər». (əl-Hicr 3).  

Mömin qul haqq üzərində sücaətlə yeriyir. Bu sücaət də yalnız və yalnız Tövhiddən 

irəli gəlir. Onlardan biri kafirlərin qarşısında öz dini ilə İzzətlənərək deyir ki: “Allah 



 



subhənəhu  və  təalə 

  bizi  gətirib  ki,  öz  istəyi  ilə  insanları  –  insanların  qulluğundan 



Allahın  qulluğuna  çıxardaq.  Dünyanın  sıxıntısından  –  dünya  və  axirətin  genişliyinə 

çıxardaq. Bütün dinləri zülmətdən İslamın adilliyinə çıxardaq”.  



Tövhidin Cəmiyyətə (Ümmətə) Olan Təsiri 

 Tövhidin  təsiri  həmçinin  də  fərdlərə 



deyil  bunları  da  aşaraq  cəmiyyətə,  insanlara  da  böyük  təsiri  vardır.  Tövhidin 

ümmətlərə  olan  təsirindən  ümmətin  müstəqil  olmasıdır.  Ümmətin  müstəqilliyi  yalnız 

onun  əqidəsində,  tövhiddə  müstəqilliyinə  bağlıdır.  Ümmət  yalnız  öz  əqidəsi  ilə 

müstəqil  ola  bilər.  Bundan  qeyrisi  ilə  müstəqil  ola  bilməz.  Əgər  ümmət  tövhidə, 

əqidəyə  bağlanmasa  o,  ümmət  tabeçilik  həyatı  sürər.  Bu  da  artıq  tarixdə  baş  verən 

hadisələr  gözümüzün  qabağında  günəş  kimidir.  Ərəblər  Rumlulara  tabe  idilər.  Öz 

aralarında baş verən işlərdə hökm vermək üçün onlara müraciət edərdilər. Onlar da bu 

məsələ ilə bağlı hökmlərini verərdilər. Nə vaxt ki, Allah Tövhid əqidəsini, Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 

  i  göndərdi  və  İslam  dövləti  Mədinədə  böyüdü  və 



müstəqilliyi yarandı artıq bütün ölkələrdən müstəqil oldular. Onlar hətta Əhli Kitabdan 

da,  böyük  miras  sahibləri  sayılan  Yəhudilərdən  də,  Xristianlardan  da,  cəhalətdən  də, 

bütpərəstlikdən  də  azad  oldular.  Bütün  yer  əhlindən  müstəqil  oldular.  Bu  ümmətin 

müstəqilliyi  yalnız  bu  əqidənin  müxtəlif  vasitələrlə  əkilməsindəndir.  Çünki  bu  əqidə 

balacanı  da,  böyüyü  də,  yaşlı  və  cavanı  da,  qadın  və  kişini  də  yaşından  və  cinsindən 

aslı olmayaraq Allaha qul edir. Onlar əmin-amanlıqda olurlar. Çünki bu əmin-amanlıq 

fərdi şəxslərdən keçərək ümmətin əmin-amanlığına çevrilir.  

Qureyş  qorxu  içərisində  bir  həyat  sürürdü.  Nə  vaxt  ki,  Yəmən  hökmüdarı  Əbrəhə 

Kəbəni dağıtmağa gəlirdi. Qureyş dağlara qaçdı. Bütpərəstliyin heç bir köməyi olmadı. 

Düşmənlərə  yol  açıldı.  Əqidəsiz  insanlar  düşmənə  özləri  yol  açdılar  ki,  düşmən  gəlib 

girsin. Kəbəni qurtaran kim oldu – Allah

119


. Bu böyük hadisə Peyğəmbər 



 sallallahu 



aleyhi  və  səlləm 

  in  gəlişi  üçün  bir  hazırlıq  idi.  Beləliklə  qureyş  əmin-amanlıq 



diyarına  çevrildi.  Çünki  bundan  əvvəl  qureyş  müxtəlif  tayfaların,  ölkələrin 

hücumlarına məruz qalır və qarət olunurdu. Bu hadisədən sonra onlar dedilər ki, əgər 

bu  böyüklükdə  qoşun  məhv  oldusa  deməli  bu  evin  müqəddəsliyi  vardır.  Həmçinin  də 

                                                

119

 Bu  haqda  daha  geniş  Fil  surəsindən  və  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  in  həyatı  ilə  bağlı  kitablardan 



oxuya bilərsiniz.  


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə