2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə10/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   6   7   8   9   10   11   12   13   ...   231

 

19 


də  qəribliyə dönəcəkdir. Xoşbəxtdir o  qəriblər»

53

. Başqa rəvayətdə: «Qəriblərə  mücdə 



olsun! Onlar say etibarı ilə pis adamların içərisində olan, saleh kimsələrdir (azlıq təşkil 

edənlərdir). Onlara qarşı gələnlər, onlara itaət edənlərdən daha çoxdur»

54

. Allah bizi də 



onlardan etsin. 

 

ŞƏHADƏT 

 

Şəhadət 

  bir  şey  haqqında  bilərək  xəbər  vermək,  onun  doğru  olduğunu  və  sabit 



olduğuna  inanmaq  deməkdir.  İqrar  və  itaət,  qəlb  və  dil  bir-birinə  müvafiq  olmadıqca 

şəhadət mötəbər sayılmaz. Çünkü Allah münafiqlərin söylədiklərini: «(Ya Peyğəmbər) 



Münafiqlər  sənin  yanına  gəldikləri  zaman:  Biz  sənin  doğrudan  da  Allahın 

Peyğəmbəri  olduğuna  şəhadət  veririk!».  (əl-Münafiqun  1).  Onlar  bu  kəlməni  yalnız 

dilləri  ilə  söylədikləri  üçün  Allah  onları  yalançı  adlandırmışdı.  «Allah  da  sənin  onun 



həqiqi  Peyğəmbəri  olduğunu  bilir.  Allah  həm  də  münafiqlərin  xalis  yalançı 

olduqlarına şəhadət verir». (əl-Münafiqun 1)

55

Şəhadət  kəlməsi  özü-özlüyündə  onu  açıqlayır  ki,  onu  söyləyən  hər  bir  kəs  yalnız 

elmi,  yəqinliyi,  ixlası  və  səmimiyyəti  əsnasında  bu  kəlməni  söyləmiş  olur.  Bu 

xüsusiyətlərin  olamaması  şəhadət  kəlməsini  etibarsız  edir. Şəhadət  elm  üzərində  olan 

bir kəlimədir. Dünyəvi məsələlərdə insan bir şeyə şahidlik etdikdə bildiyi şeyə şahidlik 

edər.  Bilmədiyi  bir  şeyə  şəhadət  edərsə  bu  –  Yalançı  şəhadət  adlanır.  Bu  şəhadəti 

insanlar da qəbil etməzlər. Şəhadəti deyən insan Allaha söz verir ki, mən Səndən başqa 

heç  kəsə  ibadət  etməyəcəyəm.  Əgər  o,  bu  sözünə  əməl  etməzsə:  «Ya  filankəsin 

cəddi!»,  «Ya  filankəs!»  deyərsə  onda  bu  söz  pozular.  Şəhadət  Kəliməsinin  fayda 

verməsi üçün insan iki şeyi bilməlidir.  

1. Şəhadət  Veriləni 

  Allahı  tanımaq.  Bu  da  özü-özlüyündə  iki  şeyi  əhatə  edir.  1) 



Ümumi tanımaq. 2) Təfsilatı ilə tanımaq.  

Əşhədu 

  elmlə  deyilən  bir  sözdür.  Bu  da  bəsirət,  göz  və  xəbərnən  əldə  edilən  bir 



elmdir.  Osman  –  raıyallahu  anhu  -  rəvayət  edir  ki,  Rəsulullah  -  sallallahu  aleyhi  və 

səlləm - buyurdu: «Hər kim Allahdan başqa ibadətə layiq haqq ilah olmadığını bilərək 

ölərsə Cənnətə girər»

56

. O, dediyi sözün  düzgün olması üçün  Allahı tanımaq lazımdır. 



Allah  tək  olduğuna,  bənzəri  olmadığına,  oxşarının,  şərikinin  olmadığını  bilməlidir. 

Allah  Saməddir 

  ehtiyacsız,  möhtac  deyildir.  Allah  yeməyə,  içməyə,  rahatlığa 



ehtiyacı yoxdur. Bütün məxluqat Allaha möhtacdır. Allaha zəiflik, xəstəlik, yuxu, ölüm 

və s kimi naqisliklər üz vermir. Allah doğmayıb, doğulmayıb, yoldaşı da yoxdur. Allah 

aləmlərin Rəbbidir. Bütün mülk onun əlindədir. Əmr etmək də, yaratmaq da ona aiddir. 

İbn Teymiyyə 



 rahmətullahi aleyhi 



 bu kəlməni belə izah edir: «İlah 

 ibadət və itaət 



olunandır. İlahlaşdırılan da yalnız ibadətə layiq olandır. Çünki o, elə bir xüsusiyyətlərə 

malikdir  ki,  istər-istəməz  onu  yüksək  məhəbbətlə  sevmək  və  ona  itaət,  ibadət  etmək 

qaçınılmazdır.  İlah 

  nə  ki,  sevilir,  ibadət  edilir  və  qəlblərin  (ürəklərin)  ona  olan 



məhəbbətindən  ilahlaşdırılır.  Ona  itaət  edirlər  və  onun  qarşısında  alçalırlar.  Ondan 

qorxurlar  və  onu  arzulayırlar  (istəyirlər).  Bəlada  ona  sarı  qaçırlar  və  mühüm 

məqamlarda  duaları  ona  yönəldirlər.  Ruzi  intizarında  ona  təvəkkül  edilir  və  ondan 

sığınacaq  istənilir.  Onun  adı  zikr  olunanda  sakitləşirlər  və  ona  olan  məhəbbətdən 

                                                

53

 Müslim. 



54

 əl-Albani «Səhihul Cəmius Səğir» 1/12, 3816. 

55

 «əl-Əqidətul-Vasitiyyə» İbn Teymiyyə. 



56

 Müslim. 




 

20 


rahatlıq  tapırlar.  Allahdan  başqa  ibadətə  layiq  heç  bir  haqq  ilah  yoxdur».  Artıq  insan 

bunu bilərsə o, şəhadət dedikdə kimə şəhadət etdiyini bilər. Az da olsa o, Allahı başqa 

ibadət  olunan  ilahlardan  ayıra  bilməlidir.  (Görürsən  ki,  insan  Lə  İləhə  İlləllah  deyir, 

lakin  Allahdan  qeyrisindən  kömək  diləyir,  qurban  kəsir,  nəzir  diyir  və  s.  Deməli  bu 

insan  hələ  də  Lə  İləhə  İlləllah  kəliməsini  başa  düşməyib).  Az  bir  bilik  ilə  onunla 

əqidəsi  düzgün  olar,  əməli  qəbul  olar.  Bu  kəlimə  də  ondan  qəbul  olunar.  İnsan  bu 

ümumi  bilgi  ilə  İslam  dininə  daxil  olur.  Lakin  insan  bu  bilgi  ilə  kifayətlənməməli. 

Mütləq  o,  bilgisini  artırmalı  və  Allahı  geniş  surətdə  tanımalıdır.  Allahın  İsim  və 

Sifətlərini bilməlidir ki, bununla da imanı artsın.  

2.  Şəhadət  Kəliməsinin  mənasını  bilməli  və  səndən  tələb  etdiyi  şeyləri  bilməlisən. 

«Allah özündən başqa heç bir ilah olmadığına şahiddir. Mələklər və elm sahibləri də 

haqqa-ədalətə boyun qoyaraq o qüvvət və hikmət sahibindən başqa ibadətə layiq heç 

bir  ilah  olmadığına  şəhadət  verdilər».  (Ali-İmran  18).  Bu  ayədən  göründüyü  kimi 

Allah  özü  haqqında  şahidlik  etdikdə  ki,  ondan  başqa  heç  bir  haqq  ilah  yoxdur, 

Mələklər və Elm sahibləri də şahidlik  etdilər. Bu şahidlik ən böyük şəhadətdir. Çünkü 

şəhadət kəlməsi sayəsində hər bir kəsin malı və qanı qorunmuş, himayə altına alınmış 

olur.  İbn  Ömər 



  radıyallahu  anhu  - rəvayət  edir  ki, Rəsulullah  -  sallallahu  aleyhi  və 



səlləm 

  buyurdu:  «Allahdan  başqa  ibadətə  layiq  haqq  ilah  olmadığına  və 



Muhəmmədin Allahın Rəsulu olduğuna şəhadət edincə, namaz qılınca, zəkat verincəyə 

qədər  insanlarla  vuruşmağa  əmir  olundum.  Bunu  etdilərmi,  öz  qanlarını  və  mallarını 

məndən qorumuş olurlar. İslamın haqqı ilə olması müstəsna. Haqq-hesablarını çəkmək 

isə Allaha aiddir»

57

.  


Şəhadət  kəlməsi  ilə  Allah  bizə  əmr  etdiyi  əməlləri  qəbul  edir,  onunla  Cənnətə 

girmək və Cəhənnəmdən qurtarmaq olar. «Ayələrimizi yalan hesab edənlərə və onlara 



təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz və dəvə iynənin gözündən keçməyənə 

qədər  onlar  da  Cənnətə  daxil  ola  bilməzlər».  (əl-Əraf  40).  Nə  qədər  günahlar böyük 

olursa olsun onun səbəbi ilə bağışlanılır.  

İlkindən  sonuncusuna  qədər  bütün  Peyğəmbərlərin  dəvət  etdikləri,  hətta 

dəvətlərinin  özəyi  və  işlərinin  başı  da  bu  olmuşdu.  Son  Rəsulumuz  Muhəmməd  



sallallahu  aleyhi  və  səlləm 

  də  Məkkədə  13  il  yalnız  bu  kəlməyə  dəvət  etmiş  və 



insanlara  onun  nə  qədər  mühüm  olduğunu  açıqlamağa  çalışmışdı.  «(Ya  Muhəmməd!) 

Söylə  ki,  Ey  kitab  əhli,  sizinlə  bizim  aramızda  eyni  olan  bir  kəlməyə  tərəf  gəlin! 

Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi 

(özümüzə)  Rəbb  qəbul  etməyək!  Əgər  onlar  yenə  də  üz  döndərərlərsə,  o  zaman 

(onlara)  deyin:  İndi  şahid  olun  ki,  biz  həqiqətən  müsəlmanlarıq.  (Allaha  təslim 

olanlarıq)». (Ali-İmran-64). 

 

LƏ İLƏHƏ İLLƏLLAH - Allahdan Başqa İbadətə Layiq Haqq 

İlah Yoxdur –  

 

Ümumən  Allah 





  subhənəhu  və  təalə 



  kitabları  –  Lə  İləhə  İlləllah  –  görə  nazil 

edib,  Peyğəmbərləri  –  Lə  İləhə  İlləllah 

  görə  göndərib,  bizim  yaradılışımızda  –  Lə 



İləhə  İlləllah 

  görədir,  cihadıda  -  Lə  İləhə  İlləllah  –  görə  fərz  edib.  Əsas  da  elə 



                                                

57

 Buxari, Müslim. 




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə