2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə4/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   2   3   4   5   6   7   8   9   ...   231

 

yaşayacaq  olanlar  bir  çox  ayrılıqlar  görəcəklər.  Mən  sizə  mənim  sünnətimə  və 



hidayətdə olan Rəşidi xəlifələrin sünnəsinə sarılmağınızı tövsiyə edirəm. Ona möhkəm 

sarılın,  arxa  dişlərınızlə  ondan  yapışın.  Sonradan  uydurulan  işlərdən  uzaq  durun. 

Çünkü sonradan uydurulan hər bir şey bir bidət, hər bir bidət isə zəlalətdir»

8

. Əbu Amr 



Abdullah b. Luhey  deyir ki, Muaviyə b. Əbu Sufyan ilə birlikdə  həcc  etdik. Məkkədə 

zöhr namazından sonra ayağa qalxıb dedi: «Allah Rəsulu 



 sallallahu aleyhi və səlləm 

  buyurdu:  «Mənim  ümmətim  yetmiş  üç  firqəyə  bölünəcəkdir.  Biri  xaric  hamısı 



Cəhənnəmdədir. O, da cəmaatdır. Mənim ümmətimdən elə bir topluluq çıxacaq ki, ağıl 

və  istəkləri  onları  itlərin  sahiblərini  təqib  etdikləri  kimi  təqib  edib  onlarla  bərabər 

olacaqdır.  Ey  ərəb  topluluğu!  Vallahi,  əgər  siz  Peyğəmbərnizdən  gələnə  sahib 

çıxmasanız, ona sizdən daha yaxşı sahib çıxacaq kimsələr olacaqdır»

9

.  


Allah bu ümməti firqələr arasında Vasat 

 həmçinin də bu ümmət əvvəlki ümmətlər 



arasında  da  Vasat 

  olandır.  «Beləliklə  də,  sizi  Vasat  bir  ümmət  etdik  ki,  insanların 



əməllərinə  şahid  olasınız».  (əl-Bəqərə  143).  Vasat 

  ədalətli,  xeyirli  kimsələr 



mənasındadır.  Əbu  Səid  əl-Xudri  -  radıyallahu  anhu 

  rəvayət  edir  ki,  Rəsulullah 





 

sallallahu  aleyhi  və  səlləm 

  buyurdu:  «Qiyamət  günü  Nuh  çağırılacaq.  O,  buyur,  ya 



Rəbbim,  əmrinə  hazıram»  deyəcək.  Allah  ona:  «Təbliğ  etdinmi?»  deyə  soruşacaq.  O, 

da: «Bəli, ya Rəbbim!» deyəcək. Allah bu dəfə onun ümmətinə buyuracaq: «Sizə təbliğ 

etdimi?»  Onlar:  «Bizə  heç  kim  təbliğ  etmədi»  deyəcəklər.  Bu  dəfə  Allah  ona:  «Sənin 

lehinə kim şahidlik edə bilər?» deyə soruşacaq. O, da: «Muhəmməd və onun ümməti» 

deyəcək. Onun təbliğ etdiyinə şahidlik edəcəklər. Rəsulullah da ona qarşı şahid olacaq. 

Allah  buyuracaq:  «Beləcə  sizi  vasat  bir  ümmət  etdik  ki,  insanlara  qarşı  şahid 

olasınız»

10

.  



O, halda bu ümmət zərər verən, sapmış ümmətlər ilə həlaka aparan qüsurlu yollara 

meyl  etmiş  firqələr  arasında  vasat  bir  ümmətdir.  Onlar  Sıratal-Mustəqimdən  sapmış 

ümmətin  bidətçi  firqələri  arasında  orta  yolu  tutmuş  vasat  olanlardır.  Auf  b.  Məlik  

radıyallahu anhu 

 rəvayət edir ki, Rəsulullah 





 sallallahu aleyhi və səlləm 

 buyurdu: 



«Yəhudilər yetmiş bir firqəyə bölünəcəklər, onlardan yalnız biri Cənnətə qalanları isə 

Cəhənnəmə  düşəcəkdir.  Xristianlar  yetmiş  iki  firqəyə  bölünəcəklər,  onlardan  yalnız 

biri Cənnətə qalanları isə Cəhənnəmə düşəcəkdir. Qəlbim əlində olan Allaha and olsun 

ki,  mənim  ümmətim  yetmiş  üç  firqəyə  bölünəcəkdir,  onlardan  yalnız  biri  -  Cənnətə, 

qalanları  isə  Cəhənnəmə  düşəcəkdir»

11

.  İbn  Ömər  -  radıyallahu  anhu 



  nun 


rəvayətində  isə  səhabələr  Cənnətə  düşən  firqə  haqqında  soruşdular.  Rəsulullah 



 



sallallahu  aleyhi  və  səlləm 

  buyurdu:  «Onlar  mənim  və  səhabələrimin  yolu  ilə 



gedənlərdir»

12

.  Başqa  rəvayətdə:  Rəsulullah 





  sallallahu  aleyhi  və  səlləm 

  buyurdu: 



«O,  da  cəmaatdır»

13

.  Abdullah  b.  Amr  b.  əl-As  -  radıyallahu  anhu 



  rəvayət  edir  ki, 

Rəsulullah 



  sallallahu  aleyhi  və  səlləm 

  buyurdu:  «Ümmətimin  başına  İsrail 



oğullarının başına gələnlərin bənzəri gələcəkdir. Hətta onlardan biri anası ilə zina etmiş 

olarsa ümmətimin içindən də bunu edən birisi tapılar. İsrail oğulları yetmiş iki firqəyə 

ayrıldılar.  Mənim  ümmətim  isə  yetmiş  üç  firqəyə  ayrılacaqdır.  Biri  xaric  olmaqla 

qalanları  cəhnnəmdədir».  Səhabələr:  «Ey  Allahın  Rəsulu!  Cənnətə  düşən  firqə 

                                                

8

 Əbu Davud 4607, Tirmizi 2676. 



9

 Həkim, əl-Albani səhih.  

10

 Buxari 4487, İbn Həcər «Fəthul Bəri» 8/172.  



11

 İbn Məcə 2/479. 

12

 Əbu Davud 2/503, Tirmizi 3/367, əl-Albani «Səhih Hədislər Silsiləsi» 1348. 



13

 İmam Əhməd «Musnəd» 4/102, əl-Albani «Ziləlul Cənnə». 




 

hansıdır»  deyə  soruşdular.  Peyğəmbər:  «Onlar  mənim  və  səhabələrimin  yolu  ilə 



gedənlərdir»

14



Bütün  bu  hədislər  bizlərə  Cəhənnəm  atəşindən  qurtulmuş  toplumun  orta  yolu 

mənimsəmiş  Əhli  Sünnə  Vəl  Cəmaat  olduğunu  açıqca  göstərməkdədir.  Çünkü  onlar 

bütün  ixtilaflarda  orta  yolu  tutmuş,  Kitab  və  Sünnətin  bildirdiyi  iman  əsaslarından 

başqa  hər  hansı  bir  inanca  yönəlməmiş,  insan  üçün  lazımlı  hər  şeyin  bu  iki  qaynaqda 

bəyan edildiyinə inanmışlar. Sünnəti bəyan etmək, əsaslarını gücləndirmək və bidətləri 

yıxmaq üçün bir çox əsərlər də yazmışlar.  

Buna  görə  də  hörmətli  müsəlman  bacı  və  qardaşlarım  hər  biriniz  bu  müxaliflərə 

qarşı mübarizə aparmalısınız. Çünki bu İslam və müsəlmanların düşmənlərinin fikirləri 

birdir.  Allahın  nurunu  söndürmək,  yəni  İslamı  məhv  etməkdir.  Lakin  bu  əsla  belə 

deyildir. Allah buyurur: «Onlar Allahın nurunu (İslam dinini) öz ağızları (öz iftiraları 



və  şər  sözləri)  ilə  söndürmək  istəyirlər.  Allah  isə  kafirlərin  xoşuna  gəlməsə  də  öz 

nurunu  (dinini)  tamamlayacaqdır».  (əs-Səff  8).  Allahu  Əkbər!  Həqiqətən  də  onların 

xoşlarına gəlsə də, gəlməsə də belə Allah öz dinini qoruyur və tamamlayır. Hər dövrdə, 

hər  zamanda,  hər  vaxtda  Allahın  dinini  bəxş  etdiyi  iman,  elm  və  hikmət  ilə  din 

düşmənlərinə qarşı vuruşan, onların hiylələrinə, bidətlərinə qarşı çıxan, bidətlərini yox 

edən və onları Quran və Sünnə ilə məhv, Allahın dinini qoruyan və Allaha yardım edən 

sünnət əhlindən olan cəmaat olub və olacaqdır. İnşəallah! «Ey iman gətirənlər! Əgər 



siz  Allaha  yardım  göstərsəniz,  o  da  sizə  yardım  göstərər  və  sizi  sabitqədəm  edər». 

(Muhəmməd 7). Allaha yardım göstərmək isə onun dinini qorumaq ilə olur. İbn Məsud 



  radıyallahu  anhu 



  rəvayət  edir  ki,  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm  – 

buyurdu:  «Allahın  məndən əvvəlki ümmətlərə göndərdiyi hər Nəbinin öz ümmətindən 

sünnətini alan və əmrlərinə uyan bir çox həvvariləri və səhabələri vardır. Sonra onların 

ardından  etməyəcəkləri  şeyləri  söyləyən  və  əmr  olunmadıqları  işləri  edən  bir  çox 

nəsillər zühur edər. Kim onlara qarşı əli ilə mübarizə apararsa o, bir mömindir. Onlara 

qarşı  kim  diliylə  mübarizə  apararsa  o,  da  bir  mömindir.  Onlara  qarşı  kim  qəlbi  ilə 

mübarizə  apararsa  o,  da  mömindir.  Amma  bundan  aşağı  (imandan)  bir  xardal  dənəsi 

qədər də iman yoxdur»

15

. Başqa bir hədisdə Peyğəmbər - sallallahu aleyhi və səlləm – 



buyurdu: «Bu elmi sonradan gələn hər bir nəsildən o, nəslin ədalət sahibi olan adamları 

daşıyır. Onlar bu elmdən azdıranların təhriflərini, batil işlərlə  məşğul olanların işlərini 

və  cahillərin  yalnış  izahlarını  aradan  götürürlər»

16

.  Əbu  Hureyrə  -  radıyallahu  anhu



 

rəvayət edir ki, Peyğəmbər 





 sallallahu aleyhi və səlləm 

 buyurdu: «Heç şübhəsiz ki, 



Allah  bu  ümmət  üçün  hər  yüz  ilin  başlanğıcında  dinini  qoruyan  kimsələr 

göndərəcəkdir»

17

.  


Bu batil firqələrin  yoluna uymamaq, onların ardınca  getməmək üçün, Rəsulullah 



 



sallallahu aleyhi və səlləm 

 in yoluna uymaq, hidayət yolunda olan cəmaatdan olmaq 



üçün  hər  bir  müsəlman,  hər  bir  şəxs  öz  əqidəsini  gözəl  bir  şəkildə  öyrənməli, 

öyrəndikdən  sonra  isə  ona  əməl  edib  başqalarına  öyrətməlidir.  İbn  Teymiyyə 



 

rahmətullahi aleyhi 

 bu məsələ ilə bağlı demişdir: «Buna görə də Əhli Sünnə alimləri 



-  Sünnətə  sarılmaq  qurtuluşdur  demişlər».  Allah  rəhmət  etsin  İmam  Məlik 



 



rahmətullahi  aleyhi 

  deyir:  «Sünnət  Nuhun  gəmisi  kimidir,  minən  qurtulur,  arxada 



                                                

14

 əl-Albani «Səhih Tirmizi» 2/333. 



15

 Müslim. 

16

 əl-Xatib  «Şərəfu  Əshəbil  Hədis»  28-29,  İbn  Adiy  «əl-Kamil»  1/152,153,  3/902,  Saleh  əl-Suheymi  «Ulul  Əbsarın 



Qeyidləri» s. 64. 

17

 Əbu Davud «Məlahim» 4391. 




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə