2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə36/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   32   33   34   35   36   37   38   39   ...   231

 

71 


RAHMƏN – RAHİM 

 

ər-Rahmən 

  Allahın  gözəl  isimlərindən  və  sifətlərindəndir.  Ehsan,  bağışlama, 



rəhmətin  ən  uca  dərəcəsi  ilə  muttasıf  olan  deməkdir.  Ruzisini,  ehtiyacları  və  hər  cür 

yaxşılıqları  ehsan  xüsusunda  rahmətini  məxluqatından  heç  əsirgəməyən  mənasında 

olan  Rahmən,  Rahim  İsmindən  daha  geniş  mənanı  ifadə  edər.  Quranın  ilk  ayəsi  olan 

Bismilləhdəki  Rahmən  və  Rahim  isimləri  arasında  fərq  Allah  dünyanın  Rahməni  və 

axirətin  Rəhimidir.  Rahmən  sifəti  Allahın  dünyada  canlılara,  mömin  və  kafirlərə 

ayrılıq  etmədən  bütün  insanlara  şəfqət  və  mərhəmətlə  davranmağı  öz  Zatına  fərz 

qılmışdır.  Quranda  insanlar  üçün  işlədilən  Rahmən  İsmi  57  yerdə  işlədilmişdir.  Bu 

İsimlə  başlayan  ər-Rahmən  surəsi  də  vardır.  Bu  surədə  Allah  insanlar,  cinlər  və 

heyvanlar  üçün  rahmət  olaraq  yaratdığı  nemətləri  saymaqda,  insanların  və  cinlərin  bu 

nemətlərin  qiymətini  bilib  nankorluq  etməmələrini  dəfələrlə  vurğulamışdır.  Bu  da 

Rahmən İsminin təcəllisidir

194


«Mərhəmətim hər şeyi ehtiva etmişdir». (əl-Əraf 125). 

Bu  da  bilinməlidir  ki,  keçilmiş  qəzəb  yavaş  da  olsa  mutləq  onu  haqq  edənlərə 

yetişəcəkdir.  «Onlara:  «Rahmənə  səcdə  edin»  deyildiyi  zaman,  onlar:  «Rahmən 

nədir?  Bizə  əmr  etdiyin  şeyə  səcdəmi  edəcəyik?»  deyə  cavab  verərlər».  (əl-Furqan 

60).  «(Ya  Muhəmməd!)  De  ki:  «İstər  Allah,  istərsə  də  Rahmən  deyib  çağırın  (dua 

edin), hansını desəniz (fərqi yoxdur), çünki ən gözəl adlar yalnız Onundur».  (əl-İsra 

110). Əbu Hureyrə 



 radıyallahu anhu 

 rəvayət edir ki, Peyğəmbər 





 sallallahu aleyhi 

və  səlləm 



  öz  Rəbbindən  buyurdu:  «Mən  namazı  Özümlə,  qulum  arasında  böldüm. 

Qul: «Həmd yalnız aləmlərin Rəbbi Allaha aiddir» dedikdə. Mən: «Qulum mənə həmd 

etdi».  Qul:  «O,  Rahməndir,  Rahimdir»  dedikdə  mən:  «Qulum  Məni  tərif  etdi»  deyə 

buyururam

195


.  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 

– 

buyurdu:  «Şübhəsiz  ki, 



acıma,  mərhəmət  hissi  Rahməndən  bir  paydır»

196


.  Peyğəmbər 



  sallallahu  aleyhi  və 



səlləm 



  buyurdu:  «Allah  insanlardan  ancaq  mərhəmətli  olanları  bağışlar»

197

.  Ömər 




 

radıyallahu  anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





  sallallahu  aleyhi  və  səlləm 



  in 

hüzuruna  bir  qrup  əsirlər  gətrildi.  Bunların  içərisində  uşağını  itirmiş  bir  qadın  təşviş 

içində  uşağını  axtarırdı.  Qadın  əsirlər  arasında  uşağını  tapdıqda  həmən  onu  bağrına 

basaraq əmizdirməyə başladı. Peyğəmbər: «Bu qadın öz uşağını heç oda atarmı?» deyə 

buyurdu.  Səhabələr:  «Xeyr,  atmaz»  dedilər.  Peyğəmbər:  «Heç  şübhəsiz  ki,  Uca  Allah 

öz qullarına bu qadının öz uşağına göstərdiyi şəfqətdən də daha mərhəmətlidir»

198


 

ər-Rahim 

  Çox  Mərhəmətli,  mərhəmət  olunan,  bağışlamaq  deməkdir.  Ruhm, 



Ruhama 

  mərhəmət,  yaxşılıq  və  nemət  mənasında  da  gəlir.  Mərhəməti  bol  olan. 



Qurani Kərimin 115 ayəsində Allahın Ğafur ismi ilə birlikdə işlədilmişdir. Dörd ayədə 

Ərhamur  Rahimin 

  mərhəmətlilərin  ən  mərhəmətlisi  olaraq  işlədilmişdir.  Rahim 



İsminin  təcəlliləri  isə  daha  çox  axirətdə  görüləcəkdir.  Allahın  oradakı  ikram  və 

ehsanları  möminlər  üçün  olacaqdır.  Bir  çox  ayədə  Rahim  ismi  zikr  edilərək  Allah 

möminləri bu Sifətlə bağışlayacağını bilinmişdir

199


.  

                                                

194

 Bax: Fatihə 1,2, Fussilət 2, İsra 110. 



195

 Müslim 395.  

196

 Buxari «Ədəb» 13. 



197

 Buxari «Cənaiz» 32, Müslim «Cənaiz» 9,11. 

198

 Müslim 2754.  



199

 Bax: Nisa 16, Furqan 68-71, Əhzab 43, Fəth 14.  




 

72 


RAQİB 

 

ər-Raqib 



 Könüllərdə gizlənən şeyləri bilən, hər kəsin etdiyini görüb nəzarət edən, 

yaratdıqlarından bir an belə qafil olmadığını və onların işlərinə heç bir zaman qayğısız 

qalmadığını  ifadə  edər.  «O,  Allahın  görməkdə  olduğunu  bilmirmi?».  (əl-Ələq  14). 

Bütün  bunlardan  xəbərdar  olan  insan  nəfəs  alıb-verməsini  belə  Allah  üçün  olmasına 

diqqət edər. Özü Allahı görmədiyi halda Allahın onu gördüyünü bilən kimsənin daima 

bu düşüncə və  etiqad üzərə olması  və  Allaha qarşı çıxmaqdan çəkinməsi  lazımdır. Bu 

İsim Qurani Kərimin 3 yerində keçməkdədir. «Heç şübhəsiz ki, Allah sizin üzərinizdə 

Raqibdir». (ən-Nisa 1). «



Sən canımı aldıqdan sonra onlara nəzarətçi Özün oldun». 



(əl-Maidə 117). Həlimi 



 rahmətullahi aleyhi 



 deyir ki: «Raqib 

 yaratdığı şeylərdən 



qafil  olmayandır.  Onun  yaratdıqlarından  qafil  olması,  əskik  olduğunu  və  qəflətdə 

olduğu nöqtədən ona zərər gələbiləcəyini göstərir. Bu isə Allah haqqında imkansızdır».  

 

RAUF 

 

ər-Rauf 



  «Sənin  Rəbbin  şəfqətli  (RAUF)  və  mərhəmətlidir  (RAHİM)».  (ən-Nəhl 

7).  Həlimi 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Rauf 

  qullarına  acıyan,  onlara  asanlıq 



istəyən  deməkdir.  Uca  Allah  qullarına  qaldıramayacaqları  ibadətlər  və  yüklər  ilə 

yükləməmişdir.  Xəstəlik,  qocalıq  və  zəiflik  kimi  hallarda  onlara  bir  çox  ibadətləri 

asanlaşdırmışdır.  Hətta  edə  biləcəkləri  bir  çox  şeyləri  onlara  yükləməmişdir.  Allah 

şəfqət  və  mərhəmət  sahibidir».  Hər  müsəlman  Allahdan  başqa  mütləq  şəfqət  sahibi 

olmadığını,  onun  şəfqətinin  biz  insanların  şəfqəti  kimi  olmadığını  bilməlidir.  Allahın 

qullarına bol nemətlər verməsi, onları cürbəcür təhlükələrdən qoruması Onun qullarına 

olan  şəfqəti  və  mərhəmətidir.  Bəzən  də  müsibət  verərək  onları  içində  olduqları 

qəflətdən  ayıltması  da  Onun  şəfqət  və  mərhəmətidir.  Bu  bəla  və  müsibətlər  kənardan 

belə görünə bilər, lakin bunlar onlar üçün bir şəfqət və mərhəmətdir. Bu üzdən insanın 

başına  bir  müsibət  gəldikdə:  «Allah  bu  müsibətlə  ona  mərhəmət  etdi»  deyə  deyilir. 

Allahın bu ismini bilən kimsə Allahın ona şəfqət və mərhəmət etdiyi kimi o, da nəfsinə 

acımalı,  ona  gücündən  artığını  yükləməməlidir.  Nəfsə  acımaq  nə  deməkdir?  Allahın 

əmrlərini  yerinə  yetirmək,  qadağalarından  çəkinmək  və  təhlükələrdən  onu  qorumaq. 

Nəfsinə  acıyıb  şəfqət  göstərdiyin  kimi  başqa  insanlara  da  acımalı  və  onlara  da  şəfqət 

əlini uzatmalısan. Beləcə də şəfqətli bir qəlbə sahib olur və hər iki dünyada da Allahın 

şəfqət və mərhəmətinin səni əhatə etməsinə nail olmuş olursan.  

 

RAFİQ 

 

ər-Rafiq 



  İbn  Qeyyim 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «O,  Allah  Rafiqdir.  Rifq 

əhlini (yumşaq davranan kimsələri) sevir. AbdurRahmən əs-Sədi 



 rahmətullahi aleyhi 



  deyir  ki:  «Uca  Allahın  İsimlərindən  biri  də  Rafiqdir. Rafiq  kəliməsi  Rifq 

  yumşaq 



davranmaq, incə davranmaq kökündən gəlməkdədir. Rifq işlərdə tələsməyən və yavaş-

yavaş davranmaq deməkdir. Sərtliyin ziddidir. Sərtlik isə sərt davranmaq və tələsmək 

mənasındadır. Bu İsim Qurani Kərimdə keçməməkdədir. Bu İsim səhih hədislərdə zikr 

olunmuşdur.  Allah  qullarına  qarşı  son  dərəcə  mərhəmətli  və  lütfkardır.  Qullarının  da 

bir-birilərinə  qarşı  incə  və  yumşaq  davranmalarını,  sərtlikdən  qaçınmalarını,  xoş 

könülüklə  hərəkət  etmələrini  istər.  Rifq  ilə  hərəkət  etmək  insanları  mehribançılığa, 

dostluğa  gətirir.  Aralarında  olan  düşmənçiliklər  yox  olur.  Peyğəmbər 



  sallallahu 




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə