2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə18/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   14   15   16   17   18   19   20   21   ...   231

 

35 


kəlimədir. Ağacın kökləri yerdə möhkəm olduğu kimi iman ağacı da möminin qəlbində 

möhkəm  yer  tutmuşdur.  Bu  ağac  göyə  yüksəlir,  Lə  İləhə  İlləllah  kəliməsinin  sahibi 

bununla izzətlənir, izzət duyur. Həmçinin bu kəlimənin bu ağaca bənzədilməsi bizə iki 

mühüm şeyi bəyan edir.  

1.  Bu  əkilmiş  ağacdır.  Bu  ağacı  vaxtlı-vaxtında  suvarmaq,  belləmək  və  qulluq 

etmək  lazımdır.  Həmçinin  Lə  İləhə  İlləllah  kəliməsini  də  vaxtlı-vaxtında  suvarmaq 

lazımdır. Bu kəlimənin suvarılması  isə  elm, saleh əməl  və  Allaha yaxınlaşmaqla  olur. 

Bu kəlimənin daima mömin tərəfindən qorunmağa, xidmət edilməyə ehtiyacı vardır.  

2.  Bu  ağac  əkildikdən,  xidmət  edildikdən  sonra  bu  ağacın  ətrafında  ağaca  ziyan 

vuran  alaq  otlardan  təmizləmək  lazımdır.  Həmçinin  də  möminin  qəlbində  olan  o,  Lə 



İləhə  İlləllah  ağacının  ətrafında  da  qəribə  bitkilər  bitir.  Şirk,  riya,  küfr,  bidət  və  s. 

Buna  görə  də  mömin  qəlbində  olan  bu  ağacla  daima  maraqlanmalıdır.  Hətta  qəlbində 

olan  Lə  İləhə  İlləllah  ağacı  salamat  qalsın.  Tövhidi  salamat  qalsın.  Hətta  ona  etiqad 

edənlərdən, ona inananlardan və ona heç bir şeyi şərik qoşmayanlardan olsun.  

 

TÖVHİDİN ALƏMLƏRƏ TƏSİRİ 

 

Tövhidin Təsiri Üç Qismə Bölünür:  



1.  Tövhidin  Fərdlərə,  Şəxslərə  Olan  Təsiri.  2.  Tövhidin  Cəmiyyətə,  Ümmətə  Olan 

Təsiri3. Tövhidin Axirətdə Olan Təsiri

Tövhidin  Fərdlərə  Olan  Təsiri 

  Ən  böyük  təsiri  qəlb  rahatlığı,  nəfsin 



salamatçılığıdır. Ruhun qidasıdır. İbn Qeyyim 



 rahmatullahi aleyhi 

 deyir ki, insanın 



həqiqəti, mahiyyəti onun qəlbi və ruhudur. Bunların da salamat olması, düzgün olması 

yalnız  Rəbbinin  tövhidi  ilə  və  Ona  olan  ibadəti  ilə  Ondan  qorxması  və  Rəbbini  bütün 

işlərdə  umması  ilədir.  İnsanın  ən  böyük  ləzzəti,  ən  böyük  səadəti  və  neməti  də  elə 

bundadır. Kainatda elə bir şey yoxdur ki, insanın qəlbi onunla rahatlıq tapsın Allahdan 

başqa.  Allaha  iman  gətirmək,  Onu  sevmək,  Ona  ibadət  etmək,  Allahı  ucaltmaq,  Onu 

zikr  etmək  bu  kimi  şeylər  insanın  qidasıdır,  onun  gücüdür.  Bunların  da  hər  birinə 

Quran, Sünnə və fitrət dəlalət etmiş və şahidlik göstərmişdir.  

Amr  b.  əl-Ass 



  radıyallahu  anhu  - rəvayət  edir  ki,  Rəsulullah 



  sallallahu  aleyhi 



və  səlləm  -  buyurdu:  «Sizin  qəlbinizdə  olan  iman  köhnəlir  necə  ki,  paltar  köhnəldiyi 

kimi.  Buna  görə  də  Allahdan  o,  qəlbinizdə  olan  imanın  təzələnməsini  istəyin»

104



İmanın  zəifləməsi  insanda  qəlb  sıxıntısı  yaradır.  İnsan  necə  bu  qəlb  sıxıntısından 



qurtara bilər. Yalnız Allaha bağlanmaqla. İbn Abbas 



 radıyallahu anhu - rəvayət edir 

ki, Rəsulullah 



 sallallahu aleyhi və səlləm - buyurdu: «Allahı Rəbb olaraq, İslamı da 

din  olaraq  və  Muhəmmədi  Rəsul  olaraq  qəbul  edən  kimsə  imanın  şirinliyini,  tamını 

tapar»


105

.  


İmanın tamını, şirinliyini, dünyanın ləzzətləri və şəhvəti ilə tapmaq olarmı. Əlbəttə 

ki,  yox!  İnsan  imanın  ləzzətini  yalnız  bununla  tapa  bilər.  Qeyrisi  ilə  yox.  Ənəs  – 



radıyallahu anhu 

 rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: 



«Üç  şey  var  ki,  sizlərdən  kimdə  olarsa  o,  imanın  şirinliyini  tapar.  Allah  və  Rəsulunu 

hər  şeydən  çox  sevmək,  Allah  rizası  üçün  bir-birinizi  sevmək  (sevdiyini  ylnız  Allah 

üçün sevən), Allahın küfrdən xilas etdiyi və sonra küfrə qayıtmaqdan oda atılmış kimi 

                                                

104

 əl-Albani «Həsən».  



105

 Müslim 34. 




 

36 


qorxan  (şəxs)»

106


.  Bütün  bu  işlərin  üçü  də  sevgi  və  məhəbbətlə  bağlıdır.  Bu  yalnız 

tövhid kəliməsini həqiqi surətdə həyata keçirməklə əmələ gəlir.  

Sələflər  görərdilər  ki,  dünya  öz  əhli  içərisində,  şəhvətləri  içərisində  dalğalanır. 

Kimisi  öz  vəzifəsinə,  kimisi  də  öz  şəhvətlərinə  qapanıb.  Kimisi  şərəf,  şan-şöhrət 

axtarır.  Hamı  nə  isə  axtarır.  Lakin  möminin  qəlbi,  nəfsi  tək  olan  Allah  ilə  bağlıdır. 

Allaha  bağlanır  və  buna  görə  də  qəlb  rahatlığı  tapır.  Fudeyl  b.  İyad 



  rahmatullahi 

aleyhi 

 deyir ki: «Günəş batdıqda mən bu zülmət, qaranlıqla sevinirəm. Rəbbimlə tək 



qaldığıma  görə.  Günəş  doğduqda  isə  mən  kədərlənirəm.  İnsanların  mənim  yanıma 

daxil olduqlarına görə. Çünkü onlar bu ləzzəti təklikdə tapırlar. Ləzzəti insanlarla yox, 

Allah  ilə  danışmaqda,  tək  qalmaqda  tapırlar».  Sələflər  deyərdilər:  «Gecə  əhli,  gecəni 

ibadətdə  keçirənlər,  gecəni  əyləncədə  keçirənlərdən  onların  keçirdikləri  daha 

ləzzətlidir.  Əgər  gecə  olmasaydı  biz  bu  dünyada  qalmaq  istəməzdik».  Aişə  

radıyallahu anhə 



 rəvayət edir ki, Peyğəmbər 



 sallallahu aleyhi və səlləm 

 buyurdu: 



«Sübh  namazının  iki  rükət  (sünnəti)  dünya  və  onun  içindəkilərdən  xeyirlidir. 

Həqiqətən  mən  onları bu dünyadan  da çox sevirəm»

107

. Gecənin ortasında  Allah üçün 



etdiyin  bu  ibadət  sənin  qəlbində  iman  əkir,  ləzzəti,  səadəti  əkir.  Bu  elə  bir  ləzzət  və 

səadətdir  ki,  başqa  miliyonlarla  əldə  olunmaz.  Nə  mülk,  nə  şərəf  bu  sevinci  əldə  edə 

bilməz.  Tövhid  insanı  Allahdan  başqasına  qulluqdan  xilas  edir.  Həqiqi  qulluq  da  elə 

budur. Həqiqi qulluq insanın Allaha qul olmasıdır.  

Görürsən ki, bəzi insanlar Allahdan qeyrisinə bağlanırlar. Allahdan qeyrisinə qəlbən 

bağlandıqlarına  görə  o,  bağlandıqları  şeyin  qulu  olurlar.  Nəyə  görə?  Çünki  o,  insanın 

qəlbi yoxdur. Hər gün onun bir İlahı vardır. Allahı buraxaraq o, ilahlara ibadət edir. Bu 

gün bir pirə, səhəri isə başqa pirlərə gedirlər. Bəziləri qəbirlərə, övliyalara, seyyidlərə, 

ağaclara,  daşlara  bəziləri  də  fal  oxlarına,  bürclərə  (inanaraq)  bağlanırlar.  Onların 

qəlbləri  Allahdan  qeyrisinə  bağlandıqlarına  görə  onun  qulu  olurlar.  Çünkü  bağlandığı 

şeyi  bütün  işlərində  və  ehtiyaclarında  umur.  Ondan  qorxduqlarına  görə  onun  qulu 

olurlar. «Nəfsini özünə tanrı  edən  və  Allahın  bilərəkdən  yoldan  çıxartdığı,  qulağına 



və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa 

kim  onu  doğru  yola  sala  bilər.  Məgər  düşünüb  ibrət  almırsınız».  (əl-Casiyə  23). 

Qəlbləri  Allahdan  qeyrisinə  bağlandığına  görə,  Tövhidi  həqiqi  surətdə  həyata 

keçirmədiklərinə görə onlarda qorxu yaranır. Baxırsan insanların halına ki, zəiflədikdə 

nə  günə  düşürlər.  Allahdan  qeyrilərindən  qorxurlar.  Kahinlərdən,  falçılardan,  kiminsə 

cəddindən  və  s.  Gecə  və  gündüz  onu  dərd  basır.  Həqiqi  mömin  isə  heç  kəsdən 

qorxmur. Çünki o, bilir ki, zərər və  mənfəət, xəstəlik  və şəfa yalnız  Allahın əlindədir. 



De  ki:  «Elə  isə  bir  söyləyin  görək,  əgər  Allah  mənə  bir  zərər  toxundurmaq  istəsə, 

sizin  Allahdan  qeyri  ibadət  etdikləriniz  onun  zərərini  aradan  qaldıra  bilərlərmi?» 

Yaxud:  «Əgər  Allah  mənə  bir  mərhəmət  əta  etmək  istəsə,  onlar  onun  mərhəmətinə 

mane ola bilərlərmi?» De ki: «Mənə təkcə Allah kifayət edər». (əz-Zumər 38). «Əgər 

Allah sənə bir zərər yetirsə, səni ondan Allahdan başqa heç kəs qurtara bilməz. Əgər 

Allah  sənə  bir  xeyir  diləsə,  heç  kəs  onun  nemətinə  maneçilik  edə  bilməz».  (Yunus 

107).  «De  ki:  «Bir  deyin  görək  əgər  Allah  sizin  qulaqlarnızı  və  gözlərinizi 

əllərinizdən  alsa,  ürəklərinizə  də  möhür  vursa  onları  sizə  Allahdan  başqa  kim 

qaytara  bilər.  Gör  biz  onlara  ayələrimizi  necə  izah  edirik  ki,  onlar  da  necə  üz 

döndərirlər».  (əl-Ənam  46).  Qul  hər  şeyin  Allahdan  gəldiyini  bildiyinə  görə  yalnız 

                                                

106

 Buxari, Müslim. 



107

 Müslim.  




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə