2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR


«Ən gözəl adlar Allahındır. Onu bu adlarla çağırıb dua edin»



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə22/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   18   19   20   21   22   23   24   25   ...   231

 

43 


«Ən gözəl adlar Allahındır. Onu bu adlarla çağırıb dua edin».  (əl-Əraf 180). Allah 

Qurani Kərimdə özü-özünü vəsf etdiyi kimi və Rəsulu Muhəmməd 



 sallallahu aleyhi 

və  səlləm  -  də  Onu  Sünnədə  vəsf  etdiyi  kimi  qəbul  etmək.  Onlara  de:  «(Bunu)  sizmi, 

yoxsa  Allahmı  daha  yaxşı  bilir?»  (əl-Bəqərə  140).  Allahdan  sonra  onu  (Allahı) 

Rəsulundan  daha  gözəl  kim  tanıya  bilər?  Rəsululah 



  sallallahu  aleyhi  və  səlləm  -  bu 

haqda buyurur: «Sənə, sənin özü-özünə  verdiyin, yaxud öz Kitabında nazil etdiyin  və 

ya  xəlq  etdiklərindən  birinə  öyrətdiyin,  və  ya  Öz  yanında  saxladığın  qeyb  elmində 

malik  olduğun  hər bir adla dua edirəm»

121

. Əbu Nuaym 





 rahmatullahi aleyhi 

 deyir 



ki: «Allahın öz nəfsini vəsf etdiyi şeyləri inkar edən kafir olur. Nə Allahın özünü vəsf 

etdiyi, nə də Rəsulu Onu vəsf etdiyi heç bir şey təşbih deyildir»

122



Allahın İsim və Sifətlərini bilmək, mənasını başa düşmək, onlarla Allaha dua edib 



Ondan  istəmək,  qulların  qəlblərində  yaradıcını  ucaltmaq,  Onu  təqdis  edərək  hər  cür 

əskiklik  və  qüsurlardan  tənzih  etmək  və  Onu  sevmək,  Ona  ümüd  edib  arzulamaq  və 

Ondan  qorxmaq,  Ona  təvəkkül  etməkdir.  Belə  ki,  yaradıcı  onların  qəlblərində,  nə 

zatında,  nə  də  Sifətlərində  heç  bir  ortağı  olmayan  ən  uca  örnək  olur.  Heç  kimsənin 

onların qəlblərindəki bu yer kimi bir yeri yoxdur.  

Peyğəmbər 



 sallallahu aleyhi və səlləm 

 in risaləsi iki şeyi əhatə edir: Faydalı elm 



və  Saleh  əməl.  «Müşriklərin  xoşuna  gəlməsə  də  (İslamı)  bütün  dinlərin  fövqündə 

göstərmək üçün Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!» (ət-Tövbə 

33). Bu ayədə olan Hidayət 

 Faydalı elm, Haqq Din – Saleh əməldir.  



Faydalı Elm 

 gərək dünyada, gərək də axirətdə xeyirli və faydalı olan hər bir elmi 



əhatə  edir.  Heç  şübhəsiz  ki,  Allahın  İsimləini,  Sifətlərini  və  feillərini  bilmək  bu 

elmlərin  başında  gəlir.  Çünki  bunları  bilmək  elmlərin  ən  xeyirlisi,  ilahi  risalətin  özü, 

Peyğəmbər  dəvətinin  özəyi,  söz,  iş  və  etiqad  baxımından  dinin  təməlidir.  İsim  və 

Sifətlər  Tövhidi,  Uluhiyyət  və  Rububiyyət  Tövhidindən  daha  əhatəli  və  ümumidir. 

Allahın haqq bir İlah olduğuna, ibadətin ondan başqasına caiz olmadığını bilmək Onun 

İsim  və  Sifətlər  elmindən  bir  budaqdır.  Eyni  şəkildə  Onun  Rəbb  olduğuna,  hər  şeyi 

yaradıb  yoxdan  var  etdiyinə,  varlılıqlara  surət  verdiyinə  iman  etmək,  İsim  və  Sifətlər 

Tövhidindən bir budaqdır. Bu da İsim və Sifətlər Tövhidinin Rububiyyət və Uluhiyyət 

Tövhidindən daha ümumi və əhatəli olduğunu göstərir.  

Allahın  qeyb  elmində  malik  olduqlarını  isə  heç  kəsin  nə  məhdudlaşdırması,  nə  də 

əhatə  etməsi  mümkündür.  Allahı  onun  özünü  adlandırdığı  kimi  adlandırmaq,  yaxud 

onun  özünü  adlandırdığı  adları  inkar  etmək  Allaha  qarşı  üsyan  etmək  deməkdir.  Ona 

görə  də  bu  işdə  ədəb  yolunu  tutmaq,  Quran  və  Sünnə  mətnlərində  olan  adlarla 

kifayətlənmək  lazımdır.  «Bilmədiyin  bir  şeyin  ardınca  getmə.  Çünki  qulaq,  göz  və 



qəlb  bunların  hamısı  sorğu-sual  olunacaqdır».  (əl-İsra  36).  «Allaha  qarşı 

bilmədiyiniz şeyləri deməyinizi haram buyurmuşdu». (əl-Əraf 33).  

İbn Qeyyim 



 rahmatullahi aleyhi - Allahın İsim və Sifətlərini üç qismə bölür: 1. O, 

adlar ki, insanlardan qeyri məxluqlar bilir. 2. O, adlar ki, Quran və Sünnədə varid olub. 



3. O, adlar ki, onları yalnız Allah bilir.  

Əhli  Sünnə  Vəl  Cəmaat  –  Rəblərini  belə  tanıyır.  Allah,  ondan  əvvəl  heç  bir  şeyin 

olmadığı (Əvvəl), ondan sonra heç bir şeyin olmadığı (Axır), ondan üstə heç bir şeyin 

olmadığı (Zahir), ondan o, tərəfə heç bir şeyin olmadığı (Batindir). «Əvvəl də, axır da, 



zahir də, batin də odur. O, hər şeyi biləndir». (əl-Hədid 3). Yenə də etiqad  edirik  ki, 

                                                

121

 İmam Əhməd «Musnəd» 1/391, Həkim «əl-Müstədrək» 1/509, İbn Hibban. 



122

 İmam Zəhəbi «Uluv».  




 

44 


Allahın zatı, digər zatlara, varlıqlara bənzəməz. Sifətləri də eyni şəkildə digər sifətlərə 

bənzəməz. Çünkü Allaha bənzər, oxşar heç bir varlıq yoxdur. O, yaratdığı varlılıqlarla 

qiyas  edilməz.  Allah  həyatda  hər  şeyin  xaliqi,  yaradıcısı  və  həyatda  olan  hər  bir 

varlığın  ruzi  vericisidir.  «Məgər  yaradan  bilməzmi? Allah  incəliyinə  qədər  biləndir, 



(hər  şeydən)  xəbərdardır».  (əl-Mulk  14).  Allah  nə  yaratdıqlarını  yaratdıqdan  sonra 

yaradıcı sifətini almış, nə də insanları var etdikdən sonra Bəri (yoxdan var edən) adını 

almışdır. Bu sifətlərə əzəldə də sahibdir. O, indi də əbədi olaraq bu sifətlərə sahibdir. 

Bu  sifətlərin  hamısı  onun  kamil  sifətlərindəndir.  Məs:  O,  insanları  yaratdıqdan  sonra 

yaradıcı  adını  almamışdır.  Bütün  sifətləri  kimi  yaradıcı  sifəti  də  onları  yaratmazdan 

əvvəl onda var idi. Bu sifətlər əsla və heç bir şəkildə  sona yetməz. Allah var olduqca 

onunla  birlikdə  var  olacaqdır.  Allahın  varlığının  da  sonu  olmayacaqdır.  Allah 

yaratdıqlarını Alim olaraq yaratmışdır və  heç bir şey  ondan  gizli  qala bilməz, heç bir 

şey onun elmindən qırağa çıxa bilməz. Onun elmi böyük və kiçik, çox və cüzi hər bir 

şeyi  əhatə  etmişdir.  «Göylərdə  və  yerdə  zərrə  qədər  bir  şey  ondan  gizli  qalmaz. 



Bundan kiçik yaxud böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın». (Səba 

3). O, kainatı  yaratmazdan əvvəl nə olduğunu bildiyi kimi, hal-hazırda da hər bir şeyi 

bilməkdədir.  Yaratdıqlarından  heç  bir  şey  ondan  gizli  qalmaz.  «(Rəbbin)  onların 



keçmişini də, gələcəyini də bilir. (Ta ha 110).  

Qurandan və Sünnədən bizə Allahın 99 İsim və Sifətləri məlumdur. Əbu Hureyrə 



radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah 



 sallallahu aleyhi və səlləm - buyurdu: 

“Allahın  doxsan  doqquz  –  yüzdən  bir  əskik  İsmi  vardır.  Kim  bu  İsimləri  sayarsa 

Cənnətə daxil olar”

123

. Çünki bu 99 İsmi bilmək qəlbin düzəlməsi üçün əsasdır.  



Qurani  Kərimdən  buna  dəlillər  isə:  «Şübhə  yox  ki,  Allah  çox  Uca  (Ali)  və  çox 

böyukdür (Kəbirdir)». (ən-Nisa 34). «Şübhə yox ki, Allah (hər şeyi) eşidən (Səmi) və 

görəndir  (Bəsirdir)».  (ən-Nisa  58).  «Şübhə  yox  ki,  Allah  yenilməz  qüvvət  (Aziz)  və 

hikmət  sahibidir  (Hakimdir)».  (ən-Nisa  56).  «Şübhəsiz  ki,  Allah  bağışlayan  (Ğafur) 

və  rəhmlidir  (Rahimdir)».  (ən-Nisa  23).  «Şübhəsiz  ki,  Allah  sizin  üzərinizdə 

nəzarətçidir  (Raqibdir)».  (ən-Nisa  1).  «Haqq-hesab  çəkməyə  (Hasib)  olaraq  Allah 

kifayət  edər».  (ən-Nisa  6).  «Allah  (möminlərə)  lütfkardır  (Lətif)  və  (bəndələrinin 

bütün əməllərindən) xəbərdardır  (Xabirdir)». (əl-Əhzab 34).  «Şübhəsiz  ki,  Allah  hər 

şeyi hifz edəndir (Hafizdir)». (Hud 57). «Şübhəsiz ki, Allah təriflənib şükr olunmağa 

(Həmid)  və  öyülüb,  mədh  edilməyə  layiqdir  (Məciddir)».  (Hud  73).  «Şübhəsiz  ki, 

Allah  çox  yaxındır  (Qərib)  və  duaları  qəbul  edəndir  (Mucibdir)».  (Hud 61).  «Allah 

ehtiyacsız (Ğani) və həlimdir (Həlimdir)». (əl-Bəqərə 263). «Məgər Rəbbinin hər şeyə 

(Şahid)  olması  kifayət  deyilmi.  (Fussilət  53)».  «Allah  (öz  elmi  ilə)  hər  şeyi  ehtiva 

edəndir  (Muhitdir)».  (Fussilət  54).  «O,  özündən  başqa  heç  bir  ilah  olmayan,  gizlini 

də, aşkarı da bilən Allahdır. O, RahməndirRəhimdir. O, özündən başqa heç bir ilah 

olmayan  Məlikdir  (mütləq  sahibdir),  Quddusdur  (nöqsanlıqdan  münəzzəhdir), 

Səlamdır  (zat  və  sifətlərində,  fellərində  hər  cür  qüsur  və  əskiklikdən  uzaqdır), 

Mumindir (öz bəndələrini şərdən qoruyan, əmin edəndir), Muheymindir (hamilik edən, 

qoruyandır),  Əzizdir  (hər  şey  hökmünə  məhkum  olan,  güclü,  qüvvətlidir),  Cəbbardir 

(hökmünə  məcbur  edəndir),  Mutəkəbbirdir  (təkəbbürlük  haqqına  tək  sahib  olandır). 

Allah müşriklərin ona qoşduğu bütlərdən uzaqdır. O, Allahdır ki, Xaliqdir (hər şeyi 

yaradandır),  Bəridir  (yoxdan  var  edəndir),  Musavvirdir  (yaratdıqlarına  istədiyi  kimi 

                                                

123

 Buxari 6410, Müslim 2677.  




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə