2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə14/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   10   11   12   13   14   15   16   17   ...   231

 

27 


İlah 

 könüllərin sonsuz bir sevgi, sayğı rica və  qorxu ilə Allaha yönəldiyi, tapınaraq 



sığındığı  haqq  ilah  ancaq  Allahdır»

88

.  Hənəfi  məzhəbinin  imamlarından  İbn  Əbil  İzz 



əl-Hənəfi 



  rahmatullahi  aleyhi 

  deyir  ki:  «Bil  ki,  Tövhid  bütün  Peyğəmbərlərin  ilk 



dəvətidir,  yolun  ilk  mənzilidir.  Qulu  Allaha  yaxınlaşdıran  ən  mühüm  amildir.  Buna 

görə də qula ilk fərz olan Allahdan başqa ilah olmadığına şəhadət etməkdir. Tövhid bir 

kimsənin  ilk  olaraq  İslama  girdiyi  və  onunla  son  olaraq  dünyadan  ayrılaraq  axirətə 

köçdüyü  bir  şeydir.  Yolun  əvvəlində  də,  sonunda  da  qula  mütləq  şəkildə  lazım 

olandır»

89

. Şeyx  AbdulƏziz ən-Nəsir ər-Rəşid 





 rahmatullahi aleyhi 

 deyir ki: «İstər 



Peyğəmbr 



 sallallahu aleyhi və səlləm 

 olsun, istər onun peyğəmbər qardaşları olsun 





  Allahın  salamı onların  üzərinə  olsun 

  insanlara  təbliğ  etdikləri  şeylərin  ən  böyüyü 



və ən ucası: «Allahın birliyinə və heç bir şeyi Ona şərik qoşmadan yalnız Allaha ibadət 

etmək,  Allahı  isim,  sifət  və  felləri  ilə  oxşarsız  və  bənzərsiz  Rəbb  olaraq  tanımağa 

dəvətdən  ibarət  olmuşdur.  Bu  da  bütün  Peyğəmbərlərin  dəvətinin  açarı,  İlahi  dəvətin 

təməli və özüdür»

90

. Şeyx Muhəmməd b. AbdulVəhhab 





 rahmatullahi aleyhi 

 deyir 



ki:  «Allah  elçilər  göndərib,  kitablar  nazil  etməsi  ancaq  Tövhidin  və  Tövhidlə  əlaqəli 

bəyanı  və  təbliği  üçündir:  «Biz  hər  ümmətə  Allaha  ibadət  edin,  Tağutdan  çəkinin 



deyə  Pəyğəmbər  göndərmişdik.  Onların  bir  qismini  Allah  doğru  yola  yönəltmiş,  bir 

qismi isə haqq yolundan azmalı olmuşdur. (Ey müşrüklər) yer üzündə dolaşıb görün 

ki,  (Peyğəmbərləri)  yalançı  hesab  edənlərin  axırı  necə  oldu».  (ən-Nəhl  36).  «Mən 

cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım». (əz-Zariyat 56). Şeyx 

Saleh  əl-Bəlihi 



  rahmatullahi  aleyhi 

  deyir  ki:  «Bilindiyi  kimi  Nəbilərin  və 



Rəsulların  sayı  haqqında:  «Nəbilər  124  mindir,  Rəsullar  da  313  dür»  deyə  bir  xəbər 

varid olmuşdur. Bu Nəbi və Rəsulların hamısı Allahı birləməyə, hər baxımdan Onu bir 

bilib yalnız və yalnız Ona ibadət etməyə çağırmışlar»

91

. Şeyx Muhəmməd əl-Useymin 





 rahmatullahi aleyhi 

 yə: «Qula ilk fərz olan nədir? deyə sual verildikdə o, deyir ki: 



«Bütün  qullara  ilk  fərz  olan  Allahı  tövhid  etmələri  və  bu  Tövhid  ilə  birlikdə 

Muhəmməd - sallallahu aleyhi və səlləm 

 in Allahın elçisi olduğuna şəhadət etməkdir. 



Ancaq  belə  bir  tövhid  ilə,  bu  tövhidə  şəhadət  etmək  şərtilə  əməl  və  ibadətlər  Allahın 

dərgahında qəbul edilir»

92

.  


Məkkə  dövrünün  müşrükləri bilirdilər ki, hər bir şeyi  yoxdan  var edən, ruzi verən, 

öldürən,  dirildən,  tədbir  edən  uca  və  böyük  olan  Allahdır.  «De  ki,  sizə  göylərdən  və 



yerdən ruzi verən kimdir, qulaqlara və gözlərə sahib olan kimdir, ölüdən diri, diridən 

də  ölü  çıxaran  kimdir,  hər  işi  düzüb  qoşan  səhmana  salan  kimdir.  Onlar  Allahdır 

deyəcəklər.  Bəs  onda  Allahdan  qorxmursunuz?  O,  sizin  həqiqi  Rəbbiniz  olan 

Allahdır. Haqdan sonra ancaq azmaq gəlir. Elə isə necə üz döndərir-siniz?». (Yunus 

31-32).  «De  ki,  əgər  bilirsinizsə  bu  yer  və  yer  üzərində  olanlar  kimindir?  Onlar 

mütləq Allahındır. Sən de ki, bəs elə isə düşünmürsüz. De ki, yeddi göyün Rəbbi və 

böyük  əzəmətli  ərşin  sahibi  kimdir?  Müşriklər  «mütləq  Allahındır»  deyə  cavab 

verəcəklər.  Onda  sən  de  ki,  bəs  elə  isə  qorxmursunuz?.  De  ki,  əgər  bilirsinizsə  hər 

şeyin  hökmü  əlində  olan,  himayə  edən,  amma  özünün  himayəyə  ehtiyacı  olmayan 

kimdir?  Onlar  Allahındır  deyə  cavab  verəcəklər.  Bəs  elə  isə  nə  üçün  qaçırsınız?». 

(əl-Muminun 84-89). 

                                                

88

 Fətva 1/135.  



89

 Şərhu Əqidətul Təhaviyyə 1/21-23.  

90

 Tənbihatus Sunniyyə s. 33. 



91

 Əqidətul Muslimin 1/248.  

92

 Məcmuu Fətava 2/22. 




 

28 


Gördüyünüz kimi, bu şeyləri müşriklər də belə rədd etmirdilər. Lakin onlar Lə İləhə 

İlləllah  kəlməsinin  nə  məna  ifadə  etdiyini  başa  düşüb:  «Əcəba  o,  ilahların  hamısını 

bir  ilahmı  edir.  Bu  doğurdan  da,  çox  təəccüblü  bir  şeydir.  Onların  əyanları  çıxıb 

gedərək belə dedilər: Gedin öz ilahlarınıza (ibadətdə) möhkəm olun». (Sad 5-6). 

Müşriklər, hətta cahillər də bu sözün  həqiqi  mənasını bilirdilər. Özünün  müsəlman 

olduğunu  irəli  sürən,  müşriklərin,  cahillərin  bu  kəlməni  ondan  daha  yaxşı  başa 

düşdüklərini  bildikdən  sonra  özünə  müsəlman  deyən  insana  heyrət  edilir.  Hətta  bu 

insan etiqad etmədən sadəcə bu sözü hərflərlə tələffüz etməklə işin bitdiyini zənn edir. 

Lə  İləhə  İlləllahin  mənasını  müşriklərin  və  cahillərin  ondan  daha  yaxşı  bildiyi 

kimsədə xeyir yoxdur. 

Kimisi  də  bu  kəlmədə  məqsəd  yalnız  Rububiyyət  tövhidi  olduğunu,  yəni  Allahdan 

başqa yaradıcı, ruzi verən olmadığına inanmaq olduğunu zənn edirlər.  

Lakin  bu  belə  deyil,  Tövhid  həm  qəlb,  həm  dil,  həm  də  əməl  ilə  olması 

qaçınılmazdır. Əgər bir kimsə Tövhidi bilməklə əməl etməzsə, o kimsə Firon, İblis və 

s.  bənzəri  kimi  bir  kafirdir.  Çünkü  qəlbin  Tövhidinin  arxasından  söz  və  əməl  ilə 

Tövhid  gəlir. Əgər bir kimsə qəlbi ilə Tövhid edərsə, lakin Allaha söz və əməlləri ilə 

Tövhid  etməyəcək  olursa,  bu  kişi  haqqı  kəsin  olaraq  bilməklə  batil  üzərinə  israr  və 

inadkarlıq  edən  kimsədir.  «Möcüzələrimizin  həqiqiliyinə  daxilən  əmin  olduqları 



halda,  haqsız  yerə  və  təkəbbürlük  üzündən  onları  inkar  etdilər.  Bir  gör  fitnə-fəsad 

törədənlərin  axırı  necə  oldu?».  (ən-Nəml  14).  Musa  da  ona:  «Sən  bunların  məhz 

göylərin və yerin Rəbbi tərəfindən açıq-aşkar möcüzə olaraq endirildiyini, sözsüz ki, 

bilirsən. Mən isə, ey Firon, səni artıq məhv olmuş zənn edirəm». (əl-İsra 102). 

Onlara  görə  ilah  istər  rəsul,  cin,  övliya,  seyyid,  ağac,  daş,  qəbir  və  s.  olsun,  şəfa, 

övlad diləmək, ruzi istəmək və s. məqsədlər üçün yönəldilmiş şeydir. 

Bəziləri  hətta  İnstituta  girmək,  öz  övladlarını  evləndirmək  üçün  və  s.  boş-boş  və 

faydasız  şeylərlə  müraciət  edirlər.  Baxın:  Allah  bizi  Qurani-Kərimdə  daima  bu 

kəlməyə  tərəf  gəlməyimizi,  ona  sarılmağımızı  və  bu  ayələrdə  ağıl,  hikmət  sahibləri 

üçün  ibrətlər,  faydalar  olduğunu  buyurur:  Bu Tövhidin  təməl  qaydalarındandır.  Onun 

bənzəri heç bir şey yoxdur: «Ona bənzər heç bir şey yoxdur». (əş-Şura 11) deyə etiqad 

edilir.  

O,  yaratdıqlarından  heç  birinə  bənzəməz.  Yaratdıqlarından  da  heç  biri  ona  nə 

zatında,  nə  felində,  nə  ismində,  nə  sifətində,  nə  də  hüququnda  bənzəməz.  Heç  bir  şey 

ona  güc  çatdırıb  onu  aciz  buraxmaz.  O,  dilədiyi  hər  şeyi  etməyə  qadirdir.  «Bir  şeyi 



istədiyi  zaman  Allahın  buyurduğu  ona  ancaq:  «OL!»  deməkdir.  O  da  dərhal  olar». 

(Yasin 82).  

Heç  bir  şey  ona  zor  gələ  bilməz.  Heç  bir  şey  də  onu  gücündən  qoya  bilməz. 



«Göylərdə və yerdə Allahı aciz edə biləcək heç bir şey yoxdur». (Fatir 44).  

Bu  onun  qüdrətinin  kamilliyindəndir.  Nəyi  dilərsə,  o,  olmuşdur,  nəyi  də 

diləməmişsə,  o,  olmamışdır.  Bu  da  onun  Rububiyyətinin  kamil-liyindəndir.  Ondan 

başqa ilah yoxdur kəlməsi - Tövhid budur. Bütün Rəsulların çağırışı da budur. «Biz hər 



ümmətə  Allaha  ibadət  edin,  Tağutdan  çəkinin  deyə  Pəyğəmbər  göndərmişdik. 

Onların bir qismini Allah doğru yola yönəltmiş, bir qismi isə haqq yolundan azmalı 

olmuşdur.  (Ey  müşrüklər)  yer  üzündə  dolaşıb  görün  ki,  (Peyğəmbərləri)  yalançı 

hesab edənlərin axırı necə oldu». (ən-Nəhl 36). 

Allahdan  başqa  ibadət  olunmağa  layiq  heç  bir  haqq  ilah  yoxdur  deməkdir.  Çünkü 

yaradan, ruzi verən, hər şeyə malik də odur. Ondan başqa ibadət edilənlərə isə ancaq və 



Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə