2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə9/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   5   6   7   8   9   10   11   12   ...   231

 

17 


idilər.  Məs:  Xristianlar  İsa 



  əleyhissəlam  -  ın  dövründə,  Yəhudilər  Musa 



 

əleyhissəlam - ın dövründə müsəlman idilər. Lakin İslam, son Peyğəmbər Muhəmməd 

-  sallallahu  aleyhi  və  səlləm  -  gəldikdən  sonra  Allah  bütün  bu  dinləri  nəsx

48

 etmiş  və 



onlar Muhəmməd - sallallahu aleyhi və səlləm - i inkar etdiklərinə görə artıq müsəlman 

deyildilər.  Çünki  hər  bir  göndərilən  Peyğəmbər  öz  qövmünü,  tayfasını  və  ya  öz 

dövlətini  qorxutmaq  (Allahın  əzabı  ilə)  və  müjdələmək  (Allahın  Cənnəti  ilə)  üçün 

göndərilmişdir. «Biz Peyğəmbərləri müjdə verən və əzabla qorxudan kimi göndərdik 



ki,  daha  insanlar  üçün  Peyğəmbərlərdən  sonra  Allaha  qarşı  bir  bəhanə  yeri 

qalmasın. Allah yenilməz qüvvət və hikmət sahibidir». (ən-Nisa 165).  

Muhəmməd - sallallahu aleyhi və səlləm - isə bütün bəşəriyyətə göndərilmişdi. «Biz 



səni  aləmlərə  rəhmət  olaraq  göndərdik».  (əl-Ənbiya  107).  Hədislərə  gəlincə 

Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  -  buyurmuşdu:  «İstər  Yəhudi,  istər  Xristian 

olsun  mənim  Peyğəmbərliyim  haqqında  eşidib  və  mənə  iman  etməzsə  mütləq 

Cəhənnəm atəşini dadar»

49

. Buna görə də Yəhudi və Xristianlardan qurtuluş istiyənlər 



İslama  girərək,  İslam  Peyğəmbəri  Muhəmməd  -  sallallahu  aleyhi  və  səlləm 

  ə  tabe 



olmaq məcburiyyətindədirlər. Ancaq bu şəkildə, Allahın salat və salamı onların üzərinə 

olsun Musa, İsa və Muhəmməd 



 əleyhimussəlam 



 a həqiqi şəkildə itaət etmiş olarlar.  

Maraqlı burasıdır ki, bu dinin adı  nə bir tayfa, nə bir insan, nə də bir dövlət adı ilə 

bağlıdır.  Necə  ki,  digər  dinlərin  adlarına  nəzər  salsaq,  Xristianlıq  İsa 



  əleyhissəlam  - 

ın adından, İudaizm İuda adlı tayfadan, Buddizm Quatama Budda adlı şəxsin adından, 

həmçinin  Konfusianizm  Konfusianın  adından,  Marksizm  Karl  Marksın  adından 

götürülmüşdü.  Yeganə  İslam  dinidir  ki,  bu  sadaladıqlarımızdan  heç  birinə  məxsus 

deyildir.  Çünkü  bu  adı  ona  Allah  vermişdi.  «Allah  dərgahında  din,  əlbəttə  ki, 

İslamdır». (Ali-İmran 19).  

İslam  dinidir  ki,  Allahın  dərgahında  qəbul  edilən  və  qəbul  edənə  fayda  verəndir. 



«Kim  İslamdan  başqa  bir  din  ardınca  gedərsə  heç  vaxt  ondan  qəbul  olunmaz  və  o 

şəxs axirətdə zərər çəkənlərdən olar». (Ali-İmran 85). «Necə ola bilər ki, onlar (kitab 

əhli)  Allahın  dinindən  başqa  bir  din  axtarsınlar?  Halbuki,  göylərdə  və  yerdə 

olanların  hamısı  istər-istəməz  ona  (Allaha)  təslim  olmuşlar  və  onun  hüzuruna 

qayıdacaqlar».  (Ali-İmran  83).  İbn  Teymiyyə 



  rahmətullahi  aleyhi 

  deyir  ki: 



«Rəsulların  hamısı  Allahın  dini  olan  İslamı  təbliğ  etməklə  əmr  olunaraq 

göndərilmişlər.  İslam,  Allahın  nə  ilk  insanlardan,  nə  də  onlardan  sonra  gələcək 

olanlardan  ondan  başqa  heç  bir  dini  qəbul  etməyəcəyi  tək  haqq  dinidir.  Rəsullardan 

bizə  gələn  səməvi  mutəvatir  kitablarda  xəbər  verildiyinə  görə  Allah  insanlardan  hənif 

din  olan  İslamdan  başqa  heç  bir  dini  qəbul  etməyəcəkdir.  Allahın  bütün  insanlara 

göndərdiyi, Rəsulların hamısına əmr etdiyi Tövhiddir. O, da Rəsulların, üzərində ittifaq 

etdikləri  İslam  dinidir.  Bu  dinin  əsli  olan  Tövhiddir,  ədalətin  ən  ucasıdır.  Əksi  isə 

zülmlərin ən böyüyü olan şirkdir. İbn Teymiyyə 



 rahmətullahi aleyhi 

 sözünə davam 



edərək  deyir:  «Allahın  dini  olan  İslam  iki  təməl  üzərində  qurulmuşdur.  Heç  bir  şeyi 

Allaha  şərik  qoşmayaraq  Ona  ibadət  etmək,  bunu  da  Alahın  Rəsulunun  diliylə  bizə 

bildirdiyi şəriət üzərə etmək. Bu da şəhadət kəliməsinin özüdür»

50

.  



                                                

48

 Nəsx – lüğətdə nəql etmək, axtarmaq deməkdir. İstilahi Mənası – şəri bir dəlilin hökmünü yaxud da ləfzini Kitab və 



Sünnətdən bir dəlil ilə qaldırmaq deməkdir. Hökmü qaldırmaq. «Usuli Fiqh» Şeyx Useymin. 

49

 Müslim. 



50

 Fətva əl-Kubra 1/335, 348, əl-Ubudiyyə s. 34.  




 

18 


İslam  dinidir  ki,  Allah  onu  Muhəmmədə  və  ümmətinə  lütf  etmişdir.  «Bu  gün 

dininizi  tamamlayıb  mükəmməl  etdim,  sizə  olan  nemətimi  başa  çatdırdım  və  bir  din 

kimi sizin üçün İslamı bəyənib seçdim». (əl-Maidə 3).  

İslam  dininin  mərtəbələri,  rukunları  haqqında  bizə  (müsəlmanlara)  məlumatı 

Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  -  ın  sünnəsində  varid  olunmuş  Cəbrail 



 



əleyhissəlam - ın hədisi xəbər verir. Ömər 



 radıyallahu anhu - rəvayət edir ki, bir gün 

Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  -  in  hüzurunda  oturmuşduq.  Bu  vaxt  paltarı 

dümağ,  saçları  olduqca  qara,  üzərində  səfər  əlaməti  görünməyən  və  aramızda  heç 

kimin  tanımadığı  bir  nəfər  icəri  girib,  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm 



  in 

yanında  oturdu.  İki  dizini  onun  dizlərinə  söykəyib,  əllərini  dizlərinin  üstünə  qoyaraq 

dedi: «Ey Muhəmməd, mənə İslam haqqında xəbər ver». Rəsulullah - sallallahu aleyhi 



və  səlləm  -  buyurdu:  «İslam,  Allahdan  başqa  ibadətə  layiq  haqq  ilah  olmadığına, 

Muhəmmədin  Allahın  Rəsulu  olduğuna  şəhadət  etmək,  namaz  qılmaq,  zəkat  vermək, 

Ramazanda oruc tutmaq, Beyti imkan olduqda həcc  etmək». (Adam): Doğru söylədin, 

dedi.  (Ömər)  dedi:  «Adama  heyrət  etdik.  Həm  ona  sual  verir,  həm  də  onun 

söylədiklərini  təsdiq  edirdi».  (Yenə)  soruşdu:  «Mənə  İman  haqqında  xəbər  ver». 

(Peyğəmbər)  buyurdu:  «(İman)  Allaha,  Mələklərinə,  Kitablarına,  Peyğəmbərlərinə, 

Axirət  gününə  və  xeyir  və  şərin  Allahdan  olmasına  inanmaqdır».  (Adam):  «Doğru 

söylədin»  dedi.  Bu  dəfə  «Mənə  Ehsan  haqqında  xəbər  ver».  (Peyğəmbər)  buyurdu: 

«(Ehsan) Allahı onu görmüş kimi ibadət etməkdir. Lakin sən onu ğörməsən də, o, səni 

görür».  (Adam):  «O  halda  mənə  Qiyamət  saatı  haqqında  xəbər  ver».  Rəsulullah: 

«Soruşulan  soruşandan  cox  bilmir».  (Adam):  «Onda  mənə  onun  əlamətləri  haqqında 

xəbər ver». (Peyğəmbər) buyurdu:  «Qul qadın  öz ağasını  doğması, ayaq yalın, çılpaq, 

cobanların  hündür  bina  tikməkdə  bir-birləri  ilə  yarışmaları».  (Ömər)  dedi:  Sonra  o 

adam  durub  getdi».  Bir  müddətdən  sonra  (Peyğəmbər)  mənə  buyurdu:  «Ey  Ömər,  o 

sual  verənin  kim  olduğunu  bilirsən?»  Allah  və  Rəsulu  daha  gözəl  bilir.  (Peyğəmbər) 

buyurdu:  «O,  Cəbrail 



  əleyhissəlam  -  idi.  Sizə  dininizi  öyrətməyə  gəlmişdi»

51



Həmçinin Əbu AbdurRəhman b. Ömər b. əl-Xəttab 



 radıyallahu anhu 

 rəvayət edir 



ki, mən Rəsulullah - sallallahu aleyhi və səlləm - in belə buyurduğunu eşitdim. «İslam 

beş təməl üzərində bina edilmişdi. Allahdan başqa ibadətə layiq haqq ilahi olmadığına 

və  Muhəmmədin  Allahın  Rəsulu  olduğuna  şəhadət  gətirmək,  namaz  qılmaq,  zəkat 

vermək,  Beyti  həcc  etmək  və  Ramazan  ayının  orucunu  tutmaq»

52

.  Bu  hədislərdən 



göründüyü  kimi  İslam  zahiri  əməlləri  əhatə  edir.  Şəhadət  kəlməsini  dil  ilə  söyləmək 

dilin  əməli,  namaz,  oruc,  həcc  bədənin,  zəkat  isə  malın  əməlidir.  Buna  görə  də  İslam 

dini üç mərtəbədən ibarətdir.  

1. İslam2. İman. 3. Ehsan. 

Hər bir mərtəbənin də öz rukunları vardır. 

İslam haqqında çox  geniş danışmaq olar, lakin  mən, hörmətli bacı  və  qardaşlarım, 

ilk  öncə  özümə,  sonra  da  sizə  İslam  dinini  gözəl  bir  şəkildə  öyrənməyinizi  və  bu 

dindən möhkəm yapışmağınızı tövsiyə edirəm. Çünkü Rəsulullah - sallallahu aleyhi və 

səlləm - bu dində olanların dünya və axirətlərinin xoşbəxt olması ilə bizi müjdələmişdi. 

Əbu  Hureyrə,  İbn  Ömər 



  radıyallahu  anhum 



  dən  gələn  rəvayətdə  Rəsulullah  



sallallahu aleyhi və səlləm - buyurur: «İslam qərib olaraq başladı, başladığı kimi  yenə 

                                                

51

 Buxari, Müslim. 



52

 Buxari, Müslim. 




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə