2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə13/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   9   10   11   12   13   14   15   16   ...   231

 

25 


birdir.  Bu  sayılanların  heç  birində  ortağı  (şəriki

73

)  yoxdur.  Həmçinin  yaratmaqda  da, 



əmr etməkdə də, öldürməkdə də, diriltməkdə də, ruzi verməkdə də, xəstəlik göndərən 

və  şəfa  verməkdə  də  ortağı  (şəriki)  yoxdur.  «Həqiqətən  Rəbbiniz  göyləri  və  yeri  altı 



gündə  xəlq  edən,  sonra  ərşə  yüksələn,  sürətlə  təqib  edən,  gündüzü  gecə  ilə  örtüb 

bürüyən,  günəşi,  ayı  və  ulduzları  əmrinə  tabe  edərək  yaradan  Allahdır.  Bilin  ki, 

yaratmaq  da,  əmr  etmək  də  ona  məxsusdur.  Aləmlərin  Rəbbi  olan  Allah  nə  qədər 

uca və böyükdür». (əl-Əraf 54). «Ey insanlar! Allahın sizə olan nemətini yada salın. 

Allahdan  başqa  sizə  göylərdən  və  yerdən  ruzi  verən  bir  xaliq  varmı?  Ondan  başqa 

heç bir ilah yoxdur. Elə isə necə döndərilirsiniz?». (Fatir 3).  

Tövhid 

  sözünün  mənası  bir  şeyi  bir  etmək,  birləmək  deməkdir.  Tövhidi  Əfkar 



 

etməliyik  deyildiyi  zaman,  fikirlərin  bir  və  tək  qılınması,  hər  başdan  çıxan  ayrı-ayrı 



səslərin,  fikirlərin  bir  nöqtədə  birləşdirilməsi  istənmiş  olur.  Lakin  bir  şeyi  bir  və  tək 

qılmaq  bu  ancaq  nəfy  və  isbatla  olur

74

.  İbn  Mənzur 





  rahmatullahi  aleyhi 

  deyir  ki: 



«Tövhid  -  Allahın  hər  baxımdan  bir  və  tək  olduğuna,  heç  bir  ortağı  olmadığına 

inanmaqdır.  Allah  Vahid  və  Əhəddir.  Vəhdəniyyət  və  təvahhud  sahibidir.  «Allah 



Vahiddir» – demək, «Allah heç bir bənzəri və ortağı olmayan bir Zatdır, tək və birdir» 

deməkdir


75

.  əl  Bəycuri 



  rahmatullahi  aleyhi 

  deyir  ki:  «Lüğət  etibarıyla  Tövhid 



kəliməsinin  mənası  bir  şeyin  bir  və  tək  olduğunu  bilməkdir»

76

.  Şeyx  AbdurRahman 



Qasım 



  rahmatullahi  aleyhi 

  deyir  ki:  «Tövhid  kəliməsi  Vahəddəhu,  Yuvəhhiduhu 



tövhidin məsdəri olan bir kəlimədir ki, Onu bir və tək qıldı mənasına gəlir. Həmçinin 

də  Onun  bir  və  tək  olduğunu  söylədi  mənasını  alır»

77

.  Şeyx  AbdulAziz  b.  Baz 





 

rahmatullahi  aleyhi 

  deyir  ki:  «Tövhid  –  Vahhadə,  Yuvahhidu  -  nun  məsdəridir. 



Allahın  bir  və  tək  olduğunu  qəbul  etdi,  Allahın  Uluhiyyət  və  Rububiyyət,  İsim  və 

Sifətlərində bənzərsiz və ortağsız olduğuna, ibadətin yalnız Allaha olacağına iman etdi, 

kimsə  Onu  tövhid  etməsə  belə,  Onun  zatında  və  hər  baxımdan  Bir,  Uca  və  Ulu 

olduğuna  etiqad  etdi  mənasını  verir»

78

.  Şeyx  Muhəmməd  əl-Useymin 





  rahmatullahi 

aleyhi 

 deyir ki: «Tövhid 



 Vahhadə - nin məsdəridir. Tövhid etdi deyildiyi zaman bir 

şeyin birləndiyi başa düşülür. Ancaq bu isbat və nəfy olmadan olmaz»

79

.  



Termin olaraq Tövhid 

 yalnızca uca və böyük olan Allaha ibadət etmək deməkdir. 



Yəni  ona  heç  bir  şeyi  ortaq  (şərik)  qoşmayaraq  nə  bir  rəsul,  nə  bir  peyğəmbər,  nə  bir 

mələk, nə bir cinn, nə bir hakim, nə bir övliya, nə bir seyyid, nə bir daş, ağac, dəmir, nə 

də yaradılmışlardan hər hansı bir şeyi ona – Allaha ortaq (şərik) qoşmayaraq bir və tək 

olaraq  ona  ibadət  etmək  deməkdir.  Sevərək,  təzim  edərək,  mükafatını  umaraq, 

cəzasından  qorxaraq  yalnızca  Allaha  qulluq  etmək,  ibadətə  sadəcə  onu  layiq 

görməkdir.  İsbəhani 



  rahmatullahi  aleyhi 

  deyir  ki:  «Bəzi  alimlərimiz  Tövhid 



 

Vahiddən  təşbihi  rədd  etməkdir»  deyə  açıqlamışlar.  Bəziləri  də:  «Tövhid 



  Birlənən 

Vahiddən və Onun sifətlərindən təşbihi nəfy etməkdir» demişlər. Bəziləri də: «Mütləq 

bir  və  tək  olduğuna  inanılan  Zatın  heç  bir  ortağı  və  bənzəri  olmadığını  bilib  qəbul 

etməkdir. Kimsə bunu belə bilməzsə  Allahı birləmiş  olmaz, Onu tövhid  etmiş  olmaz» 

                                                

73

 Şərik – bir şeydə hissəsi olan kimsədir.  



74

 «Tövhidi Əvvələn» s. 15.  

75

 «Lisanul Arab» 3/450 Vəhhadə maddəsi. 



76

 «Cəvharətud Tövhid» s. 10 

77

 «Haşiyətu Kitabi Tövhid» s. 11.  



78

 «Məcmuu Fətava» 1/34. 

79

 «Məcmuu Fətava» 2/7. 




 

26 


deyə  açıqlamışlar

80

.  Şeyxulislam  b.  Teymiyyə 





  rahmatullahi  aleyhi 

  deyir  ki: 



«Tövhid - Allahı bir və bənzəri olmayan bir zat olaraq bilib yalnız və yalnız Ona ibadət 

etməkdir.  Ondan  başqa  heç  bir  Rəbb  yoxdur  inancı  da  bura  daxildir»

81

.  Şeyx 


Muhəmməd  b.  AbdulVəhhab 



  rahmatullahi  aleyhi 

  deyir  ki:  «Biləsən  ki,  Tövhid  - 



Allahı  ancaq  Ona  ibadət  etmək  (Ona  tapınmaq)  surətiylə  birləməkdir»

82

.  Şeyx 



Muhəmməd b. AbdulVəhhab 



 rahmatullahi aleyhi 

 deyir ki: «Tövhid 



 Allaha ibadət 

etmək və Onu, O və Rəsulu necə vəsfləndirmişsə o, cür də vəsfləndirmək. O, və Rəsulu 

Onu ayıb və nöqsanlardan və yaradılmışlara bənzəməkdən necə uzaq  etmişsə  eləcə də 

uzaq  etməkdir»

83

.  Allama  əl-Bəycuri 





  rahmatullahi  aleyhi 

  deyir  ki:  «Tövhid 



 

Məbudun  zatı,  sifətləri  və  felləri  baxımından  bir  və  tək  olduğuna  kəsin  bir  şəkildə 



inanmaqla  birlikdə,  yalnız  və  yalnız  Allaha  ibadət  etməkdir»

84

.  İmam  AbdulAziz  b. 



Baz 



 rahmatullahi aleyhi 

 deyir ki: «Allahı Tövhid etmək Onun bir və tək olduğuna 



inanıb, qəlbi bu inanca sımsıxı bağlamaq ilə bərabər, ibadətdə də Onu birləmək və tək 

etməkdir.  Yəni  tam  bir  iman  və  sədaqətlə  yalnız  Allaha  ibadət  etmək,  saleh  əməllər 

etməkdir.  Yoxsa  yalnız  dil  ilə:  «Allah  birdir»  deməklə  Tövhid  gerçəkləşməz.  Eyni 

zamanda  bu  tövhidin  ziddi  olan  hər  cür  əməli  batil  edən  şirk  və  şirk  yollarından  da 

uzaq  olmağı  özündə  əhatə  edir»

85

.  Abdullah  əl-Ğuneyman 





  rahmatullahi  aleyhi 

 



deyir ki: «Tövhid 

 haqq məbudu, Ona olan sevgi, sayğı və təslimiyyətin ən yüksəyini 



əhatə edən, ən böyügünü ifadə edən «ibadət»-lə Tövhid etməkdir»

86

.  



Burada  olan  ibadətdən,  qulluqdan  məqsəd  Allahın  Tövhid  edilməsidir.  Buna  görə 

də  ey Allahın qulu! Sənə ilk lazım  olan dini vəzifədən, ibadətləri və hətta namaz kimi 

bir ibadəti belə öyrənməmişdən öncə Tövhidi öyrənmək sorumluğu olduğunu heç vaxt 

unutma»


87

. Buna görə də qul bütün hüquqi və özəllikləri ilə tövhidi bilmək və tanımaq 

məcburiyyətindədir.  Ağlı  başında  olan  müddətdən  ölüncəyə  qədər  tövhidə  möhtacdır. 

Çünki İslam da Tövhid hər şeyin təməlidir. Tövhid olmadıqca Uca Allah qulun heç bir 

əməl  və  ibadətini  qəbul  etməyəcəkdir.  Çünki  müsəlmanın  həyatı  Tövhidsiz  təsəvvür 

olunmazdır  və  Tövhid  dini  vaciblərin  təməli,  ən  böyüyü  və  qüvvətlisidir.  Allahın 

göndərdiyi  Nəbi  və  Rəsullar  Tövhidlə  başlamışlar.  İnsanları  ancaq  Tövhidə  dəvət 

etmişlər.  Bu  da  Nuh 



  əleyhissəlam  -  dan,  nəbimiz  Muhəmməd  -  sallallahu  aleyhi  və 

səlləm 

  ə  qədər  gələn  bütün  Peyğəmbərlərin  gətirdiyi  Tövhiddir.  Bu  Tövhid  də  Lə 



İləhə  İlləllah  -  kəlməsinin  mənasını  ifadə  edir.  Bütün  Peyğəmbərlərin  dəvət  etdiyi 

Tövhid də elə budur. Yəni  Allahdan başqa ibadətə layiq heç bir haqq ilah yoxdur. İbn 

Teymiyyə 



 rahmatullahi aleyhi 

 Tövhidin mühümlüyünü bu sözlərlə bəyan etmişdir: 



«Uca  Allah  bu  tövhidi  kitabında  açıqca  bildirmiş  və  Ona  şərik  qoşulmasını  rədd 

etmişdir.  O,  qədər  aydın  və  kəsinliklə  ki,  atrıq  Qurandakı  Tövhidə  inanan  bir 

müsəlman, əsla Allahdan başqasından qorxmaz, Ondan başqasından bir şey gözləməz, 

Ondan  başqasından  istəməz.  Muhəmməd  -  səllallahu  aleyhi  və  səlləm 

  də:  «Ey 



insanlar!  Lə  İləhə  İlləllah!  deyin  ki,  qurtuluşa  çatasınız».  Həqiqətən  də  bu  «Lə  İləhə 

İlləllah»  tövhididir.  Həqiqətən  də  bu  «Allahdan  başqa  ilah  tanımamaq  tövhididir». 

                                                

80

 «əl-Huccə Fi Bəyani Məhaccə» 1/306.  



81

 «Dəru Təaridu Aqli və Nəql» 1/306.  

82

 «Məcmuatur Rəsailin Nəcdiyyə» 4/4, «əd-Durərus Səniyyə» 1/48. 



83

 «Usuli Dini İslam» s. 7. 

84

 «Cəvharətud Tövhid» s. 10. 



85

 «Məcmuu Fətava» 2/20.  

86

 «Şərhu Kitabu Tövhid Min Sahihi Buxari» 1/38.  



87

 Durerus Səniyyə 1/107.  




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə