2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə8/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   4   5   6   7   8   9   10   11   ...   231

 

15 


ağırlaşır. Əgər dinində bir incəlik varsa dininə görə bəlaya məruz qalır. Bəla insana yer 

üzündə heç bir günah buraxmadan yürüyəcək hala gəlincəyə qədər quldan ayrılmaz»

41



11.  İnsanların  sözlərinə,  inanclarına  və  dəvətlərinə  qarşı  insanlar  arasında  ən  səbr 



edənlərdir.  «Rəhmanın  bəndələri  o,  kəslərdir  ki,  onlar  yer  üzündə  təmkinlə, 

təvəzökarlıqla  gəzər  və  cahillər  onlara  söz  atdıqları  zaman  onlara:  Salam  – 

deyərlər». (əl-Furqan 63).  

12. Uca Allah onları bir-birilərini təkfir etməkdən qorumuşdur. Başqaları haqqında 

da elmə, ədalətə uyğun olaraq hökm verərlər. Peyğəmbər 



 sallallahu aleyhi və səlləm 

  buyurdu:  «Bir  kimsə  başqasını  fasiqlikdə  və  ya  kafirlikdə  ittiham  edərsə  əgər  o, 



kimsə  belə  deyilsə  mütləq  o,  söz  ona  geri  dönər»

42

.  Peyğəmbər 





  sallallahu  aleyhi  və 

səlləm 

  buyurdu:  «Bir  kimsə  belə  olmadığı  halda  başqa  bir  kimsəni  kafir  vəya  ey 



Allahın düşməni deyə çağırarsa bu söz mütləq onu söyləyənə geri dönər»

43

. Peyğəmbər 





  sallallahu  aleyhi  və  səlləm 

  buyurdu:  «Kim  bir  mömini  küfürdə  ittiham  edərsə  bu 



onu  öldürmək  kimidir»

44

.  Əbu  Hureyrə 





  radıyallahu  anhu 



  rəvayət  edir  ki, 

Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «İsrail  oğulları arasında qardaşlıq 

münasibəti qurmuş iki kimsə vardır. Bunlar biri günah işlər görər, digəri isə böyük bir 

həvəslə ibadət edərdi. İbadət edən kimsə digərini günah edən an gördükdə dayanıb ona 

nəsihət verərək: «Bu günahdan əl çək» deyərdi. Bir gün yenə də onun günah işlədiyini 

görüncə  ona:  «Bu  günahdan  əl  çək!»  dedi.  O  isə:  «Məni  Rəbbimlə  tək  burax  (mən 

bilərəm, Rəbbim bilər). Sən mənim üzərimə gözətçi göndərilməmisən?» dedikdə ibadət 

sahibi:  «Allaha  and  olsun  ki,  Allah  səni  bağışlamayacaqdır  (Allah  səni  Cənnətə 

salmayacaqdır)  deyərkən  ruhları  alındı.  Hər  ikisidə  bir  yerdə  aləmlərin  Rəbbinin 

hüzurun-da  həşr  olundular.  Allah  ibadət  edən  kimsəyə:  «Sən  Məni  dərk  edib  tanıyan 

birisisənmi?  Yoxsa ki,  mənim əlimdə olanlardan xəbərdarsan? Günahkar kimsəyə  isə: 

«Rəhmətimlə  Cənnətə  gir»  deyə  buyurdu.  İbadət  edən  kisə  üçün:  «Götürün  bunu 

Cəhənnəm atəşinə atın» deyə buyurdu. Əbu Hureyrə: «O, kimsə dünyasını da, axirətini 

də məhv edən bir söz söyləmişdir»

45



13.  Bir-birilərini  sevərlər,  bir-birilərinə  qarşı  mərhəmətlidirlər.  Öz  aralarında 

yardımlaşarlar,  bir-birilərini  tamamlayarlar.  Ancaq  dini  əsaslarla  bağlı  olaraq 

başqalarını dost və ya düşmən bilərlər. «Onunla birlikdə olanlar (möminlər) kafirlərə 

qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər». (əl-Fəth 29). 

14.  Sələfi  Salihin  əqidəsi  müsəlmanı  Uca  Allaha  və  Onun  Rəsuluna  bağlayır. 

Onlara  sevgi  ilə  bağlar  və  onları  təzim  edər.  Allah  və  Rəsulundan  qabağı  keçməməyi 

öyrədir. Çünki Sələfin əqidəsinin əsası hava və şübhələrin oyuncağı olmaqdan uzaq bir 

şəkildə:  «Allah  buyurdu!»,  «Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm 

  buyurdu!» 



əsasıdır. Fəlsəfə, məntiq, kəlam və s. kimi yad şeylərə yönəlməkdən uzaqdırlar.  

15. Bu əqidə  müsəlmanı birləşdirir, səfflərini  gücləndirir, haqq üzərə  və  haqda söz 

birliyi etmələrini əmr edir. «Hamınız bir yerdə Allahın ipindən möhkəm yapışın, bir-

birinizdən ayrılmayın!» (Ali İmran 103).  

16.  Bu  əqidə  asantdır,  başa  düşüləndir  və  açıq-aydındır.  Qarışıqlıq  yoxdur.  Başa 

düşülməz  ifadələr  yoxdur.  Nassların  təhrif  edilməsindən  uzaqdırlar.  Belə  bir  əqidəyə 

inanan  kimsənin  qəlbi  rahatdır.  Ruhu  hüzur  içindədir.  Şəkk-şübhə  və  şeytanın 

                                                

41

 Tirmizi «Zuhd» 57, İbn Məcə «Fitən» 23, əl-Albani «Səhih Silsilə» 147.  



42

 Buxari.  

43

 Müslim.  



44

 Buxari.  

45

 Səhih Sünnən Əbu Davud, əl-Albani səhih.  




 

16 


vəsvəsəsindən  uzaqdır.  Gözü  açıqdır.  Çünki  bu  əqidəyə  inanan  bir  kimsə  bu  ümmətin 

Peyğəmbəri, səhabələrinin göstərdiyi yol üzərində yürüməkdədir. 

17.  Bu  əqidə  Uca  Allaha  yaxınlaşmağı,  Onun  rizasını  əldə  etməyin  ən  böyük 

səbəblərindəndir.  

Əhli  sünnə  insanlar  arasında  elmləri  ən  gözəl  olanlar.  Uca  Allaha  itaət  etməklə 

nəfslərini  təmizləməyə  ən  çox  səyy  göstərənlərdir.  Bu  xüsusiyyətlər  Əhli  Sünnədə 

dəyişməz  xüsusiyyətlərdir.  Hər  yer  və  hər  zamanda  bu  xüsusiyyətlərdə  fərqlər  olmaz. 

Uca Allaha həmd olsun.  



 

İSLAM 

 

İslam 

  sözdə  «əl-İslam»,  «əl-İstislam»  itaət  etmək,  bağlanmaq  deməkdir



46

Şəriətdə isə Tövhid ilə Allaha təslim olmaq, itaət ilə boyun əymək, şirkdən və şirk əhli 



olan müşriklərdən uzaq olmaq deməkdir. «Yaxşı əməl sahibi olub özünü Allaha təslim 

(İslam)  edən,  İbrahimin  hənif

47

 millətinə  (dininə)  tabe  olan  şəxsdən  din  etibarilə 



daha  gözəl  kim  ola  bilər».  (ən-Nisa  125).  «Yalnız  ona  təslim  olub  itaət  edin».  (əl-

Həcc  34).  «Kim  yaxşı  əməl  sahibi  olub  özünü  Allaha  təslim  edərsə,  o  artıq  ən 

möhkəm bağdan yapışmış olur». (Loğman 22). 

Şirkdən uzaq olmaq ondan uzaq olmaq deməkdir. Bu isə şirk əhli olan müşriklərdən 

uzaq olmaqla olur. «İbrahim və onunla birlikdə olanlar sizin üçün gözəl örnəkdir». O 

zaman onlar öz qövmünə belə demişdilər: «Şübhəsiz bizim sizinlə və sizin Allahdan 

başqa ibadət etdiklərinizlə heç bir əlaqəmiz yoxdur. Biz sizin dininizi inkar edirik. Siz 

bir  olan  Allaha  iman  (təslim)  gətirməyincə  bizimlə  sizin  aranızda  həmişə  ədavət  və 

nifrət olacaqdır». (əl-Mumtəhinə 4). 

Allahın bütün insanlardan iman etməsini əmr etdiyi İslam, bütün Peyğəmbərlərin də 

iman etdiyi tək dindir. İtaət və təslimiyyət göstərən isə müsəlman adlanır. «İbrahim nə 

Yəhudi,  nə  də  Xristian  idi.  O,  ancaq  Hənif  müsəlman  (Allaha  təslim  olan)  idi  və 

Allaha şərik qoşanlardan deyildi». (Ali-İmran 67). «Xatırla ki, o zaman həvvarilərə: 

(İsanın  on  iki  əshabəsinə)  «Mənə  və  Peyğəmbərimə  iman  gətirin!»  deyə  əmr 

etmişdim.  Onlar  isə:  «Bizim  müsəlman  olmağımıza  şahid  ol!»  deyə  cavab 

vermişdilər.  (əl-Maidə  111).  Rəbbi  İbrahimə:  «Təslim  ol!»  dedikdə,  İbrahim  də: 

«Aləmlərin Rəbbinə təslim oldum» - deyə cavab vermişdi. (əl-Bəqərə 131). «(İbrahim 

və  İsmail)  Ey  Rəbbimiz!  Bizim  hər  ikimizi  sənə  itaətkar  (müsəlman),  nəslimizdən 

yetişənləri  sənə  təslim  (İslam)  olan  ümmət  et».  (əl-Bəqərə  128).  (Bir  zamanlar  Nuh 

belə demişdir) «Mənə  müsəlmanlardan  olmaq  əmr  edilmişdir».  (Yunus 72). İbrahim 

və  Yəqub  bunu  öz  oğlanlarına  vəsiyyət  edib:  «Ey  oğlanlarım,  həqiqətən  Allah  sizin 

üçün (belə bir) din (İslam dini) seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz». (əl-

Bəqərə  132).  Musa  dedi:  «Ey  qövmüm!  Əgər  Allaha  iman  gətirmisinizsə  və 

müsəlman olmusunuzsa, ona təvəkkül edin». (Yunus 84). 

Ayələrə nəzər saldıqdan sonra görürük ki, Allahın göndərdiyi ilk Rəsuldan düz son 

Rəsula  qədər  bütün  Peyğəmbərlər  Allaha  təslim  (İslam)  olmuş  və  onların  dinləri  də 

İslam  adlandırılmışdı.  Peyğəmbərlərinə  tabe  olanlar  isə  onların  dövründə  müsəlman 

                                                

46

 «Lisənul-Ərab» 12/293. 



47

 Hənif  -  Əbu  Hənifə  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Hənif  –  haqq  üzərində  düz  yeriyən  və  ona  uyan  kimsə 

deməkdir. Bütün dinlərdən üz çevirərək haqqa yönələn kimsədir». «Lisanul-Ərab» 9/157, «İbn Kəsir təfsir» 1/186,187, 

«Muhtarus-Sihah»  s.  159.  Digər  bir  tərif:  «Şirkdən  uzaq  olan,  Allaha  ixlas  üzərində  bina  edilmiş  dinin  adıdır».  «Uç 

əsas» Seyx Useymin – rahmətullahi aleyhi – nin şərhi ilə. 



Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə