2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə5/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   2   3   4   5   6   7   8   9   ...   231

 

qalan  isə  həlak  olur.  Haqq  budur.  Çünki  Nuhun  gəmisinə  Peyğəmbəri  təsdiq  edən  və 



ona tabe olanlar minmişlər. Ona minməyənlər isə Peyğəmbəri yalan saymışlar. Sünnətə 

tabe olmaq Allah qatından gələn risalətə tabe olmaq deməkdir. Dolayısı ilə risalətə tabe 

olan,  Nuhla  bərabər  gəmiya  minən  kimsə  durumundadır.  Risalətə  tabe  olmaqdan 

ayrılan  kimsə  də  Nuha  tabe  olmaqdan  və  onunla  bərabər  gəmiyə  minməkdən  qaçan 

kimsə  durumundadır»

18

.  Bu  batiniyyə  firqələrin  yoluna  uymamaq,  onların  ardınca 



getməmək  üçün,  Rəsulullah 



  sallallahu  aleyhi  və  səlləm 

  in  yoluna  uymaq,  hidayət 



yolunda olan cəmaatdan olmaq üçün hər bir müsəlman, hər bir şəxs öz əqidəsini gözəl 

bir şəkildə öyrənməli, öyrəndikdən sonra isə ona əməl etməlidir.  

Bu  baxımdan  da  mən  bu  kitabı  topladım.  Bu  kitabı  yazmaq,  toplamaq  üçün  Quran 

və  Sünnəyə  uyaraq  və  İslamın  elm  adamlarının  əsərlərindən  geniş  istifadə  edərək 

Allahın  izni  ilə  əlimizdəki  bu  kitabın  yazılmasına  nail  oldum.  Bu  kitabda  İslamın  və 

İmanın  əsaslarından  danışaraq,  onlara  geniş  bir  şəkildə  yer  vermişəm  və  hər  oxucu 

ondan faydalansın deyə aydın, dəlillərlə göstərməyə çalışdım. İlk növbədə Allahdan bu 

çalışmamın  dolğun,  düzgün  şəkildə  yazıb  başa  çatdırılmasını  diləyirəm.  Allahdan 

əməlimi  onun  üçün  ixlaslı  olmasını,  məndən  qəbul  edib  onunla  müsəlmanları 

faydalandırmasını  diləyirəm.  Əgər  hardasa  xəta  etmişəmsə  bu  nəfsimdən  və 

şeytandandır.  Burada  düzəldilməsi  mühüm  olan  yerləri  tapdıqdan  sonra  mənə  öyüt-

nəsihət verməkdən çəkinməyə-cəyinizi ümid edirəm.  

Güvəndiyim  Allahdır,  işlərimi  ona  həvalə  edirəm  və  ona  arxalanıram.  Həmd  və 

nemət  yalnız  onadır. Müvəffəqiyyət  bəxş  edən  və  xətalardan  qoruyan  da  odur.  «Məni 



yaradan  və  məni  doğru  yola  yönəldən  Odur!  Məni  yedirdən  də,  içirdən  də  Odur! 

Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək, sonra dirildəcək də 

Odur  və  Qiyamət  günü  xətamı  bağışlayacağına  ümid  etdiyim  də  Odur! Ey  Rəbbim! 

Mənə  hikmət  bəxş  et  və  məni  salehlərə  qovuşdur!  Sonra  gələnlər  arasında  mənə 

yaxşı ad qismət et! Məni Nəim Cənnətlərinin varislərindən et». (əş-Şuəra 78-85). 

Allahın salat və salamı onun Peyğəmbəri Muhəmmədə - sallallahu aleyhi və səlləm 



-,  onun  ailə  üzvlərinə,  səhabələrinə  və  Qiyamətə  qədər  onun  yolu  ilə  gedən  saleh 

möminlərin üzərinə olsun.  

 

ƏHLİ SÜNNƏ VƏL CƏMAAT 

 SƏLƏFİ SALİH 

 

Əqidə 

  Əqd  sözündəndir.  Bağlamaq,  yaxşı  bağlamaq,  düyün  vurmaq  deməkdir. 



İnsanın qəlbində kəsin olaraq qəbul etdiyi şey istər haqq, istər batil olsun əqidədir. 

İstilahi  Mənası 

  Əqidə  insanın  heç  bir  şəkk-şübhə  və  tərəddüd  olmayaraq  kəsin 



olaraq  inanması  deməkdir.  Əgər  bir  inanc  yəqinlik  dərəcəsinə  çatmazsa  ona  əqidə 

deyilməz


19

.  


İslam əqidəsi deyildiyi zaman Əhli Sünnə vəl Cəmaatın əqidəsi başa düşülür. Çünki 

Allahın  qulları  üçün  bəyənib  seçdiyi  İslam  budur.  Peyğəmbər  -  sallallahu  aleyhi  və 



səlləm -, Səhabə, Tabiin və onlara gözəl bir şəkildə tabe olanların yoludur.  

Sələf 

  keçən,  keçib  gedən,  keçmiş  deməkdir.  Keçmiş  cəmaatdır.  «





Və  onları 

sonradan gələnlər üçün sələf (keçmiş) və ibrət dərsi etdik». (əz-Zuxruf 56). əl-Kaşani 

sələfi  belə  tanıdır:  «Sələf  bu  ümmətin  Allah  Rəsuluna  uyan,  elm  və  fəzilətdə  dəyər 

                                                

18

 Məcmuul Fətava 4/137. 



19

 «Lisanul Ərab», «Kamusul Muhit», «Mucəmul Vəsit» Ayn, Kəf, Dəl maddəsi. 




 

10 


sahibi  olan  ilk  zümrəsidir.  Allah  onları  Rəsulunun  dostları  etdi.  Onlarla  dinini  yer 

üzündə  yaydı.  Onlar  mallarıyla,  canlarıyla  Allah  yolunda  cihad  etdilər.  Yaxşılığa  və 

xeyirə  dəvətdə  hər  zaman  bu  ümmətə  yol  göstərdilər.  Sonra  gələnlər  də  onlara  uyub, 

onları sevdilər. Allah onları kitabında tərif etmişdir. Belə isə onların yoluna uyub onlar 

üçün dua etməli və istiğfar etməlidir»

20

. İmam Qazzali 





 rahmətullahi aleyhi 

 deyir ki: 



«Sələflər 

  Səhabə  və  Tabiinlərdir»



21

.  əl-Bəycuri 



  rahmətullahi  aleyhi 

  deyir  ki: 



«Sələf 

 Nəbilər, Səhabə, Tabiin, onlara uyanlar və dörd imamdır»



22

.  


Mən Sələfiyyəm? – Şeyx əl-Albani 



 rahmətullahi aleyhi 

 ona sual verən kimsəyə 



bu  kəliməni  belə  açıqlayır:  «Əgər  sənə:  «Məzhəbin  nədir?»  deyə  soruşsalar  cavabşn 

necə  olar?  Sual  verən:  «Mən  bir  müsəlmanam»  deyərəm.  Şeyx:  «Bu  kifayyət  deyil». 

Sual  verən:  «Allah  bizləri  müsəlman  olaraq  adlandırıb  –  deyib  bu  ayəni  oxudu:  «(Ey 

Muhəmməd  ümməti)  Allah  bundan  (Quran  nazil  olmamışdan)  əvvəl  də,  bunda  da 

(Quranda) da sizə müsəlman adını verdi». (əl-Həcc 78). Şeyx: «Bu cavab İslamın ilk 

dövründə,  müxtəlif firqələrin  ortaya çıxmadığı və yayılmadığı bir zamanda deyilsəydi 

doğru  olardı.  Günümüzdə  isə  (müxtəlif  məzhəb  və  təriqətlərdə)  olan  birisinə  bu  sualı 

versək  cavabı  sənin  verdiyin  cavabdan  fərqli  olmayacaqdır.  Əşari,  Mətrudi,  Xəvaric, 

Ələvilər  və  s.  deyəcəklər  ki:  «Mən  müsəlmanam!».  Sual  verən:  «Mən  Quarn  və 

Sünnəyə  uyğun  əməl  edən  bir  müsəlmanam».  Şeyx:  «Bu  cavab  da  kifayət  deyirldir». 

Sual  verən:  «Niyə  görə?».  Şeyx:  «Bu  adı  çəkilən  firqələrdən  hər  hansı  birinin  belə 

dediyi mənə göstərə bilərsən: Mən Quran və Sünnəyə tabe olmayan bir müsəlmanam – 

(sözsüz  ki,  bu  mümkün  deyil).  Onlar  da:  «Mən  Quran  və  Sünnəyə  tabe  olan 

müsəlmanam»  deyəcəkdir.  Sonra  Şeyx  Quran  və  Sünnəyə  tabe  olmağın  ancaq  Sələfi 

Salihin anlayışı ilə olması lazım  olduğunu  göstərir. Daha doğrusu: «Mən Sələfiyyəm» 

deməkdir.  

Yaşca  və  fəzilətcə  sizdən  böyük  olan  ata  və  babalarınız  sizin  sələfinizdir

23

.  Buna 



görə də ilk müsəlmanlara Sələfi Salihin adı verilmişdir. Peyğəmbər - sallallahu aleyhi 

və  səlləm  -  Səhabəsi  və  gözəl  bir  şəkildə  onlara  tabe  olanlar  bu  ümmətin  sələfidirlər. 

Peyğəmbər - sallallahu aleyhi və səlləm 



 in səhabələrinin və  onlara gözəl bir şəkildə 

uyanların  dəvət  etdiyi  şeylərə  dəvət  edən  hər  bir  kəs  də  sələfi  yolu  üzərindədir. 

İmanlarındakı  sədaqətləri  və  ibadətlərindəki  ixlasları  ilə  onlar  uyulmağa  ən  layiq 

insanlardır  ki,  Allah  İslam  məsajını  bütün  yer  üzünə  təbliği  üçün  onları  seçmişdir. 

Sələfi  Salihə  uyan  və  onların  metodunu  (Quran  və  Sünnəni)  təqib  edən  digər 

müsəlmanlar da sələfə nisbət olaraq Sələfi deyilir. Quran və Sünnə ilə yaşayan hər bir 

kəs sələfə tabe olan kimsədir. İstər zaman və  məkan  etibarı ilə onun ilə onlar arasında 

uzun  bir  müddət  olsun.  Onlara  müxalif  olan  isə  onlar  arasında  yaşamış  olsa  da  belə 

onlardan deyildir. «Hər  kəs  özünə  doğru  yol  aşkar  olandan  sonra  Peyğəmbərdən  üz 

döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onu istədiyi (özünün yönəldiyi) yola 

yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir». (ən-Nisa 115).  

Sələfi  Salihin  əvvəli  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm 



  dir.  «Muhəmməd 

Allahın  Peyğəmbəri.  Onunla  birlikdə  olanlar  (möminlər)  kafirlərə  qarşı  sərt,  bir-

birinə (öz aralarında) isə mərhəmətlidirlər». (əl-Fəth 29).  

                                                

20

 əl-Miğrari «Tahrirul Məkan» 1/18. 



21

 İkanuul Avam və İlmil Kəlam s. 62. 

22

 Şərhul Cəvhərə s. 111.  



23

 «Lisanul Ərab», «Kamusul Muhit» Sin, Ləm, Fə maddəsinə bax. 




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə