2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə3/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   2   3   4   5   6   7   8   9   ...   231

 

Möhtərəm  müsəlman  bacı  və  qardaşlarım!  İlk  öncə  hamınızı  Allahın  salamı  ilə 



salamlayıram. Allahın kitabına və Rəsulullah - sallallahu aleyhi və səlləm 

 in yoluna 



uyaraq bu risaləni «Bismilləh» ilə başlayıram. Çünkü Allah Rəsulu - sallallahu aleyhi 

və səlləm - də öz məktublarını «Bismilləh» ilə başlamış və buyurmuşdu: «Hər mühüm 

bir işə «Bismilləh» ilə başlanılmazsa, o işin sonu kəsikdir»

3



Allah  -  subhənəhu  və  təalə 





  nin  bu  ümmət  üzərindəki  nemətlərindən  biri  də  heç 

şübhəsiz  ki,  bu  ümmətin  dinini  kamil  etməsi,  bu  ümmət  üzərindəki  nemətini 

tamamlaması  və  ona  İslamı  din  olaraq  seçmiş  olmasıdır.  Allah,  Muhəmməd  

sallallahu aleyhi və səlləm 

 i aləmlərə rəhmət, əməl  edənlərə öndər, qullarına hüccət 



olaraq hidayət və haqq dini ilə göndərdi. O, - sallallahu aleyhi və səlləm - ona verilən 

əmanəti  yerinə  yetirdi,  risalətini  təbliğ  etdi,  ümmətinə  öyüd  verdi,  dinin  əsaslarından 

tutmuş  hər  bir  şeyi  incəliyinə  kimi  bizə  xəbər  verdi.  Açıqlamadığı  bir  şey,  ümmətini 

sövq etmədiyi bir xeyr və onları çəkindirmədiyi bir pislik buraxmadı. Səhabələr onun 

aydınlıq  yolu  üzərində  yürüdükləri  kimi,  onların  yollarına  uyan  kimsələr  də  bu  yolda 

yürüməyə  başladılar.  Bu  ümməti  gecəsi  gündüzü  kimi  aydın  olan  bir  yolun  üzərində 

buraxmamış  canını  təslim  etmədi.  Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm 



  buyurdu: 

«Sizə  gecəsi  gündüzü  kimi  tər-təmiz  bir  yol  qoyuram.  Bundan  sonra  kimsə  yoldan 

azmaz.  Azanlar  isə  həlak  olurlar»

4

.  Belə  ki,  bu  yoldan  həlak  olandan  başqası  azmaz. 



Bu  rəhmət  Peyğəmbəri,  bu  ümməti  Cənnətə  yaxınlaşdıracaq  və  Cəhənnəm  atəşindən 

uzaqlaşdıracaq xeyir naminə  hər nə  varsa mütləq onu  göstərmiş, nə qədər pislik  varsa 

bu  ümməti  o,  pislikdən  çəkindirmişdir.  Allah  bizlərə  anlaşılmazlığa  düşdüyümüz 

məsələlərdə bu anlaşılmazlığı Allah və Rəsuluna buraxmağımızı tövsiyə edərək: «Əgər 



bir  iş  barəsində  mübahisə  etsəniz,  Allaha  və  Qiyamət  gününə  inanırsınızsa,  onu 

Allaha  və  Peyğəmbərinə  həvalə  edin!  Bu  daha  xeyirli  və  nəticə  etibarı  ilə  daha 

yaxşıdır». (ən-Nisa 59).  

Lakin  bütün  bunlara  baxmayaraq  günümüzdəki  İslam  ümməti,  müsəlmanların 

ayrılığa düşməsi, firqə-firqə bölünməsi bu kitabın toplanmasına səbəb oldu. Bu cəmaat 

və  firqələrin  hər  biri  öz  əqidəsinə  və  yollarına  çağırmaqla  insanları  çaşqınlığa  salmış, 

artıq  insanların  kimin  ardınca  gedəcək,  kimin  dediklərinə  inanacaq  çaşqınlığında 

qalmışlar.  Gecə  qaranlıqları  kimi  bidətlər  ortaya  çıxmağa  başladı.  Bu  bidətlər, 

uydurmalar  İslamı  və  müsəlmanları  dağıtmağa  və  onların  firqələrə  və  məzhəblərə 

bölünməsinə gətirib çıxartdı. Müsəlmanlar da cahilcəsinə bu bidətlərə doğru yürüməyə 

başladılar.  İnanclarını  bu  çürümüş  şeylər  üzərində  qurmağa  başladılar.  Əksinə 

Rəbbimiz  isə  bizə  bir  olmağımızı,  heç  bir  firqə  və  məzhəblərə  bölünməməyimizi, 

müsəlman olmağımızı əmr edir. «Hamınız bir yerdə Allahın ipindən möhkəm yapışın, 

bir-birinizdən  ayrılmayın!  Allahın  sizə  verdiyi  neməti  xatırlayın  ki,  siz  bir-birinizə 

düşmən  ikən  o  sizin  qəlblərinizi  birləşdirdi  və  onun  neməti  sayəsində  bir-birinizə 

qardaş  oldunuz.  Siz  oddan  ibarət  olan  bir  uçurumun  kənarında  ikən  o  sizi  oradan 

xilas  etdi. Allah  öz  ayələrini  sizin  üçün  bu  şəkildə  aydınlaşdırır  ki,  bəlkə  haqq  yola 

yönəlmiş  olasınız».  (Ali  İmran  103).  «Açıq-aydın  dəlillər  gəldikdən  sonra,  bir-

birindən  ayrılan  və  ixtilaf  törədən  şəxslər  kimi  olmayın!  Onlar  böyük  bir  əzaba 

düçar olacaqlar». (Ali İmran 105). Onlar Rəblərinin kitabı və Nəbilərinin sünnətindən 

uzaqlaşdıqları  üçün  öz  ağıllarına  və  nəfsi  istəklərinə  uydular.  Sıratal  Mustəqimdən 

ayrıldıqca  yalanlamağa  başladılar.  Allah  və  Rəsulunun  hökmünün  önünə  keçdilər. 

                                                

3

 Əbu Davud.  



4

 İmam Əhməd «Musnəd». 




 

Beləcə  də  nəsildən-nəsilə  zəlalətə  düşdülər.  İxtilaf  edib  firqələrə  bölündülər.  İbn 



Teymiyyə 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Kim  nübuvət  cizgisindən  ayrılarsa  şirkə 

və  digər  günahlar  içərisinə  düşər.  İnsanların  inanclarında  şirk  yox  idi.  Adəm 



 

əleyhissəlam  –  və  uşaqları  Allahı  tövhid  etmək  inancı  üzərə  idilər.  İnsanlar  tək  bir 

ümmət  idilər  sonra  ixtilafa  düşdülər.  «İnsanlar  (əvvəlcə)  ancaq  tək  bir ümmət  idilər 



(eyni  bir  dində  idilər).  Sonra  (aralarında  ixtilaf  düşdüyü  üçün)  ayrıldılar».  (Yunus 

19)». «İnsanlar tək bir ümmət idilər». (əl-Bəqərə 213). İbn Abbas 



 radıyallahu anhu 



  deyir  ki:  «Adəm  ilə  Nuh 



  əleyhimussəlam  –  arasında  altı  əsr  (Başqa  rəvayətdə:  on 

əsr)  vardır.  Bu  dövürdə  yaşayan  insanların  hamısı  da  Allahın  şəriəti  üzərə  idilər. 

Onların  hamısı  İslam  dini  üzərə  idilər.  Daha  sonra  ixtilafa  düşdülər.  Rəsulların 

şəriətlərinə uymağı tərk etdikləri üçün şirkə düşdülər. Allah da müjdələyən və qoxudan 

Rəsullar göndərdi. Göndərilən ilk Rəsul isə Nuh 



 əleyhissəlam – idi»

5



Rəsuldan sonra, onun səhabələri bu dini ən gözəl bir biçimdə öyrəndilər. Rəblərinin 

onlara  yükləmiş  olduğu  əmanəti  ən  xeyirli  bir  şəkildə  əldə  etdilər.  «Biz  əmanəti 



göylərə, yerə və dağlara təklif etdik. Onlar onu götürməkdən qorxub çəkindilər. Çox 

zalim  və  çox  cahil  insan  isə onu  götürdü».  (əl-Əhzab  72).  Bunu  da  özlərindən  sonra 

gələnlərə  əskiksiz  olaraq  daşıdılar.  Tabiinlər  də  eyni  minval  üzərə  bu  əmanəti 

özlərindən  sonra  gələn  sünnət  əhli  olanlara  ötürdülər.  Onlar  da  səhabələr  yolu  ilə 

onlara  gələn  bu  əmanəti  pozmadan,  ağıl  və  istəklərinə  uymadan,  bidətlərə  yol 

vermədən  haqqıyla  qoruyub,  Nəbiləri  -  sallallahu  aleyhi  və  səlləm 

  in  sünnətinə  və 



əsərlərinə  sahib  çıxaraq  ona  sımsıxı  sarıldılar  və  özlərindən  sonra  gələn  cəmaata 

öyrətdilər.  

Allaha  şükürlər  olsun!  Bu  ümmətdə  xeyir  olub  və  bu  xeyir  əsla  tükənməyəcəkdir. 

Qiyamətin  qopacağı  vaxta  qədər  bu  ümmətin  hidayət  və  haqqa  sarılan,  azı  dişləri  ilə 

ondan  yapışan bir qism  cəmaat olacaqdır. Onlar Allahın izni ilə bu dinə sahib çıxaraq 

onu  qoruyacaqlarına  əhd  etmişlər.  «Möminlər  içərisində  elələri  də  vardır  ki,  Allahla 



etdikləri  əhdə  sadiq  olarlar».  (əl-Əhzab  23).  Səvban 



  radıyallahu anhu 



  dən  gələn 

rəvayətdə  Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  -  buyurur:  «Ümmətimdən  bir  qrup 

insanlar  olacaq  ki,  Qiyamətin  qopacağı  vaxta  qədər  haqq  üzrə  gedəcəklər.  Heç  nə  və 

heç  kim  onlara  zərər  vura  bilməyəcək.  Allahın  əmri  gəlincəyə  qədər»

6

.  İmran  b. 



Hüseyn - radıyallahu anhu 

 rəvayət edir ki, Rəsulullah 





 sallallahu aleyhi və səlləm 

 



buyurdu:  «Ümmətimdən  Qiyamət  saatı  gəlincəyə  qədər  haqq  üzərə  savaşacaq  olan 

kimsələr  olacaqdır.  Onlarla  döyüşənlərə  qarşı  müzəffərdilər  (yenilməz).  Onların 

sonuncuları Məsih Dəccəllə qarşı döyüşən (cəmaatdır)»

7

. Bu cəmaat Firqətun Nəciyə – 



qurtuluşa  çatan  firqə,  Əhli  Sünnə  vəl  Cəmaat,  Sələfi-Salihin,  Əhli  Hədis  və  s.  deyə 

adlandırılmışdır. Onlar isə Peyğəmbər - sallallahu aleyhi və səlləm 



 in və əshabələrin 

izləmiş  olduğu  yolu  davam  etdirən  kimsələrdir.  Əbu  Nəcih  əl-İrbad  b.  Səriyə  



radıyallahu anhu 

 rəvayət  edir ki, Rəsulullah 





 sallallahu aleyhi və səlləm 

 bizimlə 



elə  bir  tərzdə  danışdı  ki,  qəlblərimiz  titrədi,  gözlərimiz  yaşla  doldu.  Biz  dedik:  «Ey 

Allahın Rəsulu, bu vidalaşan bir kişinin öyüdünə oxşayır, bizə vəsiyyət et». Rəsulullah 



 sallallahu aleyhi və səlləm 

 buyurdu: «Mən sizə Uca və Böyük olan Allahdan haqq 



təqvası  ilə  qorxmağınızı,  başınıza  Həbəşı  bir  kölə  əmir  olaraq  təyin  edilərsə,  onu 

dinləyib  itaət  etməyinizi  tövsiyə  edirəm.  Şübhəsiz  ki,  aranızdan  (uzun  bir  ömür) 

                                                

5

 İbn Kəsir 1/250, Məcmuul Fətava 20/106.  



6

 Buxari, Müslim. 

7

 Əbu Davud “Cihad” 4, 2484, İmam Əhməd.  




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə