2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə44/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   40   41   42   43   44   45   46   47   ...   231

 

87 


edən  və  onun  əmri  ilə  hidayət  yolunu  göstərən  və  Firon  və  qövmünü  inkarçı  edərək 

insanları Cəhənnəmə çağıran dəvətçilər edən Odur.  

Allah  göyləri,  yeri  və  ikisi  arasında  olanları  altı  gündə  yaratmış  və  Ona  heç  bir 

yorğunluq da gəlməmişdir. Varlıqlardan heç birisi Onu aciz edə bilməz. Allah heç bir 

şeyə möhtac deyildir. Buna görə də Ona şərik qoşmaq. Övlad isnad etmək, Onun izni 

olmadan  şəfaətçilər  olduğunu  söyləmək  mümkün  deyildir.  onun  sözləri  tükənməz  və 

dəyişdirilməz. Əgər bütün dənizlər və yeddi misli qədər dəniz mürəkkəb olsaydı, bütün 

ağaclar  da  qələm  olsa  və  bu  qələm  və  mürəkkəblərlə  sözlər  yazılsa,  mürəkkəblər 

tükənər,  qələmlər  qurtarardı.  Amma  Onun  sözləri  tükənməz  və  qurtarmazdı.  Çünki 

sözlər  yaradılanlar  kimi  deyildir.  Yaradılan  mürəkkəb  və  qələmin  tükənməməsi  və 

qurtarmaması  mümkün  deyildir.  Bəzilərinin  iddia  etdikləri  kimi  Allahın  sözləri 

yaradılmış 

(məxluq) 

deyildir. 

Bunu 

iddia 


edənlər 

Allahı 


layiqincə 

qiymətləndirməyənlərdir.  Buna  görə  də  iddiaları  qələm  və  mürəkkəbdən  də  daha  tez 

yox  olur.  Əgər  Allahın  sözləri  yaradılmış  olsaydı  onlar  da  digər  məxluqlar  kimi  yox 

olurdular. Allahın sözləri əbədi, digərləri isə fanidir. Allah heç kimsəni günah etmədən 

və  ya  başqasının  etdiyi  bir  günaha  görə  cəzalandırmaz.  Həmçinin  də  Allah  bir 

kimsənin  gücü  çatmadığı  şeyləri  tərk  etməsi  və  tərk  etməsi  mümkün  olmayan  şeyləri 

etdiyinə  görə  cəzalandırmaz.  Ondan  daha  çox  üzürləri  qəbul  edən  və  ehsan  edən 

yoxdur.  O,  Muhsindir,  ehsan  edənləri  sevər,  Şəkurdur,  şükr  edənləri  sevər,  Cəmildir, 

gözəlliyi  sevər,  Tayyibdir,  gözəl  və  xoş  olanı  sevər,  Alimdir,  biliyli  qullarını  sevər, 

Kərimdir,  ikram  edən  qullarını  sevər,  Adildir,  ədalətli  olanları  sevər,  Bərrdir,  yaxşı 

olanları  sevər,  Sadiqdir,  doğru  olanları  sevər,  Rəfiqdir,  yumşaqlığı  sevər,  Rəhimdir, 

mərhəmətli  olanları  sevər,  Vitrdir,  tək  olanı  sevər.  Allah  öz  İsim  və  Sifətlərinin  hər 

birini sevir. Bu İsim və Sifətlərlə Ona ibadət edən, bunlarla istəyən, dua edənləri sevər. 

Allah bu İsim və Sifətləri bilən, mənalarını başa düşən, bunlarla Allahı tərif edənləri də 

sevər. İbn Məsud – radıyallahu anhu 



 rəvayət  edir ki, Peyğəmbər - sallallahu aleyhi 



və  səlləm 

  buyurdu:  «Allahdan  daha  qısqanc  bir  kəs  yoxdur.  Allah  bu  qısqanclığına 



görə  açıq  və  gizli  olan  bütün  çirkin  əməlləri  haram  etmişdir.  Təriflənməyi  Allahdan 

daha  çox  sevən  bir  kimsə  yoxdur.  Buna  görə  Uca  Allah  Öz  nəfsini  tərifləmişdir. 

Allahdan  daha  çox  dəlil  sevən  yoxdur.  Bax,  bunun  üçün  də  bir  çox  müjdələyən  və 

qorxudan  Peyğəmbərlər  göndərmişdir  (Başqa  rəvayətdə:  Bax  buna  görə  də  Allah 

Peyğəmbərlərini  göndərmiş  və  kitablarını  endirmişdir)

239


.  Allah  İsim  və  Sifətlərini 

sevdiyi üçün qullarına da bu İsim və Sifətlərlə əməl etməyi əmr etmişdir. Buna görə də 

qullarına  ədaləti,  ehsanı,  mərhəməti,  səbri,  doğruluğu,  elmi,  şükrü,  bağışlamağı  əmr 

etmişdir. Allah bu İsim və Sifətləri sevdiyi üçün, insanlar arasında  ən çox bu İsim və 

Sifətlərə  sahib  olmağa  çılışanları  da  sevər.  Sevmədiyi  sifətlərə  sahib  olan  və  bu 

sifətlərə sahib  olmağa çalışanları da sevməz. Allah təkəbbürlü, başqalarına xor baxan, 

ələ salan, haqsızlıq edənləri necə sevsin? Bu sifətlərə sahib olmaq ən böyük zülmdür. 

Buna görə də bu sifətlərin heç biri Allaha yaraşmaz. Allah bu cür sifətlərdən uzaqdır. 

Gözəl olmayan bir İsim Onda ola bilməz. Daima ən gözəl İsimlərlə isimləndirilir.  

 

QAHİR – QAHHAR 

 

əl-Qahir - əl-Qahhar 



  «O, hər şeyə Qahhar olan tək bir Tanrıdır». (ər-Rəd 16). 



«O, öz qulları üzərində Qahir olandır». (əl-Ənam 18). «



Hər şeyə Qadir və Qahhar 

                                                

239


 Buxari 7416, Müslim 1499. 


 

88 


olan  bir  Allah?».  (Yusuf  39).  Həlimi 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Qahir 

 



qullarının  işlərini  dilədiyi  şəkildə  düzüb-qoşan,  idarə  edən,  onların  üzərində  hakimi 

mütləq  olandır.  Qahhar  –  isə  heç  bir  şəkildə  məğlub  edilməyən  və  üstün 

gəlinməyəndir».  Xattabi 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «Qahir 

  canlılar  arasında 



həddini aşanları əzab ilə digər bütün  məxluqatı isə  ölümlə yox  edəndir». Mülkün, güc 

və qüvvətin, yüksəkliyin tamamı tək və qahhar olan Allaha aiddir. Ondan başqa hər şey 

məğlub  və  acizdir.  Bütün  hər  şeyin  ziddi,  ortağı  vardır.  Yalnız  Onun  ziddi  və  ortağı 

yoxdur.  Allah  göy  və  yer  əhlini  özünə  boyun  əydirmişdir.  Göy  əhlini  özünə  xidmət 

etməklə,  yer  əhlini  də  Ona  ibadət  və  itaət  etməklə  boyun  əydirmişdir.  Zalım  və 

zorbaların  belini  qıran,  üsyankar  və  həddi  aşanların  boyunlarını  bükən,  dünyadakı 

əməllərinə  qovuşmağlarına  mane  olan  Allahdır.  Uşaq  sahibi  olmaq  istədiyi  halda 

olmayan,  qocalmaq  istəmədiyi  halda  qocalan,  güclü  və  üstün  olmaq  istədiyi  halda 

zillətdən  qurtarmayan,  zəngin  olmaq  istədiyi  halda  miskinləşən  kimsələrin  istəklərini 

Allahın  diləməsi  ilə  həyata  keçməməkdədir.  Onların  iradəsi  heç  bir  zaman  Allahın 

iradəsinin  önünə  keçməz  və  onu  aşmaz.  Allahın  istək  və  iradəsi  daima  onların 

istəklərinin  üstündədir.  Bütün  varlılıqlar  Allahın  diləməsi  və  hökmü  altındadırlar. 

Onun  izzəti  altında  əzilməyən,  sonsuz  gücünə  boyun  əyməyən  heç  bir  şey  yoxdur. 

Varlılıqların dilək  və istəkləri Onun diləməsi altındadır. «Allah istəmədikcə siz istəyə 



bilməzsiniz». (İnsan 30).  

 

QUDDUS 

 

əl-Quddus 

 təmiz, heç bir ləkəsi olmayan, bütün nöqsan və qüsurlardan münəzzəh 



olan,  hər  hansı  bir  nöqsanı  qəbul  etməyən,  fəzilət  və  gözəl  sifətlərdən  dolayı  öyülən. 

«O, Allah ki, Ondan başqa ilah yoxdur. O, Məlikdir, Quddusdur, Səlamdır



». (əl-



Həşr  23).  O,  zatına  yaraşmayan  hər  şeydən  münəzzəhdir.  Bütün  vəsflərdə  ən 

mükəmməl,  təhdid  və  təsvirə  sığmayan,  öyülməyə  layiq  fəzilət  və  gözəllik  sifətləri 

özündə olandır. Bu İsim Qurani Kərimdə 2 yerdə keçməkdədir. Məlik ismi ilə birlikdə 

işlədilmişdir

240

.  Qurtubi 





 rahmətullahi  aleyhi 



  deyir  ki:  «Quddus 

  hər  cür  əskiklik 



və  nöqsanlardan  uzaq  olan,  hər  cür  qüsurdan  təmiz  olan  deməkdir».  Ayrıca  bir  yerdə 

də  Allahın  mələklərə  insan  nəslini  yaradacağını  bildirdikdə  onların  verdiyi  cavabda 



Nuqaddisu 

 zikr edilməkdədir. «Biz Sənə şükr etdiyimiz, şəninə təriflər dediyimiz və 



Səni müqəddəs tutduğumuz halda



». (əl-Bəqərə 30). Allahın bu İsmi Onun təşbih və 

təcsimdən  bir  başqa  şeyə  bənzəməkdən,  bəşəri  sifətlərdən  münəzzəh  olduğunu  ifadə 

etməkdədir.  İbn  Cərir 



  rahmətullahi  aleyhi 



  deyir  ki:  «İnkar  edənlərin  Sənə  izafə 

etdikləri  hər  cür  pislikdən  Səni  tənzih  edirəm,  bütün  gözəl  və  təmiz  sifətlərin  səndə 

olduğunu qəbul edirəm. Səni zikr edir və ucaldıram». Bu ayədə mələklər Allahı tənzih 

etməkdə və təqdis etməkdədirlər. Ayədə təsbih və təqdis yan-yana zikr edilmişdir.  

Bu  kəlimənin  əsli  təharət  və  nəzarətdən  gəlməkdədir.  Beytul-Məqdis 



  bu 

kəlimədən alınmışdır. Çünki orası pak və təmiz olan bir yerdir. Yenə Cənnət təmiz bir 

yer  olduğuna  görə  Haziratul-Quds,  Cəbrail 



  əleyhissəlam 



  Ruhul-Quds 

  deyə 



isimləndirilmişdir. Subhənəallah 

 Uca Allahı bütün pisliklərdən tənzih etmək.  



Həlimi 



 rahmətullahi aleyhi 



 deyir ki: «Quddus 

 bütün gözəl təriflərlə təriflənən, 



mədh  edilən  deməkdir.  Allahı  təqdis  edib,  təsbih  etmək.  Allahdan  pis  sifətləri  nəfy 

etmək,  Onun  gözəl  sifətlərə  sahib  olduğunu  qəbul  etmək.  Necə  ki,  Onun  şəriki  və 

                                                

240


 Bax: Həşr 23, Cumə 1. 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə