2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə11/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   7   8   9   10   11   12   13   14   ...   231

 

21 


budur.  Bu  kəliməni  bilmək  və  səndən  tələb  etdiyi  şeyləri  yerinə  yetirmək.  Əgər  əsas 

möhkəm və düz olarsa onun üzərində qurulan hər bir şeydə möhkəm və düz olar

58

.  


Lə İləhə İlləllah 

 «Allahda başqa ibadət edilməyə layiq heç bir haqq ilah yoxdur» 



deməkdir.  «Bil  ki,  Allahdan  başqa  ilah  yoxdur».  (Muhəmməd  19). «Allahdan  başqa 

heç  bir  ilah  yoxdur».  (Ali-İmran  2).  Bütün  bu  ayələrin  mənası  ibadət  edilməyə  haqq 

edən yalnız və yalnız Allahdır. Bu ifadə ilə Allahdan başqa ibadət olunan hər hansı bir 

ilah  rədd  edilmuş  olur.  Allahdan  başqa  ifadəsi  ibadətin  yalnız  Allaha  edilməsi, 

mülkündə  heç bir  ortağı olmadığı  kimi,  ibadətdə  də  onun  hər  hansı  bir  ortağı  (şəriki) 

olmadığıdır.  

Lə İləhə İlləllah - kəlməsi nəfy

59

 və isbatdan ibarətdir. Lə İləhə 



 ilah yoxdur nəfy, 



İlləllah 

 Allahdan başqa isbat etməkdir. 



İlah - məbud ibadət ediləndir. Ancaq ilah olan  məbuddur. Hər bir kəsin  ilahı, ona 

ibadət etdiyidir. Allahdan başqa ibadət olunan bu ilahlar, ilahdır. Lakin batil ilahlardır. 

Çünkü bunlar haqq ilah deyillər. «Bu belədir. Çünki Allah haqq, müşriklərin ondan 

başqa  ibadət  etdikləri  (bütlər,  tanrılar)  isə  batildir.  Həqiqətən  Allah  uca  və 

böyükdür». (əl-Həcc 62). «Bu ona görədir ki, Allah haqq, (müşriklərin) ondan qeyri 

ibadət etdikləri isə batildir». (Loğman 30).  

 

LƏ İLƏHƏ İLLƏLLAH KƏLİMƏSİNİN ŞƏRTLƏRİ 

 

Lə  İləhə  İlləllah 

  kəlməsinin  yeddi  şərti  var.  Bu  şərtlərin  hər  birinə  əməl 



olunmadıqca,  onların  ifadə  etdiyi  mənaları  Quran  və  Sünnəyə  uyğun  olaraq  dolğun, 

düzgün  başa  düşülmədikcə,  bu  kəlmənin  söylənilməsi  heç  bir  kəsə  fayda 

verməyəcəkdir.  Vəhb  b.  Munəbbih 



  rahmətullahi  aleyhi 

  dən:  «Lə  İləhə  İlləllah 



 

cənnətin  açarı  deyilmidir?»  deyə  soruşan  bir  kimsəyə  o,  belə  cavab  vermişdir:  «Bəli, 



lakin hər açarın dişləri vardır. Əgər dişli açar gətirərsənsə qapı sənin üzünə açılır. Yox, 

əgər açarın dişləri olmazsa qapı açılmaz»

60

.  


Aşağıda  qeyd  edəcəyimiz  bu  şərtlər  Quran  və  Sünnəyə  uyğun  olaraq  möhtərəm 

İslam alimləri tərəfindən qeyd olunmuşdu.  



1. Elm 

 cahillikdən uzaq edən.  



2. Yəqinlik 

 şübhələri yox edən.  



3. Ixlas 

 şırkdən uzaq edən.  



4. Məhəbbət 

 nifrətdən uzaq edən.  



5. Sidq 



 yalanı yox edən.  



6. Təslim 

 itaətsizliyi yox edən.  



7. Qəbul 

 inkarı yox edən.  



 

ELM 

 

Bu o, elmdir ki, Lə İləhə İlləllah - kəlməsini dəlillərlə öyrənir və isbat edir. Bu da 



dil ilə söyləyib qəlb ilə bilməkdir. Onun mənasını, nə qəsd etdiyini, nəyi inkar və nəyi 

təsdiq  etdiyini  bilmədən  söyləyənə  heç  bir  faydası  olmaz.  «Öyrən  bil  ki,  Allahdan 



başqa  ibadətə  layiq  haqq  ilah  yoxdur».  (Muhəmməd  19).  «Ondan  qeyri  ibadət 

etdikləri  şəfaət  edə  bilməzlər.  Haqqa  şəhadət  verənlər  müstəsnadır».  (əz-Zuxruf  86). 

                                                

58

 Şeyx əl-Albani – rahmətullahi aleyhi – deyir ki: «Xəta üzərində bina edilən hər bir şey xətadır». 



59

 Nəfy - İnkar etmək. 

60

 Buxari «Cənaiz» 1, Əhməd 5/242.  




 

22 


Bu  ayənin  mənası  odur  ki,  Allahdan  başqa  ibadətə  layiq  haqq  ilah  olmadığına  dair 

şəhadət  edərək  dillərilə  söylədiklərini  qəlbləri  ilə  bilərək  təsdiq  etməlidirlər.  «Mən 



həqiqətən  Allaham.  Məndən  başqa  heç  bir  ilah  yoxdur».  (Ta  ha  14).  Osman  – 

radıyallahu anhu - rəvayət  edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: 

«Hər  kim  Allahdan  başqa  ibadətə  layiq  haqq  ilah  olmadığını  bilərək  ölərsə  Cənnətə 

girər»

61

.  



 

YƏQİNLİK 

 

Bu  kəliməni  söyləyən  kimsə  tam  mənasıyla  bu  kəlimənin  nə  məna  kəsb  etdiyində 



yəqin olmalı və heç bir şəkk-şübhəyə düşməməli, bu kəlimə haqqında tam bir bilik və 

qavrayış sahibi olmalıdır. «Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən və 



iman gətirdikdən sonra heç bir şəkk-şübhəyə düşməyənlərdir. Allah yolunda malları 

və  canları  ilə  vuruşarlar.  Məhz  belələri  sadiq  olanlardır».  (əl-Hucurat  15).  Əbu 

Hureyrə – radıyallahu anhu - rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - 

buyurdu:  «Mən  şəhadət  edirəm  ki,  Allahdan  başqa  ibadətə  layiq  haqq  ilah  yoxdur  və 

mən onun elçisiyəm. Kim bu iki şəhadətə şübhə etmədən Allahın hüzuruna gedərsə o, 

qul Cənnətə girər»

62

.  



 

İXLAS 

 

Əməllərini şirkdən təmizləmək, şirkə yer verilməyən bir ixlasa sahib olmaq. «Bil ki, 



xalis  din  yalnız  Allaha  məxsusdur».  (əz-Zumər  3).  «Halbuki,  onlara  əmr  edilmişdir 

ki, Allaha dini yalnız ona məxsus edərək, digər bütün batil dinlərdən İslama dönərək 

ibadət  etsinlər.  Namaz  qılıb,  zəkat  versinlər.  Doğru-düzgün  din  budur».  (əl-Bəyyinə 

5). Əbu Hureyrə – radıyallahu anhu - rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və 

səlləm  -  buyurdu:  «Qiyamət  günü  mənim  şəfaətimlə  ən  xoşbəxt  insan  o  kəsdir  ki, 

qəlbində ixlas ilə Lə İləhə İlləllah - kəlməsini deyəndir»

63

. Əbu Hureyrə – radıyallahu 



anhu  -  rəvayət  edir  ki,  Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  -  mənə  buyurdu:  «Bu 

divarın  arxasında  qəlbindən  iman  ilə  Allahdan  başqa  ibadətə  layiq  haqq  ilah 

olmadığına şəhadət edən hər kiminlə qarşılaşsan onu Cənnət ilə müjdələ»

64

.  



 

SİDQ 

 

Bu kəlməyə sadiq olmaq. Bu kəlməni qəlbdən gələn doğruluqla dilin söylədiklərini 



qəlb  ilə  təsdiq  edərək  söyləmək.  «İnsanlar  yalnız  iman  gətirdik  deməkləri  ilə 

onlardan  əl  çəkib  imtahan  olunmayacaqlarınımı  sanırlar?  Biz  onlardan  əvvəlkiləri 

də  imtahana  çəkmişdik.  Şübhəsiz  ki,  Allah  düz  danışanları  da  yalançıları  da  çox 

gözəl  tanıyır».  (əl-Ənkəbut  2-3).  «Haqqı  gətirən  və  onu  təsdiq  edənlər  isə  əsl 

müttəqilərdir».  (əz-Zumər  33).  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu: 

«Qəlbindən  doğruluq  və  səmimiyyət  ilə  Allahdan  başqa  ibadətə  layiq  haqq  ilah 

                                                

61

 Müslim 26. 



62

 Müslim 27. 

63

 Buxari 99. 



64

 Müslim 31.  




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə