2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə12/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   8   9   10   11   12   13   14   15   ...   231

 

23 


olmadığına,  Muhəmmədin  Allahın  Rəsulu  olduğuna  şəhadət  gətirən  hər  kəsə  Allah 

Cəhənnəm odunu haram edər»

65

.  


 

MƏHƏBBƏT 

 

Bu  kəlməyə  məhəbbətlə  bağlanmaq.  Bu  kəlmənin  daşıdığı,  gətirdiyi  hər  bir  şeyi 



sevmək  və  bu  kəlməni  söyləyənləri  –  Muvahhidləri  sevmək.  «İnsanların  içərisində 

Allahdan qeyrilərini Allaha şərik qoşub Allahı sevən kimi sevənlər də var. Halbuki, 

iman gətirənlərin Allaha olan məhəbbəti daha qüvvətlidir». (əl-Bəqərə 165). Ey iman 

gətirənlər! Sizdən hər kəs dinindən dönsə Allah onun yerinə elə bir tayfa gətirər ki, 

Allah  onları,  onlar  da  Allahı  sevərlər.  Onlar  möminlərə  qarşı  mülayim  kafirlərə 

qarşı  sərt  olarlar.  Allah  yolunda  vuruşar  və  heç  kəsin  tənəsindən  qorxmazlar.  Bu 

Allahın  lütfüdür,  onu  istədiyinə  verər».  (əl-Maidə  54).  Ənəs  –  radıyallahu  anhu 

 



rəvayət  edir  ki,  Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  «Üç  şey  var  ki, 

sizlərdən  kimdə  olarsa  o,  imanın  şirinliyini  dadar.  Allah  və  Rəsulunu  hər  şeydən  çox 

sevmək,  Allah  rizası  üçün  bir-birinizi  sevmək  (sevdiyini  ylnız  Allah  üçün  sevən), 

Allahın  küfrdən  xilas  etdiyi  və  sonra  küfrə  qayıtmaqdan  oda  atılmış  kimi  qorxan 

(şəxs)»

66

.  «Ey  iman  gətirənlər!  Yəhudi  və  Xaçpərəstləri  özünüzə  dost  tutmayın! 



Onlar  bir-birinin  dostudurlar. Sizdən  kim onlarla  dostluq  edərsə,  o  da  onlardandır. 

Allah  zalim  tayfanı  düz  yola  yonəltməz!  Sizin  vəliniz  (dostunuz)  ancaq  Allah,  onun 

Peyğəmbəri  və  iman  gətirənlərdir.  O  kəslər  ki,  boyun  əyərək  namaz  qılar  və  zəkat 

verərlər». (əl-Maidə 51-55). Ey iman edənlər! Əgər atalarınız və qardaşlarınız küfrü 

imandan  üstün  tutarlarsa,  onları  özünüzə  dost  bilməyin.  Sizlərdən  onları  dost 

tutanlar özlərinə zülm etmiş olarlar». (ət-Tövbə 23). «Ey iman gətirənlər! Nə mənim 

düşmənimi, nə də özünüzün düşmənini dost tutun». (əl-Mumtəhinə 1). 

 

TƏSLİM 

 

Lə  İləhə  İlləllah  -  kəliməsinə  boyun  əymək.  Allahın  qoyduğu  bütün  qayda–

qanunlara, şəriət və sünnəyə əməl  etmək. «Kim  yaxşı əməl  sahibi  olub  özünü  Allaha 



təslim  edərsə  o,  artıq  ən  möhkəm  bağdan  yapışmış  olur.  Bütün  işlərin  axırı  Allaha 

gəlib  çatacaqdır».  (Loğman  22).  «Tövbə  edib  Rəbbinizə  dönün.  Əzab  sizə 

gəlməmişdən  əvvəl  ona  təslim  olun. Sonra  sizə  heç  bir  kömək  olunmaz».  (əz-Zumər 

54).  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  «Sizdən  heç  bir  kimsənin 

nəfsi-istəyi mənim gətirdiyimə tabe olmadıqca iman etmiş olmaz»

67

.  



 

QƏBUL 

 

Bu kəlimənin gətirdiyi hər bir şeyi qəbul edəcək, inkara əsla yol verməmək, Allaha 



ibadət  etmək  və  şirki  inkaretməkdir.  «Onlara  Allahdan  başqa  heç  bir  ilah  yoxdur 

deyildiyi zaman təkəbbür göstərirdilər». (əs-Saffət 35).  

Bu  sadaladığımız  şərtlər  Lə  İləhə  İlləllah  kəlməsinin  ayrılmaz  bir  hissəsidir.  Bu 

şərtlər  üzərində  düşünüb  fikirləşmək,  onlara  lazımı  qaydada  əməl  etmək  isə  sizin 

üzərinizə düşən bir haqdır. Çünki biz dünya və axirətimizi yalnız bu kəlməni öyrənib, 

                                                

65

 Buxari 128, Müslim 32. 



66

 Buxari 16, Müslim 43.  

67

 İbn Həcər «Fəthul Bəri» 13/289, İbn Rəcəb «Cəmiul Ulumi vəl Hikəm» s. 338, İbn Əbi Asim «əs-Sünnə» 1/12,13.  




 

24 


ona  düzgün  əməl  etməklə  xoşbəxt  və  firavan  edə  bilərik.  Ubədətu  b.  Samit  – 

radıyallahu anhu 

 rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: 



«Kim  şəhadət  etsə  ki,  Allahdan  başqa  ibadətə  layiq  haqq  ilah  yoxdur,  Muhəmməd 

onun qulu və Rəsuludur, İsa 



 əleyhissəlam - onun qulu və Rəsuludur, Məryəmə dediyi 

söz  və  Ondan  gəlmə  bir  ruhdur

68

,  Cənnət  haqq,  Cəhənnəm  haqqdır,  Allah  o  insanı 



əməlindən asılı olmayaraq (və ya olaraq) Cənnətə salar». Başqa rəvayətdə Rəsulullah 

sallallahu  aleyhi  və  səlləm  -  buyurur:  «Cənnətin  hansı  qapısından  istərsə,  onu  oradan 

içəri  salar»

69

.  Əbu  Səid  əl-Xudri  –  radıyallahu  anhu 



  rəvayət  edir  ki,  Rəsulullah  



sallallahu  aleyhi  və  səlləm 



  buyurdu:  «Musa 



  əleyhissəlam  -  öz  Rəbbinə  buyurdu: 

«Ey Rəbbim! Mənə elə bir kəlmə öyrət ki, səni onunla yada salım və dua edim». Allah 

buyurdu:  «Ya  Musa!  De:  «Lə  İləhə  İlləllah».  Musa 



  əleyhissəlam  -  buyurdu:  «Ya 

Rəbbim! Axı sənin bütün qulların bu kəlməni deyir». Allah buyurdu: «Ya Musa! Əgər 

yeddi qat göyü və yeddi qat yeri və məndən başqa orada olanları tərəzinin bir gözünə, 



Lə İləhə İlləllah kəlməsini tərəzinin digər bir gözünə qoysalar bu kəlmə ağır gələr»

70



Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm 



  buyurur:  «Qiyamət  günü  mənim 

ümmətimdən  bir  nəfəri  bütün  insanların  qarşısında  çağıracaqlar.  Onun  qarşısına 

günahlarla  dolu  doxsan  doqquz  kitab  qoyulacaq.  Hər  birinin  uzunluğu  gözün  son 

görmə  həddi  qədər  olacaqdır».  Sonra  ondan  soruşacaqlar.  «Sən  bunlardan  hansınısa 

inkar  edirsənmi?  Əməlləri  yazan  mələklər  sənə  zülm  etdilərmi?».  Qul:  «Yox,  Ya 

Rəbbim!»  deyəcəkdir. Allah buyuracaq: «Səndə bunlara qarşı bir yaxşı əməl varmı?». 

Həmən şəxs qorxudan özünü itirərək: «Yox, Ya Rəbbim!» deyəcəkdir. Ona deyiləcək: 

«Bizdə  sənin  bir  yaxşı  əməlin  vardır.  Bu  əməlinə  görə  bu  gün  sənə  əsla  zülm 

olunmayacaqdır». Onun qarşısına «Allahdan başqa ibadətə layiq haqq  ilah  olmadığına 

və  Muhəmmədin  Allahın  qulu  və  Rəsulu  olduğuna  şəhadət  edirəm»  kəlməsi  yazılmış 

vərəqə  çıxarılacaqdır.  Həmən  qul  deyəcəkdir:  «Ya  Rəbbim!  Bu  vərəq  bu  qədər 

günahların  qarşısında  nə  gücə  malikdir».  Allah:  «Bu  gün  sənə  əsla  zülm 

olunmayacaqdır».  Günahları  tərəzinin  bir  gözünə,  həmən  vərəqi  isə  tərəzinin  o  biri 

gözünə qoyacaqlar. Vərəqə olan tərəzi ağır gələcəkdir. Rəhman və Rəhim olan Allahın 

adı qarşısında heç bir şey ağır gəlməz»

71

. Əbu Məlik – radıyallahu anhu 



 rəvayət edir 

ki, Rəsulullah - sallallahu aleyhi və səlləm 

 buyrdu: «Lə İləhə İlləllah deyib Allahdan 



başqa  ibadət  olunan  hər  bir  şeyi  inkar  edən  insanın  canına,  malına  qəsd  etmək 

haramdır. Onunla haqq hesabı Allah özü çəkəcəkdir»

72

.  


 

TÖVHİD 

 

Allah 





  subhənəhu  və  təalə  -  hər  bir  şeydə  birdir.  Zatında,  əməlində,  İsim  və 

Sifətlərində  də.  İbadət  edilməyə  layiq  olub,  bu  xüsusda  tək  haqq  sahibi  olmaqda  da 

                                                

68

 Məryəmə Dediyi Söz – Allah İsa – əleyhissəlam – ı sözlə yaratdı. Hansı ki, Cəbrail – əleyhissəlam - ilə göndərmişdir. 



İsa – əleyhissəlam – ın ruhunu. İsa – əleyhissəlam - özü Allahın kəlamından deyildir. Allah buyurur: «Ol!» və o, olur. 

İmam  Əhməd  –  rahmatullahi  aleyhi  –  deyir  ki:  «İsa  –  əleyhissəlam  –  «Ol!»  sözündən  yaranmışdır.  Allah  buyurur: 

«Ol!»  və İsa – əleyhissəlam – da  oldu. Ondan Gəlmə Ruhdur – isa ruhu  idi. Necə ki,  Allahın  yaratmış  olduğu  digər 

məxluqların ruhları kimi. «Allah yanında İsa da Adəm kimidir. Allah onu torpaqdan yaratdı. Sonra ona «OL!» dedi. 



O, da oldu». (Ali İmran 59).  

69

 Buxari, Müslim. 



70

 İbn Hibban 2324, əl-Həkim 1/528 səhih demiş, əz-Zəhəbi də razılaşmışdır. 

71

 Tirmizi 2639, 2641, İbn Məcə 4300, Əhməd 4/213, əl-Həkim 1/5,6, 213. 



72

 Müslim 23.  




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə